Qonaq Kitabı
SUAL-CAVAB

 

- Görmə! – Baş üstə, yumaram gözlərim.

- Dinmə! – Mütiəm, kəsərəm sözlərim.

- Bir söz eşitmə! – Qulağım bağlaram.

- Gülmə! – Pəgey, şamu səhər ağlaram.

- Qanma! –  Bacarmam! Məni məzur tut

Boyləcə təklifi-məhalı unut!

Qabili-imkanmı olur qanmamaq?

Məcməri-nar içrə olub yanmamaq?

Eylə xəmuş atəşi-suzanını,

Qıl məni asudə, həm öz canını!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 oktyabr 1907, â„– 40) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info