Qonaq Kitabı
NEYLİYİM, EY VAY! BU URUS BAŞDILAR

 

Neyliyim, ey vay! Bu urus başdılar,

Bilməyirəm hardan aşıb-daşdılar?!

Ölkədə gündən-günə çoxlaşdılar,

Hər əmələ, hər işə çulğaşdılar,

Qoymayın, ay köhnələr, ay yaşdılar!

Heyvərələr hər yerə dırmaşdılar!

 

Hər biri min günə iş icad edir,

Məclis açıb nitqlər irad edir,

Şiə ikən sünniləri şad edir,

Sünni ikən şiəyə imdad edir,

Sanki bular bir-birə qardaşdılar!

Yoxdu təəssübləri, çaşbaşdılar!

 

Heç biri öz məzhəbinin hörmətin

Gözləməyir, gözləyir el qeyrətin;

Cümləsi bir yolda qoyub niyyətin,

Xoşlamayırlar atalar adətin;

Çünki nə sünni, nə qızılbaşdılar!

Bir yava şeydir bu yaşı daşdılar!

 

Əmr təəssüb ola bütlan neçin?

Sünni deyə şiələrə can neçin?

Şiə bilə sünnini insan neçin?

Birləşə yəni bu müsəlman neçin?

Himmət edin, din gedir, ay başdılar!

Qoymayın, aldatdı bizi saşdılar!

 

İndi ki, duyduz buların niyyətin –

Cəhd rləyin pozmağa cəmiyyətin!

Bunları pozmaq bizə olmaz çətin,

Harda ki, gördüz, oxuyun lənətin;

Hökm eləyin, küfrlə ulğaşdılar,

Dini-xudadən qırılıb qaşdılar,

Cümləsi kafirlərə yoldaşdılar,

Çünki təəssübləri yox, çaşdılar!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (19 aprel 1909, â„– 16) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info