Qonaq Kitabı
Bu bahar fəslində, gül mövsümündə

Bu bahar fəslində, gül mövsümündə
Hər kimin ki, ola јarı јanında,
Bürci-Əsəddədir kövkəbi-bəxti,
Bil ki, bəxtəvərdi tarı јanında.

Dolanım başına, eј sərvqamət,
Qonaq kafir olsa, lazımdır hörmət.
-Bir kimsəsi јoxdur, eјlə məhəbbət,
Qoјub getdim dili-zarı јanında,

Baxma firibinə hərzəguların,
Aralıq vurmaqdı işi buların.
Adətdir ki, olur xubruların
Sevgisinin yadigarı yanında.

Onun kimi baş aşağı, üftadə,
Tapılmaz, gəzəsən dari-dünyadə.
Gümanım budur ki, ola ziyadə
Günbəgündən etibarı yanında.

Gətirmişdi saf Zakiri amanə,
Derdi gedəcəyəm kuyi-cananə,
Xeyir görsün, istər düşsün ziyanə,
Yaman-yaxşı saxla, barı yanında.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info