Qonaq Kitabı
25 iyul Rusiya, sənə 1876

25 iyul  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

Quba şəhərindən Hacı Nəcəfqulu və Məşədi Məhəmməd adından Əhsənül-Qəvaidə yazılıb, bizim adımıza göndərilən həcv kağızını yazana bəyan edirəm ki, cənab Əhsənül-Qəvaid bu halda İrana səfərə gedib. Çünki cənab molla bizi Əhsənül-Qəvaid hesab edib, ona binaən biz Əhsənül-Qəvaidin əvəzində ol cənaba ərz edirik ki:

Gər nəbinəd beruz şəbpərə çeşm,

Çeşmeyi-aftabra çe günah?[1] 

 

Bir şəxs bizə bir bayatı göndərmişdi ki, belə başlayırdı:

 

Qonşu getdi, biz qaldıq, haray ellər, ay ellər,

Yaman günə biz qaldıq, aman ellər, ay ellər...

 

Onu çap etmək mümkün olmadı.

 

DAXİLİYYƏ

 

Avropa əhlinin qəzeti iki qism olur, birisi ki, gündə bir neçə dəfə, ya gündə bir, ya intəhası həftədə bir çıxır, ona qəzet deyirlər. Birisi ki, iki həftədə, ya ayda bir, ya ildə 2 – 6 dəfə çıxır, ona jurnal deyirlər. Qəzet, əxbarati-yövmiyyədən xəbər verir və özü2 bizim qəzet kimi bir vərəq üstə çap olunur, amma jurnal kitab kimi 100 – 500 vərəq olur və özü elm və qeyri xəbərlərdən danışır. Avropa tayfasının hər birinin bir neçə qəzeti və jurnalı olur, hətta bizim həmçeşmimiz ermənilərin 10 qəzetləri və 3 jurnalları var. “Əkinçi” qəzeti bina oluncan bizim heç bir qəzetimiz ya jurnalımız olmayıb. Doğrudur, Tehranda bir neçə ildir ki, “Ruznameyi-İran” çap olunur, amma ondan heç kimsəyə nəf yoxdur. Bina bərin ona qəzet demək olmaz.

“Əkinçi”nin adını qəzet qoymaqdan muradımız ancaq yövmiyyə xəbərlər yazmaq idi. Amma bizim eldə jurnal olmadığına naəlac qalıb həmin təzə xəbərlərdən, həmi elm və qeyri xəbərlərdən danışırıq. Lakin qəzetimiz kiçik olduğuna və gec-gec çıxdığına nə təzə xəbərlərin hamısından, nə qeyri xəbərlərdən çox yazmaq olmur. Bu səbəblərə ya gərək qəzeti böyükləndirmək ya onu tez-tez çıxarmaq. Qəzeti bir az böyükləndirmək məqdur oldu, amma hürufat az olduğuna dəxi böyükləndirmək olmur. İndi lazım gəlirqəzeti tez-tez, yəni həftədə bir çıxarmaq. Amma həftəlik qəzetin xərci də birə-bir ziyadə olacaq. Ona binaən onun qiymətini də birə-bir artırmaq, yəni onun bir ilinə 6, yarım ilinə 3 manat qiymət qoymaq gərək. Çünki müştərilərimizin bəzi təvəqqə edirlər ki, qəzeti həftədə bir dəfə çıxaraq, ona binaən yazıb bəyan edirik ki, əgər təzə ildən 300-cən adam xahiş edə ki, altı manat verib qəzet aparacaqlar, ol vaxtda gələn ilin ibtidasından qəzeti həftədə bir çıxaracayıq. Amma lazım bilib bunu da bəyan edirik ki, bizim adamın qəzet oxumaq həvəsinə baxanda demək olur ki, onlardan nə ki 300, bəlkə 100-də altı manat verən müştəri olmayacaq.

Ay qardaşlar, sözün doğrusunu demək gərək, əgərçi bu halda bizim 290-a qədər müştərimiz var, amma onların hamısını müştəri hesab etmək olmaz. Onların 140-ı Badkubə quberniyasının kəndlərindəndir ki, onlar üçün qeyrilərqəzet apardır. Bəzi bizim dostumuz olduğuna görə apardır, bəzi onu apardıb öz aşna-dostlarına sövqat göndərir. Mərhaba belə müştərilərə. Onların müştəriliyindən çe hasil?

Ay qardaşlar, bizlərdə qardaşlıq həmiyyəti yoxdur: qart-qurt rus dili bilənlərimiz rus qəzeti gətirdillər ki, onu əvamünnas görüb onlara artıq hörmət eləsin. Şaltay-baltay rus yazısı bilənlərimiz rus qəzetlərinə məktublar göndərirlər ki, onlar çap olunanda ruslar ona hörmət etsin. Heyhat, biz kor olmuşuq ki, bircə qəzetidə saxlaya bilmirik və bununla belə qeyri millətlərə gülürük. Bəli, niyə gülməyək, onlar axmaqdırlar. Məsələn, bizim həmçeşmimiz gürcülərin bir neçə qəzetləri var, amma onilə indi Kutais şəhərində bir icma bina olub 5 min manat cəm edib ki, gələn ildən həftəlik qəzet çap etdirsin, qiyməti 7 manat və əgər çap elətmək zərər eləsə, o 5 min manatı ona məsrəf etsin.

Məgər bizim tavanalı şəxslərimiz yoxdur ki, belə icma bina edək və nə ki bir, bəlkə 5 – 10 qəzet çap elədək? Genə allaha şükür, tavana kəslərimiz çoxdur, amma həzərat, bağışlayınız yeri düşüb ərz edəcəyəm – onların bəzi müftə qəzet aparıb indiyəcən pulunu verməyiblər. Bəzi qəzet oxumağı hesab edirik ki, guya qəzet oxumaq şəriətə namüvafiqdir. Bunun qabağında sizə nə deyim? Sizdə taxsır yoxdur. Allah lənət eləsin ol kəslərə ki, bu böhtanı bizim şəriətə deyib, şəriətimizi bihörmət və sizi sərgərdan ediblər.

 

MƏKTUBAT

 

“Əkinçi” qəzetinin 6-cı nömrəsində Osmanlıda inşa və nəşr olunan elm kitablarını gətirdib öz dilimizə tərcümə elədib çap etməkdən danışıq olmuşdu. Doğrudur, osmanlı dili bizim dil ilə düz gəlmir, amma onların elə təfavütü yoxdur ki, birindən o birinə tərcümə etmək lazım ola. Ancaq osmanlı kitabı oxuyanda diqqət ilə oxumaq gərək. Ona binaən ki, onların dilində ərəb, fars və qeyri millətlərin sözləri çox olduğuna onu birdən dərk etmək çətindir. Bunu sübut etməkdən ötrü elmi-hikməti-təbiiyyə kitabından bu fəsli yazır: Sədanın sürəti bəyanındadır. Sədanın qulağa hüsulu ancaq bir vasitə ilə olub. Vasitə olmadığı təqdirdə səda hiss olunmaz, hətta şüşədən məsnu bir balon (şüşə qabı) dərunində vaqe sığırçını balon məzbur hava ilə məmlüvv olduğu halda sədası hiss olunub, havası təmamən təxliyə olunduqda əsla hiss olunmaz və havada sədanın sürəti saniyeyi-vahidə zamanında 39 və 34 metrə (metrə arşıni-şahi qədərdədir), yəni 16 və 448 yaxud təqribən dörd yüz əlli zirai-Osmani miqdarı olduğu biltəcrübə sabit olub. Sürəti-məzburə rütubətli və rüzgarlı havada pək təxəllüf etməz isə də, soyuq və ya sıcaq havada müxtəlif olmaqla 10 dərəceyi-hərarətdə 337 metrə və sıfr dərəceyi-hərarətdə 331 metrə olduğu biltəcrübə istixrac olunmuşdur. Binə bərin uzaq bir məhəldə bir top atıldığı surətdə, əvvəl ondan alovu görünüb bir az vaxt mürur etdikdən sanra sədası hiss olunur. Zira ziyanın hərəkəti qayət səri olmağın ibtida alov müşahidə olunaraq sədanın hərəkəti ol qədər səri olmağından bir az vaxt mürur etmədikcə hiss olunmaz və dəxi sədanın havada olan sürəti vasitəsilə bir məhəlin bəd və məsafəsi hesab oluna bilər. Şoylə ki, məhəli-məzburda bir top əndaxt olunduqda alovu müşahidə olunduğu vaxtda bir saniyəli saata nəzər olunaraq sədanın vüruduna qədər hərgah saniyə mürur edir isə, ol miqdar saniyə dörd yüz əlli ziraə zərb olunduqda, hasili-zərb məhəli-mərqumun zira cəhətilə bədi olmuş olur və işbu təriq bəzi gecə vaxtı vüqu bulan, müharibələrdə düşmənin uzaqlığı bilinmək murad olunduğu təqdirdə bundan başqa bir çarə olmadığından faideyi-əziməsi olduğu hərbiyyun nəzdində müsəlmandan bulunmuşdur.

Əgərçi zikr olan fəsil ibtidayi-elm olmağına çətin görünəcək, amma onun belə görünməyinə səbəb oldur ki, biz elmi-hikmətdən bixəbərik. Əlbəttə, ibtidai-elmdən danışan kitabı çox asanlıq ilə oxumaq olur. Pəs bizim dərdimiz ancaq ol kitablar vilayətimizdə olmadığıdır. Ona binaən İstanbulda sakin olan Həmvətənlərimiz yaxşı elərdilər ki, Məkkəyə gedənlərimizə ibtidayi-elm kitabların göstəreydilər və əgər hər Məkkəyə gedən özü ilə bir neçə kitab gətirsə, bir neçə ilin müddətində məktəbxanalarımızın hamısında ol kitablar oxunur.

7 200 4 1 2 10[2]

________________

 

İran sərhəddindən iyul ayının 8-dən müxbirimiz yazır ki, Təbrizdən məktubu xəbər var ki, əlahəzrət şahənşahi-İran xəllədəllah mülkəhu[3] bəzi qəvanini-cədidə barəsində ki, İranda cari olacaq hökmi-mükəddər buyurublar və ol əhkamı bir kitabça edib, o kitabçanı cənab cəlalətməab ağayi-əsl, ağayi-sahibi-divan, hakimi-Təbriz bu dəfə Tehrandan Təbrizə varid olduğu halda icra buyurubdular ki, o kitabça 5 fəsildir və müxtəsərən bunlardırlar:

1) Üləmayi-giram ehtiramı cəmi hakimlərə vacib və lazımdır.

2) Bəst hər yerdə və hər yerdən mövqufdur.

3) Cəmi əməllər mütabiqi-şər gərək qət olsun və əgər bir axund bir xilafi-şər hökm buyura, bəd əz-isbat gərək. Ərdəbil şəhərinin qalasında məhbus olsun.

4)  Qətli-siyasət, tənbehi-rüşvət hər yerdə mövqufdur, hər taxsırkar öz taxsırına görə Tehrana göndərilib orada həbs olunacaq.

5) Xarici dövlətlər mətaı qadağan olub ki, kimsə alıb-satmasın və libas etməsin. Libas ümumən İran mətaından olacaq. Bu əhkamı cənab Müstəbad ağayi-Nizamül-üləma səlləməllahi taala gərək üləmaya iblağ eləsin və onlar dəxi qəbul eləmək barəsində sənəd versinlər, elə ki, iblağ olub və qəbul ediblər.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Kutais şəhərində gürcü dilində çap olunan “Droeba” qəzetinə Osmanlı dövlətinin Gürcüstan vilayətinin Kobulet qəryəsindən yazırlar ki, Avropa dövlətləri Osmanlının xaçpərəst tayfaların azad etməyə səy edirlər, amma Kobulet və Ajar qəryələrinin əhli keçmişdə cəbran islam olduğuna onların barəsində heç danışıq yoxdur. Lakin onlar hazırdırlar ki, təzədən xaçpərəst olub Osmanlı dövlətinin əlindən xilas olsunlar.

________________

 

Ermənilərin “Mşak” qəzetinə Osmanlıdan yazırlar ki, Osmanlı dövlətinin zirdəstdə 3 milyon erməni var, amma bu halda ki, xaçpərəst tayfaları azad olmaqdan ötrü dövlət ilə cəng edirlər, ermənilər cəng edə bilmir. Ona binaən ki, onlar dağınıq düşüblər, bir yerdə sakin deyillər və bir də onların ruhaniləri dövlət tərəfin saxlayıb, keçmişdə onlara məsləhət ediblər ki, tüfəng, yaraq saxlamasınlar ki, dövlət onları əziz tutsun. Bu səbəblərə onların tüfəng-yarağı yoxdur.

Zikr olan qəzetin münşisi bu xəbəri çap edib, çox heyfsilənir ki, erməni tayfası bu halda bitədarükdür.

________________

 

Daşkənd şəhərində türk dilində çap olunan “Türküstan qəzeti”nə Orenburq şəhərindən yazırlar: qəzetğə baslığ üçün bul yerdin xəbər yazıb, yəbər almadım. Səbəb ol ki, bul yerdə çəndən pakizə yazmaqğə müvafiq xəbər bulmadı. Hala həm çəndan ləzzətliğ xəbər yoqtur. Şundağ həm bulsa hər nə bulğan vaqeəni yazıb yəbardım.

Uşbu vəqtlar Orenburqda turğan kişilarğə kub xoşnudluğ hasil bulğani Səmər şəhərindən başlab Orenburğa atəşi-ərabə gilturmaq üçün yullar işlanib turğanidir. Uşbu il noyabr ayıdə xuda xahlasə işlar təmam bulub Orenburqdan Rusiya vilayətləriğa atəşi-ərabə burmağı cari bulsa, kirakül-hal Orenburqdin Rəsiyyəğə baradurğan mal və əcnaslar ərabəbilan barıb turubdur. Noyabr ayıdin sonra xah mal bə xah adam Rəsiyyəğə barmaq lazım bulsa, atəşi-ərabə bilan baradurğan bulur. Saniyən uşbu günlar ilkari Xoqindğə xan bulub, Turğan Xudayar xan Orenburq şəhərində turubdur və anin zən-fərzəndlari Türküstan vilayətiğə tabe həzrət Soltan digan şəhərdə Turğan imiş. Uşal zən-fərzəndlarin yəqində Orenburğa alıb gilandır deyib itadırlar. Bizlər Orenburqda işituk kim, Taşkənddin Xoqəndğə tiliqraf alıb barmaqğə işlanib turubdur deyib bu xəbərğə kub xürsənd bulduk.

________________

 

Serbistanın 150 min əsgəri 4 hissə olub, onun birisi Serbistanı saxlamaqdan ötrü qalıb. Qeyriləri Osmanlı yerlərinə daxil olub cəng başlarılır. Bir hissəsi Alpiç sərkərdəliyi ilə Drina çayını keçib Biləni qalasının üstə gedib, onu alıb Bosnəyə gedib ora əhlindən əsgər düzəltmək istəyirdi, amma Osmanlı əsgəri Muxtar paşanın sərkərdəliyi ilə onları basıb Drina çayından keçirdir qovdu. İndi Alpiç Zəvazik qalasının ətrafında durub. O biri hissəsi Təzəbazar qalasının üstə gedib, istəyirdi ki, Qaradağ əsgərlərinə yetişib Bosnədə olan Osmanlı əsgərlərinin yolunu kəsib, onları tələf eləsinlər, amma əsakiri-şahanə bu hissəni basıb Serbistan sərhəddinə qovub. Bu hissənin sərkərdəsi Zax idi, amma o basıldığına, onu xaric edib, yerinə Nikoliç adlı şəxsi qoyublar ki, ondan bir xəbər yoxdur. Üçüncü hissə general Çernyayevin (Çernyayev rus generalıdır ki, 2 min əsgər ilə Daşkənd şəhərini alıb tamam Türküstanı zəbt etmişdi) sərkərdəliyi ilə sərhəddi keçib Niş qalasının yanında bir neçə qalaçalar almışdır. İndi bir neçə gündür ki, onların tərəfindən heç bir xəbər yoxdur. Məlum olur ki, onlar öz muradlarını dəyişdiriblər. Onlar istəyirdi Niş qalasını alıb gedib Tuna vilayətinin əhli bolqarları yığıb, Ədrnə və İstanbul şəhərlərinin üstə getsinlər, amma bolqarlardan ol qədər karsazlıq olmayıb. İndi Çernyayevin dayanmağından belə məlum ki, geri qayıdıb Serblərə kömək etməyə gedəcək. Ona binaən ki, əsakiri-şəhanə Vidyen qalasından çıxıb Osman paşanın sərkərdəliyi ilə Serbistanın Zabçar qalasına gedir. İndi tel var ki, Çernyayev öz əsgərləri ilə Serbistana gedib.

_______________

 

Qaradağ deyilən yer bizim Badkubə quberniyasıcan ancaq olur. Onun yeri dağıstan olduğuna orada top-tüfəng yaxşı iş görmür. Bu səbəblərə oranın əhli ki 90 qəryədir, həmişə dövlət ilə cəng edir. Ona binaən 20 il bundan sabiq Avropa dövlətləri onlardan Osmanlıya xəracdəhəndəəyalət qayırıblar. Bu halda onların 15 – 20 min əsgəri öz knyazları Nikolayın sərkərdəliyi ilə Qerdseqovinəyə daxil olublar, bir neçə Osmanlı qalaçaları alıblar.

________________

 

İstanbuldan gələn tellərdən məlum olur ki, əlahəzrət Məhəmməd Muradi-pəncüm indiyəcən həzrət Osmanın qılıncını bağlayıb. Bunun səbəbini Avropa qəzetləri belə bəyan edirlər: kimi deyir ki, ol həzrət naxoşdur, kimi deyir mərhum Soltan Əbdüləzizin validəsi vəzirləri öldürdəndən sonra ol həzrət çölə çıxmağa qorxur ki, onu da öldürməsinlər. Bəzi deyir ki, cənab Midhət paşa millət məclisi barəsində qanunu yazıb qurtarmayıb. Ona binaən həzrət gözləyir ki, qanun tamam olsun, ta ki ol vaxtda onu xalqa bəyan etmək olsun. Xülasə, həzrət soltan nə ki çölə çıxmır, hətta çox adamı yanına qoymur, necə ki, Avropa dövlətlərinin bəzini vəziri-muxtarları indiyəcən öz vəkalətnamələrin ona pişnəhad edə bilməyiblər.

________________

 

İyul ayının 3-də cənab Şeyxülislam Xeyrullah əfəndi üləmaları cəm edib onlara Midhət paşa millət məclisi barəsində yazdığı qanunu verib ki, onlar ol qanunun şəriət ilə düz gəlməyinin fitvasını versinlər, mollalar qəbul ediblər.

________________

 

İstanbulda xaçpərəst tabeləri ilə cəng etməkdən ötrü xalq pul yığıb. Məsələn, ermənilərdən bir şəxs 50 min lirə verib. Bir polk ki, İstanbulda olur, bir ayın məvacibini verib.

________________

 

Keçən il gümüş mədənlərindən çox gümüş hasil olduğuna indi gümüş qiymətdən düşüb, bir manata 20 qəpiyəcən təfavüt var.

_______________

 

Rus dövlətinin İstanbulda olan vəziri-muxtarı general İqnatyev iyul ayının 12-də 6 aya Peterburqa gedib. Rus qəzetlərində yazırlar ki, cənab İqnatyev Odessanın yanında özünə bir mülk almaq istəyir ki, qiyməti 1 milyon manatdır.

_______________

 

Ufimski quberniyada bir müsəlman kəndində bir kəs şərabxana açmış imiş. Kənd mollası camaatı cəm edib onlara vəz edib ki, ol şərabxananı bağlasınlar, amma ona əməl etməyiblər.

________________

 

Rus dövlətinin kağız pulunun qəlplərinin hesabına gedib deyirlər ki, 10 ilin müddətində 92 qəlp pul kəsən olub. Onlardan 32 üçmanatlıq, 14 manatlıq, 13 beşmanatlıq, 12 iyirmibeşmanatlıq, 12 onmanatlıq, 8 əllimanatlıq, 1 yüzmanatlıq olub. Onların bəzisi elə qayrılıb ki, əsli puldan təfavüt vermək olmur.

 

E L A N

 

Peterburqda universitetin professoru Lazer Budaqov rus, türk, tatar dillərində bir lüğət qayırıb; 615 vərəq, qiyməti 5 manat. Xahiş edən “Əkinçi” qəzetinin idarəsindən xəbər bilsin.

________________

 

Bazar küçəsində şəhər mizanının yanında təzə dükan açılıb, yaxşı Masazır duzu satılır ki, o duzun rəngi ağ özü bilmərrə təmizdir.

________________

 

Cənab sərdarın dəftərxanası bəyan edir ki, bu iyulun əvvəlində Qafqazda araq çəkənlər üçün təzə qanun qoyulub. Arağın bərkliyi gərək 40 dərəcə olsun və hər dərəcəyə 7 qəpik xərc var. Üzüm və qeyri meyvələrdən araq çəkən onun qazanının hər vedrəsinə hər gündə gərək versin maşın işləyir isə 41 qəpik, maşınsız araq çəkilir isə 5 qəpik. Kişmişdən araq çəkən maşın olsa 3 manat 90 qəpik, olmasa 2 manat 60 qəpik. Məxsusi bağı olanlar öz meyvəsindən araq çəkəndə gərək zikr olan xərci versinlər. Amma onlarda ixtiyar var şəhadətnaməni 1 – 7 günə alsınlar, lakin qeyri kəslər gərək bir ilə ala.

 

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



[1] Əgər yarasanın gözü gündüzlər görmürsə, günəşin günahı nədir?

[2] Bu rəqəmləri əbcəd hesabı ilə oxuduqda Zərdabi alınır.

[3] Allah onun mülükünü əbədi eləsin.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info