Qonaq Kitabı
12 may Rusiya, sənə 1877

12 may Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Moskvada Əsgər Gorani yazır ki, ədər Badkubədə müsəlman məktəbxanası açmaq üçün icma bina olsa məni də ol icmaya calis hesab edin. Mən mədyun oluram bu işdən ötrü hər ildə yüz manat göndərim.

 

 

DAXİLİYYƏ

 

Məlumdur ki, təzə xəbər çox olduqcan qəzet çıxardanların işi yaxşı olur. Bu halda ki, bizim Rus dövləti Osmanlı ilə cəng başlayıb, təzə xəbər artıb, qəzet oxuyan çoxlanıb. Hər gündə bir çıxan qəzet iki dəfə çıxır. Bir vərəq üstə basılan iki vərəq üstə basılır. Hətta ol yerlərdə ki, qəzet çıxmır, təzə xəbər istəyənlər qəzeti gözləmək tul olduğuna, qəzet çıxardanlardan əlahiddə tel gətirdillər. Məsələn, bizim Badkubəyə hər gündə iki tel gəlir. Xülasə, beistilahi türk qəzet çıxardanların növğanıdır.

Belədə biz gərək ya qəzeti tez-tez çıxardaq, ya onu artıraq. Amma bunların hər birinə gərək əlahiddə izin olsun və izin almaq az çəksə, bir il çəkəcək ki, ol vaxtacan cəng də qurtarar. Belədə biz naəlac qalıb gərək irəliki kimi qəzeti çıxardaq, yəni həftədə bir dəfə.

Çünki iki hətəlik qəzet nə qədər böyük olsa,  nə ki qeyr xəbərləri, hətta o tellərin hamısını çap edə bilməz və onların bəzini çap edib, bəzini etmiyəndə, mətləb dümbüridə olur. Və bir də çünki o tellərin hamısını oxuyan işin çegunəsini bilə bilmir, əlbəttə, bir neçəsini oxuyan heç bilmiyəcək. Ona binaən biz istəyirik ki, o tellərin heç birisini basdırmayaq. Amma bizim müştərilərin çoxu “Əkinçi”dən başqa qəzet oxumadığına, onlar üçün ümdə xəbərləri müxtəsər bəyan edəcəyik.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Əkinin yaxşı olmağına bir səbəb toxum yaxşı olmaqdır. Toxumun yaxşı-yaman olmağını onun rəngindən və iyindən bilmək olur ki, bunu bir toxumu həmişə iştədən yaxşı bilir. Məsələn, buğdanın yaxşısı mum kimi təmiz, sarı olur. Ondan təzə balıq, ya iylənmiş yumurta iyi gəlir isə, onda qarabaş naxoşluğu var ki, buğda baş açanda onun dənələri qaralıb iylənib xarab olur.

Bundan savayı yaxşıdır ki, toxumu qeyr tövr ilə imtahan edəsən. Əvvələn, toxum ağır olduqca yaxşıdır. Ona binaən toxum alan gərək onu günə salıb qurudub sonra sayıb çəksin və bunu bilsin ki, filan toxumun yaxşısının 100 dənəsi bu ağırlıqda olur ki, ondan yüngülün almasın. Saniyən, toxumun irisi yaxşıdır ki, belə toxumdan əmələ gələn ot iri olduqca havanın dəyişilməyi ona kar etməz. Və bir də gərək toxum bərabər olsun, yəni hamısı bir boyda olsun və təmiz olsun, yəni qeyr otların toxumu, ya qeyr şey ona qarışmamış olsun. Bunlardan əlavə yaxşıdır ki, toxumun bitmək xasiyyətini biləsən. Bundan ötrü lazımdır toxumdan bir az götürüb, əsgi, ya pambığa büküb, üstə su töküb göyərtmək. Onların göyərməyəni az olduqca toxum yaxşıdır. Elə ki, toxum almaq lazım olmadı, yəni hər kəs öz hasilinin bir hissəsini toxum edəndə onu seçmək və təmizləmək gərək. Məsələn, buğdanın dərzlərini döyəndən irəli onları silkələmək və ya üsul ağac ilə vurmaq gərək ki, ondan iri və yaxşı yetişmiş dənələr tökülsün və bu dənələri yığıb təmizləyib toxum etmək və ya toxumdan ötrü əlahiddə əkin əkib və ya əkinin bir hissəsini ki, qeyr hissələrdən yaxşıdır, saxlayıb, tamam yetişəndən sonra yığıb, gələn il üçün bir quru və sərin yerdə saxlamaq. Xülasə, toxumu səpəndən irəli onu seçmək və təmizləmək gərək və bir də bir yerdə bir əkin bir neçə il əkilir isə, yaxşıdır ki, onun toxumunu təmizləyəsən, yəni bir neçə ildə bir dəfə qeyr yerdən toxum alıb əkəsən və bu zaman lazımdır o toxumu elə yerdən almaq ki, onun ab-havası toxum səpilən yerin ab-havası kimi olsun.

_______________

 

Avropa şəhərlərinin ətrafinda yağ çalxalayanlar kərə yağı bir neçə qism edib, onun əlasını yemək üçün satırlar və belə əla yağa qaymaq yağı deyirlər. Bu yağın girvənkəsi 3 abbasıya satılanda qeyri qism kərələr 50, ya 40 qəpiyə satılır. Əla yağı belə qayırırlar: südü bir sərin yerdə bir gün bir gecə sərib, sonra onun qaymağını yığıb, onu çalxalayıb, yağı çıxardıb, yumuyub, duzlamayıb, ancaq sıxıb satırlar. Bundan əlavə Parijin ətrafında zikr olan qayda ilə qaymağı yığandan sonra onu 60 dərəcəyəcən qızdırıb, sonra 12 dərəcəyəcən soyudub, ondan zikr olan qayda ilə yağ çalxalayırlar ki, buna Parij yağı deyirlər və onun da qiyməti 3 abbası olur.

Bəzi yerlərdə dəxi əla yağ qayırırlar. Məlumdur ki, malı sağandan əvvəl rədd olan süd heylə yağlı olmaz, axır rədd olan yağlı olur. Malı əvvəl bir, sonra bir qaba sağıb, bu axırda sağılan südü sərib, onun qaymağını 10 saatdan sonra yığıb, südü saxlayıb, genə 10 – 12 saatdan sonra ondan ikinci qism qaymaq yığıb, əvvəl yığılan qaymaqdan zikr olan qayda ilə çox əla yağ çalxalayırlar ki, onun girvənkəsi bir manata satılır.

_______________

 

Toyuq və ördək yumurtdamağı xüsusunda yazırlar ki, hava xoş olan vaxtda toyuq ördəkdən birə bir artıq yumurtdayır. Lakin hava dəyişiləndə toyuğun yumurtası azalır. Amma havanın dəyişilməyi ördəyin yumurtdamağına mane olmur.

________________

 

Amerikada yemişdən, yəni qovundan qənd qayırmaqdan ötrü bir neçə karxana açılıb. Yazırlar ki, əgərçi çuğundurun qəndi qovunun qəndindən ziyadə olur (çuğundurda 100-dən 8, yemişdə 100-dən 7), amma yemişdən qənd asandlıq ilə hasil olduğuna çuğundur qəndinin girvənkəsi 8 qəpiyə satılanda, bu qənd 6 qəpiyə satılır və yemiş qəndi əlatər olur və əlavə bərin yemişin toxumundan yağ çəkillər.

_______________

 

 

 

 

 

M ə k t u b i-m ə n z u m

 

Ey olan hadiyi-ərbabi-zəlalət Hadi,

Ey Müzillini edən həqqə hidayət Hadi.

Eylədin sən ki, bu mehdiliyə adət, Hadi,

Elə bəs aləmə təbliği-risalət, Hadi!

 

Leyk peyğəmbər olan həcv eləməz ümmətini,

Kişi lazımdı çəkə ümmətinin qeyrətini,

Gərçi həcv eyləyənin yoxdu kəsən sünnətini,

Sənə bu həcv nə fərz oldu, nə sünnət, Hadi.

 

“Əhsənül-Qəidənin” sahibi, yoxdur özü bəg,

Yazmış idi nə rəva xəlq olur ağköynək?

Sən, oba aşra, əzizim, nəyə lazım hürmək,

Nə üçün eylədin izhari-ədavət, Hadi?!

 

İnşaallah saba-birgün yetişir mahi-əza,

Göy kəfən, yar başuvi, tök yaşuvi, bağla qəra,

Səni meydanda görən kimsə desin: namxuda,

Eyləyibdir genə aləmdə qiyamət Hadi!

 

Əlüvi tutmadı bir kimsə ki, qardaş sənin,

Can sənin, cism sənin, tiğ sənin, baş sənin.

Cəm ola baxmaq üçün sünni, qızılbaş sənin,

Baxıban onlara sən eylə fəxarət, Hadi!

 

Kim deyir ağlama sən Kərbübəla sərvərinə?

Canımız cümlə fəda olsun onun Əkbərinə,

Ağladı ərzü səma təşnə ölən Əsğərinə,

Onu inkar edənin zatına lənət, Hadi!

 

Leyk siz bir para büdətlər edibsiz iycad,

Qoymusuz adını siz təziyə, ey əhli-fəsad!

Sizə bu təziyədən özgə həvəslərdi murad,

Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi!

 

Bu deyilmi qərəzin başüvi sən çapmaqdan,

Yəni ki, canımı cananə edərdim qurban?

Maluvi pəs nə üçün eyləməyirsən ehsan?

Quru baş çapmağa sən etmisən adət, Hadi!

 

Xatirin cəm elə kim, gər bu isə rəsmi-əza,

Sənə nifrin edəcək padşəhi-Kərbübəla,

Bədənin zəhmətinə şərdə yoxdur fitva,

Yoxsa var sizdə, görək, tazə şəriət Hadi?

 

 

Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq,

Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq!

Pəs nə vəqti bizə qismət olacaq göz açmaq?

Əqlə gəl, tanrıya bax, bəsdi bu qəflət, Hadi!

 

Şükrlillah ki, bizim padşəhi-kişvəri-Rus,

Ol zamandan ki, edib təxti-ədalətdə cülus,

Bizləri eyləməyib elmü ədəbdən məyus,

Doldurub aləmi insafü ədalət, Hadi!

 

Bu hədisi nə zaman zikr qılıb peyğəmbər –

Ki, olur rus diliylən oxuyan kəs kafər?

Allah, allah, bu nə böhtandır, əya hiylətgər,

İxtilafati-lisandır bizə nemət, Hadi!

 

Kim ki, bir dil bilə, bir nemətə ol vasildir,

Kim ki, çox bilsə, o çox nemətə bəs şamildir,

Leyk aləmdə hər ol kimsə ki, naqabildir,

Edəcək qeyr lisanı o məzəmmət, Hadi!

 

Biz də müddət “Zərəbə Zeyd” kitabın oxuduq,

Rişteyi-ömrümüzü nəhv ilə sərfə toxuduq,

Barı biz taifə əzzəldə genə bir...

Olmuşuq indi dəxi eyni-nəcasət, Hadi!

 

Tut Həsənbəy bizə təlim eləyir dərsi-zəlal,

Götürüb boynuna ol, kafir olub, vizrü vəbal,

Hiyə təlimə siz ətfalı qılırsız irsal,

Bilməyirsiz niyə bəs eybü qəbahət, Hadi?

 

Oxudur cümlə uşaqlarını xanü bəgüvüz,

Neməti-rus ilə pərvərdə olub cəmdəgüvüz,

Bilməyən rus dilini bəlkə ola tək-tüküvüz,

Sizdə var hamıdan artıq ona rəğbət, Hadi!

 

Mərhəba mülki-Qarabağın əzadarları,

Tarı əfzun eləsin siz təki dindarları,

Seyyida, bəsdi, əgər görsə bu əşarları

Çəkəcək tutduğu kirdarə xəcalət, Hadi.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info