Qonaq Kitabı
18 avqust Rusiya, sənə 1877

18 avqust Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Badkubədə şəhər təhmilatı verilənlərin siyahısı çap olunub, bu avqust ayının 14-də divarlara vurulub. Hər kəsin adı o siyahıda yoxsa, ya öz silkində yazılmamış isə, zikr olan gündən iki həftənin müddətində o siyahını yazan komissiyaya gərək məlum eləsin.

 

DAXİLİYYƏ

 

Bizə izin veriblər ki, Badkubəyə gələn tellərin hamısını çap edək. Çünki buraya hər gündə tel gəlir və onların hamısını birdən əlahiddə çap etmək çox olur, ona binaən onları qəzetin içində basdıracayıq. Belədə gərək qeyr fəsilləri azaldaq və bir də lazım bilib ərz edirik ki, o tellərin və qeyr xəbərlərin barəsində cənab şahzadə sərəsgəri-əsgəri-Tunə yazır ki, onlar çox bavər etməsinlər ki, onların bəzi düşmən sözü olur. Məhz cənabın öz tellərinə inansınlar ki, həmişə göndərəcək və əgər tel gəlməsə, məlum ki, bir xəbər yoxdur.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Cənabi Rusiyanın Donski oblastında çox siçan peyda olduğuna camaat bir qayda qoyub ki, hər kəs gərək 30 siçan tutub, tələf edib, camaat məclisinə pişnəhad eləsin və əgər hər kəs 30-dan ziyadə tələf eləsə, hər bir ziyadə tələf olan siçana camaat 2 qəpik verir.

Yazırlar ki, iki il bundan əqdəm xalq su gətirib siçanın dəməyinə buraxmaq ilə onları tutub tələf edirdi. Amma su gətirmək zəhməti çox olduğuna indi dəməklərin ağzında quru ot yandırıb, onun tüstüsünü içəri verib, siçanı çıxarıb tutub tələf edillər

_______________

 

Qaratorpaq əkin yerində, həmçinin bağ, bostan yerində nazik qırmızı qurd olur ki, ona suvalcan (soxulcan) deyirlər. Bu qurd yağışdan sonra yerin altından üzünə çıxdığına ona yağış qurdu deyirlər. Bir yerdə bu qurd çox olanda avam elə bilir ki, o, əkinə zərər edər, amma indi təcrübə  olunub ki, onun əkinə nəfi yoxdur. Bu qurd yer altında bir arşın dərinlikdə özünə dəmək qayırır. Bu dəməklərin içi onun nəcisindən qüvvətlənir və bu dəməklərə əkinin kökü düşəndə çox dərinə gedir. Belədə  əkin dəxi yaxşı əmələ gəlir.

_______________

 

Yazırlar ki, cənubi Rusiyanın qədim nimcəzirəsində bir qara hörümçək peyda olub ki, hər bir gəzəndərgəz arşın yerdə bir neçə hörümçək olur. Əgərçi onların dişləməyindən insan vəfat etmir, amma bir neçə gün naxoşluyur.

Onların və qeyr hörümçəyin dişdəməyinin ağrısından xilas olmaqdan ötrü məsləhət edirlər ki, bir stakan suya iki çay qaşığı naşatırnı spirt və bir çay qaşığı duz töküb, əridib, bu suda əsgini istadıb, hörümçək dişdəyən yerə qoysunlar.

_______________

 

Bizlərdə əkinçi toxumu əlilə səpir və belə toxum səpmək təcrübə istər, hər kəs yoxum səpə bilməz. Amma Avropa vilayətlərində hər bir əkini cərgə-cərgə əkirlər. Belə əkməyin nəfi budur ki, toxumu hər kəs səpə bilir, yəni adətkərdə adam lazım deyil. Toxum birə-bir az gedir. Tozumu nə qədər dərin istədikcən basdırmaq olur. Bu səbəbə ona qışın soyuğu və yayın quraqlığı heylə kar eləmir. Bu zikr olan səbəblərə görə cərgə əkilən əkin birə-bir artıq bəhrə gətirir. Əlbəttə, əkini maşın ilə cərgə əkirlər, amma bu maşını şəkilsiz, yəni bircə yazı ilə bəyan etmək çətin olduğuna onun məzmununu müxtəsər bəyan edəcəyik.

Bir uzun qutunun altında mala dişi kimi və ya dəxi böyük dişlər var ki, hər dişin dalında qutunun bir kiçik, yəni bir toxum keçən deşiyi var ki, deşiklərin və dişlərin bir-birindən arası bərabərdir.

Yeri şuxm edib, narın edəndən sonra o qutunun içinə toxumu doldurub, ol yer ilə mala sürən kimi çəkirlər. Belədə toxumlar cızıq-cızıq səpilir, amma belədə bir cızıqda olan toxumların arası bərabər olmaz. Onları da bərabər eləməkdən ötrü qutunu yumru və fırranan qayırıb, onun hər cızıqda olan deşiklərinin arasını bir-birindən bir aralıqda edirlər. Məsələn, taxıl üçün o deşiklərin arası gərək bir kərəh yarımdan az olmasın.

 

ELM  XƏBƏRLƏRİ

 

İnsanın adətlərinin çoxu qədim zaman əmələ gəlib ki ol vaxtda yazı-pozu olmadığına onun tarixi yazılmayıb. Ona binaən onun əmələ gəlmək səbəbini bil-məkdə hükəma aciz qalmışdı. Amma indi bu tövr ilə hükəma bunu bilir: məlumdur ki, yer üzündə hər bir qism tayfa var ki, onların bəzi Avropa əhli kimi kamala yetişib, bəzi indiyəcən həzrəti-Adəm vaxtındakı kimi vəhşi tövründə çılpaq gəzir. Və genə məlumdur ki, hər bir tayfa əvvəl vəhşi kimi olub, sonra mürur ilə kamala yetişib. Ona binaən, hər bir tayfanın adətini öyrənəndə kamala yetişən tayfanın adətlərinin çoxu necə əmələ gəlmək məlum olur. Məsələn, bizlərdə olan qız götürüb qaçmaq və övrəti qul kimi və ya bir şey kimi özünə təəllüq hesab etmək adətinin necə əmələ gəlməyini hükəma belə bəyan edir:

Keçmişdə kəbin olmayıb. Hər camaatın övrətləri ol camaatın kişilərinin olub. Belədə bir kişi bir övrət məxsusi onun olmağı istəyəndə labüd qalıb onu qeyr camaatdan oğurlayıb: yəni kəbinin əsli övrət oğurlamaqdan əmələ gəlib. Və bir də keçmişdə qeyr tayfadan oğurlanan, yəni əsir olan kəslər qul hesab olub. Bu səbəblərə çox kəs indiyəcən övrəti götürüb qaçır ki, onu əsir edirəm və ondan sonra onu özünə qul hesab edir ki, guya əsir edibdir.

Bəzi tayfanın bir adəti var ki, bir kişi vəfat edəndən sonra onun övrəti dübarə ərə gedə bilməz. Bəzi tayfanın adətinə görə bu dul övrət gərək özünü öldürsün. Bəzi yerdə bu dul övrəti ya öldürüb və ya diri-diri öz əri ilə belə basdırıllar. Bu adətin əmələ gəlməyini hükəma belə bəyan edir:

Bəzi tayfa belə fəhm edir ki, bu dünyada elədiyi əməli o dünyada həm edəcək. Məsələn, Peru vilayətinin əhli ki, əkin və ziraəti dost tutur, vəfat edənin qəbrinə buğda və qeyr toxumlar qoyurlar ki, o dünyada onları əkib becərsin. Tunğuz tayfası ölən kişinin qəbrinə tüfəng, yaraq qoyur ki, o dünyada ovçuluq eləsin. Xülasə, hər ölüsü ölən səy edir ki, o dünyada onun üçün xoş keçsin və bundan ötrü bəzi yerdə ölən kəslər adət elədiyi şeyləri onilə basdırıllar ki, o dünyada onun yanında hazır olsunlar. Və bu səbəbə bəzi tayfa bir kəs öləndə onun pullarını və övrətlərini ki, ölənə təəllüq hesab olunurlar, öldürüb və ya diri-diri onilə basdırıllar ki, o dünyada ona qulluq eləsinlər. Hətta bəzi tayfa bu qulları və övrətləri qabaqcadan öldürüllər ki, onlar piş əzvəqt gedib ölən kəs üçün yer hazır eləsinlər. Bir kəsdən intiqam almaq adətini  hükəma belə bəyan edir: məlumdur ki, bir uşağın başı divara dəyəndə uşaq divarı yumruqluyur. Buna səbəb oldur ki, hər kəs hətta hər bir heyvan öz bədənini gərək mühafizət eləsin və bir də intiqam necə alınmağı mülahizə edənə məlum olur ki, bəzi tayfa nə ki düşmənin özündən, hətta onun əqrəbasından və qonşusundan həm intiqam alır. Məsələn, bizim Dağıstanda sakin olan çeçen tayfası öz qanlısının yerinə onun əqrəbası da əlinə düşəndə onu öldürür. Çin və Japon vilayətlərinin əhli qanlısının nə ki özündən və əqrəbasından, hətta qonşusundan və həmşəhrisindən də intiqam alır.

Belə intiqam almağa səbəb budur ki, keçmişdə insan əvvəl külfətbəkülfət, sonra artdıqcan hər külfət bir güruh olub və bu güruhlar bir-birilə cəng-cidal edib, axırda birləşib, məmləkət bina ediblər. Ona binaən avam indiyəcən külfəti, camaatı və güruhu bir adam kimi hesab edib, onlardan bir kəs bir bəd əməl görəndə qeyrlərə intiqam edir ki, guya onlarda da taxsır var imiş.

Əlbəttə, düşməndən intiqam almaq ol yerdə olur ki, orada ədalət qanunu bina olmamış ola. Elə ki bir yerdə belə qanun bina olundu, intiqam almaq gərək bərhəm olsun. Pəs bu halda hər tayfada intiqam almaq adəti var isə, məlum ki, o tayfanın belə qanunu yoxdur və əgər var isə də, ona əməl olunmur.

 

 

TƏZƏ  XƏBƏRLƏR

 

Taun barəsində bizim həkimlər danışırlar ki, karantin bərhəm olacaq. Ona binaən ki, ol naxoşluq tauna oxşamır.

“Mşak” qəzetinə Badkubədən yazırlar ki, bizim şəhərin erməniləri Üçkilsədə olan erməni patriarxına ərizə göndəriblər ki, cənab patriarx Rusiyada sakin olan ermənilərin adından padşahi-imperaturi-əzəmdən təvəqqə eləsin ki, Osmanlı dövlə-tinə tabe olan erməniləri onlara olan zülümdən xilas etməkdən ötrü slavyan tayfasına alınan ixtiyarları onlar üçün də alsın və bu barədə “Mşak” qəzetindən iltimas ediblər ki, bu ərizəni çap edib, ermənilərə məlum eləsin ki, qeyr şəhərlərdə olan ermənilər də cənab patriarxa belə ərizə göndərsinlər.

_______________

 

Osmanlıdan bizim Qafqaza qaçıb gələn 3 min erməni barəsində yazırlar ki, onları Üçkilsədə bir neçə gün ermənilər paltar, xörək verib saxlayıblar. İndi “Mşak” qəzeti yazır ki, Qarabağda, İrəvanda, Qubada olan erməni mülkədarları zikr olan ermənilərə ixtiyar veriblər ki, onların yerlərində sakin olub, əkin və ziraətə məşğul olsunlar və mədyun olurlar ki, bir neçə il onlardan dəhyek almasınlar.

_______________

 

Keçən iyul ayının 29-da Daşkənd şəhərinin kazonin palatı Peterburqa Xokənd xanlığının yaxşı gümüş pulundan 4 milyon 52 min manat göndərib ki, onu əridib, kəmqiymət gümüş pulu kəsdirəcəklər.

_______________

 

İyulun 15-də Samar şəhərində çox böyük yanğı olub ki, 7 küçədə (52 desyatin) olan evlər yanıb tələf olub. O yanğıdan zərər yetişənlər üçün pul cəm edirlər. Padşahi-imperaturi-əzəm onlara yüz min manat verib.

_______________

 

Novqorod şəhərinin ətrafından yazırlar ki, oraya iki yüz külfət çərkəs gətiriblər ki, orada sakin eləsinlər.

_______________

 

Tiflisdən yazırlar ki, avqustun 3-də oraya Zəkərtala şəhərindən 12 ləzgi ayağı buxovlu gətiriblər ki, onlar camaata əsgər verməyə mane olurmuşlar.

_______________

 

Lənkərandan “Bakinski izvestiya”ya yazırlar ki, bizim Badkubə quberniyasın-dan cəm olan süvari əsgəri İran sərhəddinə göndəriblər ki, orada olan kazakların əvəzinə sərhəddə dursunlar və kazakları Gömrüyə göndərirlər. Və “Qolos” qəzeti İrəvan və Gəncə süvariləri barəsində yazır ki, onları da bədəstur İran sərhəddinə göndəriblər.

_______________

 

Badkubəyə gələn tellər

 

İyulun 3-də İstanbuldan. İsmayıl paşa yazır ki, üç gündür Məsuk kəndini alıb, sərhəddən iki ağac o yana getmişik.

İyulun 31 –də Bukarpeştdən (Rumıniyanın paytaxtı) Ternoy şəhərinin (Balkan-dan Tuna tərəfə Osmanlı şəhəridir ki, bizim Rus zəbt edib) ətrafında olan dağları rus bərkidir. Məhəmmədəli paşa (sərəsgər) rus əsgərlərindən səkkiz ağac aralı dayanıb.

Rumıniya (Osmanlı dövlətinə xərac verən əyalətdir ki, indi bizim ilə birləşib, onlar ilə cəng edir) Dubrovic vilayətini (Tuna vilayətinin bir hissəsidir) istəyir.

Vyanadan. Dubrovicdə olan rus əsgəri irəli gedib Məcidiyyə ilə Rasov qalalarının arasına cəm olur.

Afina. Rum (Qrek) dövlətinin əsgəri Osmanlı sərhəddinə getdi. Krit cəzirəsin-də yaği olan artıb.

Avqustun 1-dən Qornıstuden (Tunanın Osmanlı tərəfində bir kənddir ki, orada bizim əsgər dayanıb) cənab şahzadə sərəsgər yazır ki, Avropa qəzetləri bizi Osman

 

paşa Plevna yanında basandan sonra Mesisto tərəfə qovmaqdan Ruscəq, Həzarqrad tərəflərində basmaqdan çox danışır.

Bunlar hamısı böhtandır, hər nə olsa özüm yazaram və əgər tel gəlməsə, məlum ki, təzə xəbər yoxdur.

Avqustun 2-dən. Gömrü. Biz Kodor çayına (Suxum tərəfdədir) yavıqlaşanda Osmanlı əsgəri Kelasur çayından o yana keçdi. Abxaz tayfası biz irəli getməyə mane olmur.

Qornıstuden. 700 Osmanlı süvarisi Jedin kəndinin üstə gəlmişdi, onları qovduq.

İstanbul. Dövlət hökm edib ki, Asiyada olan vilayətlərin məğrib tərəfində olan-larından təzədən 60 min əsgər cəm olunsun.

Vyanadan. Rus əsgəri Plevna və Bela şəhərlərinin arasına cəm olur. Plevnada olan Osman paşanın qabaq dəstəsi 20 kilometr irəli yeriyib. Qafqazda olan Osman-lı əsgərinin bir hissəsi Tunaya gedir.

Avqustun 3-dən. Belqrad. Bosnə vilayətinin vəkilləri Vyana şəhərinə təvəqqə eləməyə getdilər ki, Avstriya məmləkəti Bosnəni zəbt eləsin. Nyu-York (Amerika cümhuriyyəsinin paytaxtı) Noiçvan bargahından ingilis gəmisi Osmanlı üçün bir milyon iki yüz min dollarlıq (dollar bir manat 30 qəpikdir) tüfəng və qeyr alati-hərbiyyə apardı.

Bukareştdən. Rus əsgəri Zimnisdən 2 körpüdən keçir.

Sərəsgər qayıdıb (Tırnovodan) Qornıstudenə gəlib ki, Bela şəhərinin yavıqlı-ğındadır (Tunadan 20 verst arası var), Padşahi-imperaturi-əzəm özü də oraya gəlib.

İstanbuldan. Məhəmmədəli paşa yazır ki, Həzarqrad yanında bir az düşmən ilə atışıbdır.

Balkan dağının dalından ruslar çıxan kəndləri və yolları Süleyman paşa zəbt edir.

Ruslar Şipka yolunu bərkidirlər.

Avqustun 2-dən. Gömrü. İsmayıl paşa 40 batalyon əsgər, 55 top və çox süvari ilə Mison dərəsinin (İrəvan quberniyasındadır) yanına gəlib.

Baş Gədiklərin (Gömrü tərəfindədir) yanında 2 min Osmanlı süvarisi bizim qabaq dəstənin üstə gəlmişdi, qovduq.

Kobulet (Batum tərəfdə sərhəddədir) qoşununun üstə Osmanlı gəlmişdi, düş-məni qovduq. Bizdən 61 ölüb.

İstanbuldan. Dövlət elan edir ki, ruslar Balkan dağının o biri tərəfindən qayıdıb gedirlər.

Bukarpeşt. Dünən ruslar Slabdzidən (Rumıniya qalasıdır) Ruscəqə top atmaqdan Ruscəqdə saat 12-cən bərk yanğı oldu. Bu gün Ruscəqdən Jorjevə (Rumıniya qalasıdır) top atırlar, ruslar ona cavab vermir.

Avqustun 4-də. Vyanadan. Raquze şəhərindən tel var ki, ustaşlar (yaği olan Bosnə əhli) Osmanlını bərk basdılar, 1000 adam öldürüb, çox tüfəng, azuqə alıb, Kluq, Petrovis şəhərlərini yandırdılar.

İstanbuldan. Ruslar Ruscəq yanında təzə körpü tikib Tunanı keçirlər.

Vyanadan. Msestudon (Tuna kənarında Osmanlı qalasıdır ki, bizim əsgər əvvəl oradan keçib onu zəbt edib) yazırlar ki, bir diviziya rus əsgəri Qornıstudenə köməyə getdi. Ona binaən ki, Süleyman paşa bizim üstümüzə gəlir.

Süleyman paşa Balkandan çıxıb Yelena və Qaber yollarını bərkidib irəli gedir. Onun qabaq dəstəsi rus süvarisinə rast gəlib atışıblar.

Rumıniya əsgərlərinin üçüncü diviziyası hələ Tunanı keçməyibdir.

Belə güman var ki, rus əsgəri bu qış Rumıniyada qalsın.

Avqustun 4-də. Qornıstuden. Cənab sərəsgər yazır ki, bu gün Tunanın Rumıni-ya tərəfində olan Slabodzi və Jorjev qalaları ilə Ruscəq qalası bir-birinə top atıllar. Bizim toplar səkkiz yel dəyirmanı yandırıb. Plevnadan düşmən Turkins kəndinə gedirdi, bizim toplar ona mane oldu.

General Qurkonun qoşunundan (Balkan dağını keçən qoşundur) bir ayın müddətində 10 əfsər, 181 adam ölüb, 33 əfsər, 709 adam yaralanıb, 57 adam itib. Onun ixtiyarında olan bolğarlardan 22 əfsər, 600 süvari tələb olunub.

Avqustun 4-də. Qornıstuden. Bizə kömək gəlib yetişir, işimiz yaxşıdır. Əgər düşmən Plevnadan çıxmasa, gərək bu yavıq zamanda genə dava olsun.

Şipka, Silvi, Ternovi qalaları (Balkandadır) hələliyə bizim əlimizdədir. Axır dəfə olan Plevna davasında bizdən on minəcən adam tələf olub. Əzon cümlə 5 min yaralı Stuzimens mərizxanalarına göndərilib. Bu davada naxoşlara baxan qulluqçu-lardan da 40 adam ölüb.

Avqustun 9-da. Qornıstuden. Bu gün Süleyman paşanın 40 batalyon əsgəri Şipkanı (Balkanda olan yollardan bizim əlimizdə bircə Şipka qalıb) almağa gedib. Bir neçə dəfə düşməni geri qaytarmışıq, amma genə təzədən gəliblər. Əgərçi, bu halda qaranlıq düşüb, genə düşmən dava edir. Bu gün Loça qalasından düşmən bizim əlimizdə olan Silvi qalasının üstə gedib, bərk dava olur.

Avqustun 10-da. Qornıstuden. Dünən sübhdən Şipkada dava olur, düşmən hər səfər təzə əsgər ilə onun üstə gedir, bizim igidlər hər səfər onları geri oturdub, onlara çox zərər yetiriblər. General Radski onlara köməyə gedir. Dünən Loçadan gələn düşmən axşam davanı mövquf eləmişdi, bu gün genə başlayıb.

Plevna tərəfdən xəbər yoxdur.

Avqustun 11-də. Qornıstuden. Ayın 9-da düşmən 10 dəfə Şipkanın üstə gedib, hər səfər biz onları geri oturtmuşuq. 10-da düşmən ancaq top atıb. Bizə ol qədər zərər olmayıb. Heyf ki, çox əfsər qırılıb, iki general – biri Derujinski, biri Stoletov – oraya göndərmişik.

Avqustun 11-də. Qornıstuden. Dünən düşmən bizim üstümüzə Aclar kəndinə gəlib (Silvinin yanındadır), ona almışdılar, amma biz genə geri aldıq. Bu gün genə gəlmişdilər, genə geri oturtduq. Ümid var ki, genə gəlsinlər.

Bu gün sübhdən düşmən Şipka üstə getmişdi, biz onu geri oturtduq. Amma təzədən genə gəliblər.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info