Qonaq Kitabı
NƏSİHƏT

 

Ey xacə, çalış surəti-zahirdə qəşəng ol!

İstərsən özün siyrəti-mənadə cəfəng ol!

 

Qoy adını arıf, vəli irfanı bəyənmə,

Arıflər ilə gizlicə amadeyi-cəng ol!

 

Heyvan kimi bir barədə palçıqda qalanda

Sal fitnəli söz ortalığa, hövsələtəng ol!

 

Yüzlərcə ziyan xəlqə vur, öz xeyrini gözlə,

Aldatma özün bir kəsə, huşyarü zirəng ol!

 

Gər məsləhət olsa işini qıl ikiüzlü:

Bir yanda qoyun, özgə tərəflərdə pələng ol!

 

At məsləkini bircə gecə həbsdə qalsan,

Şeytanlığa adət edərək, zorba nəhəng ol!

 

Babi deyə təkfir edə həqguləri küllən,

Istərsən özün rəhgüzəri-həqqdə ləng ol!

 

Şapqalı müsəlmanı görüb lən oxu hər dəm,

Molla ilə bəy, xan qapısında səpələng ol!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (22 sentyabr 1908, â„– 38) “Boynuburuq” imzası ilə çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info