Qonaq Kitabı
ALDANMARAM Kİ, DOĞRUDUR AYİNİN, EY ƏMU!

 

Aldanmaram ki, doğrudur ayinin, ey əmu!

Kəssin məni, həqiqi isə dinin, ey əmu!

 

Imanına qəsəmlə çapırsan cəmaəti,

Quldurçuluq tüfəngimidir dinin, ey əmu!

 

Qəlbin kimi siyah edəməzsən məhasinin,

Cumma hənayə, boşla bu təlvinin, ey əmu!

 

Sövmü səlatdən sənə gər çıxmasaydı pul,

Olmazdı bunca zəhmətə təmkinin, ey əmu!

 

Tikmə nəmazını gözümə bir cida kimi,

Göstər müamiləndəki təyinin, ey əmu!

 

  

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (3 fevral 1908, â„– 5) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info