Qonaq Kitabı
1 sentyabr Rusiya, sənə 1877

1 sentyabr Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Müştərilərimizin birisi yazır ki, sən allah sən də erməni qəzetləri kimi cəng olan yerlərin surətini çəkdirib, qəzet ilə xalqa payla ki, hər kəs o yerlərin surətini görüb, dava necə olmağından müxbir olsun.

Doğru deyiblər: varlığa darlıq yoxdur. Pəs belədə yoxsulluqdan da bir şey um-maq olmaz.

Ermənilərin nəyi yoxdur və bizim nəyimiz var.

Biz ki qəzeti basdırmağa hürufat tapmırıq, cəng olan yerlərin surətini və ya maşınların şəklini necə çəkdirək?

Vay, vay bizim halımıza ki, qeyrlərindən çox geridə qalmışıq!

 

 

DAXİLİYYƏ

 

Bizim uzaqda olan müştərilərin birisi yazıb təvəqqə edir ki, gələn il “Əkinçi” qəzeti nə şərtlər ilə çıxmağı yazıb piş əzvəqt məlum edin ki, vaxtında pulunu gön-dərək.

Əvvələn, bu il 200-dən də az müştərimiz var idi ki, bu halda cəng olmaq səbə-binə onların bəzisinin yolu bağlanıb, bəzi yerini itirib, bəzi özü itib. Belədə gələn iləcən cəng qurtarmasa, müştərimiz dəxi az olacaq. Müştərisiz ki, qəzet olmaz.

Saniyən, əgər bizim hürufatın bəzi köhnəlib xarab olsa, gərək təzədən hürufat gətirtmək. Bu vaxtda onu kim və haradan gətirtsin?

Salisən, bizim qəzeti çıxardan bircə mənəm və əgər mənim başıma bir iş gəlsə, gərək qəzet mövquf olsun. Aya bu halda ki, it sahibini tanımır, kim sabaha ümid ola bilir?... Bunilə belə biz ümidvarıq ki, gələn il də qəzeti çıxardaq (at ölüncən otdar) və bu əsnada onun şərtlərini dəyişdirmək məqdur deyil.

Əgər əhyana zikr olan səbəblərin birinə görə qəzetimiz bərhəm olmalı olsa, bunu vaxtında yazıb müştərilərimizə məlum edib, onların pulunun artığını özlərinə qaytaracayıq.

Allah “Əkinçi”yə rəhmət eləsin.

_______________

 

Məlumdur ki, hər kəsin mahnıdan xoşu gəlir və bir yaxşı sövtü olan olmayan da özü mızıldamağa durur. Bu səbəbə mahnı çərəndiyat hesab olunur isə də, çox vacibi şeydir. Ona binaən mənasını yaxşılandırmaq səyinə düşmək lazımdır.

Hər tayfanın vətəndarlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eləsin ki, xudavənda, onları kim və nə üçün düzəldib. Onların çoxunun ki, avam çağırır, heç mənası olmur. Məsələn:

 

Ağacda oturub sərçə,

Niyə uzunsan, ay küçə?

Sən harda qaldın, ah beçə,

Ey yar, ey yar, ay qaragöz.

 

Belə çağıranların barəsində doğru deyiblər ki, eşşəyin anqırmağı özünə xoş gəlir, amma çifayda, eşşək anqıra gəzir və onu belə anqırmaqdan xilas etmək səyinə düşən yoxdur. Bizim kamallı hesab olunan qardaşlarımız Hafiz ya Sədinin bu məzmunda şerlərini oxuyurlar: meyi düsalə və yar çəhardəh salə və ya məkün təkyə bərmali-dünya və püşt[1] ki, bunlar avam çağıran mahnılardan da yamandır. Avamın ağzına qeyr mahnı da salmaq olur, amma məkün təkyə bərmali-dünya çağıran qardaş vəfat edib, öz ağlaşmasını çağırır və onun sağalmağına ümid yoxdur.

Belədə yaxşı olurdu ki, bizim şüəralar bir-birini həcv ya mədh etmək əvəzinə zikr olan məzmunda mahnılar düzəldeydilər ki, onlar ağızdan-ağıza düşüb xalqı nadanlıqdan danalığa təhrik etməyə bais oleydi.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Morye adlı hükəma London şəhərinin hükəma məclisində əkinə zərər vuran cücülərin xüsusunda danışandan sonra zikr olan məclis qət edib ki, dövlətdən təvəqqə olunsun o cücülərin zindəganını öyrənib, onları necə tələf etməyi bilmək-dən ötrü əlahiddə hükəmalar təyin eləsin.

Bu il payızda İsveçrə (Şvedsariya) cümhuriyyətinin Bern şəhərinə hükəmalar cəm olacaq ki, üzüm ağacının naxoşluğuna əlac tapsınlar.

Kartofel naxoşluğuna bais olan kolorado adlı düz amqurdini tələf etməkdən ötrü hükəma məsləhət edir ki, tavus quşu saxlasınlar. 1 – 2 quş bir desyatin yerin (uzunu 80, eni 30 sajın) yeyib tamam erid.

Qaramalda bir naxoşluq olur ki, onun qarnı şişib ölür. Rizet adlı hükəma bu naxoşluqdan ölən malın qarnını yarıb görüb ki, onun qarnında hava qismi qaz tur-şusu əmələ gəlib. Ona binaən belə naxoşlayan mala maqnezi və ya yanmış əhəng (üstə su tökəndən sonra) verib onu sağaldıb.

Aran yerinin yayı uzun olduğuna orada bitən ələfiyyat çox ömür edib böyük olur. Amma onun çiçəyi böyük olmur, lakin yaylaqlarda yay gödək olduğuna ələ-fiyyat özü kiçik, çiçəyi böyük olur. Çünki malın südünün və yağının dadı o yediyi ələfiyyatdan olur, ona binaən dağlarda saxlanan mal yediyi ələfiyyat özü kiçik, çiçəyi böyük olduğuna onların yağının ətri çox əla olur.

İndi yazırlar ki, İtaliya məmləkətində yağı ətirli etməkdən ötrü xoş ətri olan ələfiyyatı, məsələn, reyhanı qurudub onu bir torbaya töküb, ağzını bağlayıb, nəhrə-yə salıb yağ çalxıyırlar. Belədə yağdan o ələfin dadı gəlir.

Yayda ağ paltarda sərin, qara paltarda isti olmağının səbəbi budur ki, ağ şeyin üstə günün şüası, yəni şəfəqi düşəndə onun çoxu qayıdıb havaya rədd olur, amma qara şeyin üstə düşəndə rədd olmur. Bu səbəbə isti tərəflərdə qara heyvan üçün zindəganlıq etmək çətindir. Məsələn, bizim ərəb qardaşlarımız bu səbəbə qara dəvə vecsiz olmağa binaən onu tələf elədiyinə, indi heç qara dəvə olmur. Habelə əkin yerinin rəngi gərək orada əkilən əkinə kar eləsin.

İndi yazırlar ki, Qalney adlı hükəma təcrübə ilə aşkar edib ki, rəngi qara yer isti olduğuna onun karfoteli çox böyük oldu.

Berlin şəhərində itlərdən mütəvəcceh olmaqdan ötrü bir icma bina olub. Yazırlar ki, ol icmanın bir muradı da budur ki, hər bir qism itləri əlalandırb qeyrlə-rə satsın.

Şimali Amerikanın İngilis dövlətinə təəllüq olan Kanada vilayətində bir öküz ölüb. Londonda olan qəribə heyvanat saxlıyan mənzilə göndəriblər ki, onun 85 put ağırlığı olub.

Germaniyada əldə saxlanan heyvanatın yeminə mülahizə edən hükəmaların birisi at və qaramal yeminə baxıb yazır ki, onları çox qüvvətli yem ilə (arpa, noxud, peyğəmbər buğdası) həmişə saxlamaqdan zərər yoxdur. Habelə göy ot körpə, yəni nazik olan vaxtda onlar üçün yaxşıdır. Amma ot çox yetişəndə, məsələn, çox yetişmiş taxılın bəlimini atın mədəsi heç bişirmir. Lakin qaramal onu da bir az bişirir.

 

MƏKTUBAT

 

M o s k v a d a n. Üç ildir “Əkinçi” qəzeti fəryad edir ki, ay qardaşlar, elm öyrənin, yoxsa zindəganlıq cəngində özünüz, millətiniz, məzhəbiniz bərbad olacaq-dır. Amma indiyəcən heç bunun dalıycan olan yoxdur. Bavücudi ki, bu söz doğru olmağı gün kimi aşkardır. Məsələn, Avropa vilayətlərində hər il 1000-dən 20 – 30 adam vəfat edir. Amma İran əhli ki, hər il acından qaçıb bizim yerlərə fəhləliyə gəlir, yavan çörək yeyib gün altında işləyib, ayazda yatdığına payızda milçək qırılan kimi tələf olur və yəqin ki, hər il onların yarıbayarısı vəfat edir.

Bu günlərdə Moskvanın küçələrində bir iranlı gördüm, başaçıq özünə xaç çəkə-çəkə dilənçilik edən. Dedim bu nədir? Cavab verdi ki, allah İrana qəzəb edib, çörək tapmaq olmur.

Pəs, qardaşlar, bunun səbəbi elmsizlik deyil ki, bizim gözəl vətənimizdə çörək tapmaq olmadığına xalq baş götürüb diyarbədiyar gəzib, külfətindən, millətindən, məzhəbindən əl çəkib, acından milçək təki tələf olur və ya Hindistanın altmış milyon müsəlmanı bir neçə yüz ingilis əlində giriftar olub, onlar üçün sağmal inək təki olmağı elmsizlikdən deyil?

Ay qardaşlar, “Əkinçi” qəzetinin fəryadını eşidib elm təhsil etmək dalıncan olun, necə ki bir çırağın yağı qurtaranda onun işığı kəsiləndən irəli, ondan bir şəfəq çıxır və bu zaman onun üstə təzə yağ tökülməsə, bilmərrə sönüb tamam ölür, habelə “Əkinçi” qəzeti sizin üçün bu axırda çıxan şəfəqdir. Haray, qardaşlar, yağ, yağ, yağ! Yoxsa “Əkinçi” sönüb bizi zülmətə qərq edər ki, bu zülmətdən bizim üçün xilas olmaq yoxdur.

Harayçı qardaş

                                                               

 

 

 

TƏZƏ  XƏBƏRLƏR

                  

Badkubəyə gələn tellər.

Avqustun 12-də Qornıstunden. Cənab sərəsgərdən. Dünən sübh tezdən düşmən Şipkanın üstünə 3 tərəfdən gəlib. Bizim əsgər qoçaqlıq edib, hər səfər onları geri

oturdub. Bu minval ilə gecə saat 12-yəcən düşmən Şipkadan əl çəkməyib. Ol vaxtda ay tutulduğuna aralıq sakit olub. Əgərçi Süleyman paşanın əsgəri çox olub və bizə hər tərəfdən top atıblar, amma bizim əsgər öz yerlərini saxlayıb. İndi 4 gündür ki, düşmən bu tövr ilə gecə-gündüz Şipka üstə gəlir. Bu zaman bizim əsgər heç yuxlamayıb və isti xörək yeməyib. Gərək biz göndərən kömək bu gecə Şipkaya yetişəydi.

Bu gün sübh saat 4-dən gecə düşmən Şipkanın üstə gedir. Dünən günortadan sonra düşmən təzədən Ayasların (Balkanda Ternovi yanında kənddir) üstə gəlib onu alıbdır. Bizim əsgər Sultangöy kəndinə (zikr olan kənddən bir az aralıdır) gedib.

Bu gün saat 2-dən sonra Şipkada əl davası olmur, ancaq top atılır. Düşmənin sol tərəfini qaçırtmışıq. Bizim dal tərəfdə atılan 2 top götürülüb.

Bu gün Plevna, Lovça tərəflərdən təzə xəbər yoxdur.

Avqustun 13-də Qornıstuden. Bu gün sübh saat 9-da Şipkada dava başlanıb. İndi 5 gündür ki, Süleyman paşa tamam əsgər ilə bizim üstümüzə bərk gəlir. Biz əlimizdə olan yerləri saxlamışıq. General Dirajniski ki, Şipkada əvvəl zaman 3 gün sərkərdəlik edirdi, bu gün zəxmdar olub ölüb.

Avqustun 13-də Vyanadan. Salabudziya qalasına (Tunanın Rumıniya tərəfində Ruscəq qalasının müqabilindədir) ruslar 48 çox böyük top gətiriblər.

15 min Osmanlı əsgəri Ponkiyo (Balkanda Ternovi tərəfində kənddir) üstə getmişdi, onları ruslar geri oturdub.

Avqustun 14-də Nikolayevdən. Bizim “Konstantin” paraxodu gedib Suxumda gecə vaxtı bir böyük Osmanlı gəmisini torped ilə dağıdıb.

Qornıstuden. Sübh saat 9-da düşmən Şipkanın üstə gəlib, axşam saat 12-yəcən bərk vuruşub. Bizdən 30 əfsər, 400 nizam tələf olub, amma yerlərimiz əlimizdə qalıb. Gecə Osmanlıya kömək gəldi, onlar gecə ikən bizim üstümüzə gəlib, bu halda vuruşullar. Hələliyə yerlərimiz əlimizdədir.

London. İngilis dövlətinin rus əsgərində olan vəkili Oayillisli gəlib vəziri-xaricə Derbiyə cavab verib ki, rus əsgəri Osmanlı tabelərinin haqqında zülm eləmək sözü doğru deyil və rus saldatını çox tərif edir.

Avqustun 15-də Qornıstuden. Dünən-bu gün düşmən Şipkaya az top atır. Düşmən Şipkanın ətrafında olan dağlarda oturub, əsgəri dəstəbədəstə bizim üstümüzə göndərir. Özləri üçün suyu eşşəklər ilə, xörəyi, patronu, topları öküz və bolğarlar ilə gətirdir.

Körik dərədən (Gömrü ilə Karsın arasındadır)Osmanlı əsgəri bizim üstümüzə gəlib, Qızıltəpə dağını aldı. 13 saat yarım bərk dava oldu. Əgərçi biz düşməni geri oturtduq, amma Qızıltəpə onların əlində qaldı. Bizim tərəfdən 8 əfsər, 269 nizam ölüb, 133 əfsər, 677 nizam yaralanıb.

Avqustun 17-də Qornıstuden. Cənab sərəsgər yazır ki, avqustun 16-can bizim Şipkada olan əsgərdən 98 əfsər, 2633 nizam yaralanıb (ölən məlum deyil).

Tuna şəhərindən bizim süvari əsgəri iki dəfə qoçaqlıq edib, düşmənə azuqə aparanların üstə tökülüb, bir dəfə 19 adam öldürüb, 7-sini dəstgir edib, bir dəfə 93 adam, 237 qaramal, 4009 qoyun alıb. Bizdən 3 adam zəxmdar olub.

Plevna və Lovça tərəfindən xəbər yoxdur. İstanbuldan “Pres” qəzetinə yazırlar ki, Şipkada Osmanlıya çox zərər dəyib. Az olsa 10 min adam ölüb.

“Deyli nyu” qəzeti yazır ki, ruslar Şipkanı elə bərkidiblər ki, hərgah Süleyman paşa qeyr yol tapmayıb, istəsə ki, Şipkadan keçsin, onun tamam əsgərini öldürəcəklər.

Rumıniya əsgəri Tunanı keçib Plevna üstünə gedir.

Midhət paşaya kağız gedib ki, qayıdıb İstanbula gəlsin (Midhət paşa Vyana, Parij, London şəhərlərini gəzib əlahiddə danışıq edirdi). Knyaz Sirinlov Belqrad şəhərinə çox pul aparıb. Ümid var bu günlərdə serblər də Osmanlı ilə cəng başlasın.

Avqustun 19-da Qornıstuden. Ruscəq qalasından Osmanlı əsgəri bizim orada olan əsgərin qabaq dəstəsinin üstə getdiyinə biz qayıdıb Qaraxan göy, Xandır göy kəndlərinə getmişik. 12 min düşmənin müqabilində durub, 12 saat dava etmişik. Bizdən 400 adam zəxmdar olub.

Plevnadan çox Osmanlı əsgəri bizim üstümüzə gəlib, bərk dava olub.

Ploeştidən (Rumıniya şəhəridir), Qalas şəhərindən (Tunanın boğazı tərəfdədir) bərk top səsi gəlir.

Osmanlı əsgəri Janku (Balkanda olan kənddir) yanlarına cəm olur.

Avqustun 2-də Qornıstuden. Dünən 8 batalyon Osmanlı qoşunu Ruscəq qalasında bizim qabaq dəstəni Kadikudan (Ruscəqdən 15 verst aralı kənddir) çıxartdı. Bizə kömək gələndən sonra onları oradan çıxartdıq.

Bu gün sübh Osmanlı süvarisi Plevnadan (Plevna ilə Ruscəq arasında bizim əsgərin hamısı cəm olub) çıxıb bizim qabaq dəstəni geri oturdandan sonra düşmən-nin piyada əsgəri və topları meydana girib bərk cəng başdadı. Bizim əlimizdə olan Stalivisi və Pleşak kəndləri əldən ələ düşəndən sonra bizim əsgər gücdənib, 25 min düşməni ol yerlərdən çıxartdı. Günortadan 4 saat keçmiş cəng qurtardı. Bizdən Ruscəq tərəfində 600 adam tələf olub.

Avqustun 21-də Qornıstuden. Ayın 19-da bizdən Kadikuda 7 əfsər, 30 nizam, Plevnada 30 əfsər, 1030 nizam tələf olub.

Balkanda bir dəstə başıpozuq və çərkəs gəlib Zelunə kəndini almışdılar, bizim əsgər gələndə qaçdılar.

Avqustun 22-də Qarayaldan (Gömrü ilə Kars arasında Körik dərədən 5 verst aralı kənddir) general Alxazov dünən sübh Suxum qalaya daxil olub görüb ki, Osmanlı əsgəri gecə ikən gəmilərə oturub gedib.

Terski oblastda yaği olan çərkəsləri təzədən basıb, onlara çox zərər vermişik.

Avqustun 22-də Qornıstuden. General knyaz İmeretinski yazır ki, dünən gene-ral Skolblev 12 saat cəng edib, Luçanı alıb. Zərərimiz hələliyə məlum deyil. General Rezqildiyev zəxmdar olub.

Luçanı alanda bizdən 1000-cən adam tələf olub, Osmanlıya çox zərər dəyib. 105 yaralı əsir etmişik.

Qarayaldan. General Devil öz diviziyası ilə (Gömrüdən) İrəvanda olan əsgərə köməyə getdi. Onun yerinə general Lazarov (bizim İvan Davidiç) qabaq dəstəyə sərkərdə təyin olub.

General Çernyayev qayıdıb Moskvaya getdi.

Avqustun 24-də Qornıstuden. Dünən Ruscəqdən 17 dəstə düşmən çıxıb Kadi-kuvu almışdı, amma bizə kömək gələndən sonra onları çıxartdıq. Bizdən 30 adam ölüb, 150 zəxmdar olub.

Avqustun 25-də Qornıstuden. Osmanlı Migrindən Luçanın üstünə gəlmişdi, onları geri qaytardıq. Dünən düşmən Ruscəqdən bizim üstümüzə hücum edib, ələl-xüsus Kasliv və Oblanur kəndlərinin üstə getdi. Bizim Kaslivdə olan əsgər 6 saat cəng edib, çox zərər ilə geri qayıdıb. Ustri kəndinə gəlib, Oblanur kəndi əldən ələ düşüb, axırda bizim əlimizdə qaldı.

Balkan tərəfdən xəbər yoxdur.

Avqustun 27-də Çətinədən (Qaradağ paytaxtıdır). Bu gün toplar atıb şadyanalıq edirlər ki, Qaradağ əsgəri Osmanlının Nikşiş qalasını alıb.

Avqustun 27-də Qornıstuden. Osmanlı əsgəri Kaslivi alandan sonra əgərçi bizim əsgər Oblavo kəndindən düşməni çıxartmışdı, amma özü oradan çıxıb geri qayıdıb.

Bizim Plevna müqabilində olan əsgər o qalanın ətrafında olan dağlarda topları qoyub ayın 26-da başlayıb oraya top atır. Dünən axşamacan top atmışıq. Bizə hələ zərər olmayıb. Bu gün genə bərk top atırıq.

Avqustun 28-də Qornıstuden. Bizim Ruscəq müqabilində olan əsgərə hökm olub ki, bir az geri qayıtsın.

Plevna müqabilində olan əsgərin sol dəstəsi Plevnanın qiblə tərəfində olan dağı alıb. Bizdən 500 adam tələf olub. Zikr olan əsgərin sağ dəstəsi və ortası Plevnaya 700 sajın qalmış yerdə olan Ovis kəndini alıb.

Serbistan bu günlərdə Osmanlı ilə cəng başlayacaq.

_______________

 

İngilis hükəmaları Rusiya tabelərinin hesabına gedib yazırlar ki, Rusiyada hər 100 adamdan 50-si, yəni onların yarısı slavyan millətindən deyil, qeyr millətlər-dəndir və hər 100 adamdan 16-sı, yəni altıdan biri xristian deyil.

“Qolos” qəzeti yazır ki, Peterburqda təzə qəlp 10 manatlıq kağızı çıxıb və onu elə yaxşı qayırıblar ki, məxsusi banglarda pul sanıyanlar onlara əsil 10 manatlıqdan təfavüt verə bilmir.

Kutais quberniyasından və Telav şəhərindən “Tiflisski vestnik”ə yazırlar ki, oranın qaramalına bərk naxoşluq (taun) düşüb.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



[1] İkiillik şərab və on dörd yaşında məşuqə və ya dünya malına bel bağlama.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info