Qonaq Kitabı
Könlüm quşu seyd oldu gözü qaş arasında

Könlüm quşu seyd oldu gözü qaş arasında,
Qanlar düşəcəkdir iki yoldaş arasında.

Sədparə dilin hər itinə parəsi düşdü,
Təqsim ola yəğma necə ovbaş arasında.

Bak eyləməzəm sənki-cəfadən eşigində,
İncirmi vətəndən, kəs ola daş arasında?

Sərçeşmeyi-çeşmimdə ləbin əksidi bilməm,
Ya xuni-cikərdirmi gəlib yaş arasında?

Bir aydı qaşın tərhinə qoymuşlar əl, əmma
Var külli kəşakəş hələ nəqqaş arasında.

Köksün çıxarıb gül pirəhəndən o nigarın,
Əmib-əmib, ondan qoyasan baş arasında.

Zakir, belə avarəvü heyran qalınca,
Ölüb qala idin oların kaş arasında.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info