Qonaq Kitabı
MƏKTUB

 

Molla dayi, etmə şərarət belə,

Mrtaliğa salma ləcacət belə!..

 

Gündə çıxarma yeni bir qaidə,

Məktəbi bilmə belə bafaidə,

Milləti bənd etmə əlif-baidə,

Söyləmə “səfəs” belə, “qərşət” belə!..

 

Çox da sənintək deyiləm naxələf

Ta oləm aqi-pədərani-sələf,

Elmlə övladımı etməm tələf,

Min də desən söz belə, söhbət belə!..

 

Elm nədir, fəzl nədir – qanmaram,

Atəşi-elmə alışıb yanmaram,

Sən edən iğvalərə aldanmaram,

Vermə əbəs kəndinə zəhmət belə!..

 

Cəhdlə bir qəl`əyi, istadəyəm,

Aləmi məhv etməyə amadəyəm,

Adiyi-tiryakü meyü badəyəm,

Etmişəm ömrümdə mən adət belə!..

 

Tikmə, kənar ol, gözümə milləti!

Neyləyirəm milləti, milliyyəti?!

Oldu başım dəng, dəyiş, söhbəti,

Az sölə millət belə, ümmət belə!..

 

Mən fəqət öz əmrimi samanlaram,

Xeyrim üçün aləmi viranlaram,

Mən nə cəmaət, nə vətən anlaram, -

Yansa vətən, batsa cəmaət belə!..

 

Yox gözüm əsla füqəra görməyə!

Xud, füqəranı nə rəva görməyə?

Gözdə əgər olsa ziya görməyə -

Göstər ona pul, belə, dövlət belə!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 dekabr 1907, â„– 48) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info