Qonaq Kitabı
Fevral, Rusiya, sənə 1877 (2)

Fevral, Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Müştərimizin qədəri 149, o cümlədən Dərbənddən və Dağıstanın qeyr yerlər-dən 59.

_______________

 

Qəzeti hər iki həftədə bir pəncşənbə günləri çıxardacayıq. Bu sayaq ilə gərək ildə 26 nömrə çıxsın.

________________

 

Bir şəxs bizim qəzetin əvvəlinci nömrəsində əqrəba miyanında olan kəbin xüsusunda yazılan mətləbin və Əhsənül-Qəvaid baş çapmaq üstə yazdığı sözlərin barəsində bir kağız yazıb, məxfi göndərib, bizə bietiqad, biədəb, biidrak, bielm deyib, bir vərəqin üstə olmayan sözlər yazıb deyir: əgər mərdsən, bunu basdır.

Əgərçi ol cənab çox səy edib ki, özünü gizlətsin, amma onun qulaqları çox uzun olduğuna, onların ucu çöldə qalıb. Ona binaən cənaba ey məkəs əvəzinə ey uzunqulaq – deyib ərz edirəm ki, cənabınız top-tüfəng ilə bizi qorxuda bilmədiniz, indi məxfi kağız ilə qorxutmaq istəyirsiniz və bir də yazırsınız ki, bizi həcv edəcəksiniz. Əgər həcviniz pındıq sözü kimi olmasa, çap elədərik, amma təvəqqə edirik onu aşkar göndərəsiniz, gizdin kağızı çap etməyə ixtiyarımız yoxdur.

_______________

 

Əvvəlinci nömrə ilə göndərilən siyahıların birisində ki, səneyi-hicrinin ibtidası müvafiqi-səneyi-xristian yazılıb, belə qələt düşüb səneyi-xristianların başında yazılıb səneyi-rusi, amma gərək yazıleydi səneyi-firəng ki, onların 12 gün təfavütü var. Məsələn, firəng və qeyr Avropa əhlinin təzə ili olanda, yəni onların yanvarının birində rus hesabı ilə təzə il, yəni rusi yanvar ayının birinə 12 gün qalmış olur.

 

DAXİLİYYƏ

 

Bizim qəzetin 24-cü nömrəsində qurban bayramının əsl mətləbi barəsində yazılan daxiliyyəni Tiflis şəhərində erməni dilində çap olunan “Mşak” qəzeti erməni dilinə tərcümə elədib, basdırıblar. Heç görünübdür ki, bizim zamanədə elm oxumuş adam xalqı Məkkəyə getməyə təhrik edə və ittihadi-islam fikrinə düşə və ittihadi-islam heç məqdurdurmu? Xülasə, bu tövr çox danışıb axırda deyir: neçə yüz ildir ki, islam ətrafında olan erməni, gürcü və qeyr tayfaları güc ilə islam edib və indi siz bu qədər tayfaları ittihadi-islam ilə birləşdirmək istəyirsiniz... Yox, qaytarın bizə -ki, bizim zəmanə elm zəmanəsidir və biz elm sahibiyik və elm təhsil etməyə qabiliyyətimiz var, - bizim qardaşlarımızı ki, keçmişdə onları cəbrən islam eləmisiniz. Verin bizə bizim yerləri ki, keçmişdə onları güc ilə zəbt etmisiniz və ondan sonra gedib ittihadi-islamı o səhralarda eləyin ki, orada islam bina olub və monqol tayfasını (bu tayfanı Avropa əhli biqabiliyyət hesab edir) birləşdirməyə səy edin... Ey cənab, Arsruni (zikr olan qəzetin münşisinin adıdır) əgərçi cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə raxibdirlər, amma..... neçə yüz ildir ki, biz ermənilər ilə qonşulu edirik, indi cənabımıza eyb deyilmi ki, bizim aramızda ədavət salırsınız.... Be hər təqdir nişi-əqrəb nə əz rəhi-kinəst[1].

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Quraqliqdan əkini mühafizət etməkdən ötrü məsləhət edirlər ki, payızda əkilən əkinin üstə qışda qar yağanda onu ağacları sürümək ilə yerə yatırdasan. Belədə ondan əmələ gələn suyun çoxu yerə hopub, dərinə gedər və bu səbəbə belə yer yayda tez qurumur.

Avropa əhlinin yeri az olduğuna heyvanlar üçün ələfi də əkillər. Yazırlar ki, qarğıdalı, yəni peyğəmbər buğdası o ələflərin hamısından yaxşıdır. Əvvələn, onun kökü dərinə getdiyinə yeri nə ki gücdən salmır, hətta dəxi qüvvətli edir. Saniyən, onun həmi başını, həmi bəlimini at, mal yaxşı yeyir. Onu cərgə-cərgə bir-birindən bir arşın aralı əkib, yetişən vaxtı qırıb qurudub qışda iştədillər.

_______________

 

İtaliyada bir icma bina olub ki, ol vilayətdə əmələ gələn şeyləri aparıb qeyri vilayətlərdə füruş edir. Keçən il 5 ayın müddətində məzkur icma Rusiya və Germaniya vilayətlərində 66 milyon yumurta füruş edib.

_______________

 

Yazırlar ki, cənubi Rusiyada tənbəkini yaxşılandırmaqdan ötrü danışıq var ki, qeyr yerlərdə əmələ gələn tənbəkilərin toxumunu gətirib ol yerin əhlinə paylayıb, hər il tənbəkisi əla olan kəslərə ənam versinlər.

_______________

 

Ləvin adlı otdan qayrılan şeyləri ki, olsun kəndir, tor və qeyrə çürüməkdən mühafizət etməkdən ötrü məsləhət edirlər ki, onları bu tövr aşa qoysunlar: iki girvənkə yarım palıd ağacının qabığını qırx doqquz girvənkə təmiz suda yarın saat qaynadıb, sonra qabığı çıxardıb, qaynanmış suyun içinə sıxıb, onun suyunu ki, qədəri 11 girvənkəyəcən olur, isti ikən bir saxsı və ya mis qaba töküb, zikr olan şeyləri ona isti ikən salıb, qırx səkkiz saat saxlayıb, çıxardıb, sıxıb, təmiz suya salıb, genə sıxıb qurudandan sonra belə aş olunmuş şeylər 10 ildən də artıq nəmiş yerdə saxlananda çürümür.

________________

 

Üzüm ağacının kökünə qurd düşməkdən üzüm quruyub tələf olmaqdan bir neçə əlac yazırlar. O cümlədən onlara qurd düşəndə məsləhət edirlər ki, o ağacların arasında qırmızı qarğıdalı əkmək. Ol vaxtda qurdlar köçüb qarğıdalının kökünü yeməyə getdiyinə üzüm yaxşı olur.

_______________

 

 

Qızılgül yağını Osmanlıda belə çəkirlər: təzə dərilmiş gülün yarpaqlarını suda 2 saat qaynadıb, onun cövhərini yığıb, bir də qaynadandan sonra onun üzünə yağ yığılır. Onu qaşıq ilə yığırlar. 130 min güldən 7 misqal yağ əmələ gəlir. Bu yağ çox baha satılır.

 

MƏKTUBAT

Keçən nömrədə çap olunan kağıza cavabdır.

 

Cənab Sultanav, bilmirəm nə hirs sizə qələbə edib ki, bir belə kağızı yazmağa iqdam edib, xalqı başlarını xəncər ilə doğramağa təhrik və təhris edirsiniz? Əgər qərəziniz sünni-şiə arasına ədavət salmaqdır, zəhi şərarət! Aqil kəslər səy edirlər ki, millətlər arasında sülh versinlər, amma siz səy edirsiniz ədavət salmağa. Siz gedən yol da məlum oldu.

Hərgah qəsdiniz Rus dövlətinə xeyirxahlığınızı məlum etməkdir, əcəb bifəhmi. Dövləti-Rusiya yaxşı fəhm edir ki, öz qardaşlarının bədxahı olan kəs özgənin qardaşlarına xeyirxah ola bilməz.

 

Bir kəs ki, özündən ola ğafil.

Bir özgəni bilməyə nə qabil?

 

Əgər fikriniz bu gunə sözlər ilə özünüzü mömin göstərib, bir para nadanların təzim və təkribini axtarmaqdır, qəribə biinsafi ki, nəfsinizin xahişini əmələ gətirməkdən ötrü razı olursunuz ki, islam xalqı qeyr millətlərin arasında gülüş olub, rüsva olsun.

Əgər təbabətimizi izhar edirsiniz ki, ölü başın doğrasın, dürlü sözünüz biməna və müalicəniz qeyri-müfid. Belə təbabət ilə xatircəməm ki, bir az müddətdə milləti- islamı dünyadan gümnam edərsiniz.

 

Gər tu Quran bədin nəmət xani,

Bebəri rövnəqi-müsəlmani[2].

 

Mənim məxdumum, neçə ildir “Əkinçi” qəzeti dad-fəryad edir ki, milləti-islam, ayıl bu qəflət yuxusundan, rehlət vaxtı qalma tənha bu pürxətər biyabanda və indi bir para adamlar ayılıb istəyirlər ki, qeyrlərin də ayıltsınlar, onda da siz bir ağac qapıb gəlirsiniz ki, qalmaqal salmayın, qoyun yatıb, istirahət etsin. Amma heç bilirsiniz ki, bu istirahətin nəticələri nə bəlalardır? Qərəz, bundan sonra təvəqqə oldur ki, belə kağızları yazıb və belə təbabəti etməyəsiniz.

 

Ey məkəs, ərseyi-simurq nə cövlangəhi tust.

İn təbabət ki tu mikoni bər heyvanəst[3].

Xalis şiə, isna-əşəri Əlizadə Şirvani

_____________________

 

D ə r b ə n d d ə n. Bu il bizim şəhərdə oğrular divar yarmağı adət ediblər. Bu yavıq zamanda onlar bir xanənin divarını yarmaqda, xanə sahibi və onun övrəti xəbərdar olur. Kişi istəyir çıxıb qonşulara məlum eləsin, övrət qoymur və özü durub bir ip gətirib, ortasın halqa edib, bir tərəfi kişi tutub hazır durullar. Oğrular işi tamam edib, birisi başın evə daxil eləməkdə övrət ahəstəlik ilə halqanı boynuna salıb, bir tərəfə özü və bir tərəfə kişi çəkib bənd edirlər. Oğru yoldaşlarına fəryad edir ki, çəkin. Onlar həm çölə çəkirlər, axır yoldaşları qaçıb, oğrunu xanəyə çəkib, çox ilticadan sonra bu tənbeh ilə əldən qoyublar.

Bizim şəhərdə bir bəyzadə ilə bir tacir iddiayi-dostluqda məşhur idilər. Keçən il bir şəxs mərhum olur və ondan bir bab xanə, bir parça boyaq, 250 manat borc və bir neçə nəfər zükur və ünas səqirləri qalır. Xanə borc əvəzində girovda olduğuna gərək tələbkara vüsul olaydı və səqirlər anaları ilə bisərü pa qalaydılar. Mumiileyh bəyzadəni səqirlər halına rəhmi gəlib, onların boyağını müşarileyh tacirə 250 manat verib ki, vədə başınacan onu qazıb tələbkarın pulunu versin. Tacir təklifi qəbul edib, boyağı çıxardıb, əlhal tələbkar pulu istəyir. Amma tacir deyir ki, nə zikr olan təklifi eşitməmişəm və nə boyaq çıxarmamışam.

Məhbus Dərbəndi

 

Məhərrəm ayının 16-cı günündə cənubi Tabasarandan.

1) Bu gün bizim okruqun mərkəz hökuməti olan Qasımkənddə okrujnuy dəftərxanada oxundu cənab voenni naçalnik Dağıstani-cənubiyyə tərəfindən buraya varid olan bir qiteyi-təliqə bu məzmunda ki, guya Əhkami-üzma həzrətlərindən təsdiq olunubdur ki, Dağıstan oblastında 3 yerdə mədrəsələr bina olunsun ki, övladi-vətənə rusca və həm müsəlmanca elm təlim olunsun və o 3 yerin birisi olacaqdır, həmin Qasımkənddə ki, burada bina olunası mədrəsənin müəllimlərinə və sair əmələsinə xəzanədən məvacib veriləcək, amma mədrəsənin və sair lazım olan məsakinlərin təmirini buranın əhli edəcək. Bu xəbərdən buranın bəzi həmiyyətməndləri hesabsız şad və fərəhnak oldular.

2) Runasi mükəddərənfasın vəfatından sonra bura əhalisi onu bilkülliyyə edib, kəmali-ehtimal ilə sair ənvai-hübubatı ziraət və qeyr ticarət eləməyə məşğul olub, məişət eləyirlər və tədric ilə əhvalları kəsbi-etidal eləyir.

3) Bu halda Dağıstan əhlindən çox novcavanlar öz xahişləri liə Teymurxan-Şura şəhərinə gedib, daxili-xidməti-əskəriyyeyi-süvariyə olurlar, ələlxüsus, avar əhlindən o xidmətə rağib həddən artıqdır və həmin Kurə və Tabasarani-cənubi əhlindən oraya gedən çoxdur. Bu tövr ilə Dağıstan süvarisindən keçmişdə olan bir polkdan savayı təzədən 3 polk da tərtib olacaq.

 

ELM  XƏBƏRLƏRİ

 

Bizam zəmanə dəyişilməyi hətta çobanlara da məlumdur ki, boyatısında deyir:

 

Qarğalar laçınlandı.

Laçınlar qarğalandı...

 

Əlhəqq zəmanəmiz dəyişilib. İndi güc və igidlik əyyamı deyil, elm əyyamıdır və çobanın sözü doğrudur ki, bu zəmanə bizi qarğalandırıb və qeyrləri laçın edib. Lakin keçmişdə bizim xəlifələrin vaxtında islam tayfası elm təhsil etməklə laçın imiş.

Dreper adlı ingilis hükəması ərəblər elmi dost tutmağı sabiq etməkdən ötrü onların bu məsələlərini gətirir: 1) Alimin mürəkkəbi şəhidin qanına bərabərdir. 2) Necə ki şəhid əlində qılınc cənnətə gedəcək, habelə alim əlində qələm cənnətə gedəcək. 3) Dünya dörd şeyin üstə qərar tutub: alimin ağlının, qadirin adilliyinin , abidin duasının, igidin mərdliyinin üstə. Həzrət Əl-Mənsur namdarın evi alim ilə dolu olurmuş. Həzrət Harunər-Rəşid yüz alimsiz evdən çölə çıxmaz imiş. Haman bu xəlifə hökm eləmişdi ki, məktəbxanasız məscid tikilməsin.

Ələlxüsus həzrət Əlinin dövranında elm tərəqqi edib. Həzrət özü deyib: 1) İnsanın xoşbəxtliyi elm təhsil etmək ilədir. 2) Hər kəs elmə yol açdı, ona ölüm yoxdur. 3) İnsanı bilmək nurlandırır.

Ərəb hükəmaları Əl-Razi və Cəfər dünyaya tək gəliblər. Bu Cəfərə Avropa əhli elmi-kimyanın atası deyir. Bir ingilis hükəması deyir: zikr olan Cəfər müəllimlərin müəllimidir. Min il bundan əqdəm Əbu-Sina adlı ərəb hükəması dağlar necə əmələ gəlməyindən bir kitab yazıb ki, hərgah indi onun tarixini dəyişdirəsən, bilmək olmaz ki, onu min il bundan əqdəm yazıblar, yəni Avropa hükəmaları bu qədər zəhmət çəkibsələr də, ondan artıq bilmirlər. Amma çifayda, indi laçınlar qarğalanıb, necə ki, bizim xəlifələrin dövranında xristianlar avamlığından öz naxoşlarının üstə həkim gətirməyi günah bilib, onun ağrıyan yerlərinə keşiş yazan duanı bağlayıblar imiş, habelə bizim zəmanədə islam tayfası....... axirət bizimdir deyib durub.

Əsgər Gorani

TƏZƏ  XƏBƏRLƏR

 

Məzənnəcati-Dərbənd: qənd pudu 8 manat, ard 90 qəpik, bürüncü-Quba 1 manat 20 qəpik, yağ 8 manat, arpa 80 qəpik, kəmyabi-cövhəri-heft 2 manat 20 qəpik, güşt girvənkəsi 7 qəpik, mal əti 6 qəpik.

Badkubə: buğdanın 25 putu 24 manat, arpa 16 manat, qəndin putu 7 manat 60 qəpik, yağ 9 manat, bürünci-Akulə 1 manat 60 qəpik, bürünci-rəsmi 80 qəpik, neft cövhəri 1 manat 20 qəpik, qoyun əti 10 qəpik, mal əti 7 qəpik.

_______________

 

Bir şəxs bu il Badkubə şəhərində mərsiyəxanalara verilən məbləğin hesabına gedib: cümlətani 15 min manat cəm olub.

_______________

 

Kərbəladan gələn zəvvarlar deyir ki, İranda Zəncan şəhərinin 4 ağaclığında bir dağda qızıl mədəni tapılıb.

_______________

 

“Tiflisski vestnik” qəzeti yazır ki, keçən il ermənilərin Tiflis, Gəncə, Kutais quberniyalarında olan məxsusi məktəbxanalarında 446 müəllim, 4 min ünas və zükurdan oxuyan olub və o məktəbxanalara bir ilin müddətində 70 min manatacan məsrəf olub ki, bu pulu xalq öz xahişi ilə ilbəil cəm edir.

________________

 

Yazırlar ki, Midhət paşa qəsd ilə vəzirlikdən çıxıb, yerinə Ədəm paşanı qoyub ki, Ədəm paşa Prusiyanın vəziri-xaricəsi Bismarkın dostu olduğuna bilsin ki, Osmanlı Prusiya ilə cəng etsə, Prusiya kimin tərəfini saxlayacaq.

_______________

 

Peterburqda dekabrın 6-da Kazanski Sabor kilsəsində dua olunan vaxtda bir neçə tələbə və qeyrə dövlətin üstə nalayiq sözlər danışıb, bir aləm çıxardıb xalqa göstəriblər ki, onun üstə yazılmış imiş: torpaq və asudəlik. Polisa onlardan – ki, bir neçə yüz olublar imiş,- 21 adam, o cümlədən bir neçə övrət dəstgir edib. İndi Senat onların işinə baxıb qət edib, çoxunu Sibirə göndərib.

_______________

 

Macar tələbələri sərəsgər Əbdülkərim paşa Serbistandan qayıdanda ona bir qılınc göndərmişdilər. Onu İstanbula gətirən tələbələrə çox ehtiram etmiş idilər. İndi yazırlar ki, Macarıstanın vəziri-məktəbxanası Peşt şəhərinin universitetində istəyir Osmanlı dili oxutsun ki, bu tayfalar dost olmağa səbəb olsun və həmçinin Osmanlı tələbələri söz veriblər ki, macar dili öyrənsinlər.

_______________

 

İstanbuldan yazırlar ki, həzrət sultan qadağan edib ki, əsgəriyyə qulluğunda olmayanlar alati-hərbiyyə saxlamasınlar.

_______________

 

Poti şəhərindən yazırlar ki, alış-veriş bilmərrə sükut edib, tavanalı kəslər şəhərdən gedir. Odes gəmiləri vaxtında gəlmir.

_______________

 

İstanbuldan yazırlar ki, millət məclisinin calislərinin çoxu intixab olunub. Martın 1-də məclis açılacaq.

_______________

 

“Tiflisski vestnik”də çap olunan tellər:

1) Peterburqdan yanvarın 27-də. Dövlət qəzetindən 18 milyon manatlıq seri kağızı kəsdirib.

2) İstanbuldan yanvarın 27-də. Tələbələr həzrət sultana ərizə veriblər ki, Midhət paşanı qaytarsın.

3) Parijdən fevralın 2-də. Midhət paşa İtaliya məmləkətinin Neapol şəhərində sakin olub.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info