Qonaq Kitabı
4 yanvar Rusiya, sənə 1877

4 yanvar  Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Bu nömrə ilə göndərilən siyahıları Əsgər Gorani Moskva şəhərindən yazıb göndərib.

_______________

 

Dərbənddən Mehdi xan Usmiyev Qeytağı 10 manat göndərib ki, qəzet çap olmağa məsrəf olsun və yazır ki, hər ay 10 manat göndərəcək.

 

DAXİLİYYƏ

 

“Əkinçi” qəzetinin müştərisi ilbəil azaldığından bir neçə dəfə yazmışıq. İndi 3 ilin müddətində olan müştərilərimizin hesabını çap edirik ki, onu oxuyana müştəri azalmağın ümdə səbəbi məlum olsun. Bizim kəndlərə poşt getmədiyinə qəzet bina olan zaman cənab qubernatordan iltimas eləmişdik ki, naçalnik dəftərxanaları hər bir şəhərə qəzet aparıb kənd əhlinə paylasın. Bu səbəbə əvvəl ili 600-cən müştərimiz var idi ki, əzon cümlə 400-ə qədər kənd əhli idi ki, naçalnik dəftərxana-sından qəzet gətirdirlərdi. İkinci ili əgərçi naçalnik dəftərxanaları genə xahiş elə-mişdilər ki, qəzet aparıb kəhd əhlinə paylasınlar, amma əvvəlinci ili qəzeti onlara vaxtında vermədiklərinə və bir neçə qeyri səbəbə görə müştərimiz birə-bir azalmışdı, yəni o ili 300 qəzet apardan var idi ki, onlardan 150-yə qədər kənd əhli idi. Pəs nə ki naçalnik dəftərxanasından qəzet alanların, hətta özləri qəzet apardan-ların qədəri azalmışdi. Bu il bir neçə səbəbə görə ümidimiz yoxdur ki, naçalnik dəftərxanaları qəzet apartsın. Belədə əgər özləri qəzet aparanların qədəri keçən il təki azalsa təxminən 100-dən ziyadə müştəri olmayacaq. Çünki 100 oxuyandan ötrü qəzet çıxarmaq mümkün deyil, ona binaən gərək bu il qəzeti, necə ki keçmişdə həm yazmışdıq, mövrüq edəydik. Amma indi zəmanə onilə saziş eləmədiyinə, onu bərhəm etsək, gələcəkdə onu çıxarmaq düşvar olacaq. Ona binaən əgərçi bu halda ancaq 50 müştərimiz var, amma genə onu çıxardırıq və ümidvarıq ki, bizim millət qeyrəti çəkən müştərilərimiz bu kəlmələri oxuyandan sonra naçalnik dəftərxanaları kimi qəzet aparıb qeyrilərə paylamaq ilə “Əkinçi”ni bu yaman ildə saxlasınlar, yoxsa ilin başınadək onu çıxarmaq müşkül olacaq.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Cəmahiri-Müttəfiqeyi-Amerika dövlətinin Nyu-York şəhərindən yazırlar ki, oranın əhli toyuq saxlamaqdan çox mənfəətbərdar olur. Bir Nyu-York şəhərində hər gündə bir milyon altı yüz min yumurta yeyilir. Ona binaən kənd əhlinin handa bir yoxsulu 50 – 60 toyuq saxlayıb onların yumurtasını satmaq ilə dolanır. Bir tacir 2 min toyuq alıb, onlar üçün hinlər təmir elədib. İndi bir neçə ildən sonra onun ildə 9 min manat yumurta satmaqdan mədaxili olur.

________________

Almaniya, yəni lemes qəzetlərində yazırlar ki, meyvəni anbarlarda çürüməkdən belə mühafizət etmək olur: məsələn, eni, uzunu və hündürlüyü 7 arşın olan anbara meyvəni yığandan 2 – 3 gün irəli onun içində 8 – 10 misqal kükütd yandırıb, onun tüstüsünü evə verəndə onun içində meyvə çürüməz və ondan kükürd iyi gəlməz.

________________

 

Heyvanın dırnağının yarasını belə sağaltmaq olur: 13 misqal palıd ağacının qabığını 188 misqal suda ol qədər qaynatmaq gərək ki, o sudan 13 misqala qədər qalsın. Sonra onu süzüb cecəsini atıb suyun içinə 13 misqal qabıqsız soğan doğrayıb, təzədən yarım saat qaynadıb, sonra 188 misqal piy (donquz piyi dəxi yaxşıdır) qarışdırıb su bilmərrə quruyunca qaynadıb, sonra onu bezdən süzüb, sıxıb, onun hamısını yaranın üstə quş qələmi ilə yaxıb, bağlayasan və əgər ol yara bu dərmanı bir dəfə qoymaqdan yaxşı olmasa, lazımdır ki, zikr olan qayda ilə təzədən dərman bişirib qoyasan.

________________

 

Lao adlı hükəma yazır ki, sağmal heyvan yağından əmələ gələn göllərin suyunu içəndə ol suda zindəganlıq edən gözə görünməyən heyvanlar onun mədəsindən qanına və südünə keçdiyinə belə süddən yaman naxoşluq əmələ gəlir.

________________

 

Amerikanın kartofelində bir qurd əmələ gəlib, onu xarab elədiyinə Avropaya ol naxoş kartofeli gətirmək qadağan olunmuşdu. Amma indi yazırlar ki, ol qurd Firəngistanda və Germaniyada həm əmələ gəlib, Rusiyanın sərhəddinə yetişib.

_______________

 

Krımda salınan meyvə bağlarına mülahizə edən hükəmaların birisi yazır ki, daş kömürünün sumlasını meyvə ağacının dibinə sürtəndə ol ağacda heç bir cücü ya qurd əmələ gəlmi.

________________

 

Bu il London şəhərində ərəb dilində bir qəzet çap olunur ki, hər gündə çıxır. Yazırlar ki, onun müştərisi var.

Əsgər Gorani

 

MƏKTUBAT

 

İnsan hər bir əmələ iqdam etsə, onu artırmağa səy edər. Xah əməli-məqul, xah qeyri-məqul ola. Əzcümlə aşura günü ki, imam Hüseyn əleyhüssəlamın qətl günüdür, o gün xalq dəstəbədəstə olub, təkaya və məsacidə cəm olub, təziyə tutub ağlar.

Neçə il bundan əqdəm bir şəxs təsəvvür edib ki, insan ağ kəfən və qan görəndə ziyadə riqqət bəhəm edib ağlar. Bu mülahizə ilə bir neçə nəfər başların tiği-dəllak ilə 4 – 5 yerdən cızıb, boyunlarına ağ kəfən salıb, sinəzənlik ilə təkaya və məsaciddə bu lisan ilə növhə ediblər ki, kaş aşura günü biz o aləmdə olaydıq və boynumuza kəfən salıb, qanımızı imam yolunda tökəydik. Əvvəl bu əməl Qafqaz vilayətinin Qarabağ tərəfində oldu. Sonra kəm-kəm artıb, əlinə qəmə, qılınc və korda alıb öz başın çapmaq hünər və təfaxür hesab olunub, başın cızan bihünər və kəmcürət hesab olunub və Təbrizdə olan qarabağlılar aşura günü dəstə bağlayıb, başların çapıb, təkyeyi-dövlətə gedib və bir neçə nəfər dustaq azad ediblər. Lihaza bu əməl Təbrizin biməğz cahillərinə ziyadə xoşayənd olub hər məhəllədə bu rəsmi kəmali-şövq ilə məmul ediblər, behəddi ki Təbriz əhlindən sair şəhərlərdə olanlar genə o şəhərdə ictimai edib ağkəfən olmaq bina ediblər. İndi bu rəsm çox məmul olub. Pəs yaxşı olur ki, bu əməli mülahizə etmək ki, aya qəvaidi-mövhum və rəsmi-məzmum hesab etmək, ya qəvaidi-hüsn? Bina bərhədisi mahəkəmə bihil-əql, həkəmə bihişşər,[1] bu əməl həm ağıl, həm şər yanında qəbih olmağına dəlaili-mütəkəssirə var, əzcümlə:

1) Heç bir aqil, kamil adam bu əmələ iqdam etmir. Pəs məlum ki, fi nəfseh[2] əqlün belə əmələ iqdam etməkdən ictinab edər. 2) Əgər qərib adam ki, filcümlə şüuru ola, bu rəsmdən ittila`ı olmaya, xalqı uzaqdan o halət ilə mülahizə edə, qətən deyər ki, bunlar cəng edirlər və əgər bir adam ona desə ki, cəng yoxdur, qəbul etməz və hərgah qəbul etsə, onları divanə hesab edər. 3) Bu qism təziyədarlıq şəriətdə varid olmadığına daxili-bidətdir və bidət həramdır. 4) Hökmi-şər budur ki, hər əməli-müstəhəbə iqdam etmək feli-həram, ya tərki-vacibə bais ola, o müstəhəb əməlin özün tərk etmək vacib olur. 5) Necə ki, insan heç vəch ilə bir qeyri adama əziyyət edə bilməz, həmçinin öz bədəninə betəriqi-ovla əziyyət edə bilməz və əgər etsə, gərək hakim ona tənbeh eləsin. Pəs əziyyəti-bədən həram və hifzi-bədən vacib. Bu surətdə bu qism təziyədarlıq necə ola bilir ki, müstəhəb olsun, bəlkə hərami-şədid olur. 6) Başçapan əşxas öz nəcis qanları ilə o gün xalqın libasın və zürufun nəcis etməkdən əlavə, qanların məsacid və əmakini-möhtərəmə daxil edib, onları həm aludə edirlər. 7) Şər ki, təhti-əqldə vaqedir, hər bir şər və fəsad olan əməldən mən buyurub və bu əməlin zimnində bəsa olur ki, şəxs öz başın çapmaqdan tələf olur, yainki bir dava olur ki, neçə nəfər bu davadan zəxmdar ya ya məqtul olur. Pəs necə olur ki, əql və şər bu əmələ razı ola? 8) Şəxsi-dustaq ki, bir şərarət cəhətilə məhbus olub ki, xalq onun şərindən məhfuz olsun, belə şəxsi azad edib, dübarə baisi-fəsad olmaq xilafi-qanuni-ədalət deyilmi? Sübhanallah, təəccübdür ki, üləmalar nə üçün mənabirdə bu qəbil əşxası mən və məzəmmət etmir və hakimlər nə üçün onlara tənbeh eləmir?

Əhsənül-Qəvaid

 

ELM  XƏBƏRLƏRİ

 

Bəzi hükəma yavıq əqrəba arasında olan kəbindən törəyənlərin hesabına gedib, deyirlərdi ki, kəbindən övlad az olur, ondan lal, kor və qeyri naxoş və habelə səfahətli kəslər çox törəyir. Amma indi ingilis hükəmaları bunu qəbul eləməyir, sübut edirlər ki, zikr olan naxoşluqlar hər bir qism kəbindən bir qəzetdə olur, yəni kəbin yavıq ya uzaq əqrəba və ya əqraba olmayanların arasında olmaq ol naxoşluqlara bais deyil, amma bəzi naxoşluqlar ki, ata-anada olanda övladda həm olur, məsələn, göz ağrısı, sinə naxoşluğu və qeyrə kəbin yavıq əqrəba arasında olanda onlarda törəyən övladlarda arxabəarxa artıq, şiddət edir. Bu barədə gətirilən sübutların birisi ki, səfahətli övlad nə səbəbdən törəməyi bəyan edir, budur: şərab içib məst olan əşxasların övladlarından səfahətlisi çox olur. Məsələn, bəzi karxanalarda ki, fəhlələr gecə-gündüz orada qalıb, ancaq bazar günləri evə gedirlər, bu zaman şərab içib məst olan vaxtda öz övrətlərin görüllər, onların övladlarından səfahətlisi çox olur. Pəs şərab içmək nə ki bədənə zərər edər, hətta məst olan kəs övrətə yavıq getsə, onun övladını da səfahətli edər.

_______________

 

İngilis həkimləri məsləhət edirlər ki, çiçək və qızılça naxoşluqlarına müalicə olunan zaman onları qaranlıq otaqda saxlasınlar ki, oraya günün işığı heç düşməsin və ona çıraq işığına xörək versinlər. Amma otağın havasını təmiz saxlamaq gərək və naxoş sağalıncan lazımdır ki, o, qaranlıq yerdə qalsın.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Osmanli dövləti qoyan konstitusyonun ümdə şərtləri budur: həzrət sultan müsəlmanlar üçün xəlifeyi-dövran və qeyri tabelər üçün padşahi-imperaturi-konstitusyon hesab olacaq, yəni həzrət heç bir kimsəyə cavabdəhəndə deyil. Dövlətin məzhəbi islamdır, amma müsəlman olmayan tabelərdə ixtiyar var ki, öz məzhəblərinin adablarını əmələ gətirsinlər. Qəzetlərdə ixtiyar var hər bir mətləb üstə danışmaq. Hər bir icma bina olunmağa mane yoxdur. Hər kəs hər bir qism məktəbxana bina edə bilər. Hamı padşahlıq qulluğuna girə bilər. Təhmilat hamıdan bir qədərdə alınacaq. Hər bir tabe mədyundur ki, elm təhsil etsin. Vüzəra məclisinin rəisi sədri- əzəm hesab olunur. Vəzirlər məclisi-ümuma cavabdəhəndə-dir, amma onları taxsırlandırmaqdan ötrü həzrət sultan hər dəfə ümənai-dövlətdən əlahiddə divan bina edir. Əgər məclis ilə vüzəraların sözü bir gəlməsə, həzrət sultanda ixtiyar var ya vüzəraları xaric eləsin, ya məclisi bərhəm edib hökm eləsin ki, təzədən calislər intixab olunsun. Amma təzə calislər gərək 6 aya cəm olub məclisi-ümum açılsın.

Məclisi-ümum iki dairədən əmələ gəlir: birisi məclisi-nasdır ki, onun calislərini xalq intixab edir: (hər 100 min tabe bir calis) və birisi məclisi-ammdır ki, onun calislərini həzrət sultan özü mütəşəxxis adamlardan təyin edir. Hər ildə noyabrın əvvəlindən martın əvvəlinəcən məclisi-ümum işlərə mülahizə edir. Hər bir işə əvvəl məclisi-nas mülahizə edir, sonra məclisi-amm onu qəbul edəndə həzrət sultan təsdiq edir. Bu qanunu ki, onun fəsillərini tam çap etməyə qəzetimizdə yer olmadı, dövləti-Osmanlı dekabrın 11-də qoyub. Bu səbəbə İstanbul əhli Dolma-Baxça sarayına gedib həzrət sultandan razılıq edib, şadyanalığa məşğul olub.

________________

 

Dekabrın 11-dən İstanbuldan yazırlar ki, bu gün konfrans, yəni sülh barəsində olan məclis açıldı. Səfvət paşa vəziri-xariciyi-dövləti-Osmani, məclisin rəisi Qara Teodor əfəndi və Sərkis əfəndi onun sekretarıdırlar. Hər bir calis özünün vəkillik kağızını rəisi-məclisə pişnəhad edəndən sonra Səfvət paşa deyib: məclisi açıram və bu atılan toplar təzə qanun qoyulmağı xalqa məlum edir. Sonra calislər öz aralarında olan danışıqda yazılan şərtləri rəisi-məclisə pişnəhad ediblər və Səfvət paşa deyib ki, gərək bu şərtlərə dövləti-Osmaninin vüzəra məclisi baxıb cavab versin.

Keçən nömrədə çap elədiyimiz tellərdən məlum olur ki, sədri-əzəm Midhət paşa dövlət tərəfindən konfransın calislərinə məlum edib ki, dövləti-Osmani təzədən qanun qoyub öz tabelərinin hamısının ixtiyarını artırıb. Ona binaən bir-iki vilayətə əlahiddə ixtiyar verə bilməz və bu şərtlərin heç birinə razı deyil. Sonra Rus və İngilis vəkilləri məlum ediblər ki, əgər Osmanlı dövləti ol şərtləri qəbul etməsə, onlar gərək İstanbuldan çıxıb getsinlər. Lakin sonra gələn tellərdən belə bəyan olur ki, konfransın calisləri razı olublar ki, ol şərtlərə təzədən baxılsın və iki ay cəng olmasın. Möhləti qurtardığına təzədən 2 ay, yəni martın əvvəlinəcən möhlət olub ki, Osmanlı dövləti serblər ilə cəng etməsin.

_______________

 

Peterburqda iki məxsusi bang ki, birisi Baymakovun bangı və birisi Liveri bangı bankrot, yəni yoxsul olub. Hər bir bang bir neçə milyon xalqa borcludur.

_______________

 

Dekabrın 8-dən Qaradağın Çətinə şəhərindən yazırlar ki, şirvanlı Osman paşanı Qaradağın knyazı əldən qoyub.

_______________

 

Qəzetlərdə yazırlar ki, Germaniyada olan məşhur Krup zavodunda bir top töküblər ki, 7500 pud ağırlığı var.

_______________

 

İstanbuldan dekabrın 7-də yazırlar ki, konfransın Avropa calisləri öz aralarında olan danışıqda qət etməyibdirlər ki, Osmanlı dövləti Serbistana və Qaradağa yer versin, bu xəbər doğru deyil.

________________

 

Tehrandan dekabrın 5-də yazırlar ki, dövləti-İran Osmanlı işlərinə çox təəşşüq ilə mülahizə edir, amma cəng olsa, Bağdadı zəbt etmək qəsdi yoxdur.

_______________

 

Gəncə quberniyasının Salahlı qəryəsində bir Qazan şəhərli müsəlman uşaqları üçün məktəbxana açıb onlara rus dili oxudur. İndi “Tiflisski vestnik” qəzeti yazır ki, Tiflis şəhərində sakin olan Dicon Milvil adlı ingilis ki, Londonda bina olan Tövrat icmasının calisidir, zikr olan məktəbxanaya 65 kitab və iki atlas, yəni kürreyi-ərzin şəklini ki, türk dilində çap olunubdur, bağışlayıb.

_______________

 

Bu halda Osmanlıda bina olan qanunu Midhət paşa düzəltdiyinə tamam dünyada onun adı deyilir. Ona binaən onun ömründən bir neçə kəlmə danışaq. Yazırlar ki, Midhət paşa Rumeliya vilayətinin bir qəryəsində təvəllüd edib. Mədrəsədə təlim olunub, İstanbulda tələbəlik ilə elmi-ədyanı tamam edəndən sonra, ruhaniliyə getməyin başlayıb Avropa əhlinin dillərini və elmlərini oxumağa. Sonra dilmanclıqdan qulluğu başlayıb mərhum Soltan Əbdüləzizin vaxtında Niş və Tuna və Şəttül-ərəb vilayətlərində vali olub, oralarda xalqın xərcilə çox məktəb və mərizxanalar bina edib, şəhərlər və yollar salıb, ol vilayətlər abad olmağına bais olub. Ona binaən həzrət sultan onu gətirdib sədri-əzəm edir, amma onun yeni türk dəstəsindən olmağını bilib 6 aydan sonra xaric edib. Keçən il tələbələr bunt edən zaman həzrət sultan Midhət paşanı rəisi-divani-padşahi eləmişdi ki, indi həzrət Əbdülhəmididüvvüm genə onu sədri-əzəm edib.

_______________

 

Keçən nömrədə çap olunan İngilis dövlətinin vəkili Silsburi İstanbuldan getməyi xəbər verən tel doğru olmadı. Bu barədə İngilis dövlətinin “Morninq post” qəzeti yazır ki, İngilis dövləti Osmanlı ilə danışığı kəsmək və gəmilərini aparmaq doğru deyil.

________________

 

Təbrizdən “Peterburqski vedomosti” qəzetinə yazırlar ki, gecə bir neçə məscidin qapısına kağız yapışdırmışdılar ki, sahibi-divan Azərbaycan vilayətini dolandıra bilmir və əgər dövlətonu xaric etməsə, xalq özü onun divanını edəcək. Bu səbəbə Tehrandan vəliəhd mirzəyə, müctəhidə, sahibi-divana kağız gəlib. Deyirlər o məscidə yapışılan kağızı molla, ya seyidlər yazıb. Və genə yazırlar ki, bu halacan burada poşt əvəzinə çapar işləyir idi, amma indi hökm olunub ki, bəndəri-Əbuşəhrdən Tehrana əsli poşt bina olsun. Vena şəhərində poşt markası qayırdıblar, qiyməti 1 – 2 – 5 – 10 şahı, üstə şahənşahi-İranın şəkli.

_______________

 

Badkubəyə dekabrın 30-da tel gəlib ki, konfransın calisləri razı olublar ki, piş əzvəqt yazılan şərtlərə dübarə baxsınlar və Osmanlı dövləti əsgərin bir hissəsinin ki, ona rədif deyilir, əldən qoyub.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] Ağıl nəyə hökm edibsə şəriət də ona hökm edib.

[2] Öz-özlüyündə.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info