Qonaq Kitabı
Yalvardım səbayə: şərh et halımı

Yalvardım səbayə: şərh et halımı,
Yolun düşsə, çeşmi-xumar yanında.
Dedi: sənin dərdin yen ziyadədir,
Çox danışmaq olmaz bimar yanında.

Can quşu mayildi daneyi-xalə,
Təmənnası budur yetə vüsalə;
Mən bilirəm gedəcəkdir zəvalə.
Zənəxdan dövründə, üzar yanında.

Gəl fərağət otur, dili-bədəməl,
Gəncineyi-hüsnə tapmaq olmaz əl,
Əfi kimi daim zülfi-müsəlsəl
Qıvrım-qıvrım olub yatar yanında.

Bilir ləli-ləbə çoxlardı mayil,
Bəlkə təmə edə bir əqli zayil,
Peyvəstə ox-yayın ğəmzeyi-qatil
Çilləyə mindirib asar yanında.

Ol keçən dəmləri hanı Zakirin,
İtkin olub adı-sanı Zakirin,
Qürbətdə çıxacaq canı Zakirin,
Yoxdu xeyrxahı o yar yanında.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info