Qonaq Kitabı
TÖHMƏT EDİR QƏZETÇİLƏR, - MƏ`ŞƏRİ-NASİ BİR BELƏ!..

 

Töhmət edir qəzetçilər, - mə`şəri-nası bir belə!..

Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə!..

 

Mən kimi aqil olsalar, şüğl edələr oğurluğu, -

Zəhməti, rənci bir belə!.. Zövqü səfası bir belə!..

 

Cümlə məarif əhlinin haləti göz önündədir, -

Vəchi-məaşı bir belə!.. Dərdü bəlası bir belə!..

 

Madəri-elmə söylənir Məryəmə söylənən tühəm,

Elmin anası bir belə!.. Cəhlin atası bir belə!..

 

Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq edəm?!

Dərsin əzası bir belə, xəlqin ədası bir belə!..

 

 

 İlk dəfə “Molla Nəsrəddin” jurnalında (30 dekabr 1907, â„– 49) imzasız çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info