Qonaq Kitabı
Fevral, Rusiya, sənə 1877

Fevral, Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

 

DAXİLİYYƏ

 

Ey milləti-islamın təqdirən vəkili-naməlumu (keçən nömrədə çap olunan kağıza cavabdır), cənabımız biz müsəlman tayfası üçün elm öyrənmək dişvar olduğunu bu dəlil ilə həm sübut edirsiniz ki, müsəlman dillərində yazıb oxumaq çətindir. Doğru buyurursunuz, bizim dillərdə yazıb oxumaq çətindir və buna səbəb bizim hürufatdır ki, onların bəzi yazılmağına (zir, zəbər, puş), onu bir-birinə düzmək çətin olduğuna və bəzisinin sədası bir olduğuna Ø« س ص  ya  Ø¸ ض ز Ø°  , onlara bir-birindən təfavüt vermək çətindir. Amma həqiqət heylə çətin deyil ki, siz buyurubsunuz. Bu halda bizim məktəbxanalarda heç bir qayda olmadığına onlar çox yaman gündədir və buna səbəb uşaqlarımızı təlim edənlərdir ki, elmi-təlimdən əsla bixəbər olduğuna əvvəlinci gündən onların zəhləsini qaçırdıb, onların oxumaqdan rəğbətini kəsirlər. Amma bunilə belə bizlərdən Quran oxumağı bilməyən çox azdır. Çünki Quran oxumaq da oxumaqdır, ona binaən bizim, yasin mollası çox və əsli molla az olmağına səbəb məhz yazıb oxumaq çətin olmağı deyil, onun bir qeyr ümdə səbəbi həm var. Adam yazıb oxumağı bir tək məktəbxanada öyrənməz. Məktəbxana işin ibtidası üçündür. Gərək məktəbxanadan çıxandan sonra həm oxumaq və bundan ötrü lazımdır ki, qəzetlər, jurnallar, kitablar olsun ki, onları oxumaq ilə elm və savad kəsb olunsun. Pəs bizim yasin mollası çox olmağa səbəb oldur ki, yasin ona lazım olduğuna məktəbxanadan çıxandan sonra onu oxuyub, əlbəttə, bir qeyr uğumlu şey olseydi, onu da oxuyub yasindən başqa şeyi də oxumağı bilirdi.

Çünki qəzeti yasin mollası da oxuya bilir və qəzet ümdə belə kəslər üçündür, ona binaən cənabınız müştəri az olmaqdan şikayət elədiyimizə bizə tənə vurmaq bicadır və bunu sübut etməkdən ötrü müştərimizin siyahısını çap edirik ki, siz insaf ilə ona mülahizə edəsiniz: Badkubədən 12 (3 rus), Qubadan 3, Şirvandan 3, Göyçaydan 3, Səlyandan 2, Qarabağdan 9, Şəkidən 7, Gəncədən 1 (erməni), İrəvan quberniyasından 11, Tiflis quberniyasından 13 (2 molla), Dərbənddən və Dağıstanın qeyr yerlərindən 35 (1 molla), Rusiyanın qeyr yerlərindən 20. Cəmiən119, əzcümlə 3 molla.

Pəs, mənim dostum, Qafqazda üçcə molla var imiş.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Həmişə və hər vilayətdə kənd əhlinin çoxu nə qədər xoşbəxt olsa, öz yerindən gələn hasil ilə özünü gələn iləcən ancaq saxlaya bilir və dəxi məqdur deyil ki, qara gün üçün bir zad sxlasın. Ona binaən ab-hava ona yar olmayanda, məsələn, quraqlıqdan, ya yağınlıqdan və ya bir qeyr səbəbdən onun əkini tələf olanda qeyrlərə möhtac qalır. Ona binaən hər kənddən bir neçə müamiləçi olur ki, bu zaman çox ağır şərtlər ilə kənd əhlinə borc pul verir. Əlbəttə, belə borca girən ondan xilas olmaq müşküldür. Bəzi birə beş, birə on verir genə ol şəxslərə borclu qalır. Bu səbəblərə Avropa vilayətlərində kənd əhli birləşib şəhərlərdə sakin olan tavana kəslərdən və ya bankdan bir cüzi, məsələn, 500 manat bir az sələm ilə, məsələn, manatı 3 şahıdan alıb (əlbəttə, camaat birgə borc edəndə az sələm ilə də pul tapar) o kəndin əhli bir icma bina edir, o məbləği onun calislərinə bir az artıq müamiləyə verib, ilbəil o borcun əslinin bir hissəsini rədd edib, artıq sələmi yığıb ondan bir tənxah qayırıllar ki, onu calislərə bir cüzi müamiləyə verillər və ya onilə alış-veriş edirlər. Əlbəttə, bu tənxahdan vüsul olan nəf tamam calislərə təəllüqdür.

Əsgər Gorani

 

 

MƏKTUBAT

 

Keçən nömrədə çap olunan milləti-islamın cənab Vəkili-naməlumu yazdığı kağızdan belə məlum olur ki, islam tayfasının biistitaət, bivəsilə, biittifaq olmağı və öz dilində oxumaq, yazmaqdan, məhrum olmağı onun yadına düşəndə biçarənin bədəni od tutub yanır və “Əkinçi” qəzeti yazdığı sözlər külək kimi anən-fəanən o odu yelləyib hərarətini artırmağa binaən, cənab Vəkil özünü bu suznak olan səhrada tənha görüb, bitab və bitaqətlik aləmində başlayıb küləyə dad-fəryad edir ki, ey külək əsmə, yandım.

Mənim məxdumum Vəkili-naməlum, əvvələn, sizə lazımdır ki, odu söndürmək fikrinə düşəsiniz ki, oddur sizi yandıran, küləkdə taxsır yoxdur və onu bica yerə məzəmmət edirsiniz.

İkinci, cənab Vəkil, bu suznak olan səhrada özünüzü tənha hesab etməyin, sizdən əlavə neçə nəfərlər də bu səhrada var ki, onların da bədəni od tutub yanmaqdadır. Lakin tən qəzaya verib, sükut aləmində durub gözləyirlər ki, haçaq bu suznak olan səhra dönüb onlar üçün güzar olacaq.

Üçüncü, bu halda milləti-islam qüvvətdən düşmüş yer kimidir. Lazımdır ki, neçə nəfər sizin kimi öz bədənini oda yandırıb, onun külü ilə bu yeri qüvvətə gətirsinlər ki, sizin övladınız bu yerdən bəhrəyab olsun. Ona binaən lazım bilirəm ki, sizi yandıran oda bəndə də bir pilik vurum: Badkubədə sakin olan ermənilərin bir icmaı var ki, öz aralarında pul cəm edib ondan ildə 6 – 7 min manatacan vüsul olan müamilə ilə bir ünas və bir zükur məkətxanası və bir çapxana açıb elm kitablarını çap edib fəqirlərə müftə və dövlətməndlərə bir az qiymət ilə verir və indi danışıq var ki, bir qəzet və bir jurnal çap elətsin.

Neçə gün bundan əqdəm erməni ruhanilərinin birisi moizə edib xalqı təhrik və təhsir edib ki, bu icmaın mədaxili artmaqdan ötrü genə pul cəm etsin və haman saat xalq min beş yüz manat cəm edib icmaa verib. Əlbəttə, belə himmətli və belə ittifaqlı millət günbəgün tərəqqi edəcək.

Cənab Vəkil, buyurursunuz ki, istitaətimiz yoxdur. Bəndə bir Badkubə şəhərindən 100 nəfərəcən müsəlman adlıya bilirəm ki, hər birinin ildə 3 – 15 min manatacan mədaxili var və hərgah onların hər biri ildə 100 manat versə, onların halına heç təfavüt etməz. Pəs məlum ki, istitaətimiz var. İkinci buyurursunuz ki, vəsiləmiz yoxdur, yəni öz dilimizdə oxumaq, yazmaq çətindir. Əzizim, bu dərdə külli millətlər mübtəla olublar. Məsələn, buyurduğunuz Prus xalqı 150 il bundan əqdəm öz dilləri çətin olmağa görə tamam oxumaq-yazmaqları latın dilində idi. Amma mürur ilə elm təhsil edib, indi öz dillərində oxumaq-yazmağı elə asanlığa çıxarıblar ki, qeyr millətlər onların dilində elm təhsil etməyə rağib olub. Pəs məlum ki, vəsilənin olmağı elmin olmağına mövqufdur. Qərəz, bizim elmdən bisəmərə olmağımıza ümdə mane ittifaqımızın yoxluğudur və onun yoxluğuna biz özümüz səbəb oluruq.

Məhəmmədtağı Əlizadə Şirvani

 

_______________

 

Yazıldı Moskva şəhərində yanvarın altısında.

Məlumdur ki, davanın alış-verişə çox zərəri olur, amma bu halda dava olacaq ya olmayacaq, naməlum olmağı dəxi ziyadə alış-verişə zərər edir. İndi nəinki Rusiyada, hətta tamam Avropada alış-veriş sönüb. Gündə bir xəbər gəlir ki, filan bang, ya filan tacir bankrot, yəni yoxsul olub. Rusiyada bir neçə günün müddətində 3 bang bankrot olub.

Bu il Amerikadan neft cövhəri gətirilmədiyinə Badkubənin neft cövhərinin putu altı manat yarıma çıxıb.

Hava çox təəccüb dəyişilir, 2 həftə bundan əqdəm 2 gün görünməmiş soyuq oldu ki, mizahül-hərarət civəsi nöqteyi-incimaddan 42 dərəcə aşağı düşdü, amma sonra genə qalxdı 3 dərəcəyəcən və bir həftə elə isti oldu ki, qar başladı əriməyə və çox yerlərdə kirşə əvəzinə təkərli ərradələr işə düşdü.

_______________

 

İstanbulda açılan konfransın calisləri Osmanlı dövləti onlar yazan şərtləri qəbul eləmədiyinə ol şərtləri hər təzə danışıqda azaltmağı buranın əhlinə ziyadə təsir edir... Qəzetlər çıxan kimi xalq onu göydə götürür. Hər bir qəzetin idarəsi qəzeti alan ilə dolu olur. Burada bir neçə şəkilli qəzet çap olunur ki, orada həcv əvəzinə eyham ilə hər yaman iş üstə gülüş yazırlar. Bu qəzetlərin birisində konfrans barəsində bu eyham şəkli çəkilib: bir böyük tərəzinin bir gözündə bir Osmanlı əlində qəlyan əyləşib, o biri gözü xristianların kəsilmiş başı ilə doludur. Tərəzini ingilis tutub və onu gözünə başları macar (Avstriya dövlətinin bir hissəsi Macarıstandır) qoyur: Genə qoy ki, Osmanlı qalxsın.

Gəncədən yazırlar ki, çapavulçuluq və oğurluq şiddət elədiyinə danışıq var ki, oğurluq divanı mirovoy sudlardan alınıb polisa əmələcatına veriləcək.

Moskvada olan erməni tabeləri bu yavıq zamanda öz dillərində teatr çıxardacaqlar.

Əsgər Gorani

____________________

 

 

Aşağıda yazılan məktubu Quba şəhərindən bizə göndərib çox təkid edirlər ki, biz onu çap etdirək. Ona binaən naəlac qalıb onu çap elədirik. Amma lazım bilib onun hər fəslinə əlahiddə cavab yazırıq.

“Əkinçi” qəzetinin əvvəlinci nömrəsində Əhsənül-Qəvaid baş çapmaq xüsusunda bir para böhtanlar yazmışdı.

1) Yazır ki, insan hər əməli başlayanda – xah xeyir, xah zərər – cəy edir o əməlin artıq olmağına və holonki insanda nəfsi-ləvvamə var, həmişə o nəfsin səyi budur ki, insanı bəd əməldən mühafizət eləsin (pəs niyə bəd əməl, məsələn, oğurluq, dələduzluq müsəlman millətində çox və qeyrlərdə az olur?).

2) Ağıllı şəxslərin baş çapmağa mübaşir olmamağı aşkar böhtandır, bəlkə əla və ədnadan hərə bir yövr mübaşir olur. Bir parası baş çapır, bəzi təbl ya sinc çalır, bəzi sinizənlik edir. Qəzəb, hər kəs öz əhvalına münasib bu əhvalatda şərikdir (neyləsin, onun güzəranı avam ilədir).

3) Xaricdən görən şəxs başçapanı həml etmək baş çapmaqlığın haramlığına dəlil olsa gərək. Biz namaz da qılmayaq, çünki çox şəxs bizim namazı da axmaqlığa hesab edir? (pəs baş çapmaq da namaz kimi müsəlmanlığın əvvəlinci şərtlərindən imiş).

4) Nəinki baş çapan şəxslər bədən zərəri görmür, bəlkə baş çapmaq səbəbindən bir para naxoşluqlardan səlamət olurlar, necə ki neçə illərdir təcrübə ilə sabiq olub (dəxi həkim gətirdib müalicə elətmək nə lazım?).

5) Şəriət əqlin təhtində olmaq məhz iftiradır, bəlkə əql şəriətin təhtindədir və əgər əql şəriətdən yuxarı olsa, murad əqli-külldür ki, xatəmül-ənbiya ola, nəinki üquli-naqisə (əgər xatəmül-əngiya da avam adama baş çapma desə qoymazlar inansın).

6) Dustaq mürəxxəs olmaz. Əgər o dustaq bitəqsirdir mürəxxəs olub. Onun mürəxxəs olmağına səbəb olan baş çapana iki səva var və əgər təqsirli dustaqdır, onun azad olmağına bais olan baş çapana baş çapmaqdan ötrü səvab çatar, o dustağı azad eləməkdən ötrü günah (bəlkə Quranın dustaqxanasında olanların çoxu nahaqq yerə dustaq olublar?).

7) Doğrudur, hakimlərə vacibdir tənbeh eləmək o şəxslərə ki, əhkami-dini bilməyib böhtan danışa, nəinki tənbeh edə o şəxslərə ki, onların barəsində ayə və mən yüəzzim şəairəllah[1] nazil olub (buna Əhsənül-Qəvaid özü Rəştdən cavab yazsın).

8) Təəccüb budur ki, Əhsənül-Qəvaid özü iqrar edir üləmanın baş çapmağı mən eləməməyinə və bu nüktəni fəhm edir ki, hərgah baş çapmaq haram olsa, üləma başaçıq, ayaqyalın baş çapanların qabağına düşməz (düşməsin neyləsin, yoxsa dolana bilməz).

9) Əyyami-sabiqdə baş çapmaq adət olmayıb. Bu əsrdə olmaq məhz iftiradır, bəlkə hər əsrdə baş çapılıb və qol vurulub. Təfavüt buradadır ki, sabiqdə bir para səbəblərə görə bir az məxfi olub (eyhamdır).

Əlhəq cənab imperaturi-əzəmin ədalətindən hər bir küçə və bazarda təziyeyi-imam Hüseyni bərpa edib, əlahəzrət valacahın ömrü dövlətinə duaçı olmuşuq və bunlardan əlavə, müsəlman məzhəbi yetmiş dörddən çoxdur (hansı, hansıdır) və bu məzhəblərin əksəri baş çapmağı haram bilir (vallah Əhsənül-Qəvaid şieyi-cəfəridir), ta ki, bəlkə bu müsibət köhnə olub yaddan çıxa (sünni qardaşlar, al gəldi) və lakin imamiyyə məzhəb əhlləri (onlar da müsəlmandır, ya yox?) hər il baş çapıb, təbl, sincilən ğəlğələ salıb qeyr millətlərə (hətta onlara da) məlum edir ki, bizim müsəlmanlar öz imamını öldürüb (bizim zəmanənin müsəlmanlarının bəzi Şümürdən də bədtərdir) və indi onun müsibəti saxlanmağa da razı olmur (kim sizə deyir ki, təziyə saxlamayın?). Cənab Əhsənül-Qəvaid bu halacan qəzetdə elm xəbəri yazardı (xeyr, həmişə məktub yazır), əlhal kari-zəminra saxti, bər asiman pərdaxti, ey məgəs, ərseyi-simurğ nə cövlangəhi tust. Həqiqətən,cənab Əhsənül-Qəvaid, in rəh ki, tu mirəvi bə-Türkistan əst[2] (pəs əzizim, sizin cənabınız, bu kəşakeş ilə gedən yol haraya gedir?)

Hadimül-Qəvaid kapitan Sultanov

 

TƏZƏ  XƏBƏRLƏR

 

Yanvarın 24-də Badkubənin sobraniyasında ermənilər öz dilində teatr çıxardıb, 300 manat cəm edib, elm təhsil edən uşaqlara payladılar.

_______________

 

Badkubədə qızıl pul imperial 7 manat bir çətvərədir.

_______________

 

İstanbulda cəm olan konfransın heç bir şərtini Osmanlı dövləti qəbul eləməyib. Konfransı bağladığına onun calisləri və Avropa dövlətlərinin vəziri-muxtarları İstanbuldan çıxıb gediblər. Amma Avropa dövlətləri Osmanlı ilə danışığı kəsməyiblər. Hər vəziri muxtarın yerində vəkil qalıb.

Bu halda Osmanlı dövləti özü Serb və Qaradağ əhli ilə sülh barəsində danışıq edir və bu sülhün şərtləri məlum deyil. Amma deyirlər Qaradağ əhli Osmanlıdan bir az yer istəyir və Osmanlı dövləti istəyir ki, bir neçə Serb qalası Osmanlı ixtiyarında qalsın.

________________

 

İstanbuldan yanvarın 31-dən yazırlar ki, şeyxülislam Həsən Xeyrullah əfəndi özünü əsgərə yazdırmaqdan masəva, mollalara hökm edib ki, özlərini tamam əsgərə yazdırsınlar, ta ki xalq onlara baxıb, vətənin qeyrətini çəkməyə rağib olsun, Məzkur şeyxülislam Avropa elmlərin oxumuş olduğuna nə ki, təzə qanun qoyulmağa razı olub, hətta özü Midhət paşa ilə birgə ol qanunu yazıbdır.

________________

 

İstanbuldan yazırlar ki, əgər Rusiya ilə cəng olsa, həzrət sultan özü Tuna əsgərinə sərəsgər olacaq və genə yazırlar ki, bu halda Osmanlı xalqı demək olur iki firqədir: birisi ki, Midhət paşanın dəstəsidir, cəng etmək istəmir, amma cəngdən də qorxmur və birisi ki, qədim türk dəstəsidir, çox xahişmənddir ki, Rusiya ilə cəng etsin.

_______________

 

Osmanlı dövləti konfrans yazan şərtləri qəbul eləməməyinin səbəbini “Tiflisski vestnik” belə bəyan edir: 1 Osmanlı dövlətinin tabeləri tamam (slavyan millətindən başqa) dövlətdən razı olduğuna hazırdır ki, onun buyuruğuna əməl eləsin. 2 Osmanlı dövləti yəqin bilir ki, o şərtləri qəbul etməyəndə Avropa dövlətlərindən, Rusiyadan başqa heç kəs cəng başlamayacaq. 3 Osmanlı dövləti belə fikir edir ki, Rusiyanın sərhədlərində Osmanlı edən tədarük Rusiya əsgərlərinə bəsdir.

________________

 

İstanbuldan yanvarın 13-də yazırlar ki, həzrət sultan İran dövlətinin vəziri-muxtarı Möhsün xanı çörəyə çağırıb, ona kağız ilə məlum edib ki, hər bir islam, o cümlədən İran dövləti ilə dostluğu saxlamağa həzrət həmişə hazırdır.

________________

 

 

“Tiflisski vestnik”də çap olunmuş tellər:

1) İstanbuldan yabvarın 12-də. Konfransın calisləri İstanbuldan gedəndən irəli istəyiblər ki, həzrət sultana baş vursunlar, amma həzrət onları görmək istəməyib.

2) Parijdən yanvarın 20-də. Avropa dövlətləri tamam, hətta Rusiya da Serb əhlinə deyiblər ki, Osmanlı ilə sülh eləsin. Həmçinin Qaradağ əhlinə də bunu məsləhət ediblər və genə Osmanlı işi sülh ilə qurtarmağa ümid çoxdur. Və genə yanvarın 21-də. Osmanlı dövləti Serblərə yazan sülhün bir şərti budur ki, Serb əhli müəyyən olan zamanda, yəni bir neçə il cəng etməsin, amma serb əhli yazıb Rusiyadan xəbər alır ki, buna nə cavab verək.

3) Parijdən yanvarın 24-də. Osmanlı dövləti Serb və Qaradağ əhli ilə sülh barəsində elədiyi danışıq təxirə düşür. Sədri-əzəm Midhət paşa deyib: biz dava eləmək istəmirik, amma bizim düşmənlər istəyir isə, biz davadan qaçmırıq və dava eləməyə hazırıq.

4) Peterburqdan yanvarın 23-də. Rusiya dövlətinin vəziri-xaricəsi knyaz Qorçakov Rusiya dövlətinin Avropa dövlətlərində olan vəziri-muxtarlarına yazıb ki, o dövlətlərə məlum eləsinlər: çünki Osmanlı dövləti konfrans yazan şərtləri qəbul eləməməyi o işləri dəxi pərişan edib, ona binaən Rusiya dövləti işə girəndən irəli istəyir bilsin ki, Avropa dövlətlərinin bu barədə rəyi nədir və nə tövr ilə onlar istəyir ki, konfrans şərtlərinə əməl olunsun?

5) İstanbuldan yanvarın 25-də. Həzrət sultan. Midhət paşanı tutdurub. Suriya vilayətinə göndərib və onun yerinə Ədəm paşanı ki, Berlində vəziri-muxtar idi, sədri-əzəm edib.

Və genə yanvarın 26-da. Qədim türklər ki, cəng etmək istəyirlər, Midhət paşanın xaric olmağına çox şad olublar, yeni türklər çox qəmgin olublar. Həzrət sultan Ədəm paşaya hökm edib ki, Midhət paşa edən işlərə əməl edib onun kimi iş görsün.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 

 

 

 



[1] Allahın şüarlarını kim böyüdür.

[2] Yerdəki işlərini sahmana saldın, indi də göyə əl atırsan. Ey Milçək, Simurğun meydanı sənin gəzinti yerin deyil, həqiqətən, cənab Əhsənül-Qəvaid, bu yol ki, sən gedirsən – Türkistandır.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info