Qonaq Kitabı
MƏN BELƏ ƏSRARI QANA BILMIRƏM

 

Mən belə əsrarı qana bilmirəm

Qanmaz olub da dolana bilmirəm!..

 

Axtaxana, dağda dana böyüdü,

Mən böyük ollam haçana, bilmirəm!..

 

Derlər utan, heç kəsə bir söz demə, -

Həq sözü derkən utana bilmirəm!..

 

Heyləməli, göz görür, əqlim kəsir,

Mən günəşi göydə dana bilmirəm!..

 

Şüddəti-seylan ilə baran tökür,

Bir koma yox, daldalana bilmirəm!..

 

Derlər usan, hərzəvü hədyan demə, -

Güc gətirir dərd, usana bilmirəm!..

 

Derlər, otur evdə, nedim, kasibəm,

Kəsb eləməzsəm, qazana bilmirəm!..

 

Derlər, a qanmaz, de yıxıl, öl, qutar!

Hə, balam, doğrusu, ay dadaş, mən dəxi

Məsləhət ondan o yana bilmirəm!..

 

 

İlk dəfə “Bəhlul” jurnalında (13 sentyabr 1907, â„– 6) imzasız çap olunmuşdur.

 

Jurnalda satiradan əvvəl “Qana bilmirəm” adlı imzasız bir felyeton çap olunmuşdur. Şerin məzmunu və ideya istiqaməti ilə sıx bağlı olub, M.Ə.Sabir tərəfindən yazıldığı ehtimal edilir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info