Qonaq Kitabı
TAPMACANIN TƏ`BİRİ

 

Nə lap kiçik, nə çox da iridir,

Qarnı yoğun, boynu da dam tiridir,

Ruhu ölüb, nəfsi hələ diridir,

Insaniyyət paltarının kiridir,

Məmdəlidir[1], əskiklərin biridir!

Molla əmi, gör tapdım, ya tapmadım?!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 fevral 1909, â„– 6) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

 



[1] Məhəmmədəli şah nəzərdə tutulur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info