Qonaq Kitabı
7 iyul Rusiya, sənə 1877

7 iyul Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

DAXİLİYYƏ

 

Neçə il bundan əqdəm Badkubənin nefti Mirzoyevin icarəsində idi. Elə ki bu icarə bərhəm oldu, neft quyularını bir neçə hissə edib, tək-tək icarəyə verib, hər bir xahiş edənə ixtiyar veriblər ki, təzədən quyu qazsın. Ol zaman Balaxana və Sabunçu kəndlərinin yerləri çox bahalandı. Elə ki quyular çoxlandı və onların bəzindən neft pəvvarə vurub bulaq kimi axdı, neft qiymətdən düşdü. Keçmişdə xalvarı, yəni 20 putu 9 manata satılan neft bir manata hətta 3 abbasıya satıldı. Bir tərəfdən neftin belə artmağı, bir tərəfdən xəzanə neftdən aldığı aksiz xərci və bir tərəfdən Amerikanın neft cövhəri Rusiyada ucuz satılmağı neft qazanlarının və cövhəri çəkmək üçün zavod saxlayanların işini pərişan elədi. Axırda neft sahiblərinin dad-fəryadı yerinə yetişdiyinə keçən il hökm olundu ki, Amerika cöv-hərindən 50 qəpik artıq tamojna xərci alsınlar. Ona binaən Amerika zavodçuları keçən il Rusiyaya neft cövhəri gətirmədiyinə Rusiyada Badkubənin neft cövhəri    3 – 4 manat, hətta 4 manat yarıma satıldı. Bavücudi ki, irəli manat yarıma güclə satılırdı. Bu səbəbə neft sahiblərinin işi genə yaxşı oldu, neft yerlərinin qiyməti artdı.

Elə ki bu ildən tamojna qızıl pulu alınır və məlum olub ki, gələn ildən neftdən aksiz xərci alınmayacaq, neft yerlərinin qiyməti həddən çıxıb. Məsələn, bir şəxs keçən il 5 desyatin yeri 2 min 5 yüz manat almışdı. 2 ay bundan əqdəm ol şəxs zikr olan yeri 8 adama, 8 min manata satıb. İndi deyirlər ki, o 8 adamın birisi öz hissəsini, yəni səkkizdən biri 18 min manata satıb. Və genə deyirlər ki, bir kəs bir desyatinin dörddən bir hissəsini belə icarəyə verib, icarəçi yer sahibinə 2 min manat verib ki, o yeri 12 ilə ona versin, bəşərti ki, bu 12 ilin müddətində o yerdən nə qədər neft çıxsa, onun nisfi yer sahibinin olsun və 12 ildən sonra ol yer orada olan mayəhtaclar ilə yer sahibinə qalsın.

Xülasə, yer alan, yer satan həddən çıxıb. Küçə və bazarlarda məhz neft və cövhər sözü danışılır. Nataryusxanalarda neft yeri aldı-satdı kağızlarını yazmağa növbət çatmır. Badkubədə sakin olanlar keşişdən tutmuş qulluq əhlinin ədna bəsə-rinəcən, tacirlərdən tutmuş ədna papaqçıya və şam tökənəcən öz işlərini tullayıb, bir neçə adam şərakət edib Molla Nəsrəddin torba götürüb sarı qayaya bostan uruya gedən kimi, olan olmazlarını yığıb, Sabunçu bəylərinin yanına yer almağa və ya Qara şəhərə (şəhərdən kənar zavodlar olan yerdir) zavod tikdirməyə gedir ki, bir ya iki il sahibi-milyon olsun.

Qardaşlar, çünki biz yer alıb-satan və zavod sahibi deyilik, ona binaən ümidvarıq ki, biz ərz elədiyimiz sözlərə qulaq asasınız. Elmi-dadistəd aşkar edir ki, hər bir malın qiyməti onu alan ilədir, yəni alıcı çox olduqca mal baha satılır və genə məlum edir ki, bir şey baha satılsa, yəni onu xahiş edən çox olsa, ol şey qayıran həm çoxlanır, ta ki ol şeyə olan zəhmətin qədərinə müvafiq qazanc olur. Məsələn, Badkubədə İran papağı az tikilir və əgər Badkubədə və ətrafda sakin olanlar birdən İran papağına həvəs eləsələr, bizim papaqçılar tamam İran papağı tikərlər, hətta qeyr sənətkarlar da İran papaqçılığının nəfini artıq görüb öz sənətini atıb, belə papaqçılıq edərlər. Belədə papağından nəf görən əvvəl dəfə onu tikənlər olur, sonra meydana girənlər ya irəli elədiyi qazancı edəcək və ya bu zindəganlıq cənginin meydanı papaqtikən ilə dolu olduğuna, onun nəfi az olmağa görə genə öz sənətinə qayıdacaq. Pəs gözüyumma meydana yügürmək ki, keçən il filankəs manata yüz manat qazanıb, mən də qazanacağam, ağıllı iş deyil. Ola bilər yüyürən ol qədr olsun ki, manata iki şahı qazanca həsrət çəksinlər.

Doğrudur, neft yeri almaq və papaqçılıq eləmək bir deyil. Ona binaən ki, neft hər bir vilayətdən çıxmır ki, o vilayətlərin adamı həm onu qazsın və onlar naəlac qalıb bizim nefti alacaqlar. Amma bunu da yaddan çıxarmamaq ki, neft su kimi bizim yerin altında damar-damar axır. Belədə Balaxanı, Sabunçu, Ramana kəndlərinin yerlərindən neft çıxanda ətraf kəndlərdən həm çıxacaq. Pəs gözüyum-ma Sabunçuya yüyürüb neft yerini qızıl qiymətinə almaq nə lazım? Bəlkə bu küyü ol yer sahibləri çıxarıb ki, öz yerini artıq qiymətə satsınlar.

Pəs, qardaşlar, biz demirik ki, neft yeri almayın. Yox, alın, allah sizi pəvvarə vuran neft damarına rast gətirsin. Amma ərz edirik ki, bunu həm yaddan çıxarma-yın ki, 100 manata milyon qazanmaq xam xəyaldır.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Gilas ağacının meyvəsi 40 qism olur: onların meyvəsi şirin olana albalı, meyvəsi turş olana gilas deyirlər. Gilasın ya toxumunu, yəni meyvəsini və ya onun dibindən köklərin üstə bitən budağı dibindən kəsib payızda əkirlər. Gilas ağacı üçün yeri qüvvətləndirmək lazım deyil, ancaq onu narın etmək və bir də gilas dağ yerində torpağı isti, yəni gili az, qumu çox yerdə yaxşı pərvəriş edir. Belə yeri narın edəndən sonra toxumları və ya zikr olan budaqları cərgə əkib onların arasında bitən ələfiyyatı yolub, yəni alaq edib, isti olan zaman sulamaq gərək. 3 ildən sonra, yəni bu kiçik ağaclar barmaq boyda olanda yaxşı meyvə gətirən ağacın budağını kəsib bu kiçik ağaclara calamaq gərək ki, onlar da yaxşı meyvə gətirsin.

Gilas ağacını qələm də etmək olur. Bundan ötrü baharda yaxşı meyvə gətirən ağacın budağını kəsib, bir qaba su töküb, onun içində 20 günəcən, yəni budaqdan yarım kərəh uzunda köklər əmələ gəlincən saxlayıb (su gərək dəyişilməsin) sonra yeri narın edib onu basdırıb, budağın yerin üstə qalan ucunu bıçaq ilə kəsəsən ki, onun üstə bircə qönçə qalsın. Sonra onu tez-tez sulamaq gərək ki, qurumasın.

Gilas ağacını elə yetirmək olur ki, onun meyvəsinin tumu olmasın. Bundan ötrü zikr olan qayda ilə toxumu əkib, bahar olanda, yəni ağac yarpaq açmamış o kiçik ağaclardan bircə budaq olanı iti bıçaq ilə başdan dibinə, yəni kökünəcən bərabər yarıb sonra nazik çub ilə, məsələn, kibrit ağacı ilə o budağın içində olan qara yumşaq hissəni təmiz çıxarıb, budağın 2 parasını bir-birinin üstə qoyub, bıçaq kəsən yeri bağban yapışqanı ilə (ağac calananda iştənən) üstün yapışdırıb, yun sapı ilə bağlayıb, budaq yarpaq açanda sapı açmaq gərək, belə ağacın tumunun yerində su olur.

Gilas ağacının bir bəlası kətrə çox olmaqdır. Belə məsləhətdir ki, kətrəni bıçaq ilə kəsib onun yerini su və sabun ilə yara sağalıncan yuvasan və bir də gilas ağacının budaqlarının üstə kiçik qara qurd əmələ gəlir ki, ağaca zərər edir. Onları belə tələf etmək olur: bir girvənkə smalaya 16 girvənkə kükürd qarışdırıb, bir saxsı qab içində əridib, sonra onu yumurta boyda parçalar edib, soyudub, yaş bəlim ilə belə gilas ağacının altında yandırıb onun tüstüsünü qurdlara verəndə onlar qəşş edir. Bir saatdan sonra ağacın üstə su çiləyəndə qurdlar su ilə tökülür. Və əgər bu qurdlar qeyr yerdə əmələ gəlib gilas ağacına çıxarsa, yaxşı olur ki, gilas ağacının dibinə smala ya qəliz neft sürtəsən ki, qurd ona çıxa bilməsin.

_______________

 

Hər vilayətin yeri az, xalqı çox olduqcan orada yerdən hasil olan şeylər baha olur və xalq artıq qənaət edir. Bu səbəblərə Çin məmləkətinin əhli çox darlıq çəkib artıq qənaətçi olub. Yazırlar ki, Çin məmləkətində xalq siçan əti yeməyə elə adət edib ki, siçanın birisi bir abbasıya satılır. Ona binaən indi İngilis vilayətində bir icma bina olub ki, Çin vilayətinə siçan aparsın. Yazırlar ki, bu icma çox qazanc edəcək.

_______________

 

Ağac talaşası və yonğusu əgərçi yaxşı yanır, amma tez yandığına onlardan heylə isti əmələ gəlmir. Bu səbəblərə Peterburqda bir şəxs onlardan artıq nəf olmaqdan ötrü onları suya salıb, xəmir təki edib, ondan kərpic kəsib, qurudub, sonra yandırır. Yazırlar ki, bu kərpic odun kimi yanır və ondan yaxşı isti əmələ gəlir.   

 

MƏKTUBAT

 

Rəşt şəhərindən. Əbrişim novğanının xüsusunda yazmışdıq ki, qurdların hamı qismi yaxşıdır, amma yağış gəlmir. Rəbiüssani ayının 22-dən sonra bir neçə dəfə yağış yağdı. Əgərçi onların soyuğu olmadı, amma genə novğan xarab oldu, qurdlar tələf olub, toxumadı. Kağızı, yəni 1 dəfə və 2 dəfə çıxan toxum Xorasan tərəfinin toxumundan yaxşı oldu. 2 dəfə çıxan 1 dəfə çıxandan yaxşı oldu. Amma dürüst məlum olmur ki, bildir yaxşı olmuşdu, ya bu il. Ona binaən ki, maliyyat dərdindən novğanı olan da deyir olmadı, olmayanda deyir olmadı. Amma bizim nəzərimizə gələn bu il bildirdən yaxşıdır, yəni ipək artıq olub. Amma bildir baha qiymətə satılır idi. Bu il alan yoxdur, ucuzdur. Bu hesaba binaən xalq üçün bildir bu ildən yaxşı idi.

Qərəz məlum olan növğanın xarab olmağı həm toxumdan, həm havadan oldu. Ona binaən ki, bəzi toxumlar ki, naxoşluq görməyən yerdən gətirmiş idilər, onlardan az xarab oldu. Məsələn, bir Məhəmməd ağa nam İsfahani üçün türbət tərəfdən toxum gətirmişdilər. Hər kəs aldı çox yaxşı oldu. Belə məlum olur ki, bu xarab olanlar havadandır. Amma Xorasan tərəfinin toxumları tamam xarab oldu. Məlum ki, onlarda eyib var imiş. Amma nəzərə gələn bu halda 2 dəfə çıxan toxum novğan etmək üçün hamı toxumlardan məsləhətdir: 1) Bu toxum ucuzdur. 2) Tez əmələ gəlir. 3 )Yekca nabud olmur, az-çox toxuyur. 4) İki dəfə hasil gətirir.

Əgərçi xalq kağızı toxum kəmhasil deyib ona dimağ etmir ki, bu toxumdan 10 girvənkə ipək olanda o birisindən 30 girvənkə olur, amma bir neçə ildir ki, qeyr toxumlardan bir girvənkə də olmur. Lakin bundan 10 olmasa, 8 ya 5 olur.

Qərəz, bu halda 2 dəfə çıxan toxumların əlasından intixab edib, ipək əmələ gətirmək çox məsləhətdir.

İranda qanun olmadığına binaən işlər bu tövr başlanıb ki, doğru və yalanın qanmaq olmur. Doğru deyən də adəti-xalqa binaən doğru demir, labüd haləti-xalq ilə rəftar edir. Xalqa deyəndə ki, qanun olmasa asudəlik və tərəqqi olmayacaq, deyir: hansı qanundur ki, şəriətdən artıq ola?

Əzizim, qanuni-şəriət hansı öz qaydası ilə dolanır? Qanuni-şəriət üçün iki vəch var: biri ibadəti və biri qanuni-siyasətidir ki, bu qanuni-siyasətə elmi-əbdan və əqli-məaş deyilir, yəni zindəganlıq və məmləkətdarlıq adabları.

Vəchi-ibadəti də danışmırıq, amma vəchi-siyasəti öz qərar və qaydasında əməl olunur, mövqufdur hər kəsin rəyinə. Hakimlər qanun üzilə hökm etmir. Qərəz, çox şuluq və İran xalqı sərgərdandır. Günbəgün müftəxor çox olur, kasıb payimal olur, fəqir əlindən adam təngə gəlir.

Qızıl mədəni genə məlum deyil nə tövrdür, doğru söz yoxdur. Naxoşluq, həbsə və xirək az-az var. Gündə 5 ta 15 nəfər ölür, amma çoxu uşaq və övrətdir. Hələ dürüst məlum deyil ki, bu naxoşluq taun əlamətidir ki, sonra güc gətirəcək, yainki o deyil. İnşaallah mövquf olacaq. Allah rəhm eləsin

_______________

 

Bəni-noi-bəşərin anadan olmağını ağac göyərməyinə misal tutublar, necə ki, ağacın toxumundan ağac əmələ gəlib, cavanlıq həddinə yetişib, meyvə , yəni toxum gətirib, sonra mürur ilə tələf olur, həmçinin insan anadan olandan sonra mürur ilə cavanlığa yetişib, sonra qocalıb, axırda vəfat edir. Və bir də məlumdur ki, meşədə və bağda əmələ gələn ağac bir olmaz. Meşə ağacının meyvəsi turş,  kiçik və quru olur, amma bağ, yəni bağbanlar saxlayan ağacın meyvəsi şirin, böyük və abdar olur. Əlbəttə, bağ ağacının belə olmağına səbəb bağbanın səyü kuşişi, yəni ol ağaca tərbiyət verməyidir və bu səyü kuşişi artıq olduqcan ağacın meyvəsi artıcaq ləziz olur. Habelə insanın da tərbiyəti ağacın tərbiyəti kimidir. Əgər insana uşaqlıqda yaxşı tərbiyət verilsə, gələn qabiliyyət sahibi olur və əgər ona tərbiyət verilməsə və ya bəd tərbiyət verilsə, meşə ağacı turş meyvə gətirən kimi, biqabiliyyət olur. Pəs, insanın qabil olmağına səbəb tərbiyətdir. Ona binaən tərbiyət vacibi əməllərin birisidir.

Əgərçi dünyada hər bağban, ya hər sənətkar öz işində özünü mahir hesab edən kimi hər kəs özünü kamil hesab edir, lakin hər sənətkar bir olmamağı ya hamı bir qabiliyyətdə olmamağı məlum və aşkardır. Və genə məlumdur ki, qabiliyyət elm ilədir, elmsiz qalan kəs meşənin susuz qalan ağacı kimi bisəmərə olur. Çünki insan üçün tərbiyət elm ilə olurmuş, belədə çox yaxşı olurdu ki, biz də, qeyr tayfalar kimi, məktəbxanalar bina edib, elm kitablarını öz dilimizə tərcümə edib, uşaqlarımıza elm yolu ilə tərbiyət edək və bundan ötrü ittifaq və himmət gərəkdir. Pəs, qardaşlar ittifaq olub himmət edin ki, meşə ağacı kimi gələcəkdə həm bisəmərə olmayaq.

Möhsün Badkubeyi  

________________

 

                                                                    

Bu il Dərbənd xalqının və ətraf kəndlərin ziraətləri çox yaxşıdır. Sulanan məzrəə ilə sulanmayanda bir təfavüt yoxdur və sünbüldən buğda hasil gəlir birə 8-dən 25-əcən. Ard putu 60 qəpikdən 50 qəpik, qənd 7 manat 70 qəpik, qoyun əti 6 qəpik, yağ 6 qəpik, yağ 20 qəpik. Ümid var ki, gəldikcə ucuzluq olsun.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Tiflisdən gəlib Rəştə gedən həkimlər hələ qayıtmayıblar.

Bu həftə Krasovski adlı məşhur həkim Peterburqdan gəlib Rəştə getdi.

Amerikadan Badkubəyə 1 – 2 adam gəlib. Deyirlər ki, onlar orada olan neft zavodlarının sahiblərindəndirlər və buraya gəlməkdən murad budur ki, özlərinə yer alıb, quyu qazdırıb cövhər çəkdirsinlər. Bu barədə bizim neftçilərin arasında çox danışıq var. Əzon cümlə nağıl edirlər ki, keçən il bizim neft cövhəri Amerika zavodlarına zərər elədiyinə, onlar gəliblər ki, yer alıb cövhər çəkib, onu zərərinə satıb, bizim zavodçuları sındırıb, sonra onların zavodlarını və yerlərini ucuz alsınlar. Əlbəttə, bu danışığa həm bavər etmək olmaz.

_______________

 

Gəncədə olan padşahlıq bağlarının bağbanı yazır ki, oranın üzüm ağaclarında Avropada olan məşhur naxoşluq əmələ gəlib və buna səbəb budur ki, bu il yağınlıq olub və birdə müsəlman bağbanları üzüm ağaclarını çox sulayırlar. Bu naxoşluq əvvəl üzüm dənəsinin üstə ağ ləkə kimi əmələ gəlib, sonra ağaclara düşür. Bu naxoşluğun imtahan olunmuş əlacı budur: o ləkələrin üstə narın kükürd səpmək. Və əgər əvvəl vaxtda bu tövr ilə ağacları sağaltmayasan, sonra tamam ağaclar bu naxoşluqdan meyvə gətirməz.

_______________

 

Tiflisdə olan heyvanat həkimi məlum edir ki, Tiflisin malında bir yoluxma naxoşluq əmələ gəlib ki, noxoş olan heyvanın ağzının və dırnağının suyundan və südündən nə ki qeyr heyvan, hətta insan həm naxoşluyur. Çünki belə südü qaynadanda naxoşluq olmur, ona binaən yaxşı olur ki, südü qaynadandan sonra iç-sinlər və əgər bir kəsə çiy süd içmək lazım isə məsləhət budur ki, heyvan naxoş olmamağı bilib sonra içsin. Bu naxoşluqdan insanın ağzı səpir, mədəsi gücdən dü-şür. Bu naxoşluq uşaqlara çox kar edir.

_______________

 

Bu halda Avropa əhlinin dəmirdən qayrılmış cəng gəmilərinin müqabilində kiçik, yeyin gedən dəmir lotkalar qayırıllar ki, onlar gəminin yanına gəlib altına torped (barıt ilə dolmuş külulə) atıb, odlayıb qaçır. Bu torped gəmini dərhal para-para edir. İndi bunun müqabilində gəmilər üçün dəmir köynək tikdirirlər ki, dəmir-dən qayrılmış topdur. Onu gəminin ətrafına atanda lotka gəminin altına torped ata bilmir.

_______________

 

Petrovskidə “Novoyo vremya” qəzetinə yazırlar ki, Vladiqafqazdan Qroznıya gedən yolda bir kazak bir kazak paltarında         süvariyə rast gəlib, onu danışdırıb. Elə ki, ona cavab verməyib, ondan bədgüman olub, onu öldürüb. Sonra görüblər ki, ölən osmanlı imiş və onun ciblərində çox ərəb dilində yazılmış kağız tapıblar.

_______________

 

Olenetski quberniyadan – ki, Peterburqdan şimal tərəfdədir, – yazırlar ki, buraya 200 çərkəs öz külfətlərilə göndərilib, Qafqaz vilayətində yaği olmaq səbəbinə. Və genə yazırlar ki, irəlidə buraya çərkəs göndəriblər və onlar burada həmişəlik sakin olub. Amma buranın ab-havası onlar ilə saziş eləmir.

_______________

                                                                  

Keçən nömrədə Senata çox ərizə verilməkdən yazmışdıq. İndi “Qolos” qəzeti yazır ki, kasosyonnı ərizələri azaltmaqdan ötrü danışıq var ki, bu qaydanı qoysun-lar: mirovoy sud işlərindən hələ ərizə verən 5 manat əvəzinə 20 manat zaloq pişnə-had eləsin.

Dustaq kəsilən kəslər belə ərizəni verəndə zaloq da versinlər. Əgər dustaq iştə-də sud qət etmiş ola ki, zərər alınsın, bu zərəri o ərizəyə mülahizə edincən almaq olmasın.

_______________

 

Qəzetlərdən məlum olur ki, tamam Rusiya bizim əsgər Tuna çayını keçməyi eşidib, şadyanalıq edib.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info