Qonaq Kitabı
29 sentyabr Rusiya, sənə 1877

29 sentyabr Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

E L A N

 

Biz naxoş olduğumuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxmağı məlum deyil.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

İngilis vilayətində qoyun çox olduğuna oranın qoyuna gedən itləri çox əlatər olur və bu itlərin yaxşısı çobansız, özü sürünü aparıb, otarıb axşam qaytarıb geri gətirir. Yazırlar ki, itləri belə eləməkdən ötrü onlar anadan olandan sonra gözləri açılmamış anasından ayırıb qoyun altına qoyurlar, belədə qoyun itə və it qoyuna rağib olub, bir-birlərinə öyrənsinlər. Sonra itlər böyüklənəndə onlara hər gün axşam vaxtı qoyun içində xörək verirlər ki, belədə it sürünü aparıb otarıb axşam xörək yemək vaxtı olanda qaytarıb yatağa gətirir.

_______________

 

Yazırlar ki, Moskva quberniyasında olan Qraçyev adlı mülkədar qovunların çiçəklərini bir-birinə əzayi-tənasülü-zükuri, əzayi-tənasüli-ünasə qarıştırmaqlıq ilə bir qovun yetirib ki, onun uzunu 20 kərəh, eni 17 kərəh və özü çox abdar və şirindir.

_______________

 

Məlumdur ki, hər bir vilayətin heyvanı başqa olur və bizim eşşək isti tərəflərdə sakin olan heyvanlardandır ki, Avropa vilayətlərinin şimal tərəflərində eşşək ol-maz.

Yazırlar ki, bir iranlı bir eşşək aparıb, Moskvada ona bir mənzil bina edib, onu xalqa göstərib pul yığır.

_______________

 

At qocalanda onun rəngi ağarmağı məlumdur, amma bəzi at 2 – 3 yaşında olan-da da onun tükü ağarır. Bu səbəbə hükəma deyir ki, atın tükü ağarmaq soyuqdan əmələ gələn bir naxoşluqdur və belə tükü ağarmaq dəlalət edir onun bədəninin zəif olmağına. İndi bir ingilis hükəması bir atın tükünü ağarmağın mülahizə edib yazır ki, həqiqət, əvvəl zaman atın bədəni zəiflədi, amma bir azdan sonra bu at qüvvət-ləndi.

_______________

 

İmtahan ilə aşkar olub ki, süddən qaymaq yığmaq istəyəndə süd sərilən yer nə qədər soyuq olsa, o qədər qaymaq təmiz yığılır və belə soyuqda yığılan qaymaqdan yağ çox çıxır. Yağ özü dadlı olur və tez xarab olmur və belə qaymağın sərilmiş südü sərin olur. Südü soyuqda sərməkdən ötrü məslət edirlər ki, onu sağan kimi süzüb qablara töküb, bu qabları buzlu su və ya əriyən qar içinə (ki, 2 dərəcə istisi olur) qoyub 5 – 10 saat saxlayıb, onun qaymağını yığıb, bu qaymaqdan yağ çalxı-yasan.

_______________

 

Baharda əkilən taxıl bitkisi barəsində yazırlar ki, bu taxıl nə qədər gec əkilsə, ol qədr onun hasili az, bəlimi çox olur və bu gec əkilən taxıl özü yaxşı olmur.

_______________

 

Toxumun yaxşı və yamanlığını, onun dərin və ya dayaz şuxm olunmağını im-tahan edib, arpa və buğda barəsində yazırlar ki, yaxşı toxumdan hasil artıq olur, amma hasilin yaxşı-yamanlığı toxumun yaxşı-yamanlığı ilə deyil. Toxum nə qədər dayaz şuxm olsa, ol qədr hasil artıq olur. Amma onun dayaz və ya dərin şuxm olunmağından hasil yaxşı ya yaman olmaz.

Barama qurdunu bəstiyib onun baramasından ipək çəkmək bir çətin elmdir və bu halda ki, qurdlarda naxoşluq var, toxum üçün baramanı intixab etmək bu elmi dəxi çətin edib. Çünki bu qism elmlərin hamısı imtahan ilə təhsil olur, ona binaən Avropa vilayətlərinin ipək əmələ gələn yerlərində əlahiddə mənzillər bina edib, oraya gəlib genə qurdları bəstəməyi, ipək çəkməyi, baramanı intixab eləməyi müftə göstərirlər. Bu mənzilin birisi Moskva şəhərində var.

Yazırlar ki, bu il qurdlar bəstənən, ipəkçəkən, barama intixab olan vaxtda bu mənzilə hər gündə yüzdən ziyadə adam gəlib ki, bunlara hər bir qurdlara lazım olan mayəhtacı həm göstəriblər.

_______________

 

İnsanın dərisində ufaq deşiklər var ki, onlardan tər rədd olur. Tər rədd olmaq bədən üçün lazım olmağını bundan qiyas etmək olur ki, insanın bədənini ərinmiş mum ilə tutanda insan vəfat edir. Bədəndən tər ilə qeyr şeylər də rədd olur və bu şeylər dərinin deşiklərini tutduğuna 1 – 2 həftədə bir hamama gedib, bədəni isti su və sabun ilə yumaq lazımdır ki, o deşiklər təmiz olsun. Kəndlərdə sakin olanlar illər ilə hamama getməməyinə səbəb budur ki, onların hamamı yoxdur və onu kənd yerində təmir etmək çətindir.

İndi yazırlar ki, Amerikada bir şəxs ərradəyə oxşayan bir hamam təmir edib ki, onu at, mala qoşub kəndlərə də aparmaq olur.

 

ELM  XƏBƏRLƏRİ

 

İnsan saxlayan heyvanat və ələfiyyat nə qədər əlatər olduqca onun nəfi də artıcaq olur. Heyvanatı əlalandırmaq intixab ilədir. Südü, ya əti, ya gücü və ya onun bədəninin bir hissəsi çox ya az olan heyvanın balasının da bu xasiyyəti olur. Bu səbəbə mal saxlayan bu xasiyyətlərin birisi və ya bir neçəsi olanları intixab edib saxlayanda bir neçə arxadan sonra heyvanın bu xasiyyətini əlalandırır. Həmçinin ələfiyyatı olur və onu əlalandırmaqdan ötrü onun ata və anasını intixab etmək lazımdır.

Məlumdur ki, hər ələfiyyatın çiçəyi olur ki, bu çiçəkdən toxum və toxumdan ələfiyyat əmələ gəlir. Hər çiçək bir neçə hissədən əmələ gəlir, bu hissələrin bəzi ki, onlardan toxum əmələ gəlmir, lazımsız hissədir və qeyrləri ki, onlardan toxum əmələ gəlir, lazımlı hissədir. Çiçəyin lazım olmayan hissələri o hissələrdir ki, onlar olmağına görə avam ona çiçək deyir. Onun göy və ya rəngbərəng olan yarpaqları ki, biz iyləyirik lazım olmayan hissələrdir. Onun lazım olan hissələri kiçik rəng və iysiz olduğuna avam onu çiçək hesab eləmir, bavücudi ki, toxum bu hissələrdən əmələ gəlir.

Çiçəyin rəngbərəng olan yarpaqlarının dibindən şirin su çıxır ki, cücülər (arı) bu suyu aparmağa (bal qayırmaqdan ötrü) gələndə onun lazımlı hissəsi cücünün qanadına yapışıb, gedib qeyr çiçəyin üstə düşür və bu səbəbə ələfiyyat gələcəkdə dəxi ləvinbələvin olur. Çiçəyin lazımlı hissəsi ki, onun içində olur, iki qismdir: birisi bir neçə sap kimi nazik şeydir ki, onların başında yumruca şey olur. Bu yumrucanın içində sarı toz əmələ gəlir. Bu hissə əzayi-tənasüli-zükurdur. Və birisi çiçəyin ortasında bircə sapdır ki, onun başı yastı və dibi yumrudur və bu yumrunun içində kiçik girdə şeylər var. Bu hissə əzayi-tənasüli-ünasdır.

Toxum əmələ gəlməkdən ötrü gərək əzayi-tənasüli-zükurun sarı tozu əzayi-tənasüli-ünasın başında olan yastının üstə düşüb onun sapının içinə gedib, onun yumru hissəsinin içində olan kiçik girdə şeylərə qarışsın ki, onlar bir-birinə qarı-şandan sonra o kiçik yumru şeydən toxum əmələ gəlir.

Zikr olan əzayi-tənasüli-zükur və übas də hər bir çiçəkdə olmur. Məsələn, pey-ğəmbər buğdasının (qarğıdalı) iki qism çiçəyi olur ki, onun birisində əzayi-tənasüli-zükur və birisində əzayi-tənasüli-ünas olur və bu çiçəklərin ikisi də bir otun üstə olur. Amma söyüd ağacının da iki qism çiçəyi olur, lakin onların hər biri qeyr ağac üstə olur

İndi toxum necə əmələ gəlməyini biləndən sonra ələfiyyatı intixab ilə əlalandırmaqdan danışaq.

Necə ki, at ilə inəkdən bala törəməz, amma at ilə eşşəkdən bala törəyər, habelə bir-birinə oxşayan ələfiyyatın zikr olan əzalarını qarışdırmaqdan toxum əmələ gəlməz. Gərək at eşşəyə oxşayan kimi ələfiyyat da bir-birinə oxşasın. Məsələn, cürəbəcürə üzüm ağaclarını, ya qovun-qarpızları, ya tənbəkiləri bir-birilə qarıştır-maq olur, yəni ağ qarpız ilə ala qarpızı, ya Şiraz tənbəkisi ilə tütün tənbəkisini qarışdırmaq olur və bundan ötrü gərək əzayi-tənasüli-zükuru dərib, onun sarı tozu-nu əzayi-tənasüli-ünasın üstə salmaq. Belə qarıştırmaqdan əmələ gələn toxumlar-dan çıxan otun meyvəsi çox olur. Onun kökü, budaqları, yarpaqları böyük və ağır olur və hissələr hər iki otun (ana və ata) hissələrinə oxşuyur. Onların çiçəklərinin rəngi hər iki otun çiçəklərinin rənginə oxşuyur. Məsələn, onlar ağ və qırmızı olanda, ya ala və ya ağ üstə qırmızı səpmə olur. Çünki bir bağda, bostabda, hətta bir kənddə bir neçə qism bir-birinə oxşayan ələfiyyat əkiləndə onların əzayi-tənasüli-zükurun tozunu cücü və ya külək aparıb qeyrlərinin əzayi-tənasüli-ünasına qarışdırır, ona binaən əlalanmış madyanları yaman ayqırdan saxlayan kimi, bir əla-lanmış otu qeyr otlara qarışdırmaqdan saxlamaq gərək və bundan ötrü onu uzaqda əkmək və ya çiçəyi açılanda onun üstünü örtmək gərək.

 

 

TƏZƏ  XƏBƏRLƏR

 

Badkubəyə gələn tellər.

Sentyabrın 14-də. Qornıstuden. Cənab sərəsgər yazır ki, sentyabrın 10-da Plev-nanın dalında Sofiya yolu ilə 10 min Osmanlı əsgəri top və qeyr alatlar ilə bizim süvari əsgərini yarıb, Plevna qalasına daxil olub.

Ruscəq və Balkan tərəflərindən xəbər yoxdur.

Bizim təzə yığılan əsgər gəlib yetişir.

İcarədar Polyakov bizim qoşunun dalında təzə yollar təmir edir.

Bukareştdən. Yağış çox yağdığına əsgər irəli getməyi ləngə düşür.

Belə danışırlar ki, Yantradan (Bela qalasının yanından axan çaydır) düşmən geri qayıtmaq istəyir.

İngilislər 160 adam üçün mərizxana açdırıblar. Bu gün o mərizxana üçün 400 qutu mayəhtac gəlibdir.

Sentyabrın 16-da. Vyana. Veddin qalasından Plevnaya köməyə gedən Osmanlı əsgəri Rumıniya əsgərilə 4 saat cəng edib. Kim kimə faiq gəlməyi məlum deyil.

Sentyabrın 17-də. İqdirdən (İrəvan quberniyasındadır). Dünən düşmən bizim üstümüzə yeriş elədi. Axşamacan bərk dava oldu, biz onları geri oturtduq. Bizdən 180 adam tələf olub.

Sentyabrın 18-də. Vyanadan. İtaliya dövləti məşq eləməkdən ötrü 50 min əsgər cəm edib. İndi onları əldən qoymur.

Serbistan genə əsgər yığmaq istəyir. Venqriya vilayətinin Transilvaniya adlı yerində dövlətdən izinsiz bir icma bina olunmuş imiş ki, Osmanlı süvarilərilə birləşib, Rumıniyanın rus əsgəri gələn yollarını dağıdıb xarab etsin. İndi dövlət xəbərdar olub.

Sentyabrın 19-da. Qornıstuden. Düşmən bizim Yelenak (Bela tərəfdədir) əsgərinin üstə gəlmişdi. Ona çox zərər vurub geri oturtduq. Bizdən 122 ölüb.

Vyana. Bukareştdə belə danışırlar ki, həzrət vəliəhd Məhəmməd Əli paşanı Qralum çayının yanında (Bela tərəfdədir) basıb. Osmanlıdan 1 minəcən adam tələf olub. Bu ayın 9-dan 15-cən Şipkada bizdən 15 adam tələf olub.

Sentyabrın 20-dən. Qornıstuden. General Marzin əsgərindən bir dəstə süvari tatar Bazarcəq (Silistriya qalasının yanında) tərəfindən sentyabrın 14-də beş yüz, 15-də yeddi yüz, 16-da üç yüz çərkəs süvarisinə rast gəlib, onları pərakəndə edib, geri qayıdıb. Bizdən 31 adam tələf olub.

Cənab sərəsgər yazır ki, dünən knyaz Karl ilə (Rumıniyanın knyazıdır) bizim Plevna qalasını əhatə edən əsgərin yerlərinə baxdıq. Hər tərəfdən irəli gediblər. Düşmən bizə cavab vermir, yəni biz onlara top atırıq, onlar atmır.

Qarayalda (Kars tərəfindədir) bu gün bizim əsgərin hamısı Muxtar paşanın üstünə yeriş edib. Yağını, təpəsini almışıq, o təpəni saxlayan batalyonu tələf eləmi-şik. Sübhdən axşamacan bərk dava olub. Düşmənə çox zərər vurmuşuq. Bizim zərər hələliyə məlum deyil. 17 əfsər, 160 nizam əsir almışıq.

Vindən. Transilvaniyada bina olan icmanın qəsdi bu imiş ki, venqrlərdən 15 min adam Rumıniya yollarını dağıtmağa getsin. İndi Avstriya dövləti xəbərdar olub oraya əsgər göndərib. O adamlar bu əsgər ilə dava edib.

Sebtyabrın 22-də. Qarayaldan. Dünən düşmən bizim sol dəstənin üstə gəlmişdi. Biz onları geri oturtduq. Bizdən 3 əfsər, 40 nizam ölüb, 11 əfsər, 2250 nizam zəxmdar olub.

Sentyabrın 20-də olan davada bizdən 9 əfsər, 1000 nizam ölüb, 60 əfsər, 2000 nizam zəxmdar olub.

Sentyabrın 21-də. Plevna yanında. Məhəmməd Əli paşanın bir dəstə əsgəri Ser-kovna yanında geri oturduğuna onun hamı qoşunu geri oturub və bu səbəbə bizim Ruscəq əsgəri irəli gedib.

Silistriya tərəfində düşmən qəsd edirmiş ki, Tuna çayını keçib Rumıniya üstünə getsin. Bu barədə sərəncam olunub ki, onlara mane olsunlar.

Sentyabrın 19-da. Plevnadan. Batalyon 49 eskadron Osmanlı əsgəri ətrafından azuqə eləməyə getmiş imiş. General Çernozubovun süvarisinin bir hissəsi onları geri oturdub. Bizdən 40 adam tələf olub.

Plevna qalasının bürclərinin birisində olan barıta bizim toplardan od düşüb.

Dünən Plevnadan bizim yola çox bərk top atırdılar.

Sentyabrın 22-də Plevnanın yanından cənab şahzadə sərəsgər yazır ki, Plevna qalasının dalında Sofiya qalasına gedən yolun üstə general Liviç sentyabrın 19-da Rodomet kəndinin yanında düşmənin bir karvanını vurub, onlar Plevnaya gətirən duzu, dərman-davanı, min baş qaramalı, 80 at alıb, o kəndin yanında olan körpünü və teleqrafı dağıdıb. Sentyabrın 20-də Çervin Bryaq kəndinin yanında körpünü dağıdıb.

Bizim əsgər Plevna qalasına top atır.

Bizim Ruscəq əsgərinin qabaq dəstəsi düşmən ilə dava edir.

Sentyabrın 23-də. İstanbuldan. Dünən Süleyman paşa (Balkan dağının dalında olan əsgərin sərkərdəsidir) Tuna əsgərinə sərəsgər təyin olub. Balkan dağında bugün qar yağır.

Sentyabrın 25-də. Qornıstuden. Cənab şahzadə sərəsgər hökm edib ki, general Qurko Plevna qalasının müqabilində olan süvari əsgərinə sərkərdə olsun və general Skoblev 16-cı diviziyaya, general Dondukov 13-cü korpusa, general knyaz İmere-tinski ştaba naçalnik olsunlar. General Totelbeyn Rumıniya knyazı Karla köməkçi olsun.

Plevna qalasının müqabilində olan Rumıniya əsgəri qəndək atıb, onun içilə düşmənin qəndəklərinə iyirmi qədəm qalıncan gedib.

Nikopol qalasında düşməndən qalan cəng gəmilərini (zikr olan qalanı alanda orada su içində iki gəmi tapılmışdı ki, bizim toplardan şikəst olmuş imiş) təmir edib, üstə toplar çəkib hazır eləmişik.

Sentyabrın 27-də. Qarayal (Kars tərəfindədir). Sentyabrın iyirmisində və iyirmi birində olan cənglərdən sonra bu gecə düşmən özü dayandığı yerlərin çoxundan, əzcümlə Qızıltəpədən köçüb getdi. Bizim əsgər onların dalınca gedib Hacıvəli, Su-batan, Gilverən kəndlərini zəbt edib.

Türküstan şərqinin hakimi Yəqub xan bu il baharda mərhum olandan sonra onun məmləkəti 3 yerə hissə olub: birisi onun oğlu Bəyqulu bəyə, birisi qardaşı oğlu Xakim xan Tyuriyə və birisi Çin məmləkətinə düşüb. İndi “Türkestanski vedomosti” qəzeti yazır ki, mərhum Yəqub xanın varisləri bir-birilə cəng edirlər və Xakim xan Tyuri onu Bəyqulu bəy basandan sonra min sərbaz ilə qaçıb Rusiya sər-həddinə gəlib.

_______________

 

Avropa vilayətlərinin hamısından çox İngilis dövlətinin gəmisi var. İndi yazırlar ki, onun 180 cəng gəmisi var ki, bu gəmilərdə 1522 top var.

_______________

 

“Peterburqski vedomosti” qəzeti yazır ki, Peterburqda pul kəsilən mənzildə hər gündə Rumıniyaya göndərməkdən ötrü yüz altmış min tək manatlıq gümüş pul kəsilir.

_______________

 

Avropa vilayətlərində sakin olan yəhudilər hesabına gedib yazırlar ki, Avstriya məmləkətində 40 milyon adam var. Onların yüzdən üçü yəhudidir. Prusiyada 512 min, Firəngistanda 188 min, İngilisdə 51 min, İtaliyada və İspaniyada mindən bir və Rusiyada bir milyon 612 min yəhudi var.

_______________

 

Yazırlar ki, Bejis şəhərində dilənçi olmasından ötrü bir icma bina olub ki, hər calis ildə beş manat verir. Bu icma dilənçilərdən ötrü bir mənzil bina edib ki, şikəst olanları orada saxlayır və şikəst olmayanları ya sənətkarlara tapşırıb, sənət öyrədir və ya məktəbxanalara qoyub oxudur.

 

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info