Qonaq Kitabı
SUAL-CAVAB

 

Cavan-qoca

 

-         Şəhri-mə`lumunuzun vəz`ü qərarı necədir?

-         Həmdülillah, necə görmüşdüsə Nuh, oyləcədir!

-         Yeni məktəb açılıbmı vətən övladı üçün?

-         Az deyil Adəm açan mədrəsə əhfadı üçün!

-         Oxuyurmu qəzetə şəhrinizin əhli təmam?

-         Bəzi sarsaq oxumuşlar oxuyur, mən oxumam!

-         Ölkənizdə açılıbdırmı qiraətxanə?

-         Tazələr açmış idi, qoyduq onu vuranə!

-         Ac qarındaşlara infaq edilirmi, əmi can?

-         Onu görməzmi xuda, el niyə versin ona nan?!

-         Bivə övrətlərin əmri alınırmı nəzərə?

-         Canı çıxsın, o da getsin yenə bir tazə ərə!

-         İttihad əmrinə dair danışırsızmı barı?

-         Danışır bir paramız, leyk boğazdan yuxarı!

-         Sünniyü şiə təəssübləri ləğv oldumu ya?

-         Nə dedin? Küfr danışdın! Cıraram ağzını ha!..

-         Qabili ərz sözüm yox, məni əfv et, gedirəm...

-         Bəcəhənnəm ki, gedirsən, səni xud mən nedirəm?!

Buna bax, ağzına bax, surəti-idbarına bax!

Başının şapqasına, etdiyi göftarına bax!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 yanvar 1908, â„– 2) imzasız çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info