Qonaq Kitabı
13 may Rusiya, sənə 1876

13 may  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

E L A N

 

İstanbulda fars dilində çıxan “Əxtar” qəzeti indi həftədə 2 dəfə, yəni şənbə və çaharşənbə günləri təb və nəşr olunur. Bir illik qiyməti poşt xərcilə:

Rus məmləkətində 10 manat, Tehran və biladi-farsda 4 tümən, Təbrizdə 3 tümən yarımdır.

_______________

 

Badkubədə olan məxsusi bank bəyan edir ki, gələn may ayının 24-də, yəni cəmadiələvvəl ayının 14-də ki, çaharşənbə günü ola, sübh saat 10-da zikr olan bankın hüzurunda Məhəmmədkazım Hacı Axundovun zaloqu ki, 9 tay və 5 boçka saxsı qabdır, onun bankdan borc elədiyi 900 manat əvəzində füruş olacaq. Zikr olan mal 1800 manata qiymət olunub, Qafqaz Merkuri kampaniyasının anbarında saxlanır.

 

DAXİLİYYƏ

Bamberi ismdə bir nemes ki, müsəlman vilayətlərində çox səyahət edib, indi “İslam” adlı bir kitab inşa edib, ol vilayətlərin yerlərini, əhalini, onların adətlərini və qeyrə yazıb elm təhsil etmək barəsində deyir:

Məğrib, yəni xaçpərəst vilayətləri və Məşriq, yəni islam vilayətləri elm təhsil etməyə qeyr tövr baxıllar. Məğrib səy edir ki, elm xalqa bəyan olsun və hər kəs elm yolu ilə iş tutsun ki, ziyadə mənfəət tapsın. Amma Məşriq elm yollarını xalqdan gizdin saxlayır. Lakin islam bina olan vaxtda Məğrib ilə Məşriqin belə təfavütü olmayıb. Ol vaxtla həzrət xəlifələr və hər tavana kəslər öz ehsanına məscid və məktəbxanalar bina edəllər idi ki, xalq elm öyrənsin. Ona binaən ol vaxt islamda olan hükəmalar heç bir məmləkətdə yox idi.

Elə ki, xəlifələrin yerində soltanlar, şahlar, xanlar əyləşdi və xalqın ipi ruhanilərin əlinə düşdü, hökumət əhli öz nəfindən ötrü xalqı gözübağlı saxlamaq üçün məktəbxanalarda ancaq şəriət adablarının, boş sözləri bir-birinə yapışdırıb ibarət ilə danışmağın dalıncan düşüb, xalqı yoxsul və sərgərdan edib özləri kef və ləzzəti-dünyaya məşğul oldular və nəinki özləri təzədən xalq üçün məktəbxanalar açmadılar, hətta onlar məktəbxanalarda mollalıq məsailini araya salıb xalqı elm yolundan uzağa saldılar.

İndi Məşriq-zəmin qoca və xəstədir və ol şəxsə aqil deyərlər ki, o ibarət ilə danışdığı sözləri başa düşmək olmasın və bu aqil kəslər deyirlər elm cəvahiratı hər şeydir. Necə ki, cəvahiri çölə atanda hər kəsin əlinə asanlıq ilə düşdü genə qiymətdən düşər, habelə kamallı sözləri vazeh danışanda onu hər kəs başa düşər, ona binaən söz biməqdur olur.

Bu tövr ilə 500 ildən ziyadədir ki, islam zülmətə qərq olub, elmdən və dünyadan bixəbər olduğuna yoxsulluqdan mürur ilə tələf olur.

Əgərçi Bamberinin zikr olan kəlamı düşmən sözüdür, amma yaxşı olurdu ki, onu oxuyanlar fikir ilə oxuyaydılar.

 

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Əkin yerinə, əvvələn cəmadat, saniyən ələfiyyat, salisən heyvanatdan əmələ gələn şeyləri, rabiən zikr olan şeylərdən məxlut olan şeyləri qarışdırmaqlıq ilə onu qüvvətli etmək olur.

Əzcümlə cəmadat işlənir:

1)   Əhəng daşı ki, onu yandırıb üstə su töküb un təki edəndən sonra.

2)   Qarğa duzu ki, onu da yandırıb un kimi edəndən sonra.

3)   Xörəkdə işlənən duz və bir neçə qeyri duzlar ki, onları da əzib xırdalayandan sonra əkin yerinə çəkib onu şuxm etmək gərək.

Ələfiyyat 3 qism olur. Əvvələn:

1)   Bəlim, yəni ol otların budaqları ki, onların toxumu insana gərəkdir, məsələn, arpa, buğda bəlimi.

2)   Yarpaqları lazım olan, məsələn, tənbəki otunun budaqları.

3)   Kökü lazım olan, məsələn, yerkökü, zılx kartofelin budaqları və yarpaqları.

4)   Ağacların xəzəli, qarğı qamışı,şirin ya dərya suyundan əmələ gələn otlar və qeyrə.

Zikr olan ələfiyyatları ya mal nəcisinə qarışdırıb ya aşağıda zikr olan kimi işlədillər. Ol ələfiyyatları bir duzlanmış və bərkinmiş yerə 3 – 4 arşın hündürlükdə yığıb taya vurub onun eniş tərəfində bir quyu qazıb, ol quyunu su ilə doldurub ona əhəng, kül, qarğaduzu, heyvanat sidiyi və bəzi ələfiyyat töküb onlar çürüyən vaxtda ol suyu haman tayanın üstə səpib üstün ot ilə örtüb kürək ilə döyüb bərkitmək gərək. Bu tövr ilə hər gündə ol tayanı isladıb bərkidəndən 8 – 9 gün sonra ol ələfiyyatlar çürüyür. Ol vaxt tayanı açıb soyudub onu əkin yerinə çəkib şuxm etmək gərək.

Saniyən, əkin biçiləndən sonra köklərin üstə qalan budaqların ki, ol yeri şuxm edib onları yerə qarışdırmaq gərək.

Salisən, əkin yerində qəsd ilə bəzi ələfiyyatı toxm edib sonra onlar gül açan vaxtda ol yeri şuxm edib onları yerə qarışdırmaq gərək. Belə kök otlar ilə yeri qüvvətli edəndə gərək elə otlar ilə edəsən ki, onların kökü dərinə gedib, oradan duzları sorub əmələ gələ ki, onları yerə qarışdıranda yerin üzü ol duzlar qarışmaqdan qüvvətlənsin. Həmçinin gərək ol otların kükürdü çox ola ki, yeri nəmiş saxlaya və özləri tez çürüyən ola.

 

MƏKTUBAT

 

F ə s i l II. Ticarət sözü 12-yə qaldı.

Cənab Ağa, cəddin fədası olum, məktubunuz mülahizə oldu.

1) Mənim şüəra ilə ədavətim ya sair nas ilə xüsumətim yoxdur. Mətləbimiz əsasi-məmuriyyətə bayis olan səbəbləri və ona eyib yetirən illətləri bəyan etməkdir ki, aya cəhət nə olmuş ola ki, miləli-digər bu qədər tərəqqi tapıb, millət, məmləkətləri məmur olub və illət nə olub ki, bizim millət, məmləkət tənəzzül etməkdədir. Lihaza elmdən başqa məmuriyyət üçün bir səbəb və cəhldən savayı xarablığa bir illət olmadığına binaən qəvaidi-məmulə və əlfazi-mərsumə və əfali-adiyə və əsnafi-mütədaviləni mizani-rüchan ilə müvazinə edib onun məmuriyətə olan nəf və zərərin beqədri-məqdur din qardaşları üçün bəyan edirik. Hərgah bir faydası ola fəbihəl-mətlub[1]. Olmuya, zərəri həm yoxdur. Əzcümlə sinfi-şüəranın əsasi-məmuriyətə olan nəf və zərərin mizani-rüchanə qoyub, küffeyi-xüsranin çox səngin görüb və əşşüəraü yəttəbiü-hümül-ğavun[2] ayəsinin hikmətinə müntəqim olub, ilələlləzinə amənu istisnasının zimnində olan və ülumül-saləhat şərtini onlarda görməyib ağıl və şər hökmü ilə anladığımızı bəyan etmişik.

2) Şəri-mübin ki, əqli-külli müəbbirnas üçün qərar verib ta xalq o müəbbirdən keçsin, silabi-cəhalət onları qərq etməsin, onun batininə ağ olanın cəzası ruzi-cəzaya qalır. Amma zahirinə ağ olan üçün fəmən yəməl misqalə zərrətin xeyrən yərəh və mən yəməl misqalə zərrətin şərrən yərəh[3] ayəsinin hökmünə binaən divanxanəhayi-dövlətidə hər kəsin əməlinin şərrinə tənbeh olmaya, büsati-şəriət ki, əvvəlin əsasi-məmuriyyətdir, bərhəm olur. Bu surətdə necə olur ki, cahiri-şəriətə zidd olan mətalibi-kütübi elm qərar verib ibtidada təlimi-ətfal etsinlər?  

3) Bu ki deyirlər mənzuri-şüəra bu badə və bu sadə deyil, bu mətləb xilaf və təlbis büsatıdır. Ona binaən ki, lisan qəlbin xahişini hekayət edir, əz kuzə birun həman təravət ki, dərust[4]. Hər aşiq öz yarın çağırır. Söz ağızdan hər nə çıxdı odur, ya xeyir, ya şərr. Bu təvilat müştəbehkarlıq yoludur ki, bu libas ilə öz mətahların xərcə versinlər, amma belə xüsuslarda şəriət təvilqəbul etməz. Hər şey ki, zahiri- şəriətə zərər yetirə, lazimül-hədd olur.

4) Bizim peyğəmbər rəhmətül-aləmin olduğuna bizim dünya və axirətimizi məmur istəyib, dünya məmurluğuna elmi-əbdanı və axirət abadlığına elmi-ədyanı əsbab qərar verib və bu elmi-əbdanda şərabı çox müzürr bildiyinə qədəğəni-şədid edib.  Ona binaən ki, şərab içən ya məst olur ya xumar. Təhsili-dünya və axirətdən qalıb xar və zəlil olur. Əlbəttə razı olmaz ki, nəhyi-şədid olan şey məcazən ya təvilən mədh olunsun. Qərəz, hər sahibi-əql mültəfiq olsa bilər ki, bu təvilat özün günahdan xaric etmək üçün üzr yoludur, amma şəriət qəbul etməz. Əgər deyələr ki, miləli-xaricə nədən şərab içməklə zəlil, xar olmayıb?  Cavab: onlar az içir, kifaf key dəhəd in badəha bəməstiyi-ma[5], deyib palçıq küpünü boşaldıb, ət küpünə doldurmazlar. Onların içində çox içib məst olan üçün heç bir yerdə məhəl yoxdur, xüsus əhli-divan və əhli-ləşkər ola bilməz ki, aləmi badi-fənaya versin.

5) Şəriət ki, hakim və soltani-əslidir, hər şeyi ki, qadağan buyurub, onun müzakirəsi həm qadağandır, məgər bər səbili-nəhy və təhdid. Amma müzakirə mədh yolundan xah təvilbərdar ola, xah olmaya, lazımülhədd olur. Pəs necə ki, namaz müxlisləri föhşayi-müngirdən saxlar, əgər nəzmi-şəriət möhkəm ola, ümum nası föhşayi-müngirdən saxlayıb, məcburi-emali-xeyrə salik edər.

6) Ənvari-xəmr ya vildani-müxəlləd ki, Qurani-məciddə zikr olub, o ayatın şüəranın şerinə şəbahəti yoxdur, onun ziddidir. Bu badə və sadəpərəstliyi nəhy etmək üçün o nemətləri cəzayi-üxrəvi qərar verib.

7) Şeyx Bəhainin muradı eşqi-vəchi-həsəndən əmarid deyil, nisvandır, tənagəhu, tənasəlu babətindən buyurub.

8) O əşar şayəd ki, Əbu Əli kəlamı ola. Ona binaən ki, ol cənab həkimdir. Bər-fərz özü aqil həm olsa, zahiri-şəriətə nüqsi olan kəlamı deməz, xah təvilbərdar ola, xah olmaya. Zira ki, o, bu hikmətə xəbərdardır ki, əvamünnas təvilin qanmayıb yoldan çıxar.

Ehtimal var şüəra öz mətaların rəvac etməkdən ötrü o əşarı ona bağlayıblar, çün bu qəbul əsnaf öz mətalarının rəvacına binaən bir ərəbi ya farsi kəlami-peyğəmbər ya imam ya üləma dilindən qayırıb deyirlər. Belə ki, kimyagər və məş-şaqlar xüzilfərrar vəttəlqa[6] kəlamın mövləlkövneyn Əli əleyhüssəlama nisbət verib xalqı aldadıb, xanəxərab edirlər. Bu kəlamın xilafına dəlili-vazeh budur ki, imam sərgərdanlıq sərmayəsi-xalqın əlinə verməz.

9) Əşcəüs-səqəleyn Əli əleyhüssəlamın fərmayişi o şəxs xüsusundadır ki, öz mövlasına ağ olan şüəra kəlamına nə dəxli var ki, əğrazi-nəfsanilə din qardaşların həcv edirlər.

10) Məni həcvi-şüəradan qorxutmuşduz. Mən ayinə kimiyəm, hər kəs məndən öz camalın görər və bir də kəlam şəxsin ətri və buyidir, gülün ətri öz lətafətin və mütəəffin şeyin buyi öz xəbasətin zahir edir.

11) Məktubi-cədidinizdə yazılan mətalib mübahisələridir ki, əl elmü nüqtətün kəssərəhümül-cahilun[7] babətindən suyu həvəndə döyən kimi döyməkdən yar-yol-daşdan geri qalıb, öz evimizi xərab etmişik. O cavablara yaxşı əqli və nəqli cavablarım var, lakin vaxtımız yoxdur. Olur ki, bədha kəm və piş yazılsın.

Əhsənül-Qəvaid

_______________

 

Badkubəli molla elmi-əbdan bəhsində mətləbi-xəmisi belə bəyan edib. Dünya və dünyəvi ibarətdir bu aləmdə ömr edən vaxtda vaqe olan ümurdan ilaxirə.

Əvvələn, şəxsi-sail dünya və dünyəvi, axiri və üxrəvi mənasının sualın etməyib ki, biz onlardan ibarət olan ümuru bəyan edək.

Saniyən, əgər elmi-əbdanı cənab molla məhz dünyaya təvil edibsə, pəs işlərin ibtidası ki, bielmi-kamil məhəlli-vüqudan kənardır, o əşxasi ki, dünyada zindəgan-lıq edib və ənva ülumdan əlləri xalidir, axirət əməli ki, bir qeyri aləmi mövqufdur, nə yol ilə demək olur ki, məhsusi dərk eləməyən kəs məqulə yol tapa bilsin.

Salisən, ümuri-vaqeə ki, bu zaman ömrdə vaqe olur, əgər şəxs bəsirət gözü ilə abavü əcdadının məişətin öz məişəti ilə mütabiq eləsə, görə bilər ki, tərəqqiyi-elm və məratibi-məişət və süubəti-ümur bir payədədir.

Rabiən, ümuri-vaqeə hər millət və hər tayfa içində yaxşı olsa, mərkəzi-xeyir və yaman olsa, mərkəzi-şərrə race olacaqdır. Əməli-xeyir əgər məcus və nəsari əlin-dən çıxa xeyir və əməli-şərr əgər müsəlman əlindən çıxa şərdir. Salisən mətləbi əmali-xeyir üstündədir ki, əsbabi-mədəniyyəti cəm edər.

Xamisən, neməti-dünyəvi və üxrəvi həzrəti-Məhəmmədül-mustafa buyurmaq-lığı ilə əhli-islam üçün müəyyən olunubdur. Elmi-əbdan və əqli-məaş qüvvəsi ki, şərafəti-insana dəlildir, şəxs əmələ gətirsə, aləmi-ənasir ilə nizam tapar ki, behişt-dən nümunə olur.

Heydər

ELM XƏBƏRLƏRİ

 

Dərya suyunu içmək olmadığına səbəb oldur ki, onun duzu çoxdur və əgər onu qaynadıb buğa döndərib, sonra soyudub, su edəsən, ol vaxtda onun duzları o qaynadığı qazanda qaldığına özü şirin və içməli olur. Çünki suyu qaynatmağın zəhməti çoxdur, ona binaən bir ingilis maşın ixtira edib ki, onun içində su günün istisində buğa dönüb, soyuyub şirin olur. Zikr olan maşın bir ağac qutudur, uzunu altı və eni bir arşın, hündürlüyü bir çərək, qutunun qıraqlarının qalınlığı bir barmaq, onun üstə şüşədən qapaq qayırıllar ki, bir başı o biri başından iki barmaq hündür olur. Qapının alçaq başının altında bir novça qayırıllar. Ol qutunun içinə bir barmaq dərinlikdə dərya suyu töküb onu günün altda qoyanda isti şüşədən keçib suyu mürur ilə buğa döndərib, ol buğ şüşə qapağın üstə yığılıb, soyuyub suya dönüb, sonra axıb onun alçaq başında olan novçaya tökülüb daşqarı çıxır. Zikr olan qutuda bir gündə 1500 stəkan şirin su əmələ gəlir.

Xörək insanın mədəsindən rədd olan suya qarışanda əriyir və sonra qana qarışıb, bədəni saxlayır. Biz yediyimiz ət həmçinin əriyir və belə ərimiş ətə pepton deyirlər. İngilisin London şəhərində bir zavod bina olunub ki, ətə bəzi şeylər vurmaq ilə onu pepton edib, qutulara töküb, füruş edillər. Onun adına soyuq ət deyirlər ki, onu bir neçə il saxlamaqdan xarab olmur. Soyuq əti naxoşa vermək yaxşıdır, ələlxüsus ol noxoş ki, onun mədəsi gücdən düşmüş ola.

 

TƏZƏ  XƏBƏR

 

Bu il Qafqazın Badkubə və qeyri quberniyalarında çox quraqlıq olduğuna indi bahalıqdır. Məsələn, buğdanın putu Şirvanda 1 manat, Badkubədə 90 qəpikdir. Badkubəyə İrandan düyü çox gəldiyinə putu 55 qəpiyə olub. Ona binaən bəzi kəslər 3 hissə buğda ununa bir hissə düyü unu qarışdırıb çörək bişiriblər. Deyirlər ki, çox ləzzətli olur, şirin olur. Düyü buğdadan qüvvətsiz olduğuna(insana ət gətirən şeylərin qədəri buğdada birə üç düyüdən ziyadə olur) ol çörəyin elə qüvvəti olmaz. Ona binaən məsləhət edirik ki, düyüdən süzülməyən aş bişirib onu ət, balıq, lobya, noxud ilə ya aşı soyudub çörək kimi yağ , pənir ilə yesinlər.

________________

 

Keçən aprelin 28-də Badkubədə ermənilər teatr çıxartdılar ki, ondan cəm olan məbləğ ilə bu il gimnaziyadan qurtaran fəqir uşaqları Peterburqa elm təhsil etməyə göndərsinlər.

________________

 

Şirvan uyezdinin Zərdab kəndindən yazırlar ki, bu il çox çəyirtgə əmələ gəlib, amma quraqlıqdan ələfiyyat olmadığına bir-birini yeyib tələf edirlər.

________________

 

Bu halda yer üzündə olan qəzetlər tamam Osmanlı işindən danışır. Osmanlının İstanbul və qeyri şəhərlərindən gedən teleqram dünyanı doldurub. Bosnə və Qerdseqovinədə olan cəng dəxi şiddət edir. Bolğar vilayəti həm cəng başlayıb. Krit cəzirəsinin, hətta İstanbulun öz əhli dövlətdən özləri üçün bəzi ixtiyarlar istəyirlər. Xülasə, işlər çox pərişandır. Mahmud Nədim paşa ki, soltanın əvvəlinci vəziri idi əzl olub, onun yerinə sərəsgər Hüseyn Ovni paşa təyin olub. Bu səbəblərə binaən indi Rus, Avstriya, Prus vəzirləri Berlin şəhərinə yığılıb məsləhətdədirlər. Deyirlər Osmanlı ilə cəng edən vilayətləri Avstriya əsgəri zəbt edəcək ki, dövləti-Osmani onların əhlinə vəd elədiyi ixtiyarları verincən orada qalsın. Xülasə, tamam Avropa dövlətləri səy edirlər ki, cəng olmasın.

_______________

 

Yazırlar ki, İran dövləti Qarun çayının kənarlarını ki, Şəttül-ərəb tərəfdədir, bir firəng kampaniyasına altmış ilə icarəyə verib ki, orada qənd qamışı,pambıq, üzüm, şimşadi-leyl əksin, atəş gəmiləri saxlasın, fabrikalar açsın.

________________

 

Amerikanın Filadelfi şəhərindən yazırlar ki, bu may ayının 10-da əcayibatxana açılacaq.

_______________

 

Əlahəzrət hadşahi-imperaturi-Rus-Berlin şəhərinə səyahətə gedib.

________________

 

Peterburqun şəhər icmaı hökm edib ki, şəhərdə olan bisahib itləri tələf etsinlər və hər kəs it saxlamaq istəsə, hər iti 1manat şəhər üçün xərc versin.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] Mətləb budur.

[2] Şairlər yolundan azmış adamlardır.

[3] O adam ki, zərrə qədər xeyir iş görsə nəticəsini görər, əgər zərrə qədər şər iş görsə yenə nəticəsini görər.

[4] Küzənin içində nə varsa bayırına da o sızar.

[5] Bu badələr bizim sərxoş olmağımız üçün kifayət etməz.

[6] Qaçanların və kəbindən boşananların.

[7] Elm bir nöqtədir, cahillər onu çoxaltmışlar.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info