Qonaq Kitabı
1 yanvar Rusiya, sənə 1876

1 yanvar  Rusiya, sənə 1876

Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktu-bat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Qəzet almağı xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Elmi-əbdan hədisinin barəsində göndərilən məktubların hamısını basdırmağa yer yoxdur.

DAXİLİYYƏ

Altı ay yoxdur ki, bizim “Əkinçi” qəzeti çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur. Oradan bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək. Əlhəq bu çox ziyadə gözüaçıqlıq istər. London şəhərində bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi bir kiçik qəzet çap olunmağını eşidib istəyirlər onda da nəfbərdar olsunlar, amma bizim adamın çoxu nə ki buçağadək bizim qəzeti oxumayıblar, bəlkə bəzi kəslər onun bina olunmağının xəbərinidə eşitməyiblər. Hətta elə adam var ki, qəzet pulu verib onu almaq istəmir.

Bizim xalq dünya işlərini belə soyuq tutmağı bilir ikən biz “Əkinçi” qəzetini çap etdirməyi başlamışıq və bizim təkdə bir yuxudan oyananlarımıza ümid olmuşuq ki, xalq qəzet oxuyub ondan mənfəətbərdar olmağı və dünya işlərindən xəbərdar olmağa səy edəcəklər. Əlbəttə, onlar səy elədiklərinə keçən il bizim altı yüzəcən müştərimiz var idi. Amma indi belə məlum olur ki, onlar xalq qəzet oxumağa səy etmirlər və yəqin fikir ediblər ki, xalq qəzet oxumağa adət edib və özü onu alıb oxuyacaqdır. Lakin iki aydır bizim qəzet gələn il çap olunmaqdan ötrü qəzetimizdə elan basdırırıq, amma buçağadək ancaq qırx adam onu gələn il almağa xahiş edib.

Biz müsəlmanlar dünya işini soyuq tutmağa bizim məzhəbimiz səbəb deyil ki, onu xaricilər bizlərə böhtan deyirlər. Cənab şeyxülislamın bu nömrədə çao olunan məktubunu oxuyana məlum olur ki, bizim peyğəmbərimiz öz ümmətini irəli salmaqdan ötrü onlara hökm edibdir ki, hər bir elmi təhsil etsinlər. Pəs biz müsəlmanlar millətlər arasında rüsva və zəlil olub dünya işlərinə məhəl qoymadığımıza səbəb... Ol səbəblərdən sonra danışarıq. İndi bizim alimlərdən iltimas edirik ki, bizim bu suallarımıza cavab versinlər. Çünki bizim peyğənbərimiz müsəlmanlara elmül-əbdanı təhsil etməyə hökm edib və ona binaən bizlərə vacibdir ki, ol elmləri təhsil edək, onları kimdən öyrənək? Və əgər bir xaricə elmül-əbdandan xəbərdar ola, ondan o elmləri öyrənmək olurmu ya elmül-ədyan oxudan gərək bizlərə elmül əbdanı da oxutsun?

 

ƏKİN  VƏ  ZİRAƏT  XƏBƏRLƏRİ

Keçən nömrələrdə əkin yerindən danışdıq. İndi gərək onu şuxm etməkdən və qüvvətləndirməkdən danışaq. Amma şuxm edən əsbabları görməmiş ya onların şəklinə baxmamış bir yazı ilə ondan baş çıxarmaq olmaz. Ona binaən onlardan gərək müxtəsər danışaq.

Əkin yerin şuxm etməkdən murad əvvələn ol yeri narın etməkdir ki, hava və günün istisi ol yerə daxil olub yerin altında otlara xörək olan şeylərə dəyib onları otlar üçün amadə etsin ki, toxum səpmək məqdur olsun ki, onların kökləri dərinə getsin, ta ki, onlara quraqlıq kar etməsin və yağınlığ olsa ol narın yerdə su tez buğa dönüb rədd olsun. Saniyən, ol yerin hissələrin bir-birinə və ya yeri qüvvətli edən şeylər ol yerə çəkilmiş isə ol şeyləri yerin hissələrilə yaxşı qarışdırmaqdır. Salisən, yerin nəmişliyini almaq və ya ol yer quru isə onu şəbnəm çəkməkliyi ilə nəm etməkdir. Rabiən, əkin yerin alaqdan, yəni ələfiyyatdan təmizləməkdir. Xamisən, əkin yerin düzəltməkdir. Sadisən, toxumun üstün örtməkdir.

Əkinçilik əsbabları bir neçə qism olur. Əvvələn, yeri şuxm, yəni narın edən əsbablar. Saniyən, toxum səpən əsbablar. Salisən, əkini biçib döymək əsbabları. Rabiən, əkin daşımaq əsbabları.

Əkin yerin şuxm edən əsbablar: əvvələn, kotan. Kotan yaxşı olduqcan yeri yaxşı, narın edər, onu işlətməyin zəhməti az və yerin bəhrəsi çox olur. Yaxşı kotan gərək şuxmu bir qalınlıqda kəsib qalxızıb, çökürüb əzsin.

Kotanın hissələri:

1) Gəvasin. Gəvasin bir yasdı dəmirdir ki, onun ucu və qıraqları iti olur, onu kotanın künəsinə, yəni binasına möhkəm edirlər. Onun ucunun eni dörd kərəhdən altı kərəhəcəndir, amma əkin yeri daşlı olsa, onun ucunu bir az ensiz, 3 kərəh yarım edirlər və elə ki, yer çox daşlıq oldu, onu çox ensiz dil kimi qayırırlar. Gəvasin şuxmu altından kəsir.

2) Qılınc. Kotanın qılıncı bıçaq kimi düz dəmirdir. Onun dəstəsi kotanın qırına möhkəmlənib ağzı gəvasinin qabağında onun bir böyründədir ki, şuxmu böyründən kəssin. Qılınc gərək bir az əyri, yəni meyli irəli möhkəm olsun ki, sınmasın. Bəzi vaxtda gəvasinin bir tərəfin bıçaq kimi iti edirlər ki, qılınc əvəzinə şuxmu böyürdən kəssin. Amma onilə ancaq dolama əkmək olur. Əgər əkin yeri qumlu, yəni yumşaq olsa, ol vaxtda kotanın qılıncını çıxardırlar.

Baqisi gələn səfər

 

MƏKTUBAT

Alişanlı Həsən bəy! Cənab Heydərinin cavabında icmalən yazarsan ki, bizim peyğəmbərimizin buyurduqları əlelmü elman elmül-ədyan qövlündə vaqe olan elmi-əbdan külli-ülumi-dünyəviyyədən ibarətdir. Bu illətə ki, ülumi-dünyəviyyə səbəb olur təksiri-əbdani-insan və heyvana əfradi-insanın və ənvai-heyvanın kəsrəti kimi və təksiri-əcsadi-nəbatat və cəmadata məzare və bağ və bostanın kəsrəti kimi və darü büyut və dükan və rübatın kəsrəti kimi, vəsi olur onların əbdan və əcsadının hifz və tərbiyətinə. Bu səbəbə görə elmi-dünyəviyə elmi-əbdan ismilə təsmiyə olunubdur və elmi-ədyan külli-ülumi-üxrəviyyədir, ibarətdir ki, elmi-din təsmiyə olunubdur və elmin iki qism olmasının vəchi budur ki, bəni-noibəşərin hali-həyatında iki qism ehtiyacı vardır. Əvvəlinci ehtiyac cismani və ikinci ehtiyac ruhanidir. Pəs hər elmi ki, rəfi-ehtiyaci-cismani edər, ona elmi-əbdan deyilir və hər elmi ki, rəfi-ehtiyaci-ruhani edər, ona elmi ədyan deyilir.

Amma bəni-noibəşərin ehtiyaci-cismanisi məlum və aşgardır ki, insan hali-həyatında möhtaci-təhsili-məaşa və təksibi-məkulət və məlbusata və tədbiri-mənzil və məskən və təhzibi-əxlaqa və təməddüni- ictimaa və cəlbi- nəf və dəfi- zərərə və möhtac- ileyhlərin hər biri mövqufdur ülumi- mütənəvviə və kəsirəyə. Məsələn, təhsili-məaş və məgulat mövqufdur elmi-fəlahətü ziraətə və elmi-ğərsvə peyvəndə, elmi-məcariyil-üyun vəl-ənharə və həfri-qənaətü ubarə və elmi-hifzi-heyvanatü tüyurə və elmi-istiyadü huşü səmukə və təhsili-məlbusat mövqufdur elmi- nəscü hekayətə və elmi-səbağətü xəyatətə və elmi-kəsbü ticarətə və tədbiri-mənzil mövqufdur elmi-təmirü ticarətə və elmi-həddadivü  cərri-əqsalə və bu elmlərin hər birininin təhsili-əsbab və alatı mövqufdur fünuni-kəsirəyə misli-elmi-məadin və elmi-şimya və elmi-fizikə və elmi-ximya və elmi-matematika və elmi-məsahət və elmi-xəvassi-əşya və elmi-həndəsə və elmi-hesab və elmi-edada və bunların təhsili mövqufdur elmi-kitabət və qiraətə. Bir löqmə çörəyin təhsilində fünuni-mütənəvviəni cəm görərsən. Və amma bəni-noi-bəşərin ehtiyacı-rihanisi o da genə vazeh və aşkardır.

İnsan kətmi-ədəmdən ərseyi-vücuda gəlib, bu aləmə baxıb təsəvvür edər ki, aya bu mövcudatı ki, anən-fəanən təcəddüdi-təğyirdədir, kim mövcud edibdir ki, bizim bu vücudumuz mövt olandan sonra ədəmi-məhz olacaq ya bir əlahiddə aləmdə genə mövcud olacaqdır? Pəs insan bu təsəvvüratda cövr edər və bu günə təsəvvürat onu işgəncəyə çəkər ki, aya bizi bu aləmə kim gətiribdir və aya onilə bizim aramızda bir vasitə var ya yox və biz mövt olandan sonra aləmi-digərdə nə tövr olacaqdır. Pəs insan möhtac olur bu günə ruhani təsəvvüratı fəhm-dərk etməyə və bu ehtiyacın rəfi mövqufdur təhsili-elmi-fəqahətə və elmi-kəlama və elmi-təfsirə və elmi-hədisə və bu elmlərin təhsili mövqufdur elmi-nəhv və elmi-sərf və elmi-məan və bəyana və bunların təhsili mövqufdur elmi-kitabətə və inşaya və sair ülumi-müxtəlifəyə. Hər tərəfə baxsan özünü bu elmlərə möhtac görərsən. Buna binaən bizim peyğəmbərimiz ümmətini təhsili-üluma təhris etmək babında buyurublar: ey mənim ümmətim, bilin və agah olun ki, əlelmü elman elmül-əbdan və elmül-ədyan və məqami-təhrisdə elmi-əbdanı elmi-ədyandan müqəddəm zikr buyurublar və ülumi-dünyəviyyə və axiriyyəni bu qövlündə cəm ediblər və çün bu iki elmin təhsili ağıl ilə mümkün olur, ona binaən buyurublar ki, ələqlü əqlan əqlül-məaş və əqlül-məad. Yəni xudavəndi-aləm bu iki əqli bəni-noi-bəşərə kəramət edibdir ki, əqli-məaş ilə elmi-əbdanı təhsil edə və əqli-məad ilə elmi-ədyanı. Bu mətləbin təfsilatı var, lakin bu təhrirata küncayişi yoxdur, icmalən zikr olundu. Hər kəs bu icmalı mülahizə etsə, təfsilini fəhm edər, vəssəlam.

Şeyxülislami-Zaqafqaz axund Əhməd Hüseynzadə.

 

________________

 

Elmi-əbdan və əqli-məaş hədisini sual edənin cavabında 2-ci fəsildir. Qəzetin 11-ci nömrəsində ərz olundu ki, elmi-əbdan ibarətdir ümurati-hifzi-bədəniyyə, əvarizati-məkruhədən və əqli-məaşi-əbdanın dolanacaq əsbab və mayəhtacların fərahəm gətirməkdən. İndi görək onun lüzumatı nədir?

Əlbəttə, təqazayi-zəmanəyə görə ki, əl-ümur və mərhunətəhu biövqatiha[1]cəmii-ülumi-mütədavilə və fünuni-müxtəriələrdən hər qədər əkməl və ətəmm ola yaxşıdır, əgər olmaya təəyyüş eləmək və məmləkət və millət saxlamaq müşkül olur. İməl lidünyakə kiənnəkə təişü əbədən[2] hədisinin mənası əmələ gəlməz. Ona binaən ki, qonşular, leysə lil insani illa masəa[3] ayəsinin tərcüməsinə görə səy və kuşişi-təfəkkür və tədəbbür ilə ülumi-rəyasət və sənaət və ticarət və ziraət və məadin və sair fünuni-müxtəriələr ilə məmləkətlərin məmur və xəzanələrin məmlüvv ediblər.

Pəs fünuni-elmiyyə ki, dünyanı məmlüvv və məmur edib və yovmən-fəyövmən tərəqqidədir, elmi-əbdan məhsub olur, əqli-məaşı iştədməkdən hasil olur və o həzrətin elmi-əbdan və əqli-məaş hədisini buyurmaqdan mənzuru və onun hikməti budur. Belə ki, əvvəlinci fəsildə ərz oldu ki, cəmi ümuri-kəmaliyyeyi-dünyəviyyə bu iki fərmayişin təhtindədir. Aqil və həkim əxşaslar bu rümuzati-lətiflərin mənasından öz dünya işlərinə rövnət verib, möhkəm və müntəzəm edirlər. Bu səbəbə biz qüsuru öhdəmizə alıb əvvəlinci fəsildə dedik ki, bəzi məvaneə görə biidrak olmuşuq. Amma bu ki sail deyib müsəlmanlar behişt və huri və qılman ümidilə din və məad elmin yaxşı bilirlər, əgər o şəxs də bizim kimi insaf ortalığa qoya və inadı özündən kənar edə, bilər ki, bu aləmin vücudu və belə müntəzəm olmağı və icrami-kəvakibin gərdişi bisane olmaz. Saat ki, bir kiçik sənətdir məxluq işlərindən aqil və cahil onun çarxlarının müntəzəm olub işləməyinə baxsa yəqin edər ki, onun bir sanei var. İnsaf deyil insan elmi-əbdan və əqli-məaddan bixəbər və bu aləmin saneindən qafil olub ya sinfi-bəşərdən bir şəxsi bu aləmə sane bilib, qiyamət mövqufunda desin ya leytəni küntü türabən[4]. Hükəma deyiblər: vücud naqisi-ədəm tərəfdən yaxşıdır. Əgər bir kəs elmi-əbdan, əqli-məaşda vücudi-naqis ola, ondan yaxşıdır ki, elmi-ədyan və əqli-məadda ədəm sərf olsun. İnşallah gələn fəsildə əqlin mənasında göz açan və əql artıran sözlər ərz olunacaq.

Əhsənül-Qəvaid

 

TƏZƏ  XƏBƏRLƏR

Cənab sərdar hökm edib ki, təzə ticarət qanunu bu yanvarın birindən iki ayın müddətində Qafqazın hər bir tərəfində bina olunsun və ol müddətdə hər kəs şəhadətnamə və bilet alsın.

_______________

 

İrəli Misir Osmanlıya tabe idi, ancaq ona xərc verib və İngilisə çox yavuqlanıb Süveyş kanalının hissələrin alandan sonra Misrə bir neçə İngilis gəlib ki, Misrin xəzanə işlərin ələ alıb dövlətin gəlirini artırsınlar. İndi deyirlər ki, İngilisin vasitəliyinə binaən Misir Həbəş ilə ki, xaçpərəstdirlər, cəngi mövquf edəcək.

________________

Kokan xanlığında abtavəbaşı və poladbəyin genə təzədən qəzavət başlayıb. Kokan və Adjid şəhərlərini zəbt edib ruslar ilə cəng başlayıblar. Amma ruslar genə onları pərakəndə edib Adjid və Məhərrəm qalaların alıblar.

_______________

Noyabrın 28-də Parij şəhərində bir neçə elm sahibi aerostat, yəni şar ilə havaya qalxıblar ki, elm imtahanı etsinlər, amma aerostat cırıldığına 230 metr, yəni arşın hündürlükdən yerə yıxılıblar və 8 adamdan 5-i tam yaralanıb.

_______________

_______________

London şəhərində bir icma var ki, hər kəs öz qiymətli şeylərin ol icma təmir elədiyi imarətdə əlahiddə sandıqda saxlaya bilir. İmarətin içindən gecələr havanı maşın ilə çəkirlər ki, oraya oğru girsə, fövt olsun və yanğı olmasın və ətrafda yanğı olan zamanı imarəti suya basdırırlar. Amma imarət möhkəm olduğuna onun içinə su girmir.

_______________

Rusiyada övrətlərə izn var idi ki, teleqrafxanalarda və dəmir yollarda qulluq etsinlər. İndi onlara ixtiyar verilib ki, vəkillik, yəni advokatlıq etsinlər.

_______________

Amerikadan yazırlar ki, Cəmahiri-Müttəfiqə dövlətin sakinlərinin qədəri qırx milyondur. Amma orada 7643 qəzet çap olunur, lakin tamam Avropa, Asiya və Afrika qitəıərində ki, bir neçə yüz milyon sakin var, ol qədər qəzet çap olunmur. Buna səbəb oldur ki, zikr olan dövlətin xalqı tamam oxuyubdurlar və hər kəs gündə qəzet alıb oxuyur.

_______________

Noyabrın 11-də Moskva şəhərində elə bərk soyuq olub ki, sərçələr və qarğalar soyuqdan donub ölüblər. Həmçinin küçələrdə bir neçə adam soyuqdan fövt olub.

_______________

Rusiyadan Amerikanın Filadelfi şəhərinə gedən şeylər fevral ayında göndəriləcəkdir. Deyirlər ol qədər şey göndərən var ki, onların aparmağının 100000 manat kirayəsidir.

_______________

Rusiya, Almaniya və Avstriya dövlətlərinin vəzirlərinin arasında Osmanlı öz xaçpərəst tabelərilə cəng etmək barəsində danışıq var. Avstriya vəziri Andraşi sülh şərtlərini yazıb zikr olan vəzirlərə göstərib. İndi İngilis, Firəng və İtaliya vəzirlərinə göndərib. Ol şərtlərin məzmunu məlum deyil.

_______________

Badkubə şəhərinin Mixaylovski azarlıxanasında bu yanvarın ibtidasında müalicəgah bina olunub. Hər gündə saat on birdən on ikiyəcən hər kəs öz naxoşluğu barəsində gedib orada müftə həkimlər ilə məsləhət edə bilər. Hər şənbə günü zikr olan vaxtda orada 3 həkim olacaq ki, bərk naxoşlara məsləhət etsinlər. Məzkur həkimlərdən savayı orada bir müsəlman dili bilən mama olacaq. Övrətlər üçün hər kəs bitəvana olduğuna həkimlərin məsləhətinə binaən özünə dərman ala bilməsə, ona zikr olan müalicəgahdan müftə dərman verəcəkdirlər.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] Sərf olunan əmək girov kimidir.

[2] Dünya üçün çalış, elə bil ki, orada həmişəlik yaşayacaqsan.

[3] İnsan üçün öz əməyindən başqa heç nə yoxdur.

[4] Nə olaydı ki, mən torpaq olaydım.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info