Qonaq Kitabı
QOYMA, GƏLDİ!

 

Xandostu, amandı, qoyma, gəldi!

Didarı yamandı, qoyma, gəldi!

 

Vay, vay! Deyəsən bəşər deyil bu!

Bir şəklə uyan təhər deyil bu!

Allahı sevirsən, ər deyil bu!

Ərdodu, qabandı, qoyma, gəldi!

Didarı yamandı, qoyma, gəldi!

 

Ol gün ki, adaxladız, utandım,

Oğlandı, dediz, ərin, inandım,

Ər boylə olurmuş?! İndi qandım;

Xandostu, amandı, qoyma, gəldi!

Kirdarı yamandı, qoyma, gəldi!

 

Qorxdum, ay aman, yarıldı bağrım,

Bir nazik ipə sarıldı bağrım,

Gup-gup döyünüb darıldı bağrım,

Canım oda yandı, qoyma, gəldi!

Kirdarı yamandı, qoyma, gəldi!

 

Dudkeş kimi bir papaq başında,

Ağ tükləri bəllidir qaşında,

Gərçi qocadır – babam yaşında,

Amma sorağandı, qoyma, gəldi!

Kirdarı yamandı, qoyma, gəldi!

 

Iyrənmişəm ağzının suyundan,

Qətran qoxusu gəlir buyundan,

Lap doğrusu qorşmuşam xoyundan,

Bir əfi ilandı, qoyma, gəldi!

Kirdarı yamandı, qoyma, gəldi!

 

  

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 avqust 1908, â„– 33) “Yetim qızcıq” imzası. “Bakılılara” adı ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info