Qonaq Kitabı
ŞİRVAN

 

Şerimi, Molla dayı, zənbilə salsan, mənə nə?!

Düşməyib ümdənü səhvən yada Şirvan, mənə nə?!

 

Özüm aciz deyiləm, şəhrimizin ətvarın

Çəkərəm nəzmə, əgər olsa da hədyan, mənə nə?!

 

Əvvələn, ümdeyi-mətləb bu ki, şəhr əhli təmam

Tənbəlü kahilü bihimmətü nadan, mənə nə?!

 

Məhfilü məclisimiz, mədrəsəvü məscidimiz,

Həm qiraətxanəmiz bağlı, pərişan, mənə nə?!

 

Əvəzində buların çayçı, çaxırçı dükanı

Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə?!

 

Füqəranın qanını çox da sorullar lotular,

Şeyxlər xəlqə satır huriyü qılman, mənə nə?!

 

Qanmasan sözlərimi jurnala da yazma dəzi,

Məsləhət amma budur, fikr elə, bir qan, mənə nə?!

  

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 aprel 1908, â„– 15) imzasız çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info