Qonaq Kitabı
SƏBİR

 

Ta gəlirik biz də bir az anlayaq,

Məhzəri-irfanda vurur tək səbir.

Ya deyirik işləri samanlayaq,

Məclisi-əyanda vurur tək səbir.

 

Istəyirik bir iş açaq filməsəl,

Söyləşirik bir-iki il laəqəl,

Ta deyilir pul verin, aşsın əməl,

Ölkədə, hər yanda vurur tək səbir.

 

Yalxı bizi eyləməyib mübtəla:

Səfheyi-Qafqazı tutub bu bəla;

Qaxda, Qazaxda, Şəkidə bərməla,

Şişədə, Çirvanda vurur tək səbir.

 

Lakin o yerlərdə gedir, durmayır,

Bir elə layiqli gələk qurmayır,

Gəncədə derlərsə vurur, vurmayır,

Oylə ki, Səlyanda vurur tək səbir.

 

Andıra qalmış nə yaman səslənir!

Söz deməyə vermir aman, səslənir!

Ox atılır, sanki kaman səslənir!

Sahəti-meydanda vurur tək səbir.

 

Hərzə nə şura və nə məclis bilir,

Nə düşünür yaxşı, nə bir pis bilir,

Qorxmur, utanmır, nə də bir pis bilir,

Hücrədə, dükkanda vurur tək səbir.

  

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 yanvar 1908, â„– 3) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info