Qonaq Kitabı
21 iyul Rusiya, sənə 1877

21 iyul Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Badkubəyə gələn telləri oxuyan, biz çap elətdirdiyimiz telləri görüb bizə töhmət etməsin ki, onların hamısını çap elətmirik, biz ağa quluyuq...

 

 

DAXİLİYYƏ

 

1852-ci sənədə hökm olunub ki, Qafqaz vilayətinin şəhərlərində mümkün olduqca təzə şəhər qərardadı bina olunsun və bu günlərdə Badkubə şəhərində şəhər pulu verənlərin siyahısı xalqa məlum olacaq ki, ondan sonra o siyahıda ismiləri olanlar cəm olub, zikr olan siyahıda adları olanlardan şəhər divanxanaları üçün calislər intixab eləsinlər.

Bu qərardadın muradı budur ki, şəhər əhli şəhərdən təhmilatı cəm edib, özü o məbləği məsrəf eləsin. Əlbəttə, bu muradın yaxşı olmağına söz yoxdur, amma məlumdur ki, nə qədər bir çobanın əyninə əlvan paltar geyəsən çoban çobanlığın-dan çıxmaz və habelə nə qədər əlatər qərardad ola, onu iştədənlər nadan olsa, ol qərardaddan bir səmərə olmaz. Pəs indi qoyulan qərardad nə qədər yaxşı da olsa, onun yaxşı iştənməyinə səbəb biz özümüz olacayıq. Ona binaən ki, onu iştədənləri biz özümüz intixab edəcəyik. Çünki bizim adam həmişə başısoyuqluğa adət edib və bu halda bir tərəfdən taun və bir tərəfdən cəng xəbəri bizi dəxi başısoyuq edib, ona binaən lazım bilib bizim intixab edici qardaşlarımıza bir az məsləhət edəcəyik.

Siz allah, intixab edən zaman intixab elədiyiniz adamların uzun saqqalına, böyük qurşağına, dəmir sandığının doluluğuna baxmayın. Şəhər divanxanalarında danışıq və yazı-pozu rus dilində olacaq. Ona binaən gərək rus dili bilən doğru adamlar intixab edəsiniz ki, xaçpərəstlər intixab edən calislərin (onlar üçdən iki hissə intixab edəcəklər) arasında bizim adımızı dəxi ziyadə batırmasınlar.

Güman etməyin ki, bu məsləhəti biz özümüzdən ötrü deyirik. Xeyr, biz buğda yeyib cənnətdən çıxmışıq. Bizi intixab edicilərin siyahısına yazmayıblar. Ona binaən ki...

Nə bər şütür səvarəm,

Nə çü xər, bəziri-barəm,

Nə xudavəndi-rəiyyət,

Nə qulami-şəhriyarəm[1].

 

                                                    

ƏFALİ-ƏHLİ-DEHAT

 

Yazırlar ki, Misirdə bir ərəb pambığa oxşayan bir ot tapıb, onun toxumunu yığıb, əkib, becərib. İran bu təzə otdan pambıq əmələ gətirir ki, əsil pambığdan əlatər olur.

Bu ot pambıq otuna oxşayır, amma onun 4 arşın hündürlüyündə bircə budağı olur ki, onun başında 70-dən ziyadə gül açılır. Çünki bizim pambığın budağı çox olduğuna artıq yer tutur ki, hər otun bir-birindən arası bir arşın olur; lakin bu təzə pambıq az yer tutduğuna onun arası yarım arşın da olsa, yaxşı əmələ gəlir. Bu səbəbə təzə pambığı əkib becərmək zəhməti birə-bir az olur. Bu təzə ota bamya pambığı deyirlər. Belə güman edirlər ki, onun toxumu Misir məmləkəti Sudan vilayətini bir neçə il bundan əqdəm zəbt edəndən sonra Sudandan Misir torpağına düşüb.

_______________

 

Zavodlarda buğdadan nişastanı belə çəkirlər: çay ya yağış və ya şirin budaqların suyunu soyuq ya ilıq edib, bir qabda buğdanın üstə töküb, 8 – 10 gündən sonra suyu süzüb, buğdanı ərradə oxuna oxşayan ağaclar ilə əzib, xəmir edib, bu xəmrin üstə təzə su töküb, ona xəmir maya kimi turşu vurub, 2 həftəyəcən kürək ilə qarışdırıllar, ta ki, xəmir dəxi qaynamasın, yəni xəmirdən əmələ gələn hava qismi şeylər ondan bilmərrə rədd olsun. Sonra suyu süzüb, xəmiri bir ələk üstə qoyub, üstə təzə su töküb, ol qədər yuyurlar ki, xəmirin nişastası su ilə bilmərrə rədd olsun. Bu suyu 3 gün saxlayanda nişasta onun dibinə düşür. Ol vaxtda suyu süzüb nişastanın üstünə təzə su töküb, qarışdırıb bir nazik ələk üstə töküb, süzüb, 47 saat saxlayandan sonra, suyu süzüb nişastanı belə qurudullar: onun üstə bir parça çəkib, parçanın üstə kül töküllər ki, bu kül nişastanın nəmişliyi-ni çəkir. Sonra nişastanı nazik, uzun doğrayıb təndirlərdə qurudullar.

_______________

 

Şvedsariya vilayətində pəniri belə qayırıllar: südü mis qazanlara töküb, ona turşumuş mal mədəsi vurandan yarım saat sonra onun içinə bir dəstə nazik ağac (çub) salıb, ol qədr çırpıllar, ta ki çürümüş süd xırdalanıb, noxud boyda parça-parça olur. Sonra onu ocağa qoyub, 60 dərəcəyəcən qızdırıb, bu zaman həm çırpıl-lar. Sonra torbalara töküb, iki taxta arasında, yəni maşın ilə sıxıb bir quru, 12 dərəcə istisi olan otaqda saxlayıb hər gün də duzlu su ilə sürtüllər, ta ki yetişib tamam olur.

_______________

 

İnsanın bədəni yanmaqdan, məsələn, qaynarsu tökməkdən qabarıb ziyadə azar edər. Bu qabarın içi su ilə dolu olur. Yazırlar ki, belə qabarı duzlu ya zəyli suya salanda qabarın içindəki su bu duzlu sudan duru olduğuna dəridən keçib duzlu suya qarışır və bu səbəbə belə qabarı yarım saata sağaltmaq olur və əgər qabar olan yeri duzlu suya salmaq məqdur olmasa, ol vaxtda bir əsgini tez-tez duzlu suya batırıb onun üstə qoyanda qabar çəkir.

_______________

 

Havanın dəyişilməyini piş əzvəqt bilmək əkin və ziraət edən kəslər üçün çox lazımdır. Amma havanın dəyişilməyinin səbəbi çox olduğuna onu bilmək məqdur deyil. Əkinçi bunu bilməkdən ötrü Avropa əhli çox səy edir. Amma bu halda onun bircə əlacı var. Külək ya yağış başlanan yerdən o külək ya yağış gedən tərəflərə tel göndərib məlum eləmək ki, filan tərəfə külək ya yağış getdi. Çünki tel tamam kürreyi-ərzin ətrafını bir dəqiqədən də tez gedir, amma külək və yağış dəqiqədə bir neçə verst ancaq gedir, ona binaən tel gələn yerdə sakin olan kəs tel göndərilən yerin fasiləsini hesab edib bilə bilir ki, neçə saatdan sonra külək əsəcək ya yağış yağacaq.

Yazırlar ki, Parij şəhərində bir yer bina olub, tamam Avropa qitəsinin bu başın-dan o başınacan, yəni İstanbuldan Londonacan hər gün sübh saat 8-də hava necə olmağı tel ilə gəlib məlum olur və ol yerdən Firəngistanın 500-dən ziyadə kəndinə (günü-gündən tel apartdıran kənd artır) o xəbər günorta vaxtı gedib yetişir ki, o kəndlərdə sakin olanlar piş əzvəqq hava dəyişilməyini bilir.

 

MƏKTUBAT

 

Şamaxıda bir qabili-ərz əhvalat yoxdur. Məgərin ki, bir neçə gündür ki, Şama-xıda havanın hərarəti nəhayət şiddət edibdir. Mizanül-hərarət gün qabağında qoyanda otuz qrata çıxır. Ətraf kuhistandan şəhərə gələn çeşmələrin suyu münqət olubdur və çayların suyu quruyubdur, əlatəş sədası asimana bülənd olubdur. Bu günlərdə Şamaxının şəhəri susuzluq barəsində səhrayi-Kərbəlayi-pürbəladan bir nişanədir.  Bir para meyvələr susuzluqdan tələf olub və hərarət şiddətindən çox adamların dimağı eyib edib, divanə olublar və o divanələrdən bir nəfər öz əqrəba-sını bıçaq ilə məcruh edibdir. Allaha təvəkkül.

 

M ə k t u b i-m ə n z u m ə

 

Ey bizə xeyrxah olan Möhsün,

Əhli-ehsanu xoşnişan Möhsün!

Millətin qeyrətin çəkən qardaş,

Toxmi-xoşbəxtlik əkən qardaş.

Sözlərin dün gətirdi şurə məni,

Şad qılsın görüm ilahi səni!

Yazmış idin ki, ey güruhi-bəşər,

Əhli-islamü qövmi-paksiyər,

Ayılın bircə xabi-qəflətdən,

Geri qaldıq təmam millətdən!

Afərin, ey yeganeyi-dövran!

Pəndinə yoxdur şəkkü reybü güman.

Məsəlin xub, sözlərin mərğub,

Zövq edər guş edəndə əhli-qülub.

Filhəqiqət dirəxti-nakamil

Tərbiyət fezyinə olur şamil.

Növi-insan deyil ağacdan kəm,

Qabili-tərbiyətdi hər adəm;

Daşı təsiri-afitabi-fələk

Döndərib ləli-nab edər bişək.

Nafi-ahudə müşk edir qanı,

Dürri-nab eylər abi-neysani.

Elm üçün, ari, əhli-hikmətlər,

Çəkib aləmdə çox riyazətlər.

Elmsiz kimsənə hünərsizdir,

Elmi-bitərbiyət səmərsizdir.

Tərbiyət mayeyi-səadətdir,

Tərbiyət şəxsə malü dövlətdir,

Elmlə hər o kəs ki, danadır,

Qabili-feyzi-rəbbi-əladır.

Nitq ilə mürdələr qılan əhya

Qaçdı nadandan həzrəti-İsa.

Elmdir baisi-tərəqqiyi-tam,

Alimə tay deyil güruhi-əvam.

Bunu da bil ki, ey qərini-şərəf,

Elm ancaq deyil bu “Nəhv” ilə “Sərf”.

Bu deyil ancaq elm ki, ey dana,

Edəsən bövl vəqtə-istibra.

Hələ qalsın bu rəmzlər barı,

Elmsiz adəmin nə miqdarı?

Möhsüna, eyfəda olum sənə mən,

Etdiyin fikri-bikrə səd əhsən!

Bilməyən yoxdu kim, bu mənanı:

Tərbiyət kamil eylər insanı.

Tutalım gəldik əmrə mərdanə,

Baxmadıq tənü lənü nadanə,

Tutalım eylədik bu əmrə tifaq,

Tərbiyət biz gərək ki, kimdən alaq?

Hansı məktəbdə fövği-ətfali

Hansı bir elmdən edək hali?

Məktəbi-tibb, ya ki hikmətdən?

Ya ki hərbiyyə, ya ki hirfətdən?

Necə kim, ol “Vəkili-naməlum”

Eyləmişdi bu nüktəni mərqum,

Əvvəla, bizdə yox o məktəblər –

Ki, verə kəsbi-elmi xəlqə səmər.

Nə o günə kitablar əlan –

Ki, ola öz lisanımızda bəyan.

Bizə hasil və şey olur yoxdan –

Ki, itibdir kitabımız çoxdan,

Hansı bizdə “Xülasə” səmərə,

Hansı “Cəbrül-müqabil” xəbəri?

Səhl, dillərdə elmi heyət yox,

Cəmü təfriqü zərbü qismat yox.

Nə təqiyyə, budur sözün safi,

Küfrdür bizdə elmi-coğrafi.

Elm evi oldu ol zaman bərbad,

Ki, etdi rehlət xəlifeyi-Bağdad.

Hər vilayətdə var beş-on məktəb,

Edirik kəsb onda elmü ədəb.

Məktəbin fərşi altı köhnə həsir,

Neçə ətfali-müztərr onda əsir.

Dərsimizdir kitabi-“Kürbəvü muş”,

“Nəqli-həmdunə”, “Qisseyi-xərguş”.

Oxuruq, çox tərəqqi etsək əgər,

Cümlə “Tarixi-nadir”i əzbər.

Bixəbər elmi-paki-hikmətdən,

Bisəmər cadeyi-şəriətdən.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info