Qonaq Kitabı
AY HARAY

 

Ay haray, bir neçə şair, neçə şair kimilər

Istətir döndərələr Gəncəyə Şirvanımızı!

 

Yeni məktəb denilən bidətin icrası ilə

Bir də bərbad edələr xaneyi-viranımızı!

 

Kafir olduqları yetməzmi ki, bu hərzələrin,

Istəyirlər çəkələr küfrə müsəlmanımızı!

 

Ey bizi elmə dəlalət eləyənlər, bilirik,

Qəsdiniz elm deyil, səlbdir imanımızı!

 

Saxlarıq hörməti-islamı, daha doğru desək,

Açmarıq məktəbə hərgiz də cibişdanımızı!

 

Deyilik biz nuxulu, gəncəli, ya kim bakılı!

Belə boş işlərə vəqf eyləyək ehsanımızı!

 

Istəyirdiz bizi bir fənn ilə iğfal edəsiz,

Necə gördüz sizi təkfiq edən ixvanımızı?!

 

Kafir etdikmi nəzərgahi-cəmaətdə sizi?!

Tanıdızmı bizi, gördüzmü də vicdanımızı?!

 

Gedin indi özünüzdən, dəxi bizdən də deyin!

Ala bildizmi hələ məktəbə sibyanımızı?!.

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 aprel 1908, â„– 16) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info