Qonaq Kitabı
Nə müddətdir dost yolları

Nə müddətdir dost yolları
Bağlanıbdır, xəbər gəlməz.
Nə bir namə, nə bir qasid,
Heç biri, müxtəsər gəlməz.

Yazaram, eylərəm minnət,
Gah aşikar, gahi xəlvət.
Yəqinimdir o bimürvət
Həqdi, gəlləm deyər, gəlməz.

Hərdəm artırır ğəzəbin,
Soruşan yoxdur səbəbin;
Yad etməkdən ləli-ləbin
Döndü qanə cigər, gəlməz.

Xəbər aldım dönə-denə,
Yar qəhrin çəkən kimsənə,
Əlhəqq, çox dedi genə:
Bivəfadən səmər gəlməz.

Lütf eylə Zakiri-zarə,
Baxma təneyi-əğyarə,
Qiyamət qopsa, xublarə
Aşiqindən zzrər gəlməz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info