Qonaq Kitabı
CAVAN

 

Eyvanımız ucadır,

Nökərlərim xocadır,

Niyə məndə durmusan,

Mənim haram qocadır?!

 

Qabaq dişim tökülüb,

Azılarım sökülüb,

Mənə qoca deməzlər,

Bir az belim bükülüb!

 

Sözün məni yaralar,

Ürəyimi paralar,

Saqqalım ağardısa,

Həna qoysam qaralar!

 

Isticə lavaşım var,

Hər gecəyə aşım var,

Demə, dədəm yerdəsən,

Ancaq əlli yaşım var!

 

Getmə, getmə, a dilbər!

Məni etmə mükəddər,

Özümü yüz cavana

Eyləmərəm bərabər!..

 

Getmə, getmə, amandır!

Ürəyim dolu qandır,

Zahirdə qocaldımsa,

Könlüm hələ cəvandır!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 avqust 1908, â„– 34) “Boynuburuq” imzası ilə çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info