Qonaq Kitabı
17 mart Rusiya, sənə 1877 (2)

17 mart Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

Qafqaz vilayətinin məktəbxanalarının hakimi cənab sərdar buyurmağına görə hökm edib ki, padşahlıq məktəbxanalarının (gimnaziya, progimnaziya, realnı uçilişa) priqotovitelni klaslarına girən kəslər gərək rus dilində yazıb oxumağı bilsin, yoxsa onları qəbul etmək olmaz və hökm olunub ki, ol məktəbxanalara girən şəxslərin yaşı bu qərardan ziyadə olmasın: əvvəlinci klasa 12, ikinci klasa 13, üçüncü klasa 14, dördüncü klasa 15, beşinci klasa 16.

 

_______________

 

Qarabağda yazırlar ki, ağköynək barəsində bizim qəzetlərdə yazılan sözlərdən ötrü bəzi avamlar bizi həcv edib, hətta istəyirlər imiş bizdən ərizə versinlər ki, guya ol sözlər məzhəbə dəyən sözlərdir. Əgər bu xəbər doğru isə, Hadiyül-Müzillin həqiqət qarabağlı isə, Qarabağın anlayan kəslərinə ərz olunur ki, gözünüz aydın olsun.

_______________

 

Müştərimizin qədəri bir illik 163, yarım illik 21.

________________

 

Seyyidani-Şirvan və İrəvana məlum olur ki, bu halda çapxanada şəhər qərardadı türk dilində çap olunduğuna, siz göndərən şerlər gələn nömrəyə qaldı.

 

DAXİLİYYƏ

 

Məlumdur ki, xristianlar öz ölülərini üçüncü günü basdırıllar və lakin elmi-hikmət aşkar edir ki, bəzi vaxtda insan elə yuxuya gedir ki, onun nəfəsi kəsilir, bədəni soyuyur, xülasə, belə yuxu ölümə oxşuyur, amma bir neçə gündən genə yuxudan ayılır. Belə ölü ilə həqiqət vəfat edənin təfavütü budur ki, həqiqət ölünün bədəni bu bir neçə gündə çürüyür, amma belə ölüyə oxşayanın bədəni çürüməz və əgər bir həftəyəcən belə yuxuya gedən ayılmasa, onun ağzına ət suyu tökmək gərək ki, acından ölməsin. Bu səbəblərə 30 il bundan əqdəm İngilisin London şəhərində və bu halda tamam Avropanın böyük şəhərlərində camaat bir imarət təmir elədib, vəfat edənləri orada onun bədəni çürümək başlayıncan saxlayıb, sonra dəfn edir və həqiqət belə ölü hesab olunan kəslərin bəzi yuxudan ayılır. Çünki bizim adətimizə görə mərhum olanlar dəxi tez basdırılır, ona binaən bizim yuxuya gedib, ölü hesab olunanlarımız dəxi ziyadə basdırılır. Bu səbəblərə yaxşı olurdu ki, bizim qəbiristanlıqlarda hər camaat bir imarət təmir edib, mərhum hesab olunanları zikr olan qayda ilə saxlayıb, sonra dəfn edəydi.

Çünki Hadiyül-Müzillin Qarabaği kimi avamlar hər bir elm sözünü eşidəndə onu şəriətə namüvafiq hesab edir, bizi həcv edib lənət oxuyurlar, ona binaən lazım bilib onlara ərz edirəm ki, xudavəndi-aləm buyurub ki, ölünü basdırın, dirini basdırmağı, yəni insanı öldürməyi qadağan edib və sizin ağlınız naqis olduğuna ölüyə diridən təfavüt verə bilməz və bir də, ey əvamünnas, hər bir hikmət sözünü eşidəndə deyirsiniz ki, bu şəriətə rəxnə vurur. Bavücudi ki, o söz sizin avamlığınıza rəxnə vurur. Məsələn, sizin əqidənizə görə başmaq, papaq geymək də, dizi üstə əl ilə çörək yemək də şəriətin şərtlərindəndir.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Çürüyən almanın çürük yerində kiçik, gözə görünməyən ələfiyyat əmələ gəlir ki, almanın çürüməyinə bais olur. İndi yazırlar ki, ol ələfiyyatların toxumunu sağ almanın üstə salanda o çürümür, amma zədə düşmüş almanın üstə salanda ki, belədə o toxum almanın suyuna dəyir, çürüyür və bir də alma nə qədər artıq yetişmiş isə, ol qədər tez çürüyür.

_______________

 

Qarğıdalının (peyğəmbər buğdası) unu və bu undan bişmiş çörək tez kiflənir, yəni göyərir. İndi yazırlar ki, o göyərti çox bərk zəhərdir.

_______________

 

Bu halda Avstriya məmləkətinin hükəmaları öz vilayətləri üçün quşları şikar etmək barəsində təzə qanun yazırlar. Deyirlər ki, quşların yuvasını dağıtmaq və onları tor ilə, yəni bir yerdə çox quş tutmaq qadağan olacaq. Çünki insan quşları əldə saxlayanda onun xasiyyətini və yediyi xörəyi bilir, ona binaən onları qəfəsdə saxlamaq qadağan olmayacaq. Və bir də çünki avam qadağan olmağa baxmayıb, öz avamlığından onları tələf edir, ona binaən hökm olunacaq ki, hər bir məktəbxa-nada quşların xasiyyətlərini və onlar insana elədiyi nəfləri oxutsunlar.

_______________

 

Yazırlar ki, 1848-ci sənəyəcən Avropa əhli qarğıdalı iştədmirdi, sonra onu heyvana yedirtməkdən ötrü və indi özləri yeməkdən ötrü çox gətirdillər. Məsələn, keçən il Amerikadan bircə İngilis vilayətinə 9 milyon çetverq qarğıdalı gəlib.

_______________

 

Bizlərdə dəmir və fulad şeyləri qayırandan sonra soyuq suya salıb soyudurlar bərk olsun, amma Avropa karxanalarında onları belə soyudurlar: 2 put kit (suda olan heyvandır) yağı, 1 put mal piyi, 4 girvənkə mum bir yerdə əridib, soyudub bir neçə qaba tökürlər. Sonra zikr olan şeyləri ol qablara növbət ilə , yəni birisini bir qaba və o birisini qeyr qaba salırlar ki, piyi qızmasın. Sonra ol şeyləri çıxardıb, ağzını bir az silib, daş kömürü yandırıb şeyi onun üstə tuturlar ki, onun ağzında olan piy yansın. Zikr olan qayda ilə qayrılan piy bir aydan sonra xarab olur, gərək ol vaxtda onu təzədən qayırasan.

 

 

 

MƏKTUBAT

 

Qərəz, Hadimül-Qəvaid qardaş, əməl gərək məquliyyət və ədəb ilə olsun, ta fayda versin. Bəndəlik edən şəxs gərək ağası buyuran kimi əməl etsin. Qardaş, sizin mərifətinizə binaən avam ixtira edən təziyədərlıq imam buyuran tövrdən yaxşıdır. Mərhəba sizin mərifətinizə ki, siz mərifətdə olan kəslər bizi mərifətdən qoyub. Odur ki, hükəma deyib: düşməni-dana beh əz, nadani-dust[1]. Heyhat ki, sən fərasətdə olan qardaşların vücudilə bizim millət zillət və məskənətdən xilas olub hünər və izzət məratibinə yetişsin. Qərəz, cənab Hadimül-Qəvaid, necə oldu ki, sən Hadimül-Qəvaidlik ilə xeyirxahi-millət oldun, amma mən Əhsənül-Qəvaidliyimlə bədxah oldum ki, mənim haqq sözlərimi ki, əql hikmətindən tüli edib böhtan hesab edirsiniz, amma öz böhtanlarınızı ki, mənim gah Şümür, gah özgə xitablar ilə müxatəb elədiyinizi böhtan hesab etməyib, qanmıya-qanmıya meydana gəlib boş top-tüfəng ilə binayi-cəng qoyubsunuz. Əlhəqq, siz gedən yol Kəbə və Minaya gedir. Amma buyurursunuz ki, insanda nəfsi-ləvvamə var ki, insanı şər tərəfinə getməkdən saxlar. Bəli, bu nəfsi-ləvamə qüvveyi-aqilədən hesab olunur ki, insanı məlahət edir şər tərəfinə getməkdən və rahnümanlıq edir xeyir tərəfinə. Amma nəfsi-əmmarə var ki, qüvveyi-şəhviyyədən məhbus olur, insanı heyvan kimi çəkir müştəhiyyat və şəhəvat tərəfinə və insan bu ortada faili-muxtardır. Əgər biduni-mülahizə xeyir və şər məhz bəmülahizeyi-ləzzət şəbiyi-nəfsi-heyvana tabe oldu, ondan şərarət əmələ gələcək və hərgah beəql və təfəkkür edib, əql tərəfinə meyl elədi, nəfsi-ləvvamə və qüvveyi-aqilə qüvvət peyda edib, insanı yamanlıqdan mən və yaxşılığa əmr edər. Necə ki, nəfsi-əmmarə və qüvveyi-şəhviyyənin şərarətə mürtəkib olmağı qüvvəti-cəhalətdəndir, həmçinin qüvveyi-aqileyi-nəfsi-ləvvamə qüvvəti-elm ilə əfali-xeyrə mürtəkibola bilər. Pəs biz müsəlmanda elmin az olmağına binaən nəfsi-əmmarə və qüvveyi-şəhviyyə güc gətirib bizi heyvan kimi çəkir müştəhiyyat tərəfinə və illa bizim məzhəbimiz cameyi-cəmii-mühəssənat və dafeyi-cəmii-qəbaihatdır. Hərçə həst əzqaməti-nasaz biəndami-mast[2]. Qərəz, əgər nəfsi- əmmarədən kənar və qüvveyi-aqiləyə daxil olub mülahizə etsək, bizə rövşən olur ki, qəmə götürüb öz başını doğra ki, mən təziyədarlıq edirəm, yəni ki, peyğəmbər ya imam buyurub? Yox, Təbibihaziq təcvizedib? Yox. Özgə millətləri özümüzə tamaşaçı edib, divanə dedirtməkdən başqa heç bir faydası yoxdur və heç bir əqli-səlim belə əmrə fitva verməz məgərinki həvayi-nəfs.

Ey qardaş, “Əkinçi”nin mənzurun bilməyib, ona əziyyət etməyin. “Əkinçi” bir nasehi-müşfiqdir ki, deyir, qardaş, hünəriyyat və kəmalat toxumu əkin ki, izzəti-dövlət səmərə götürəsiniz. “Əkinçi”bir vaizdir ki, bizi əbdandarlıq elmlərinə vəz və təhrik edir. “Əkinçi” bir nəfsi-ləvvamə ki, bizi yamanlıqdan məlamət edir ki, yaxşılıq tərəfinə gedək. Ona binaən ki, insan ta öz özün məlamət etməyə, yamanlıqdan müctənib və yaxşılığa mürtəkib ola bilməz. “Əkinçi” bir aynadır ki, bizə zillət və miskənət eyblərin nümayan edir və izzət və tərəqqihüsnlərin cilvəyə verir ki, bəlkə ta rişə dər ab əst, ümidi-səməri həst[3] ki, əməlimizin hüsnü qübhün dərk edib, onun çarəsin fikir edək. Bizdən ki keçib, bizdən sonra gələnlər şəmatətdən qurtarsın. “Əkinçi” bir təbibdir ki, istəyir pəndiyat və nəsayihin acı davaları ilə nadanlıq ixlatın bizdən dəf etsin və elmin şəhd və məcunilə bizim məzacımızı qüvvətləndirsin, bəlkə məzac qüvvət tapıb, mərəzi dəf etsin. “Əkinçi” bir əzaxanadır ki, bizim hal və malımıza əza tutub ki, biz bəlkə bir çarə edək ki, bizdən sonra gələnlər nadanlıq mərginə düçar olmayalar.

Pəs gərək hünər peyda etmək. Elm və hünərsiz adam nə ki özgə yanında, bəlkə öz yanında şərməndədir. Əgərçi biz öz elm və hünərsizliyimizi nəuzübillah allahdan bilib deyirik: hər nə allah istəyir elə olacaq, hər nə məqdurdur onu görəcəyik, amma allah belə istəyib, belə məqdur edib ki, hər nə əksən onu biçəsən, əsbabi-zillət zillət gətirir, əsbabi-izzət izzət.

 

Dehqani-salxurdə çe xoş küft bapəsər

Key nuri-çeşmi-mən, bəcüz əskişdə nə drəvi[4].

 

Qardaş, boş söz danışmaqdan fayda yoxdur, gərək əsbabi-tərəqqi və izzət fərahəm gətirmək. Əsbabi-zillət həmişə nadanlıq dövlətindən mövcuddur. Xalqa bədguluq etmək nə lazım? Əgər əql və elm sahibisən, bax səxsin sözünə, əgər sənin nəfüvə danışır əxz elə və əgər boş danışır, burax başına, səndən ki, bir zad istəmir. Belə fikir etmə ki, cahan xaliqid, əql-elmdən xaric danışana cavab verirlər. Əhli-əqlü elmin silahı sözdür, söz ilə insanı öldürürlər.

Xülasə, Şeyx Sədi deyir ki, əgər nadan bilsə ki, onun üçün danışmamaqdan yaxşı zad yoxdur, hərgiz danışmaz. Dübarə deyir ki, bunu bilsə, nadan olmaz. Ərzi-istida edirəm bundan sonra əql və elmsiz mübahisə başlamayın və məndən inciməyin, bu beytlər nəzərinizdə olsun:

 

Süxənhayi-mən cümlə pənde xirəd

Əzon bərxurd hər kəs bərxurəd,

Mən əz zülməti-cəhl gəştə-birun

Berəftə bənuri-xirəd əndərun.

Xudavənd babən zirəhmət güşid

Çe Loğman bəhikmət məra rəh nümud

Ki, çün Xizr xurdə mən abi-həyat

Əzin pəs nədarəd bemən rəh məmat[5].

Əhsənül-Qəvaid

Cənab Ənsənül-Qəvaidin bu məktubu ilə baş çapmaq mübahisəsin qurtarırıq və əgər indiyəcən Hadiyül-Müzillin Qarabaği kimi kəslər sözü qanmayıb bizi təzədən həcv edəcəksələr, eləsinlər, onlara bircə cavabımız var: siz qanmazsınız.

 

ELM  XƏBƏRLƏRİ

 

Bir şeyin bir tərəfi ağır bir tərəfi yüngül olanda ağır tərəfi aşağı düşüb, yüngül yuxarı qalxmağı məlumdur və habelə məlumdur ki, bir şeyi, məsələn, qızılı tərəziyə qoyub havada çəkəndə bir girvənkə gəlsə, tərəzinin qızıl olan gözünü suya salıb çəkəndə onun ağırlığı az olur. Bu səbəblərə indi bir maşın ixtira olunub ki, onun hərəkətə gəlməyinə nə atəş və nə heyvan gərək deyil. Bir oxa bir diyircəyi möhkəm keçirdib diyircəyin yarısını bir qabı su və ya civə ilə doldurub onun içinə salıb, o biri yarısını havada saxlayırlar. Belədə diyircəyin yarısı suda olduğuna yüngül, yarısı havada olduğuna ağır olur və bu səbəbə diyircək özbaşına fırranır və ona keçirilən oxu hərəkətə gətirir ki, bu ox maşını iştədir.

_______________

 

Məlumdur ki, övrət doğandan bir neçə müddət sonra onun südü olur, qeyr vaxt olmaz. İndi bir nemes hükəması yazır ki, Çin məmləkətinin övrətləri hər vaxt istəsələr, özlərini südlü edə bilirlər. Zikr olan hükəma deyir ki, üç övrət gətirtdim ki, onların hər birisi 5 – 6 il idi ki, doğmamışdı və hərəsinə bir altı aylıq uşaq tapşırdım, 3 – 4 həftədən sonra onların hər birisinin təzə doğmuş övrət kimi südü oldu. Amma bu övrətlər uşaqları əmizdirən vaxda özləri üçün əlahiddə xörək bişirib yeyirdilər.

______________

 

İngilis hükəmaları yazır ki, London şəhərində sakin olan Çin əhlinin gözləri mürur ilə dəyişilib, yənionların gözü ki, qalmık gözüdür böyük və girdələnir, yəni bizim və Avropa əhlinin gözü kimi olur. Bunun səbəbi məlum deyil. Amma məlumdur ki, uşağın dayəsi çəp olanda uşaq da mürur ilə çəp olur. Pəs gözdə bir xasiyyət varmış ki, qeyr gözlərə baxmaqdan dəyişilir imiş.

_______________

 

Dəli olmaq bir neçə qismdir, yəni hər dəli olan bir qeyr şeyin fikirindən dəli olur. Məsələn, kimi deyir ki, onun başı qazana dönüb. Kimi deyir ki, mən padşaham, gərək mənim hökmümə dünya əmələ gəlsin. İndi Parij şəhərinin mərizxanalarında məlum olub ki, bu dəli olmaq naxoşluqları yoluxmadır, onlara qulluq edən kəslərin bəzi o dəlilər kimi dəli olur.

 

 

TƏZƏ  XƏBƏRLƏR

 

“Tiflisski vestnik”in telləri:

1) Martın 19-da Londondan. Osmanlı işləri barəsində Rusiya dövləti yazan kağızı bir az dəyişdirib, ona İngilis, Rus, Prus, Avstriya, Firəng, İtaliya dövlətlərinin vəkilləri qol çəkib və ümid var ki, Osmanlı dövləti də ona qol çəksin və bir adam Peterburq şəhərinə göndərsin ki, Rusiya və Osmanlı dövlətləri əsgəri mürəxxəs eləmək barəsində danışıq eləsin.

Martın 22-dən. “Tayms” qəzeti yazır ki, zikr olan Avropa dövlətlərinin vəkil-ləri Rusiya dövlətinin vəkili qraf Şuvalovun bu sözünə həm qol çəkiblər ki, Rusiya dövləti əsgəri mürəxxəs edəcək.

İngilisin İspaniya dövlətinin paytaxtı Madrid şəhərində olan vəziri-muxtarı Ser Liyar gəlib ki, vədə ilə İstanbul vəziri-muxtarı Ser Elliotun yerinə getsin.

Prus dövlətinin sədri-əzəmi knyaz Bismark imperatora ərizə verib ki, onu xaric eləsin, amma imperator onun ərizəsini qəbul etməyib, ona izin veribdir ki, əgər naxoş isə bir il işdən bərkənar olsun.

“Tayms” qəzeti yazır ki, knyaz Bismark özünü işdən bərkənar eləmək səbəbi budur ki, Rusiya dövləti onun kağızına qol çəkəndən sonra cəng başlasa, onda taxsır görməsinlər (knyaz Bismark, vəziri-xariceyi-dövləti-Prus bir aqil kəsdir ki, bir neçə ildir ki, tamam Avropanın işləri ondan keçir).

2) İstanbuldan martın 17-də. Məclisi-ümum bu məzmunda qət teli həzrət sultana pişnəhad edib ki, xaric dövlətlər deyən sözlərə əməl olunmasın və Qaradağ əhlinə nə ki, Nəkşəç qalasını, heç bir yer verilməsin.

Martın 19-da. İngilis vəkili sədri-əzəm Ədhəm paşaya Londonda qol çəkilən rus kağızının surətini verdi.

Martın 22-də. Dövləti-Osmani istəyir Rəuf paşanı Peterburqa əsgəri mürəxxəs eləmək danışığına göndərsin.

Martın 23-dən. Osmanlı dövləti qol çəkilən rus kağızının cavabında bir kağız yazıb ki, Avropa dövlətinə göndərsin.

_______________

 

Londonda qol çəkilən kağızın məzmunu məlum deyil. “Tayms” qəzeti yazır ki, bu kağızda Avropa dövlətlərininn vəkilləri İstanbulun konfransında axırıncı dəfə Osmanlıya pişnəhad elədiyi şərtlər yazılıb ki, onları Osmanlı qəbul eləməmişdi. Ol kağızda yoxdur ki, o şərtlərə Osmanlı nə müddətdə əməl eləsin və eləməsə nə olsun. Həmçinin əsgəri əldən qoymaq barəsində o kağızda bir söz yoxdur. Bu barədə əlahiddə danışıq olacaq.

________________

 

İstanbuldan martın 8-də yazırlar ki, məclisi-ümum belə açıldı: calislər və əmələcat cəm olandan sonra həzrət sultan daxil olub, taxta əyləşib, onun sağ tərəfində Avropa dövlətlərinin vəkilləri və ruhanilər, əzon cümlə şeyxül-islam və şərifi-Məkkə, sol tərəfində vüzəralar və qeyr əmələcat və xaricələrin ruhaniləri, qabaqda məclisin üzvləri olub. Həzrət daxil olanda hamı durub baş vurandan sonra sədri-əzəm Ədhəm paşa yeriyib həzrətin əlindən kağızı alıb, öpüb, gözünün üstə qoyub, sonra Səid paşaya verib və bu cənab onu öpüb, sonra oxuyub. Kağız oxunandan sonra həzrət sultan gedib. O kağızda Osmanlı işləri barəsində və məclisi-ümum bina olmağının səbəblərindən danışıb.

Yazırlar ki, məclisi-ümumun üzvləri 3 dəstə olub: türk, ərəb, xristian dəstələri və hər bir dəstənin sözü bir olacaq. Əgərçi deyirlərdi ki, üzvləri dövlət özü intixab edib, xalqın onlardan xəbəri yoxdur, amma belə görünür ki, onlar dövlətin bərəksinə gedir. Məsələn, Midhət paşa xaric olmağı xüsusunda dövlətdən sual olunub ki, buna səbəb nədir? Əhməd və Akif paşanı ki, dövlət dövlət məclisi rəis təyin edib, onun bərəksinə gedirlər.

Midhət paşanın xüsusunda bir tel var idi ki, İtaliyanın Neapol şəhərindən gəmi ilə gedib. Yazmışdılar ki, gərək İstanbula getdi, amma indi 2 həftədir ol cənab harada olmağı məlum deyil.

_______________

 

Cənab sərdari-Qafqaz hökn edib ki, Kutais quberniyasından cəm olan 400 süvari əsgərdən başqa genə 2 yüz cəm olsun. Gəncə quberniyasından cəm olan süvari əsgərə Məlik-Şaxnazarov hakim təyin olub.

________________

Yazırlar ki, İran dövlətinin Tiflisdə olan generalni-konsulu Mirzə Əsədullah xan Peterburqa vəziri-muxtar təyin olub.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] Ağıllı düşmən nadan dostdan yaxşıdır.

[2] Hər nə varsa öz yöndəmsizliyimizin üzündəndir.

[3] Nə qədər ki, kök sudadır, səmərə (meyvə) ümidi var.

 

[4] Ağsaqqal kəndli öz oğluna necə yaxşı demişdir:

Ey gözümün işığı, nə əkmisən, onu biçəcəksən.

 

[5] Mənim sözlərimin hamısı bilik və nəsihətdir, hər kim onları bilsə xeyir görər. Mən cəhalət zülmətindən kənara çıxaraq, bilik ziyasının dərinliyinə doğru gedirəm. Allah öz mərhəmət qapısını açıb mənə loğman kimi hikmət yolunu göstərdi. Xızır kimi dirilik suyu içdiyim üçün mənə ölüm yoxdur.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info