Qonaq Kitabı
Ey hərdəm olan ariyəti-hüsnünə məğrur

Ey hərdəm olan ariyəti-hüsnünə məğrur,
Bəsdir, dəxi bidad.
Qalmaz belə bu surəti-pürseyqəlü pürnur,
Olma ona dilşad.
Tədric ilə bir-bir dağılır aləti-məmur,
Viran olu bünyad.
Ta sübh çəkər aşiqi-dilxəstəvü rəncur
Səndən bu qədər dad,
Bir kərrə deməzsən ki, görən qandadı bu şur,
Həm naləvü fəryad.

Hər sübh səbadən dilərəm nəkhəti-zülfün,
Əhvalı pərişan;
Əzbəski, qəbul eyləmişəm biyəti-zülfün,
Çün bəndeyi-fərman.
Dağıtsa əgər şanə o cəmiyyəti-zülfün,
Müşkül olur asan
İstər bu qədər şamü səhər nüsrəti-zülfün,
Biçarə dilu can,
Şayəd ki, çəkib darə xilas edə çü Mənsur,
Ğəmdən olam azad.

Saqi, tükənibdir meyi-nabı o nigarın,
Ğəmgindi ziyadə.
Düşməkdi xəta səmtinə ol laləüzarın,
Durma bu aradə.
Al başını get, əzmini qıl özgə diyarın,
Sən payi-piyadə.
Qanını tutar şişələrə aşiqi-zarın,
Gər olmasa badə.
Mey içməyə daim ol iki nərgisi-məxmur
Olmuş elə mötad.

Hər kim ki, qara zülfünə söylər şəbi-yelda,
Olsun ona pabənd.
Bica yerə haşa ki, tuta höccəti-bica,
Danayi-xirədmənd.
Ol Yusifi-gülpirəhənə meyli-Züleyxa
Əfzun idi hərçənd;
Amma yaradıbdı səni ol vahidi-yekta
Binisbətü manənd.
Məxluqi-cahan içrə deyil kimsəyə məqdur,
Bu hüsni-xudadad.

Avarə deyil, Kuhkənin vardı məqamı,
Sakindi vətəndə.
Qeysə yetirir Zeydi-vəfadar pəyamı
Gah-gah düşəndə.
Şərhi-ğəmi-hicran edərlərdi təmamı
Dildarı görəndə.
Ol növ keçən aşiqin olmazmı davamı,
Yox heç biri məndə.
Övqat keçirmişlər əcəb xoşdilü məsrur,
Məcnun ilə Fərhad.

Eşqin sipəhi üz qoya, Bəhmən dayanarmı?
Çıxmazmı şəhərdən?
Sehrab, Fəramərz, Təhəmtən dayanarmı?
Çalırsa cigərdən?
Tiri-nəzərə qəl əyi-ahən dayanarmı?
Etməzmi çü rövzən?
Yay qaşlarının oxuna cövşən dayanarmı?
Keçməzmi sipərdən?
Bir navəki-xunriz ki, çeşmindən ala zur,
Ğəmzən ola ustad.

Dərda ki, bu bərbaddə bir dərd bilən yox,
Halım deyə yarə.
Ondan gətirib doğru xəbər, çarə qılan yox,
Bu dərdə nə çarə.
Tənha qalıbam badiyyeyi-ğəmdə, olan yox
Həmdəm məni-zarə.
Dost yolları olmuş elə məsdud, gələn yox
Hərgiz bu diyarə.
Didarına həsrətdi bəsi Zakiri-məhcur,
Nə rah, nə irşad.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info