Qonaq Kitabı
MADAM Kİ, HAMİYANİ-ZÜLMƏT

 

Madam ki, hamiyani-zülmət

Xoşlar ki, dəvam edə cəhalət;

Heyhat, bilirmi onda millət

Tovhid nədir və ya nübüvvət?

Məktəb edir iqtiza zəmanə,

Bixar ola ta güli-fərasət;

Ey seyr arayan o gülsitanə,

Əsli yoxu bəkləmək nə hacət?!

Xab et hələ, qafilanə xab et!

 

Tainki uyub yatan ayılmaz,

Fərq etməz ola ya ağ, ya qarə;

Xəstə ki, başında huş qalmaz,

Dərdin düşünüb bulurmu çarə?

Ancaq ona türfə-türfə dəllak

Eylər hərə bir əcəb təbabət!

Ey xəstə, ayılma, etmə idrak,

Həp qanını əmsə də həcamət!

Dönmə o yana, bu yanə, xab et!

 

Aldanma, quzum, ki ləfzi-kafər

Təshih olunub çıxa lüğətdən;

Madam ki, sağdı Mirzə Qənbər

Eymən deyilik bu məl`ənətdən;

Qoymaz ki, bu xəlqi cismi-vahid

Hökmündə olub edə məişət;

Əfsaneyi-küfrü şirkü mülhid,

Heyhat, olurmu tərki-adət?!

Bu nüktəni qanə-qanə xab et!.

 

  

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (30 mart 1908, â„– 13) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info