Qonaq Kitabı
Ey dil, rəvişi-aşiqi pərvanədən öyrən

Ey dil, rəvişi-aşiqi pərvanədən öyrən,
Yax atəşə cani
Ahəngi-nəva bülbüli-məstanədən öyrən,
Çək övcə sədani.
Ayini-vəfa sakini-meyxanədən öyrən,
Tap piri-muğani,
Kim desə sana zahidi-biganədən öyrən,
Batildi gümani.
Aldanma ona, şaribi-peymanədən öyrən,
Sür eyşi-cəvani.

Əl çəkmə ölüncə meyi-gülnar ətəyindən,
Kim dafei-ğəmdir.
Olma tutasan vaizi-bədkar ətəyindən,
Ənduhü ələmdir.
Hər xeyr tökülsə, tökülür var ətəyindən,
Xüm əhli-kərəmdir.
Əlqissə, yapış badeyi-sərşar ətəyindən,
Keyfiyyəti-Cəmdir.
Helmü ədəbi məclisi-şahanədən öyrən,
Al dərsi-məani.

Ta var həyatım dilərəm nəkhəti-zülfü
Ol badi-səbadən.
Bir kərrə qəbul eyləmişəm beyəti-zülfu,
Dönməm bu binadən.
Yəğma götürür, hökm eləsə, rəyəti-zülfü
Çin ilə Xətadən.

Tuli-əməli-kakili, cəmiyyəti-zülfü
Ya badi-səbadən,
Ya şamü səhər məhrəmidir, şanədən öyrən,
Onlar bilir ani.

Fərhad özun dağə çəkib bimi-bəladən,
Aşiq demək olmaz.
Məcnun düşüb dəştü biyabanə cəfadən,
Biar, utanmaz.
Sənan dəlidir, əl göturüb virdu sənadən,
Məbudə inanmaz.
Bu yolları axtarma yetən bisəru padən.
Hərgiz özu qanmaz.
Gəl tövrü təriqi məni-divanədən öyrən,
Get həqqini tani.

Ləli-ləbi-yarə desələr çeşməyi-heyvan,
İnsaf deyil bu.
Bu qəndi-mukərrərdi bəsi faideyi-can,
Oldur bir içim su.
Pəh-pəh, məmələr səfheyi-sədrində nümayan,
Çün balişi-pərqu,
Nadan nə bilir ki, nədi innabü sepüstan,
Ya şərbəti-limu.
Bu nüsxəni sən Zakiri-piranədən öyrən,
Əttar dükani.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info