Qonaq Kitabı
15 sentyabr Rusiya, sənə 1877

15 sentyabr Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

DAXİLİYYƏ

 

Bu halda biz Qafqaz vilayətinin qaramalına düşən taun naxoşluğundan bir neçə dəfə danışmışıq. Bu naxoşluq Sibir vilayətində əmələ gəldiyinə, ona Sibir yarası da deyirlər. Onun bizim qaramala düşməyinə səbəb bu halda olan cəngdir ki, Qafqazda cəm olan əsgər üçün qaramal gətirəndə onlar ilə naxoş mal gətiriblər.

İnsan taununun əlacı olmayan kimi, bu naxoşluğun da əlacı yoxdur və bu na-xoşluq qeyr yerlərə düşməməkdən ötrü də gərək karantin bina olunsun. Amma qaramal ilə insanın təfavütü olan kimi, bu karantinlərin həm təfavütü var. İnsan taunu bir yerə düşəndə tamam dünyanı xəbərdar edib, hamı onu qurtarmağa səy edirlər. Amma qaramal taunu illər ilə vilayətlərdən çıxmır. Bu barədə bizim dövlət tərəfindən təyin olan Kaxanovski adlı həkim yazır ki, Rusiyada hər il yüz minəcən heyvan bu naxoşluqdan tələf olur ki, onların qiyməti 2 milyon manatdan ziyadədir. Zikr olan həkim deyir ki, bu naxoşluqdan xilas olmaqdan ötrü gərək naxoş olan heyvanı öldürüb, onu basdırmaq və əgər məqdur olsa onu yandırmaq ki, onun əti, gönü (dərisi), buynuzları tamam tələf olsun. Yoxsa onlar ilə naxoşluq qeyr yerlərə də düşər. Bu tövr ilə naxoşluqdan xilas olmaq mümkün olmağı zikr olan həkim belə bəyan edir: 1865 – 66 – 67-ci sənələrdə bu naxoşluq İngilis vilayətinə düşüb, bir neçə ayda 35 milyon manatlıq zərər eləmişdi. 1865-ci sənənin noyabr ayının 5300, dekabr 10000, yanvarda (1865 sənə) 13000, fevralda 18000 heyvan tələf olan zaman millət məclisi hökm edib ki, belə naxoş olan heyvanı yandırıb və ya basdırıb tələf eləsinlər. Bu hökm əməl olandan sonra martda 8000, apreldə 4500, mayda 1700, iyunda 300 heyvan tələf olub. 1867-ci sənənin ibtidasınacan naxoşluq bilmərrə qurtarıb.

Pəs qaramal taununun karantini budur ki, hər kəs öz naxoş olan heyvanını sa-ğaltmağa ümid olmayıb, onu dərhal qeyr heyvanlardan aralayıb saxlasın və əgər ölsə, onun gönünə tamah eləməyib, onun cəmdəyini yandırsın.

Taundan naxoş olan qaramalı belə tanımaq olur; onun gözləri qızarır və onlardan qəliz yaş axır, dili ağ və quru olur, nəfəsini gec-gec və çətinliklə çəkir, xörəyi mədədən ağzına gətirib onu dübarə çeynəməyir, ayaqları əsir, qulağı salla-nır, tükləri pırtdaşır, qarnı şişir.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Tomajna xərcindən dövlət və zavod karxana sahibləri mənfəətbərdar olur. Döv-lətin nəfi məlum zavod və karxana sahiblərinə belə nəf olur. Qeyr vilayətlərdə qay-rılan şeylərdən bu xərc alındığına o şeylər bahalanır. Bu səbəbə zavod karxanada qayrılan şeylər artıq qiymətə satılır. Amma xalq üçün, ələlxüsus əkin, ziraət edən üçün bu xərc çox zərərdir.

Şimali Amerika cümhuriyyəsində çap olunan əkin, ziraət qəzetlərinin birisi bu zərəri aşkar etməkdən ötrü yazır: əkinçi minən atının nal mıxından manata 67, onu nallayanın çəkicindən 54, atı sürməyə ağacı kəsən bıçaqdan manata 60 qəpik tamojna xərci alınıb. Onun kotanından manata 50, kotana lazım olan zəncirdən 67 qəpik alınıb. Əkinçi geydiyi kotandan manata 58, mahutdan 50, başmaqdan 35, şlyapadan 80, onun mahut yorğanından manata 250 qəpik alınıb, ayağının altına saldığı xalçadan manata 150, boşqabından 40, çəngəl-bıçağından 35, o içdiyi çay-dan manata 47, qəhvədən 47, yediyi qənddən 70, duzdan 100, istiotdan 270, çəkdi-yi tənbəkidən manata 100 qəpik tamojna xərci alınıb. Belədə hər bir şey birəbir bahalandığına əkinçilik edən yoxsul olub. Ona binaən bu halda hər il 120 milyon buşil taxıl əmələ gəlir. Bavücudi ki, 8 il bundan əqdəm 160 milyon olurdu.

_______________

 

Heyvanat və ələfiyyat bədəni çürüyəndə gələn yaman iyə səbəb onlardan rədd olan qazdır ki, ona amonyak (nişatır ruhu) deyirlər. Bu qaz havada və suda çox olduğuna insana artıq zərər edir. Təcrübə olunub ki, şəhərin havasında və quyularının suyunda bu qaz çox olur. Habelə qəbiristanlıqdan gələn suda, hacət-xanaların və qeyr mütəəffinatın yavıqlığında olan quyuların suyunda nişatır ruhu çox olur və onun buralarda çox olmağı suyun iyindən məlum edir. İndi imtahan ilə aşkar olub ki, belə suyu gün altında çox saxladıqca onun qazı rədd olub, suyu təmiz edir.

_______________

 

Məlumdur ki, insanın bədəni o yediyi xörəkdən əmələ gəlir. Bu səbəbə onun bədəninin qüvvətli olmağı xörək ilədir və genə məlumdur ki, ət xörəklərin hamısından qüvvətlidir. Məsələn, ingilis fəhləsi ki, həmişə ət yeyir, Hindistanın həmişə düyü və ya çörək yeyən fəhləsindən birə beş artıq iş görür. Bu səbəbə Avropa tayfaları səy edir ki, ət artıq yeyilsin və bundan ötrü xalq çox olan yerlərdə təzə ət baha satıldığına xalq az olan yerlərdə əti ucuz alıb, onu ya qurudub qaxac edib, ya duzlayıb və ya ona bir neçə əcza vurmaqlıqla təzə saxlayıb, xalq çox olan yerlərə gətirib ucuz satırlar ki, tavanası olmayanlar da ət alıb yeyə bilsinlər.

Bizlərdə belə ət saxlamaq adət deyil. Amma bizim kəndlərdə sakin olanların çoxu həftələr ilə ət görmür. Əti bir neçə tövr şora qoyurlar, əzon cümlə Vestfaliya vilayətində bir parça əti (5 – 8 girvənkə) sərin yerdə təmiz, ağ duz ilə və bir az gə-hərclə (azotit putas) ki, ondan barıt qayırırlar sürtüb, on gün saxlayıb və bu zaman hərdəm bir onu çökürüb təzədən duzlayıb, onun altına bir deşikli qab qoyurlar ki, ondan rədd olan su axsın. Sonra əti torbalara qoyub buxarının və ya peçin içində asıllar ki, od yanan yerdə çox hündürdə olsun. Orada əti 4 – 6 həftə saxlayıb, sonra torbalardan çıxarıb sərin yerdə bir neçə gün asıb, boçkalara yığıb saxlayırlar.

Amerikada əti belə şora qoyurlar: 4 girvənkə təmiz duz, girvənkə yarım qənd, 12 misqal kəhərclə bir yerə qarışdırıb, 17 kasa su ilə qaynadıb köpüyünü alıb, sonra onu soyudub, əti duzlayandan sonra bu suyu onun üstə töküllər ki, belə ət xarab olmur. Frenkuniyada suda duzu əridib (nə qədər ərisə) ondan əriyən duzun ondan bir hissəsi qədər də kəhərclə töküb, bu suyun içində əti mürur ilə bişirib (su quruyuncan) sonra əti tüstü içində 24 saat asıb, çıxardıb saxlayırlar. Əti tüstüyə verməkdən ötrü buxarıda odun yandırmaq vacib deyil. Hər bir şey yandırmaq olur. Məsələn, kəpək yandırmaq çox yaxşıdır ki, onun alovu olmur, amma tüstüsü çox olur.

 

TƏZƏ  XƏBƏR

 

Zərdabdan yazırlar ki, avqustun 12-də oraya bərk dolu yağıb. Əvvəl dolu sərçə yumurtası kimi, sonra üçqəpiklik qara pul kimi yastı, qıraqları nazik, ortası qalın, axırda toyuq yumurtası kimi olub. Bu dolu əkinə çox zərər edib, kiçik heyvanatı, hətta dovşanı da tələf edib.

_______________

 

Yazırlar ki, bu ilin ibtidasından yarısınacan, yəni altı ayın müddətində Avropa dövlətləri əsgərə, dəmir yollarına, padşahlıq zavodlarına xərc olmaqdan ötrü 1442 milyon frank (30 qəoik) kağız pulu bang bileti, obliqatsiya və qeyr kağız kəsdiriblər. Əzon cümlə Germaniya 105, İngilis 131, Firəngistan 237, Rusiya 715 (bunlardan 675 dava üçün), İspaniya 19, Hollandiya 25.

Bizim Tunədə olan əsgər düşmən yerində olduğuna məhz qızıl və gümüş pulu xərc edir. Yazırlar ki, avqustun 5-dən oraya 7 atəş ərradəsi qızıl və gümüş pul gön-dəriblər.

_______________

 

Parij şəhərində dünyada olan məxluqatın barəsində yazılan kitabdan məlum olur: tamam dünyada 1429 milyon adam var, o cümlədən Avropa qitəsində 310, Asiyada 126, Afrikada 201, Amerikada 87, Avstraliyada 5 milyon.

Onların ticarəti barəsində yazılır:

 

Bir ildə

Mal gətirir

Aparır

Avropa

Amerika

Asiya

Avstraliya

Afrika

İngilis dövləti

Firəngistan

Amerika cümhuriyyəti

Rusiya

27177

4878

2376

1108

812

9348

4111

2769

1828

22225

5302

2910

977

718

7040

4280

3215

1714

 

Hamı məmləkətlərin məsarifi 20895, mədaxili 20694 milyon frank (frank  30 qəpik). Onların borcu 127346 milyon frank. Firəngistanın məsarifi və mədaxili hamıdan artıqdır: məsarifi 2583, mədaxili 2573 milyon. Rusiyanın məsarifi 2130, mədaxili 2280 milyon frank. Hamıdan çox xərc mədaxildən artıq gəlir Avstriyada ki, onun xərci 1596, mədaxili 1494 milyondur, Osmanlıda xərc 650, mədaxil 536 milyondur. Onların borcu: Firəngistanın 23403, İngilisin 18126, İspaniyanın 10508, Amerika cümhuriyyəsinin 1001, Avstriyanın 9576, Rusiyanın 8100, Osmanlının, Misir və qeyr vilayətlər ilə 5000 milyon frank. Hamıdan çox əsgərə xərc olunur Rusiyada, ondan az Firəngistanda , Germaniyada, İtaliyada.

________________

 

Badkubəyə gələn tellər

Avqustun 27-də Bukareştdən. Rumıniya əsgərinə Şipkada olan davada çox zərər dəyib. Rus əsgəri Plevna qalasını dəmir halqa kimi əhatə edib və bu halqa mürur ilə kiçildiyinə Plevnaya günü-gündən artıq güc edir.

Avqustun 29-da Pradin (Plevna qalasının yanında kənddir ki, oraya sərəsgər gedib). Biz dünən Plevna qalasının 600 – 700 sajın yavıqlığına gedib, oraya toplar atanda düşmən hücum edib, bizim sol dəstənin üstə gəldi. Amma biz onlara çox zərər verib geri oturtduq.

Bu gün axşamacan Plevnaya top atmışıq.  Axşam çağı bizim sol dəstə general Skoblevin sərkərdəliyilə Plevnanın yanında bir dağ alıb ki, oradan qalanı və düş-mən əsgəri dayanan yeri topa tutur.

Bizim Plevnanın dalında olan süvarinin üstə çərkəs atlıları gəlmiş, onları qovmuşuq.

Luça qalasını (Plevnadan Balkan tərəfə 30 verstlik yoldadır) alanda 2 baydaq və çox tüfəng almışıq. Düşmən qalada 2200 meyit qoyub qaçmışdı, onları basdırdıq. Bu Luça davasında bizdən 1000-dən artıq adam ölməyib.

Avqustun 31-də Pradin. Dünən Plevnaya top-tüfəng atdırıb, axırda onun üstünə yeriş elədik. General Skoblev qalanın yanında olan təpələrdən üçünü alıb. General Rodionov – ki, özü də zəxmdar olub, – Qroyevis dağını alıb. Bu davada iki genera-lımız zəxmdar olub.

Bu gün cəng başlanıb. Dünən aldığımız yerlər bizim əlimizdədir. Bu günəcən bizdən beş mindən artıq adam yaralanıb. Ölənlərin hesabı hələliyə məlum olmayıb.

Sentyabrın 1-dən Prabin. Dünən Plevnaya yavıqlaşıb oraya və düşmən dayanan yerlərə top atdırdıq, qalada yanğı başlanıb. Düşmən dayanan yerdə 2 dəfə barıta od düşüb. Düşmən general Skoblev alan təpələrin üstə beş kərə hücum edib, biz onu geri qaytarmışıq, amma axırda, altıncı dəfə gəlib o təpələri alıb, bizi geri oturdub. Gecə Plevnanın ətrafında xəndəklər qazıb, onların içində gecəni keçirmişik. Bu gün günorta vaxtınacan bizdən altı min adam yaralanıb.

Sentyabrın 3-də. Pradin. Dünən düşmən Kroyevis dağını almağa gəlmişdi, amma biz 3 saat yarım dava edib onları geri qaytardıq. Bu gün düşmən dayanan yerlərə top atırıq. Plevna qalasına od düşüb yanır.

Sentyabrın 3-nəcən bizdən üç yüz əfsər, on iki min beş yüz nizam və Rumıniya əsgərindən altmış əfsər, üç min nizam tələf olub.

Sentyabrın 4-də. Osmanlı Şipka yolunun üstə olan Nikolay dağının üstə 3 top qoyub, hər birinin atımı 2 put barıt və gecə sabahacan o dağa top atıb. Bizdən 27 ölüb. Sentyabrın 2-də bizdən 129 ölüb. Plevnada top atırıq, amma düşmən bizə cavab vermir.

Sentyabrın 5-də. Qornıstuden. Osmanlı 5 gün Şipkaya top atdırandan sonra bu gün sübh saat üçdə Nikolay dağının (Şipka yolunun bərk yeridir ki, bizim rus əsgərinin əlindədir) və tamam Şipka yolunun üstə yeriş elədi. 9 saat dava edib onlara çox zərər vurub, geri oturtduq. Düşmənin əsgəri nizam və Ərəbistan əsgəridi. Bizdən 18 əfsər, 100 nizam yaralanıb, 400 ölüb.

Sentyabrın 6-da Kroyevisdən (Plevna yanında kənddir). Bu gün 7 batalyon Rumıniya və 2 batalyon rus əsgəri Kroyevis təpəsinin yanında olan təpələri alıb, bu təpələrdən bizim toplar düşmən oturan yerləri tutur.

Vyanadan yazırlar ki, Serbistan əsgəri əldən qoyub baharacan Osmanlı ilə cəng başlamıyacaq.

Süleyman paşa Balkan dağını keçib otuz min əsgər ilə Plevnaya, Osman paşaya köməyə gedir.

İstanbuldan yazırlar ki, Oxraniya şəhərinə (Plevna qalasının dalında, ondan 50-60 verst aralıdır) 30 batalyon əsgər gedib ki, Osman paşaya kömək eləsin.

Sentyabrın 9-da. “Tayms” qəzetinə Qornıstudendən yazırlar ki, ruslar Plevna qalasını əhatə edib onun ətrafında 320 top qoyub oraya atırlar, amma Osmanlı onlara cavab vermir. Ona binaən belə deyirlər ki, Osmanlının barıt gülləsi qurtarıb.

Ruslar Adişyu təpəsini də bərkidirlər.

Vyanadan. Bela şəhərinin (Ruscəqdən 50 – 60 verst arası var ki, orada əvvəl zaman bizim sərəsgər olurdu) yanında bərk cəng başlayıb, ruslar oraya kömək göndərir (bu davada bizim əsgərin sərkərdəsi həzrət vəliəhddir, Osmanlı əsgərinin sərkərdəsi cənab Məhəmməd əli paşadır). “Pres” qəzeti yazır ki, ruslar Plevnanı elə əhatə edib ki, oraya barıt, gülulə və azuqə gətirmək olmur.

Sentyabrın 10-da. Qornıstuden. Osmanlı əsgəri təzədən Şipkada olan Nikolay dağının üstünə gəlib. Osmanlı Sirkovniyanın (Bila tərəfdə) üstə gəlmişdi, onları geri qaytardıq. Ümid var ki, bu gün genə gəlsinlər.

“Novoye vremya” qəzetinə Bukareştdən yazırlar ki, rus əsgəri Plevna qalasını əhatə edib.

Qafqazdan gələn əsgərlər Plevnanın dalında olan Sofi yolunu zəbt edib. Süley-man paşanın yolu kəsildiyinə Osman paşaya köməyə gələ bilməyəcək.

________________

 

Dövlət tərəfindən müəyyən olan həkimlər Badkubədə karantin bina edib. İranda olan taunu gözləyirlər. Amma bu iki ayın müddətində nə ki, Badkubədə, hətta İranda heç bir kəs taundan ölməyib.

________________

 

Çünki cəng olan zaman teleqraf çox iş görür və düşmən bir yerə daxil olanda öz düşməninin tellərini qırıb özü üçün teleqraf bina edir, ona binaən Germaniyada təzə teleqraf bina edirlər ki, onun məftili yer altında olacaq.

Bu halda Rusiyada naxoş və zəxmdar olan əsgərə kömək etməkdən ötrü bina olan icma Rusiyanın hər tərəfində onlar üçün mənzillər bina edir. Yazırlar ki, keçən avqust ayının 15-cən zikr olan icma 16000 adam üçün mənzil qayırıb ki, orada dərman-davadan tutmuş hər bir mayəhtac hazırdır.

“Türküstan” qəzetinə Daşkənd şəhərindən yazırlar ki, avqust ayının 30-da ora-da təzə şəhər qərardadı qoyublar.

________________

                                                                    

“Qolos” qəzeti yazır ki, Permski, Vyatski quberniyalarında bir neçə ildir ki, qaramal taunu var. İndi zikr olan şəhərlərin camaat divanxanası xalqı bu naxoşluq-dan xilas etməkdən ötrü dövlətdən təvəqqə edir ki, böyük yolların üstə əlahiddə mənzillər bina olunsun ki, qeyr yerlərdən gətirilən malları bu mənzildə bir neçə gün saxlayıb onlardan naxoş olanını tələf edib qeyrlərini xalqa satsınlar, ya bir zaminlik icması bina olunsun ki, hər kəs öz malını qiymət edib, ol icmaya ildə bir az məbləğ versin, bəşərti ki, mal ölsə icma onun qiymətini mal sahibinə versin və ya inki bu icmanın əvəzində hər kəs öz malını öldürüb tələf eləsə, dövlət ona hər mala 10 manat versin.

________________

 

Məlumdur ki, cəng olanda yetim artır və bu səbəbə fəqir-füqəra çoxlanır və genə məlumdur ki, bizim Rusiyada yetimlər üçün bina olan mənzillərə və məktəb-xanalara uşaqları səkkiz yaşından sonra götürürlər. Ona binaən indi Peterburqda səkkiz illik vədəsinə bir yetim mənzili bina etmək istəyirlər ki, bir yaşından səkkiz yaşına (qədər) uşağı götürüb ona təlim eləsinlər.

________________

 

Vıborq şəhərindən yazırlar ki, oranın bağında bir alma ağacı var imiş ki, bu il 4400 meyvə gətirib.

Ozurget şəhərindən “Tiflisski vestnik” qəzetinə yazırlar ki, oranın qaramalında naxoşluq olduğuna inək, öküzün birini 3 – 4 manata satırlar.

________________

 

Zakona müvafiq böyük şəhərlərdə hər ev sahibi gərək bir və ya bir neçə gəda saxlasın ki, evin həyətini və küçəni süpürüb təmiz saxlamaqdan masəva gecələr də qarovul çəksin. İndi bu qayda bizim Badkubədə bina olur.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info