Qonaq Kitabı
Sənin günəş camalına

Sənin günəş camalına
Olsun şəmsü qəmər sədqə;
Gözunə, ruxi-alına
Nərgisü güli-tər sədqə.

Dur sallan, ey şahi-xuban,
Duşsün əyağına yuz can.
Yay qaşlara vəsmə qurban,
İncə belə kəmər sədqə.

Al yanağa siyəh birçək,
Təəccüb, yaraşır göyçək;
Hər telinə yüz mənim tək
Aşiqi-dərbədər sədqə.

Mayiləm xülqü xuyuna,
Valehəm göftüguyuna,
Dəmbədəm səki-kuyuna
Parə-parə cigər sədqə.

Zakirinəm, rəhm et mənə,
Üz tutub gəlmişəm genə;
Çıx xanədən, olsun sənə
Neçə əhli-nəzər sədqə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info