Qonaq Kitabı
ÜÇ ARVAD

 

Ax, bu uşaqlar necə bədzatdılar!

Lap deyəsən cin kimi bir zatdılar!

 

Bic-vələdüznalərə söz batmayır,

Min də nağıl aç, birin aldatmayır,

Keçdi gecə, mətləbə əl çatmayır,

Sübh olar indi, biri də yatmayır,

Nəşəmizə yaxşı xələl qatdılar!

Ax, bu uşaqlar necə bədzatdılar!

 

Hey yazıq arvad işi samanlayır,

G.h Fatını, gəh Sadığı yanlayır,

Zeydi söyür, Kamiləni danlayır,

Körpə deyil, hər biri söz anlayır,

Əsl həqiqətdə də bədzatdılar!

Lap deyəsən cin kimi bir zatdılar!

 

Bir dəli şeytan deyir, aç bəd başın,

Gəl bu həramzadələrin at daşın,

Bir-birinə qat bacısın, qardaşın,

əz bədənin, üz boğazın, kəs başın,

Gör məni zxır kimə oxşatdılar!?

Ax, bu uşaqlar necə bədzatdılar!

 

Bir para bidinlər olub bədgüman,

Derlər: uyub arvada hacı filan,

Hər gecə Qəzvinə sürür karvan...

Sübhi də gərmabədə eylər məkan,

Leyk qaranlıq yerə daş atdılar!

Doğrusu, bunlar dəxi bədzatdılar!

 

Çox da məni bilməyin əhli-məcaz,

Qəsdim odur, məsələ olsun təraz,

Qüslə müsavi ki, deyil dəstəmaz,

Qüsl ilə bir rükətə mindir nəmaz...

Xasə çatır feyzə üç arvatdılar!

Bəxtəvər olsunlar, əcəb çatdılar!

Bir neçə şeytanə də ox atdılar!

 

Gərçi səvab əmr-ibadətdədir,

Əfzəli-feyz əhməzi-taətdədir,

Leyk o feyzi ki, nəhayətdədir,

Məncə həman qüsli-cənabətdədir.

Heyf məni bu gecə toxdatdılar!

Ax, bu uşaqlar necə bədzatdılar!

 

Bağrımı çatdatdılar,

Sinəmi oxlatdılar,

İl gecəni sübhətək

Bircə məgər yatdılar?!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 may 1908, â„– 21) “Hop-hop” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info