Qonaq Kitabı
NEÇİN VERMƏYİR?

 

Bircə bu məşrutəni şah neçin verməyir?

Gah verir filməsəl, gah neçin verməyir?

 

Gərçi bugün şah bizim başımıza sayədir,

Nami-hümayunu hər mətləbə pirayədir,

Leyk bu ancaq həman gördüyümüz qayədir[i] -

Hər səsə bir səs verir, kəndisi bimayədir,

Yoxsuza olmaz demək – var... neçin verməyir?

Bircə bu məşrutəni şah neçin verməyir?

 

Hərzə danışma, kişi, gözlə ədəb zinhar,

Şahımızı bilmə çox boylə səfahətşiar,

Əqli-səlim əhlidir büsbütün ali-Qacar[ii],

Verməyir, əlbəttə, bir hikməti var, sirri var,

Yoxsa bu keyfiyyətə rah neçin verməyir?

Gah verir filməsəl, gah neçin verməyir?

 

Yox bu işin başqa bir hikməti ya mikməti,

Əyri otur, düz danış, vazeh edək söhbəti,

Bir kərə al boynuna, var yazığın nikbəti,

Şah cəvanbəxt isə bəs nə səbəb milləti

Həftədə bir aldadır, gah neçin verməyir?

Bircə bu məşrutəni şah neçin verməyir?

Gah verir filməsəl, gah neçin verməyir?

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (14 iyun 1909, â„– 24) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.



[i] Qaya.

[ii] Məhəmmədəli şahın Qacar sülaləsindən olmasına işarədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info