Qonaq Kitabı
Sən onda elə zövqü səfa bağ arasında

Sən onda elə zövqü səfa bağ arasında,
Mən mumda yanım piltə kimi yağ arasında.

Peykanlarını sineyi-çakimdə görən der:
Bir ğönçeyi-tərdir ki, bitib bağ arasında.

Könlüm quşunu seyd elədi ğəmzəvü çeşmin,
Qorxum budu qanlar düşə ortaq arasında.

Getmişdi saçı seyrinə, dil gəlmədi, bişək,
Küm oldu şəbi-tardə sığnaq arasında.

Ol guşeyi-əbruydə çeşminmidi, yoxsa,
Yatmış iki Xutən geyiki tağ arasında.

Nasehlər edir mən məni mütribü meydən,
Əfsus ki, qaldım neçə sarsaq arasında.

Zakir, rəhi-eşqində diriğ eyləmə canı,
Ta nami-nikuyin qala üşşaq arasında.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info