Qonaq Kitabı
İFTARDAN BİR GÖFTAR, YA MƏCMƏDƏN BİR LÖQMƏ

 

Atmış niqabi-hüsnin məcmuəyi-təvangər,

Məcmuədə düzülmüş eyzən xuruş sərasər,

Həsrətkeşani-mətbəx, gürgani-bətipərvər,

Cari boğaza şərbət, sari-məzaqə şəkkər,

Əksi-buxari-dolma, zilli-əmmameyi-sər,

Dəryayi-iştəhayə olmaqda behcətavər,

Hüzzar içində əsla yox bir fəqirü müztər,

Iftar vəqtidir ha, ey vaizi-süxənvər!

 

İş başbilənsiz olmaz!

Sərsüfrə sənsiz olmaz!

 

Vəqti-ğəza ki, nəfsin cuş etdiyi zəmandır,

Bilcümlə ruzədarə həngami-əkli-nandır,

Ənva`i-nazü nemət sərsüfrədə əyandır,

Lakin o löqmələr həp əyanəşayəgandır,

Hər su nəzər edərsən: bəydir, əmirü xandır,

Fəqr əhlinə bu halət taqətgüdazi-candır,

Iftar ləzzətəfza suri-səfanişandır,

Ey müstəhəq, darıxma, könlün əgərçi qandır!

Miskin həzənsiz olmaz!

Qəm, qüssə sənsiz olmaz!

 

Etdikcə mən təmaşa, gördükcə işbu kari –

Acizdə inkisari, saildə iztirari,

Miskində intizari, tacirdə ehtikari,

Əşkim olur gözümdən xuni-ciyərlə cari,

Heyhat, olurmu çeşmim haiz bu iqtidari

Ta yanmadıqca könlüm, ey könlümün mədari?!

Əş`ari-atəşin-dəm yaxdıqca qəlbi-zari,

Təqlid edir təbiət mürğani-növbəhari.

Şair süxənsiz olmaz!

Şer isə sənsiz olmaz!

 

Ey əhli-fəqrü faqə, ver şairə səlalın,

Dəmdir ki, şair olsun dildadeyi-kəlalın,

Dəmdir ki, şeri-nəğzim şərh etsin ərzi-halın,

Şayani-rəhm olunsun hər kəscə infialın,

Surətnümalıq etsin ayineyi-visalın,

Gözlərdə cilvələnsin insan kimi cəmalın,

Heyhat! Sümmə heyhat! Xam olmasın xəyalın!

Bihimmət əğniyadən olmaz rəva sualın,

Tök ruyi-zərdin üzrə daim sirişki-alın...

Sail mihənsiz olmaz!

Möhnət də sənsiz olmaz!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (11 noyabr 1907, â„– 42) imzasız çap olunmuşdur.

 

Jurnalda sərlövhədən sonra belə bir qeyd vardır: “Nəzirə ustadi-möhtərəm Əkrəm bəyə...”.

Bu satira Rəcaizadə Mahmud Əkrəm bəyin 1907-ci ildə “Füyuzat” jurnalının 7 oktyabr tarixli 29-cu nömrəsində çap olunmuş “Bəhardan bir yapraq, yaxud zümzümədən bir nəğmə” adlı şerinə nəzirədir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info