Qonaq Kitabı
Xəlqə şərh etmək ğəmi-hicrin nə hacətdir mana

Xəlqə şərh etmək ğəmi-hicrin nə hacətdir mana!
Laləvəş sinəmdə dağların şəhadətdir mana.

Xar olur, sənsiz güli-həmrayə baxsam çeşmimə,
Sərv qəddin görməsəm, ol gün qiyamətdir mana.

Məqsədim oldur səgi-kuyinlə həmavaz olam,
Bu təmənna versə əl, eyni-səadətdir mana.

Giryəvü zarım visalınçın degil şamü səhər,
Biğərəz sövdayi-eşqində bir adətdir mana.

Çünki vəsli ol məhin mümkün degildir, bir əcəl
Öldürüb azad qılsa, külli-minnətdir mana.

Əhd qıldı padşahım qətlimə fərda mənim,
Xeyli dilşadəm bu gün, hərçənd zəhmətdir mana.

Zakirəm, ol vəchdən zülfü xətin müştaqiyəm
Kim, siyahbəxtü pərişanlıqda nisbətdir mana.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info