Qonaq Kitabı
Neçin ol, səngdil, bu mən

Neçin ol, səngdil, bu mən
Çəkən əfğanə bir baxmaz?
Gözümdən seyl tək hərdəm
Axan al qanə bir baxmaz?

Götürüb ğönçə sərpuşun,
Cəm eyləyib əqlü huşun,
Veribdir bülbülə guşun,
Gülü xəndanə bir baxmaz,

Hanı Şirin, hanı Leyli,
Var idi aşiqə meyli;
Dəhrdən getdi gileyli,
Keçən dövranə bir baxmaz.

Çeşmi-xumarın görəndə
Can çıxar durmaz bədəndə,
Mey içib sərxoş gəzəndə
Dönüb məstanə bir baxmaz.

Səg rəqibi harda görcək,
Görərsən deyib güləcək.
Mürüvvətdirmi Zakir tək
Münasib xanə bir baxmaz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info