Qonaq Kitabı
14 aprel Rusiya, sənə 1877

14 aprel Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Vəkili-naməlumi-millət məktəbxana xüsusunda bizim Badkubə tərəfinə bir daş atandan sonra, biz hərəkətə gəlib guruldayırıq. Amma indiyəcən yağmur zühura gəlməyib.

 

DAXİLİYYƏ

 

Bizim dostlardan birisi yazır ki, filani, nə düşmüsən xalqın üstə ki, filan qubalı belə gəldi, filan qarabağlı belə getdi, ya filan adətimiz belədir, gərək belə olsun? Başına sözmü qəhətdir danışmağa? Belədə yəqin nə ki gələn il 5 müştəri tapmıyacaqsan, hətta bu il də gümanım var sənin qəzetini oxumasınlar. Həqiqət, dostumuz bizim əhli yaxşı tanıyır. Məsələn, Qarabağdan bir kəs bizi həcv eləməkdən ötrü ona bir nadan deyəndə tamam Qarabağ əhlinin kefinə deyir ki, guya Qarabağda bir nadan olmaq yekə vilayət üçün eyib imiş. Dustan, vilayət nadansız olmaz, dünya belə gəlib, belə də gedəcək. Təfavüt nadanların çox-azlı-ğındandır və bizim xahişimiz onları azaltmaqdır və bu səbəbə belə meydanbazlıq edən nadanlara cavab yazılmasa, qəzet çıxarmaq olmaz və bir də nə ki, biz nadan dediyimiz kəslərin həmşəhrləri, hətta o kəslər özü işə diqqət ilə baxsa görər ki, həqiqət bizdə taxsır yoxdur. Pəs iltimas edirik ki, bu barədə bizi taxsırkar hesab edən işə insaf ilə baxsaq, ol vaxt məlum olur ki, filankəsə dəymə, bizim həmşəhrimizdir, ya filan sözü danışma, bizim filan adətimizə toxunur olanda iş yeriməz.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Tənbəki 2 qism olur: birisi Amerika tənbəkisi ki, onun yarpağının ucu şiş və çiçəkləri qırmızıdır və birisi osmanlı tənbəkisi ki, onun yarpaqlarının ucu girdə və çiçəyi sarımtıldır və bu iki qismin hər biri bir neçə cürə olur.

Tənbəkinin yaxşı-yamanlığına səbəb hansı qismdən olmağı deyil, onu necə əkib-becərmək və qurudub saxlamaqdır. Tənbəki qumustan və çox gilli yerdən başqa hər bir yerdə əmələ gəlir, amma onun üçün qara, yəni meşə yeri yaxşıraqdır. Bu yeri toxumlayandan irəli 3 – 4 dəfə çox dərin şuxm edib, ona insan, ya at, mal peyini qarışdırıb qüvvətləndirmək gərək. Çünki tənbəki gərək tez əkilsin və belədə baharın sübh soyuğundan tələf olur, ona binaən onu fevralın 15-dən aprelin 15-cən bir işıq və soyuq olmayan evdə, qutularda əkib sonra isti düşəndə çıxarıb əkin yerində şitil edirlər. Eni və uzunu 5 arşın olan qutuda 3 – 5 misqal toxum bitirmək olur. Hər 4 desyatin yerə bir girvənkə toxumun şitili bəsdir və bir də quruda toxum çıxanda onların yeri dar olsa, yaxşı olur ki, onu çıxarıb, bir böyük qutuda şitil edib sonra əkin yerinə şitil edəsən.

Tənbəkini may ayının ibtidasından axırınacan əkin yerinə şitil etmək gərək. Bu zaman hər otun 4 – 6 yarpağı olur. Şitil olandan 2 gün irəli yeri bir dəfə də şuxm edirlər və əgər yer çox nəmiş deyil isə, şitili çıxardıb basdırandan 15 dəqiqə irəli suluyurlar.

Əkin yerində bir-birindən bir arşın aralı cızıqlar çəkib, o cızıqlarda şitili bir-birindən 3 cərgə aralı basdırıllar və əgər hava isti isə, hər şitilin üstünü ot ilə 1 – 2 gün örtüllər və bir həftədən sonra qurumuş şitilləri çıxarıb onun  yerinə təzə şitil basdırıllar.

Şitil olunandan sonra tənbəkini 1 – 2 həftənin müddətində hər 2 ya 3 gündə bir əl ilə suluyurlar və ya həftədə bir suya basdırıllar. 2 həftədən sonra cızıqların arası ilə gedib onların dibini əl ilə torpaqlamaq gərək və ya kiçik kotan kimi iki tərəfli əsbabı ata qoşub, cərgələrin arası ilə sürmək gərək ki, kotan torpağı hər iki tərəfə atıb, tənbəkinin dibini torpaqlasın və əgər sonra quraqlıqdan və ya bərk yağışdan sonra lazım olsa, bir dəfə də zikr olan qayda ilə onları torpaqlamaq gərək. Otlar böyüyüb qönçələyəndə bu qönçələri və həmçinin yarpaqların dibində təzədən əmələ gələn budaqları üsullu yolub, hər otun üstə 6-dan 12-cən yarpaq saxlamaq gərək.

Tənbəki yetişəndə onun yarpaqları solub, sallanıb, şirrənir, onların üstə sarı ləkə əmələ gəlir.

Əvvəl dibdəki yarpaqlar yetişir ki, onları dərib götürüllər, bunlardan alçaq tənbəki olur. Sonra yuxarıdakı yarpaqlar yetişdikcən onu bir-bir dərib üstü aşağı əkin yerinə atıb bir neçə saatdan sonra aparıb qurudullar və ya onların bir neçəsi yetişəndə budağı dibdən bıçaq ilə yarısınacan kəsirlər ki, onun başı yarpaqlar ilə sallanıb 1 – 6 gün kökü üstə qalsın, sonra aparıb qurudullar. Yarpaqları qurudandan irəli yaxşı-yaman aralayıb bir quru və gün düşməyən və havası dəyişilən otaqda, ya çardaqda belə qurudullar: ya onları dik yığırlar, ya bir ipə bağlayıb, ya bir nazik ağaca keçirdib asırlar. Onların damarları bilmərrə quruyun-can bir neçə dəfə onlara baxıb kiflənən yarpaqları götürüb atmaq gərək ki, qeyrlər xarab olmasın. Sonra onları dübarə yaxşı-yaman aralayıb hər 25 ya 30 yarpağı bir yerə bağlayıb, üst-üstə yığıb bu dəstələri anbarda saxlayıb yetişdirmək gərək. Bu zaman bir neçə dəfə onları çökürmək və dəstələri açıb havaya vermək gərək. Alıcı olmasa onları anbarda tütünçülər kimi saxlamaq gərək, yəni anbarın içinə 2 ağac qoyub, onun üstünə bir taxta qoyub, bu taxtanın üstə tənbəki dəstələrini açıb, arasına bir neçə çay daşı qoyub saxlayırlar.

Bu anbarın gərək bir neçə bacası olsun ki, onun havası təmiz ola. Bir desyatindən 57 – 120 putacan tənbəki hasil olur ki, hər put 1 – 5 manata satılır.

Toxumdan ötrü saxlanan otları bir-birindən aralı çəkib, onların başında olan çiçəklərdən toxum əmələ gələndən sonra təzə əmələ gələn çiçəkləri yolub, toxum quruyandan sonra onları xaş-xaş başı kimi dərib qışda saxlayıb, baharda başlardan çıxarıb əkmək gərək.

 

 

MƏKTUBAT

 

Yövm 19 şəhri-rəbiüləvvəl. İran dövlətinin təzə general konsulu Mirzə Mahmud xani-sərtib Tiflisə varid olmağına binaən İran təbəəsi və sair tüccar və əsnafın mötəbəri 2000-dən ziyadə pişvaz qəsdilə bir neçə verst Tiflisdən bayıra çıxıb və 20 qoyun rəsmi-mütədavili-İran ilə qurban kəsməyə gətirmişdilər. Sərtibi-müzarileyh onlara nəhayətdə iltifat və əhvalpürsanlıq edib, qurban kəsməyə razı olmadı. Ümumxalq onun mehriban və niknəfs olduğun ki, xalq içində sabiqdən məşhur idi, müayinə görüb, ziyadə məşuf və şad oldular.

_______________

 

Bəndi-məxsusi. Hərdəm tənha oturub fikir edirəm: xudavənda, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu, heç bir dəyişilmək yoxdur. Ata-babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirdib, biz də ki bu yolu gedirik, tələf olacayıq. Səbəb ki, zəmanə dəyişilib. Əlbəttə, on il bundan əqdəm bizim dolanacağımız indikindən yaxşı idi və on ildən sonra dəxi yaman olacaq. Pəs biz haçan öz dərdimizin əlacının dalıycan olub, uşaqlarımıza elm öyrədəcəyik?

Biz müsəlman tayfasında ittifaq və hakimiyyət olsa, məktəbxana üçün ildə iyirmi min manat cəm etmək çətin deyil. Elə bəyzadələrimiz var ki, bir oturuma dördaşıq oynayıb 100 manat udub-uduzurlar. Elə xanzadələrimiz var ki, İvan İvaniçi qonaq etməyə artıqraq xərc edir, ya ona xoş gələn xəlini və ya atı ona bağışlayır. Hər bir şəhərimizdə ildə 10 – 15 imam ehsanı verən olur ki, yoğunbo-yun mollaları, şişpapaq tacirləri, böyükqurşaq hacıları, qızıltəkbənd nücəbaları çaylayıb, plovlayıb yola salır. Pəs belə ehsanı allah qəbul edərmiş, füqəraların uşaqları üçün bina olunan məktəbxanaya olunan ehsanı qəbul etməz imiş?

Ey özlərini millətə dost hesab edib laf vuran qardaşlar ki, lazım olsa, millət işindən ötrü boynuma torba salıb başaçıq, ayaqyalın kəndbəkənd gəzərəm. Sizin bu sözlər yadıma düşəndə Sədinin kəlamı fikrimə gəlir ki, deyib:

 

Dust məşumar on ki dar nemət zənəd,

Lafi-yari və bəradər xandəki[1].

N.. V.......

_______________

 

1870 tarixdən Dərbənd və Quba ilə Rusiyanın arasında yaş yemiş dadistədi başlanıb, ilbəil tərəqqi edir. Keçən il 50 – 60 min putacan və çox hissəsin paraxod (vapor) ilə aparıblar. Kirayənin qədəri Hacıtərxana putu 25 qəpik, Saritsinə 40, Saratova 55, Kazana 75 qəpik. Hərçənd kompaniya kirayəni çox alır, amma boyaq dadistədindən ümidlərin qət edən kəslər kiraya məhəl qoymayıb, bu ümid ilə dadistədin artmağını nəzərlərində tutublar ki, Rusiya vəsi və xalqı çox məmləkət-dir, hər ongah Qafqaz yemişləri Rusetin hər bir şəhərinə aparılsa və Ruset əhli həm bəhrəmənd olsalar, ol vaxt ümid var ki, Qafqazın dərya kənarında olan şəhərləri bağ-bağat ilə abad olub, xəlaiqi nəfbərdar olsunlar. Amma səd heyf ki, kompaniyanın bir para kəm məhəlliqləri bu dadistədə mane olur:

1) Dərbənddə olan kantor kirayənin yarısını və ya tamamını qabaqca alıb kvitansiya verir, amma paraxodun kefinə xoş gəlsə, malı götürür və illa xalqın hazır olan yemişi gələn paraxodacan tələf olur. Ələlxüsus “Mixail” paraxodunun komandiri nə xalqın malı tələf olmağa heyfi gəlir və nə alişani-Dərbənd vəkilinin təvəqqəsini qəbul eləyir.

2) Paraxod götürən yemişi matroslar heç bir hesaba almayıb, atıb yeşikləri sındırırlar və Hacıtərxana yetişən vaxt çox olur ki, yuxarı gedən malı saxlayıb Hacıtərxan malını göndərirlər.

3) Yolda və kantorlarda yemişdən götürüb yeşik və çəlləkləri yarım edirlər və bəzi vaxt da yeşik yox olur. Sahibi kvitansiyanın şərtini iddia edəndə deyirlər ki, Dərbənd kantorundan iddia elə. Sahibi görür ki, malı qoyub şikayət eləsə, 5 gündə tələf olacaq, təhvilə alır və iltimas edir ki, barı kəm olanın kirayəsin almayın. Deyirlər ki, hər ongah siz belə iddialar eləsəniz Dərbənd kantoruna yazarıq ki, minbəd yaş yemiş götürməsin.

Məhbus Dərbəndi

___________________

 

İrəvandan siğeyi-nigah cari etmək xüsusunda yazırlar ki, axund və mollalar çox bəd bihesablıq edir. Məsələn, İrəvan mahalında Kiçik və Ari qəryəsində bir övrətə bir alicənab axund iki dəfə kəbin kəsib. Əvvəlinci kişi o övrəti 5 – 6 ay saxlayıb, sonra övrətin xilafi-rəyi olub, mütəlliqə olmamış bir özgə adama gedib və həmin axund kəbini cari edib.

Mərhum Abdulla xanın övrətinə iki adam müştəri olub və ikisinin də kəbini kəsilib. Axırda birisi təngə gəlib mütəlliqə edib, baz qeyrətə gəlib və peşiman olub, genə istəyir ki, övrəti alsın.

 

 

ELM  XƏBƏRLƏRİ

 

Necə ki bir kəs anadan təvəllüd edəndən sonra onun ağlı mürur ilə tərəqqi edir, habelə insan dünyaya gələndən bəri mürur ilə tərəqqi edir. Həmçinin necə ki bir şəxsin ömrünü üç hissə etmək olur – uşaqlıq, cavanlıq, qocalıq, habelə elmi-tarix insan dünyaya gələndən bəri, yəni insanın ömrünü üç hissə edir: qədim, orta, nəcl, təzə zəmanə.

Qədim zaman insan qullar ilə dolanır imiş və zəhmət çəkmək eyib hesab olunur imiş. Ol zamanın hükəmasının birisi yazır ki, zəhmət insanın bədəninə zərərdir və bir də adamı kefdən və aşna-dostlardan məhrum edir.

Orta nəcli-zaman xanlıq, bəylik, yəni beistilahi-türk basdı-kəsdi zamanı olub ki, bizim əhl bu zəmanədən yeni çıxır.

Avropa əhli üçün bu halda təzə zəmanə hesab olunur ki, güc, igidlik, quldurluq, əsir etməklik qadağandır. Bu zəmanəyə dadistəd zamanı deyirlər. Qədim xanlar, bəylər ki, nücəbalıq cəhətindən məşhur idilər, indi vecə gəlməzlər.

Bu zəmanədə pul bəyləri əmələ gəlib. İndi hamı pula möhtacdır. Hətta şahza-dələr də bir kəmtə yəhudinin əlindən tutub, ondan pul istəyirlər.

Pəs, təzə zəmanə zəhmət zamanıdır. İndi mükəmalar sübut edir ki, zəhmət insanın bədəni üçün nəf gətirir. Vaxt pul hesabı hesab olunur, yəni gərək vaxtı keçirməyib zəhmət çəkmək ki, pul olsun. Çünki zəhmət çəkmək və vaxtı keçirməmək elm ilə olur, yəni elmi olmayan kəsin zəhmətindən ol qədr nəf olmaz, ona binaən bizim zəmanədə elm lazımdır. Elm yolu ilə zəhmət çəkən tayfa öz millətini güclü edər, çünki güc dövlətdədir. Məsələn, bu halda Avropa dövlətlərin-dən İngilisdən az əsgəri olan yoxdur, lakin İngilis əhli tavana olduğuna İngilis dövləti əvvəlinci dövlətlərin birisidir.

Əsgər

 

TƏZƏ  XƏBƏRLƏR

 

Neft baha satılmağının bir səbəbi budur ki, onu qeyr yerlərə çəllək ilə aparanda neft duru olduğuna çəllək axır. İndi “Russki mir” qəzeti yazır ki, Peterburqda bir firəng hükəması gəlib ərizə verib ki, mən nefti bir qeyr yerə aparmaqdan ötrü onu bərk şeyə döndərib, genə sonra duru edə bilərəm. Ona binaən dövlətdən izin istəyir ki, ona Rusiyada neft aparmaqdan ötrü icma bina etməyə ixtiyar versin.

_______________

 

Əgərçi bu halda Badkubənin neft quyularının bəzisindən neft pəvvarə vurub çıxır, amma bunilə belə neftin qiyməti artır. Bu halda qara neftin yaxşısının putu 10 qəpikdir.

_______________

 

Londonda ərəb dilində çap olunan qəzetin xüsusunda yazırlar ki, onu bir misirli ərəb çıxarır və onun yazmağından belə görünür ki, o kəs dövləti-Osmaniyə bədgudur.

_______________

 

Badkubədə puli-imperial 6 manat yarımdan 7 manat yarıma, qəndin putu 6 manat 30 qəpikdən 7 manat 80 qəpiyə qalxıb.

_______________

 

İspaniya məmləkətinin bir kəndində bir tavana kəs vəfat edən zaman üstə keşiş gətirmədiyinə keşiş deyib ki, belə şəxsin ruhunu şeytan özü gəlib cəhənnəmə aparır. Meyit basdırılandan irəli ol şəxsin evinə bir əcaib paltarda, uzunquyruq və əlində məşəl surət daxil olub ki, hamı onu görüb “şeytan” deyib qaçıb. Bir kişi bu qiylü qalı eşidib, əlində tüfəng içəri daxil olanda, ol surət onun üstə gedib. Bu halda tüfəng atılıb ona dəyib, sonra onu soyundurub görüblər ki, zikr olan keşişdir.

________________

 

“Tiflisski vestnik”də çap olunan tellər:

 

Parijdən martın 31-də Londonda qol çəkilən rus kağızına Osmanlı dövləti belə cavab göndərib: əvvələn, ol şərtləri məğlub olan millət qəbul edər, Osmanlı məğlub olmayıb və dava eləməyə hazırdır. Saniyən, Avropa dövlətləri Osmanlı işinə qarışmaqlıq ilə dövləti-Osmaniyə mane olurlar ki, öz xahişi ilə qoyduğu qanunlara əməl eləsin. Salisən, Rusiya dövləti öz əsgərini əldən qoyuncan Osmanlı dövləti əsgərini əldən qoymuyacaq.

Martın 31-də Vyanadan. İngilisin cəng gəmiləri genə Osmanlı dəryasına gedir.

Aprelin 1-də İstanbuldan. Osmanlı dövləti Qaradağ vəkillərinə cavab elədi. Səfvət paşa, vəziri-xariceyi-Osmani Qaradağın knyazına tel göndərib ki, vədə ilə olan sülh tamam olandan sonra (aprelin 1) təzədən cəng olmasından ötrü vədə verilməyəcək.

Qaradağın vəkilləri geri qayıtdılar. İstanbuldan Ağ dəniz boğazını bərkidirlər. Osmanlı dövlətinin əsgəriyyə əmələcatı İngilisin vəkilləri ilə birgə əsgər olan yerlərə getdilər.

Aprelin 2-də Osmanlının cəng gəmiləri iki hissə olub, birisi Qara və birisi Ağ dənizə getdi.

Osmanlı ilə Rusiya sərhəddinin arasında vaqe olan Rusiya Osmanlıya cavab verib ki, Rus əsgəri Rumıniyaya daxil olsa, onlar ilə Rumıniya əsgəri dava etməyəcək. Ona binaən ki, bu barədə Rusiya ilə əlahiddə danışıq olub.

Osmanlı dövləti Tuna çayının üstə Rumıniya torpağına körpü təmir elədir.

Aprelin 5-də İstanbulda olan Rus konsulunun əmələcatı üçün əlahiddə gəmi gəlib, amma Rus vəkilinə hökm olunub ki, əlahiddə hökm gəlincən İstanbuldan getməsin.

Avropa dövlətlərinin vəkilləri dübarə Osmanlıdan təvəqqə elədilər ki, London kağızına razı olsun. Amma onlara genə cavab elədilər. Mədinədə olan havadis xüsusunda İran dövləti Osmanlıdan razılıq istəyib.

_______________

 

Peterburqda olan bankrot, yəni yoxsul kəslər karxanalarını bağladığına cənab vəziri-daxiliyyə hökm edib ki, yazıb məlum eləsinlər nə qədər fəhlə yersiz qalıb. Belə məlum olub ki, bircə Peterburq şəhərində 90 min fəhlə yersiz qalıb.

_______________

 

Tiflisdə olan dehatiyyə icmaı Tiflis quberniyasından ötrü bu il oktyabr ayının  2 – 8-cən məhsulatı və əkin əsbablarını cəm edib xalqa göstərəcək. Bu zaman o əsbabları iştədməyi də xalqa göatərəcəklər.

_______________

“Tiflisski vestnik” yazır ki, aprelin 3-də cənab sərdari-Qafqaz Tiflisdən Gömrü qalasına getdi.

_______________

 

Tiflisdən Gömrüyə aparılan daş yolu barəsində yazırlar ki, bu yavıq zamanda tamam olacaq.

_______________

 

Moskvadan ticarət barəsində “Kavkaz” qəzetinə yazırlar ki, çox kasadlıqdır.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 

 



[1] Sən nemət içində olanda qardaşlıqdan, yoldaşlıqdan dəm vuran adamı, özünə dost hesab etmə.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info