Qonaq Kitabı
Mən sana aşiqi-giriftarəm

Mən sana aşiqi-giriftarəm
Nə qədər dövri-fanidə varəm.

Yüz gül açılsa könlüm açılmaz,
Sənsiz, ey gül, ziyadə ğəmdarəm.

Gecə-gündüz mana bərabərdir,
Maili-xalü xəttü rüxsarəm.

Paybusin müyəssər olsa mana,
Elə billəm cahanə sərdarəm.

Sərvi-qəddim əyib qaşın fikri,
Bidi-Məcnun kimi nigunsarəm.

İki sərməst nərgisindəndir,
Müddəti-durdir ki, bimarəm.

həvəsi-zülfi-tabdarın ilə
Gecə ta sübh olunca bidarəm.

Vəslinə yetməyə ümidim yox,
Ol səbəbdən ki, çox giranbarəm.

Səbrdir çarəsi ğəmi-hicrin,
Məndə yox səbr, səxt naçarəm.

Çəkdiyim bəsdi hicr bidadın,
Öldü kuyində gər günəhkarəm.

Bir deməzsən, görün, bu nalə nədir,
Bu qədər kim dərində sızlarəm.

Şah olan eyləməz gədasına rəhm?
Mah olan eyləməz xudadən vəhm?

II

Ömrlər sərf edib, üzüb canlar,
Olmuş idim səninlə ancaq yar.

Fikru zikrim bu idi kuyində
Günbəgun qədrü qiymətim artar.

Nə biləydim ki, mən olub məhrum,
Məhrəmi-bəzmin olaçaq əğyar.

Həmdəmin olsa idi bir adəm,
Xəlq içində mana deyildi ar.

Nə ki, bir nadürüstü naqabil,
Nə ki, bir bədtəriqü bədkirdar.

Çəkə ağuşə cismi-yasaməni,
Eyləyə seyri-xalü xəttu uzar.

Yüz əmə ləli-badə nuşindən,
Nə bilir ləzzəti-şərabı himar.

Peyrəvi-nəfsi-tiyzkam olma,
Bazgəşti olur bəsi düşvar.

Yoxdu mənlik bir iş, budur vəhmim
Yetişə bir məqamə axiri-kar

Üzunə baxmayıb ola səndən
Mutəəzzi təmam xişu təbar.

Pəndimi xah tutma, xahi tut,
Mən dedim getdim, ixtiyarın var.

Olusan bir zaman, gözüm, nadim,
Eyləməz qədr bil sana heç kim

III

Bizə ol dəm ki, yaru yavər idin,
Qədrü qiymətdə misli-gövhər idin.


Ura bilməzdi kimsə ləkkə sana,
Bürci-ismətdə mahi-ənvər idin.

Çeşmi-bədbinə atəşin bir mil,
Dili-bədxahə tiğü xəncər idin.

Tapa bilməzdi əl sana duşmən,
Bir alınmaz rəfi səngər idin.

Hər yana su tək axmağın yox idi,
Gəştiyi-namü -nəngə ləngər idin.

Dami-təzvirə səmt düşməz idin,
Ahuyi-dəşt kimi ürkər idin.

Harda görsən bir əhli-bədkarı,
Şərm edib ruyü muyin örtər idin.

Meyli-hər nəmünasib etməz idin,
Maili-aşiqi-süxənvər idin.

İltifat eyləməzdin ədnayə,
Xeyli-xuban içində sərvər idin.

Noldu oldun bu növ süfləpərəst?
Sən ki, bir xoşsəliqə düxtər idin.

Xah zahirdə, xah batində
Bizi həddən ziyadə istər idin.


Varə-varə belə kənar oldun,
Axırül-əmr ğeyrə yar oldup.

IV

Vədə verdin məni ki, öldürəsən,
Bu ümid ilə xürrəm idim mən.

İntizar ilə keçdi ömr, əfsus!
Olmadım feyzyab tiğindən.

Sənsiz, ey gülüzarü siməndam,
Xardır çeşmimə güli-gülşən.

Əsər etməz, nədəndi, hiç sana,
Bu qədər kim, mən eylərəm şiyvən

Oxunur lənü tən peydər-pey,
Ola bir nazənin-əhdşikən.

Rəsmü ayini-lütfü mehrü vəfa,
Şəmdən, başına dönüm, ögrən!

Hali-pərvanəyə yanıb cigəri,
Gör necə əşk axıdır gözdən!

Asü kəs, qətlimə nədir ehmal,
Zülfü əbru deyilmi tiğü rəsən?

Etməyim mən nə növ tərki-diyar,
Olmayım mən necə cəlayi-vətən?

Səni tari, bu nə mürüvvətdir,
Edəsən ğeyr ilə səfayi-çəmən.

Məhrəmi-bəzmi-vəslin ola rəqib,
Mən baxam özgələr kimi gendən?

Dedilər mahlər olur bimehr,
Etibar etmədim məni-kovdən.

Hər nə oldu özümdən oldu mana,
Qanə dönmüş gözümdən oldu mana.

V

Gördü hər yerdə bir mələkmənzər
Qəddi-dilcuyin etdi məddi-nəzər.

Ləşkəri-möhnəti dəruni-dilə
Girməyə açdı iki rahi-güzər.

Ol sərəncami-kari bilməyənə
Yalvarıb, yapışıb, dedim nə qədər:

"Sanma kim, xublər nihalından
Dərəsən dərdü ğəmdən özgə səmər.

Düşmə dalinə, gəl bu sövdanın,
Çox giranmayələr tapıbdı zərər".

Sözümə baxmadı o mənbəi-şur,
Pəndimi tutmadı o baniyi-şər.

Aqibət saldı canə bir atəş,
Əridi mum tək tənim yeksər.

Ta ki, bəd əz-xərabiyi-Bəsrə,
Bir zaman əql oldu müstəhzər:

Sərvəri-eşq alıb könül şəhrin,
Mülki-canı tutubdu möhkəmtər.

Gedib əldən inani-səbrü şəkib,
Qaldı biçarə acizü müztər.

Neyləsin, dəfi ğeyri-mümkündür,
Gələ Xaqani-Çinü ya qeysər.

Eşq sultani güclü sultandır,
Paytəxti onun dilü candır.

VI

Var ümidim ki, iyzədi-mütəal,
Yazmaya zövqü şövqi cürmü vəbal.

Əsəri-eşqi-hüsn ondandır,
Dəxi bizdən nədir cəvabü sual?!

Hüsni-məşuqi eyləyib atəş,
Cismi-üşşaqi xüşk pəmbəmisal.

Odu eşqə verən sürurü səfa,
Odu hüsnə verən cəmalü kəmal.

Dil şikarinə zülf dami-bəla,
Hər birinin ucunda bir çəngal.

Ğəmzə sərməst türki-xəncərkeş,
Şüğlü kari müdam cənkü cidal.

Taqi-əbru dü tiği-xunaşam,
Çeşmi-cadü dü hinduyi-bədhal.

Tühi bir dəm deyil xətadən xət,
Xali bir dəm deyil cəfadən xal.


Təng qucmaq miyanın eyb etməz,
Olmasa gər aradə bədəfal.

Münkiri-həqdürür edə hər kəs
Eşqdən dur əhli-həqqi xəyal.

Küfrdür məni-zövqü şövq, vəli,
Var həqiqü məcazdə işkal.

Zövqsiz tən dirəxti-bihasil,
Şursiz sər kəduyi-naqabil.

VII

Hər məkani ki, eşq tutsa məqam,
Olmaz ol mülkdə təriqi-nizam.

Padşah olsa zülmkar, olur
Mərdümi-şəhrə eyşü nuş həram.

Sitəmü cövri-mahrulərdən,
Bəsi naşaddır dili-nakam

Bir nigarın məni ğəmi-hicri
Eyləyib biqərarü biaram.

Nə vüsalinə var ümmidim,
Nə fəraqinə var səbrü dəvam.

Bilirəm ki, bu möhnətin yoxdur
Çarəsi ğeyri-badeyi-gülfam.

Saqiya, ver şərab peydərpey,
Mən ki, xəlq içrə olmuşam bədnam!

Tut əlim bir əyağ ilə, billah,
Qoyma əldən düşəm, behəqqi-kəlam!

Eylə bir növ məstü layəqil
Xüm ayağında ta be-ruzi-qiyam.

Bilməyim ki, nədir səfayi-səhər,
Bilməyim ki, nədir məşəqqəti-şam.

Xakdən ta ki, vəqti-rəstaxiz
Götürüm baş, bixüdü sərsam.

Əhli-məhşər soruşsa kimdir bu:
Məstü bibak, əldə camü səbu?!

VIII

Deyim: ey zümreyi-səğirü kəbir,
Mənəm ol Zakiri-bəlayə əsir.

Olmadım rəğbət ilə mən şeyda,
Bir pəri saldı boynuma zəncir.

Etdi bərbad eşqi dil mülkün,
Tapmadım bir kəsi edə təmir.

Biqərarü ğəmin ikən gördüm
Oturub xanəgah ara bir pir.

Hali-zarımdan oldu çün agəh,
Ol xücəstəxisalü saf-zəmir.

Dili-süzanıma yanıb cigəri
Dedi: "biçarə, eyləmə təxir,

Al əlimdən bu cürəni nuş et
Kim, zər eylər nə olsa bu iksir.

Gəzəsən bərrü bəhri tapılmaz
Mərəzi-eşq üçün belə tədbir.

Bil ki, bir qətrəsi bu əczanın
Zağı eylər hümxay, rubəhi şir.

Bu bir eylə məqamdır, munda
Şah ilə yox gədalərə tovfir".

Yadi-ləlilə meypərəst oldum,
Məndə yoxdur bu babdə təqsir.

Ol sitəmkardır bu cürmə səbəb,
Mana ondan yetib bu rəncü təəb!

I



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info