Qonaq Kitabı
23 iyun Rusiya, sənə 1877

23 iyun Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Fikrimiz budur ki, bu yayda Tiflisdən cənab qubernatora xalqa məlum eləməkdən ötrü göndərilən telləri əlahiddə çap elədib qəzet ilə belə göndərək.

_______________

 

Cənab şahzadə sərəsgər, Qafqazın ixtiyarında hesab olunan general Abdullah ağa Bakıxanav Bakı quberniyasına gəlib, Quba şəhərində olan zaman Qafqazda zəxmdar olan əsgərlər üçün oranın müsəlmanlarından 233 manat siyahı ilə cəm edib, iyun ayının 3-də cənab qubernatora göndərib və cənab qubernator o məbləği və siyahını cənab sərdarın övrətinin qofmeysteri Tolstoya göndərib ki, zəxmdar olanlara məsrəf olunsun.

 

DAXİLİYYƏ

 

Hər kəsin öz dili ona artıq xoş gəlir. Bu səbəbə biz “Əkinçi” qəzetini bina edəndən sonra onu Osmanlı və İran məmləkətlərinə çap olunan qəzetlərin, əzcümlə Tehranda çap olunan “İran” qəzetinin idarəsinə göndərib iltimas elədik ki, onlar da öz qəzetlərini bizə göndərsinlər. Amma “İran” qəzetinin idarəsi bizə məhəlgüzar olmadı. Bu səbəbə indiyəcən “İran” qəzetini görməmişdik. Bu həftə bizim dostlardan birisi Tehrandan “İran” qəzetinin bir nüsxəsini ki, rəbiüssaninin 9-da çap olunub bizə göndərib. Ona binaən lazım bilib ol qəzetin barəsində bir neçə kəlmə danışacayıq.

Bu halda ki, tamam dünya biz müsəlman tayfasının işlərindən danışır, bizim müsəlman məmləkətində çap olunan, İran əhlinin bircəsi “İran” qəzeti görün nə danışır.

Xəbəri-teleqrafi və qeyrə fəslində Azərbaycan, Xorasan, İsfahan və qeyr İran vilayətlərindən gələn tellər çap olunub ki, guya dünyada Parij, London, Peterburq və qeyr Avropa şəhərləri yoxmuş və zikr olan tellərin xəbərləri belə xəbərlərdir: Filan yerə yağış yağıb, növqan yaxşıdır və mərdüm asudə bəduaguyi-vücudi-mübarəki-əlahəzrəti-əqdəsi-hümayun məşğulənd. Sonra cənab rəisi-külli-darültə-baə və darültərcümeyi-məmaliki-məhruseyi-İran Səniüddövlə Məhəmmədhəsən xan (“İran qəzetinin münşisinin ismi və ləqəbidir) Mədinə şəhərində İran hacıları ilə Osmanlı və ərəblər elədiyi duadan bir neçə kəlmə danışıb qəzetin baqisinin üstə ki, olsun bir vərəq bir çərək (tamam qəzet vərəq yarımdır) Tehran şəhərinin tarixini yazır.

Ey Səniüddövlə, fədayət şəvəm, qəzetin tarix ilə nə işi var? Məgər dünyada qeyr xəbər yoxdur ki, qaramal yediyi xörəyi sonra gövşəyən kimi, keçmişdə olan işləri dərviş kimi müştərivüzə nağıl edirsiniz və bunu fikir eləmirsiniz ki, o işlər yaxşı olsaydı, biz bu günə qalmaz idik? Heyhat, heyhat!

Əzizim, qəflət yuxusundan oyanıb, Avropa tərəfinə tamaşa edin, yoxsa sonra... əlaci-vaqeə piş əz vüqu bayəd kərd[1].

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Ərəbistan isti və susuzluq olduğuna onun kəndləri ki, su olan yerlərdə vaqedir-lər, bir-birindən çox aralıdır. Çünki uzaq yolu ancaq yeyin at ilə getmək olur, ona binaən ərəblər qədim zamandan bəri öz atlarını yaxşılandırmaq fikirində olublar. Bu səbəblərə Ərəbistanın atı çox yaxşılanıb, ətrafda olan yerlərin atlarını həm yaxşılandırıb ki, İranın və Türkmanın atları da yaxşıdır.

Əgərçi bizim Qafqaz vilayətində tavana ilxı sahibləri yaxşı ayğır saxlamaq ilə öz atlarını əlalandıra bilir, amma kənd əhli ki, 1 – 2 madyandan ziyadə saxlaya bil-mir yaxşı ayğır da saxlaya bilməz. Belədə bizim atları gün-gündən yaman olmaqdan mühafizət etməkdən ötrü məsləhət olunur ki, hər kəndin əhli birləşib 1-2 ayğır alıb hər madyana basdırdandan bir cüzi məbləğ, məsələn, bir manat almaq ilə təzədən pul cəm edib təzə ayğır alsın. Və bir də çünki bizim adam başısoyuqluq etməyə adət edib, ona binaən ola bilər ki, o bir manatı verməyə də heyfsilənsin. Belədə dəxi yaxşı olur ki, hər camaat 5 – 6 manat yığmaq ilə hər bir uyezd ildə bir neçə yüz manat cəm edib, ildə bir dəfə yaxşılanmış dayları və ya atları yığıb, onların çox yaxşılarını sahibinə versin ki, belədə hər kəs öz atının yaxşılandırmaq fikrinə düşər.

_______________

                                                                  

Bir neçə dəfə yazmışıq ki, Rusiyada qaramalda bir naxoşluq olur ki, ona Sibir taunu deyirlər. Bu naxoşluğun nişanları budur: heyvanın gözləri qızarır və onlardan qəliz yaş tökülür, dili ağ və quru olur, nəfəsi çox ağırlıqla alır, xörəyi qaytarıb dübarə çeynəmir, ayaqları əsir, qulaqları sallanır, tükü pırtdaşır, qarnı şişir.

Çünki bu naxoşluq yoluxmadır, ona binaən gərək belə naxoşlayan heyvanı sü-rüdən aralayıb, əlahiddə saxlamaq və əgər ölsə, onun cəmdəyini dərisi ilə belə kənddən kənarda bir yerə basdırmaq ki, onu heyvanat yeyib, südünün qeyr mallarına dəyib onları da naxoş eləməsin.

_______________

 

Qənd qayırmaqdan ötrü böyük zavodlar təmir olunur və onun maşınları baha olduğuna onu hər kəs aça bilmir. Və bir də böyük zavodlarda çuğundur, sümük kömürü və qeyrə çox işləndiyinə, onları zavodun yavıqlığında hasil etmək olmadığına onları qeyr yerlərdən gətirillər. Bu səbəblərə qənd baha əmələ gəlir.

İndi Russo adlı hükəma bir qayda ilə qənd qayırır ki, 1000 manat pul ilə də belə zavodu açmaq olur. Ona binaən ümid var ki, gələcəkdə hər bir kənd əhli özünə mürəbbə bişirən kimi, özü üçün qənd də qayırsın.

Russo qəndi belə qayırır: çuğundur kökünü əzib, sıxıb, üstə su töküb, genə sıxıb, sonra bu suya qarğa duzu qarışdırıb (300 misqal suya bir misqal) 100 dərəcəyəcən qaynadıb, onun köpüyünü atıb, suyu bu tövr ilə duruldub, onun içinə təmiz dəmir pası (hümzi-əvvəl) töküb (100 misqal suya 6 – 7 misqal pas) təzədən qaynadanda su bilmərrə saf olur. Ol vaxtda onu süzüb bir təmiz qazanda quruyuncan qaynadanda ondan qənd hasil olur.

_______________

 

Tehrandan bizə yazırlar ki, qızıl mədəni barəsində danışılan sözlər yalan oldu.

 

MƏKTUBAT

 

M ə k t u b i-m ə n z u m e y i-ə h a l i y i-Ş a m a x ı

 

Əssəlam, ey əhaliyi-zişan!

Ey olanlar bəla oxuna nişan.

Nə bəla? Cəhlü dərdi-nadanlıq,

Ey tutan cəmini pərişanlıq!

Neçə müddətdi kim, Həsən bəyi-zar,

Hüsni-tədbir ilə o fəxri-kibar,

Öz qədimi lisanımızda həman

Qəzetə çapını edib ünvan.

İzn hasil qılıbdı dövlətdən;

Biz gərək dəm uraq səadətdən.

Özünə gərçi yoxdu faidəsi,

Leyk var xəlqə feyzi-zaidəsi.

Feyzi-əvvəl budur ki, müxtəsəri,

Yetirir ol cənab hər xəbəri.

Oluruq hali-aləmə vaqif,

Bu bizə bəs deyilmi, ey arif?

Feyzi-sani budur ki, hikmətdən,

Şərh edir kəsbdən, ziraətdən.

Əkibən elm toxumunu o cənab,

Məzrəi-aləmi edir sirab.

Ol bizə bir səhabi-rəhmətdir,

Baisi-abruyi-millətdir.

Gərçi hər dildə var qəzetlər çox,

Bizə ondan və leyk faidə yox.

Bilmirik rus, ya firəngi dili,

Hər dilin rəmzini öz əhli bili.

Bizdə yox rus, həm firəngi səvad,

Olmuşuq türki, farsiyə mötad.

Onu da heç bilmirik kamil,

Əksəri-xəlq əvamdır, cahil.

Pəs “Əkinçi” bizə münasibdir,

Qiyməti yaxşı, mali-kasibdir.

Pəs “Əkinçi” cəlalımızdır bizim,

Baisi-ibtihalımızdı bizim.

Səy edin, ey güruhi-niksifat,

Etməsin ta bizim “Əkinçi” vəfat.

Sonra göydən əgər yenə İsa,

Edə bilməz o mürdəni əhya.

Ey “Əkinçi” xirid edən kəslər,

Verməsə cəngdən “Əkinçi” xəbər.

Qəzetə tərkin etməyin zinhar,

Nə gərəkdir bizə o nəqlü güzar?

Qadağandır o növ söhbətlər,

Eşidib pəndlər, nəsihətlər,

Biz gərək səy edək məişət üçün,

Sənətü kəsb üçün, ziraət üçün.

Kimi mane deyil nəmazımıza,

Sümmü təthirü dəstəmazımıza.

Neylirük biz ki, kimdi sərəsgər,

Nə vəzirik, nə münşiyi-ləşkər.

Bu qədər fəhm edin ki, dövləti-Rus,

İmperaturi-mədələtmənus

Görüb Osmanlının xətalərini,

Füqəra əhlinə cəfalərini,

Bir zaman qıldı çox nəsihətlər,

Etmədi ol güruhi-zülmə əsər.

Gəldi dəryayi-qeyrəti cuşə,

Etdi amadə ləşkərü tuşə,

Türk ilə verdi cəng üçün fərman,

Oldu amadə ləşkəri-pərran.

Fəxrimizdir əgər ola qalib,

Gərək olmaq duayə biz talib.

Çün bizə ol vəliyyi-nemətdir,

Mədəni-lütfü əbri-rəhmətdir.

Bundan əqdəm ki, şahi-çərxi-sərir

Etməmişdi bu ölkəni təsxir,

Hamı xanlar əlində qalmışdıq,

Zülmü bidaddən saralmışdıq.

Yox idi munca malü dövlətimiz,

Gündə əldən gedirdi hörmətimiz.

Bir tulaya satardı xan bizi,

Tapmayırdı əkinçi bir öküzi.

Vardı qarğı, qəmişdən evlərimiz,

Bir qədəkdən olurdu zivərimiz.

İndi ki, ağzımız çatıb çörəgə,

Heyfdir adımızda olsa ləkə.

Dövlətindən bu şahi-zişanın,

Bilmirik dərdini bu dövranın.

Şükrlillah qurtarmışıq qəmdən,

Olduq asudə rənci-aləmdən.

Seyyida, ey səramədi-şüəra,

İmperaturə eylə xeyr-dua,

Həqq bunun ömrünü ziyad etsin,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info