Qonaq Kitabı
Məni bir şux bu gün xanə-xərab etdi yenə

Məni bir şux bu gün xanə-xərab etdi yenə,
Aldı aramımı, bitaqətü tab etdi yenə,
Bürqə üzdən götürüb, kəşfi-niqab etdi yenə,
Dili-məcruhü pərişanı kəbab etdi yenə,
Didəmi əşki-dərun ilə pürab etdi yenə.

Gün kimi şölə verib sinədə əbyəz bədəni,
Tazədən eşqə salıb məstü cünun etdi məni,
Saçı canlar yatağı, telləri dillər vətəni,
Küfr zülfü talayıb Çini, Xətavü Xütəni,
Ləşkəri-xalü xəti Hində cəvab etdi yenə

Keçdi əyyami-zimistan, gəlib fəsli-bahar,
Eyləyib seyri-çəmən naz ilə ol türfə nigar,
Biləsincə dəfü ney, saqiyu sağər - nə ki var,
İçibən cami-məhəbbətdən, olub məstü xumar,
Açıban bəndi-qəba, tərki-hicab etdi yenə.

Bari-hicr ilə "əlif" qəddimi "nun" etmiş idi,
Arizüsünda qara bağrımı xün etmiş idi,
Ruzigarimi siyəh xalı zəbun etmiş idi,
Gərçi əvvəl məni sərməstü cünun etmiş idi,
Öldürüb, qoymadı, axırda səvab etdi yenə.

Mücəvü ğəmzəvü göz, bir də kaman əbrulər,
Hamı bir yanə və bir yanə haman əbrulər,
Bir qatı yaydürür danənişan əbrulər,
Zakiri-xəstədilin, gör, nə yaman əbrulər
Cismi-zarın hədəfi-tiri-şəhab etdi yenə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info