Qonaq Kitabı
Munca kim vardır ol ğəmzeyi-cadudə bəla

Munca kim vardır ol ğəmzeyi-cadudə bəla.
Yoxdu yüzdən biri bu çərxi-cəfacudə bəla.

Ol edər kimini dilşad, kimini məhzun,
Hər nə ətvar, rəviş var bu bədxudə bəla.

Zülfi-pürçinin ucundan, nə deyim, çin-çindir
Çin mülkündə xəta, kişvəri-hindudə bəla.

Zəhrəsi çak olur hər görənin, əfivəş,
Guyiya qat-qat olub həlqeyi-keysudə bəla.

Dami-keysulər əgər almasa rahi-güzəri,
Qandadır seyr zənəxdə, nigəhi-rudə bəla.

Gəlmədi, saçı arasında yəqin itdi könül,
Rəsm ayindir olur şami-qaranqudə bəla.

Küfri-xəttin çərisi səfheyi-rüxsarı tutub,
Ey müsəlmanlar, olurmu bu qədər mudə bəla!

Yar birəhmü cəfapişəvü aşiq bibak,
Özü bir ləhzə bəladən dekil asudə bəla.

Hicridir afəti-can, vəslisə pür bimü xətər,
Zakira, fikrini gör, o da bəla, bu da bəla!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info