Qonaq Kitabı
28 aprel Rusiya, sənə 1876

28 aprel  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

ELAN

 

Badkubədə olan məxsusi bank bəyan edir ki, gələn may ayının 24-də, yəni cəmadiələvvəl ayının 14-də ki, çaharşənbə günü ola, sübh saat 10-da zikr olan bankın hüzurunda Məhəmmədkazım Hacı Axundovun zaloqu ki, 9 tay və 5 boçka saxsı qabdır, onun bankdan borc elədiyi 900 manat əvəzində füruş olacaq. Zikr olan mal 1800 manata qiymət olunub, Qafqaz Merkuri kampaniyasının anbarında saxlanır.

 

DAXİLİYYƏ

 

İnsanın bağırsağının içində bəzi qurdlar zindəganlıq edir ki, onların ayağı, gözü və hətta ağzı da yoxdur. Onların bədəni belə naqis olmağa səbəb oldur ki, onların bədəni nazik olduğuna, mədədə ərimiş xörəyə qərq olub onu mürur ilə sormaq ilən pərvəriş tapırlar və dəxi xörək axtarmaq və yemək onlara lazım deyil. Çünki ol qurdlar zindəganlıq edən zaman onları görmək müşküldür, ona binaən bu yavuq zamanacan onların doğub törəməyi məlum deyil idi. 35 il bundan sabiq Avropa hükəmaları ziyadə zəhmət çəkib onu da bəyan ediblər. Hükəmalar ol imtahanlar ilə dünyanın sirrini aşkar edib xudavəndi-aləmin qüdrətini xalqa bəyan ediblər. Məsələn, indi məlumdur ki, ol qurdların bəzi gərək bir neçə surətə düşüb, bəzi heyvanın bədəninə girib, onun ətilə insanın bədəninə daxil ola ta ki, əmələ gəlsin. Habelə məlumdur ki, onların bəzindən yaman naxoşluqlar əmələ gəlir. Məsələn, onların birisi öz toxumunu insanın bağırsağının axarında, dərinin altına qoyur və onlardan çıxan qurdlar dərini gicişdirib ibnə naxoşluğu əmələ gətirir.

Zikr olan qurdların birisi ki, ona solitir deyirlər, insanın bədənində olanda onun 3 – 4 və bəzi vaxtda 10 arşın uzunu olur. Onun bədəni bənd-bənd, yastı qeytan kimidir. Onun zindəganı və doğub-törəməyi keçən nömrədə yazılan qoyuna gicəltmə salan qurdunku kimidir ki, ona it solitiri deyirlər. Amma it solitiri itdən qoyuna və qoyundan itə düşür, lakin insan solitiri insandan donquza və donquzdan insana düşür. İnsan solitiri donquzun ətində olur və onu gicəltməyə salmaz, amma insanın bağırsağının içində olanda çox azar edər. Solitir insandan donquza və donquzdan insana düşməyini imtahan ilə biliblər. İnsan donquz əti yeməkdən və solitirdən naxoş olan insanın nəcisini donquz yeməkdən onlarda ol qurd əmələ gəlir. Ondan masəva ol yerlərdə ki, müsəlmanlar ilə xaçpərəstlər sakindirlər, zikr olan naxoşluq müsəlmanda heç görükməyibdir.

Pəs 1293 il bundan əqdəm nazil olan hərrimət əleykümülmeytətə vəddəmə və ləhməl-xinziri[1] ayeyi-şərifəsinin hikməti budur.

 

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Hollandiyada pənir 2 qism olur. Əla pənirin girvənkəsi 15 qəpik, alçaq pənirinki 10 qəpik və yağın qiyməti 30 qəpik. Onilə belə 1867-ci ildə Hollandiya qeyri vilayətlərə füruş edib 10 milyon 900 min manatlıq yağ və 11 milyon manatlıq pənir və öz əhli 23 milyon 100 min manatlıq yağ və pənir işlədib.

Çünki zikr olan ildə Hollandiyada 1 milyon sağmal inək olub və onlardan 55 milyon manatlıq nəf gəlib, pəs hər inəkdən ildə 55 manat mənfəət olub.

Hollandiya maldarlığının belə nəfi olmağına səbəb oldur ki, onlar çox əla mal saxlayırlar ki, hər inəkdən ildə 15 min istəkanacan süd hasil olur.

Pənirdən ötrü mayanı belə qayırırlar: 2 – 3 günlük buzovun qarnını kəsib bağırsaq tərəfini düyünləyib o biri tərəfindən pəncərədə ya qeyri hava dəyən yerdə asırlar ki, qurusun. Sonra onu zolax-zolax kəsib 22 dərəcə qızmış turş südün içində 24 saat saxlayıb, bir qeyri qaba töküb, üstə bir az turş süd və duz səpirlər.

Bu minval ilə onu bir həftə saxlayanda maya yetişir. Amma bəzi vaxt onu 2 ay da saxlayırlar. Bu mayanın bir istəkanı 24 vedrə, yəni 950 istəkan südə bəsdir. Mayanı südə vurandan sonra süd çürüyən zaman onu dəmir ağaclar ilə qarışdırıb, suyunu süzüb şorunu sıxmaq gərək.

Ol şoru ağacdan qayrılmış qutunun içinə qoyurlar ki, onun dibi qəlbir kimi deşiklidir, əl ilə şorun üstün basıb genə şor töküb ol vaxtacan basırlar ki, onun suyu deşiklərdən axsın.

Belə bərkimiş şoru maşın altda qoyub genə sıxırlar. Sonra onu duzlanmış turş süddə bir az saxlayıb bir qeyri qabda turş südü 35 dərəcə qızdırıb onun içində pəniri 2 – 3 dəqiqə saxlayırlar ki, üzü qabıq tutsun.

Belə qabıqlanmış pəniri 2 həftə rəf üstə saxlayıllar və ol zaman onu çökürürlər ki, formunu, yəni tövrünü dəyişdirməsin. Sonra pəniri isti su ilə və çotka, yəni mahutsilən ilə yuyullar və üzünə yağ sürtüb altı ay kimi saxlayıb füruş edirlər.

 

MƏKTUBAT

 

C ə v a b i-Ə h s ə n ü l-Q ə v a i d . Ey Əhsənül-Qəvaid ilə müləqqəb olab, şüəranın əşari-abdarında olan mühəssənat və lətaifi dərk etməyib, tənə və tovbix zəbanın açan kimsə, məlum olur ki, dərki-məzamini-əşarda zövqi-səlim və təbi-müstəqiminiz yoxmuş ki, mədh və qədhi-şüəra pəsəndi-xatiriniz olmayıbdır. Görünür ki, şüəranın şərab mədhi və şahidü səfa damağımıza dəyibdir.

Əziza, məzur söz ki, ol məzaq hələ sirlərdə büruzə gəlməyibdir, mən ləmyəzuq və ləm yərif[2]. Cənab şeyx Bəhayi ki, müctəhidini-əzəm cümləsindəndir, şahid vəsfində və eşqbazlıq mədhində buyururlar:

M ə s n ə v i

Külli mən ləm yəşuqu vəchül-həsən

Qərribül-cüll ileyhi vərrəsən.

Hər kira dər sər nəbaşəd eşqi-yar

Bəhri-u palanü əfsar biyar[3].

 

Və Əbu Əli Sina ki, rəisül-üləma ləqəbilə məşhurdur, şərab vəsfində buyururlar:

N ə z m

Ğizayi-ruh bəvəd badeyi-rəhiqül-həqq

Ki rəngü buş künəd rəngi-buyi gülra dəq.

Betəmi-təlx, çu pəndi-pədər və leyk müfid

Bənəzdi-batil mübtil, bənəzdi-dana həqq[4].

 

Və cənab Şeyx Sədi ki, erafül-ürəfadır, şahid vəsfində buyururlar:

F ə r d

On nə zülfəstü binaguş ki ruzəstü şəbəst

Von nə balayi-sənubər ki, dirəxti-rütəb əst[5].

 

Və cənab Mövlana Xacə Hafiz ki, Lisanül-ğeyb namilə hər bir lisanda məzkurdur, buyururlar:

F ə r d

Şeyxəm bətənə güft həraməst mey məxor.

Güftəm ki,huşü guş behər xər nəmikünəm[6].

Və cənab Əmirəlmöminin əleyhüssəlam bir nəfərin həcvində buyururlar:

Ş e r

Ləqəd rəbbeytu cirvən tulə dəhrin

Fələmma sarə kəlbən əzzə ricli[7].

 

Pəs sizin fərmayişatınızdan məlum olur ki, bu büzürgüvarlar ki, biri şərabı və biri şahidi vəsf edibdilər, nəuzübillah bunlar cümlə bimərifət və bikəmal kimsənələrdir ki, nə üçün biri şərab və biri şahid vəsfini edibdirlər və xəlayiqi gümrah edib zəlalətə salırlar.

Əzizim, pəs gərək siz bu diqqəti və bu nüktəgirliyi xudavəndi-aləmə edəydiz ki, o da şərab vəsfin və şahid vəsfin Quranda bəyan edibdir. Şərab vəsfində buyurublar: Ənharün min xəmrin ləzzətün lişşaribin[8].

Və əmaridi-vildan xüsusunda buyururlar: vildani-müxəllədun[9].

Arifa, müşahidə olunur ki, siz xəlaiqə xudavəndi-aləmin hər əmr və nəhyin icra etmişsiz, ancaq şüəraya nəsib etmək fəqərəsi qalıbdırmış ki, onu da ibğal etdüz. Çox sağ olasuz, allah taala bu təbliğ əvəzində siz cənaba şərabi-təhur və hur, qüsur kəramət eləsin, amin, ya müin.

Və xatimeyi-kəmalda əşşüəra yəttəbiühümül-ğavun[10] ayəsinə iktifa etmişdüz, amma illəl-ləzinə amənu[11] istitasın bilmərrə xatirənizdən məhv və fəramuş etmişdiniz. Bu əmr ona bənzər ki, laila ki kəlmeyi-nəfydir, zikr edəsən və kəlmeyi-illəllah isbatdır zikr etməyib xamuş olasan.

Ümidvaram ki, minbəd belə cəsarətləri edib şüəranın həcv lisanların üzünüzə açmıyasınız, zira ki:

Çü şair berəncəd beguyəd həca,

Həca ta qiyamət bemanəd bəca[12].

Vəssəlam, əla mən ittəbəəl-hüda[13].

Şüərayi-ərbəeyi-Şirvan

 

10-c u  f ə s i l . Əcamir-ovbaşlıq şəcəreyi-xəbiseyi-cəhalətin əsmarındandır ki, tərbiyət və elm görməyib bişüğl, bikar olub mütabiət həvayi-nəfsilə ətfalın dalınca düşüb onları özlərinə cur etmək istərlər. Onların ənva, əqsam şaxkarları var. Əzcümlə mürəbbiləri müttəhim və onlara bədguluq edirlər və həm övladın ustad və mürəbbi xidmətinə qoyan adamlara və xudi-ətfala töhmət və bədguluq binası qoyub, onları töhmət və qeyr şərarətdən qorxuzmaq ilə ətfalı bikar edib, özlərinə cur etsinlər və bəzi avam adam onlara şərik olub, bir kamil şəxsin yanında sadə adam görəndə sui-zənn edib əmr beməruf nəhy əzmünkər[14] təriqin bilməyə-bilməyə əmri-mərufluq binası qoyub töhmət və qiybətə mürtəkib olullar. Ey qardaş özgə üçün zənni-məsiyət etmək ilə özünü nə üçün məsiyətə salırsan, bir vahimə ilə min fəsada razı olursan? Məsələn, mənim bir oğlum var və lazımdır tərbiyət və təlim tapsın. Tifil həm tərbiyət olmaq vaxtında sadə olur və mən özün tərbiyət edə bilmirəm. Labüd gərək ustad və mürəbbiyə süpordə edəm. Əlbəttə naməqul kəsə süpordə etmək olmaz və məqul və kamil əşxas xalqın töhmət və bədguluğuna binaən qəbul etməz. Lihaza o tifli-biçarə bikar və sərgərdan qalıb əcamir-ovbaşlar ilə ülfət edib onlar kimi olur. Ondan binayi bədguluq qoyub deyirlər ki, filankəsin oğlu əcamir oldu. Ey qardaş, tifil nə etsin, siz işi ol məqama yetirdiniz. Pəs bərfərz, mürəbbidə bir zənni-xəyanət olsa bikarlıqda min fəsad var. Laməhalə mürəbbidə axir bəxeyir və bikarlıqda axir bəşər olur ki, heç bir şəraitdə ətfal və mürəbiləri müttəhim etmək olmaz. Belə ki, ayeyi-şərifdə buyururlar: innə bəzəz-zənni əsəmün[15] və genə buyururlar: La təcəssüs və la yəğtəb[16]. Cəmi miləl qanuni-şəriətlərinə əməl edirlər. Mürəbbi və ətfalı müttəhim etməyib ütlübül-elmə min əl-məhdi iləl-ləhdi[17] fərmayişinə əməl edib 5 yaşından 100 yaşınacan təhsili-elm və tərəqqi tapmağa səy edirlər. Bizdə qanuni-şəriət işlənmədiyinə binaən xalq daim bir-birin biyabır etmək, həvayi-nəfs ilə rəftar etmək ilə təhsili-kəmaldan ol qədr uzaq olmuşuq ki, şüəranın batil sözləri qafiyə və nəzm ilə deməyin kəmal bilirik. Qərəz, bizim sərgərdanlığımız elmsizlikdən və qanuni-şəriətin möhkəm və müntəzəm olmağındandır. Pəs şəriət bilatəşbih maşın kimidir ki, işlər cəmiən gərək o maşından çıxsın ki, xalq bir qayda ilə rəftar etsin. Necə ki, maşın işləri qaydaya və ənzadəyə gətirir, şəriət xalqı dolandırmaq və onları əndazə və qaydaya salmaq maşınıdır ki, xalq əmniyyət ilə ülumi-məaşi-əbdanlarına tərəqqi verib cəhalət və fəqr oduna yanmasınlar. Necə ki, namaz dinin sütunudur, habelə qanun, qəvaid şəriətin intizamı, millət dövlətin payidarlığının sütunudur. Elə ki, nəzmi şəriət möhkəm oldu, xalq yamanlıq edə bilməz və yaxşılıq dalıyca gedər. Pəs gərək xalq bədgulara etina etməyib övladların tərbiyətə qoysunlar və elm, miknət sahibi olan kəslər din qardaşlarının övladın öz övladı tək təlim və tərbiyət edib atəşi-cəhalətə yanmağa qoymasınlar. Bundan yaxşı nə olur ki, insan birin ehya edə? Bir din qardaşının övladın tərbiyət edib, əcamir ovbaşlıqdan saxlamaq, məgər onun ehya etmək deyil?

Gələn fəsil ticarətdən yazılacaq.

Əhsənül-Qəvaid

 

 

 

ELM XƏBƏRLƏRİ

 

 Kürtenber adlı şəxs keçmişdə və indi Firəngistanda olan hükəmaların anadan doğulduğu yerləri mülahizə edib deyir ki, hər vilayət öz ab-havasına görə hükəma əmələ gətirir. Məsələn, filan vilayətdə təbib çox doğulub. İndi səy edir ki, ab-hava necə olanda nə qabiliyyətdə adam doğulmağı bəyan etsin.

_______________

 

Soğan qabığı yaxşı rəngdir. Onu qaynadıb suyuna şey salanda sarımtıl boyanar və əgər onu söyüd ya qeyri ağacın qabığı ilə qaynadasan, ləvinbələvin rənglər əmələ gəlir.

_______________

 

Firəngistanda Forster adlı şəxs keçən il imtahan ilə bilib ki, otağın divarından çölə olan yaman hava nə qədər divardan keçib otağa daxil olur. O deyir ki, otaqda ocaq qalananda otağın havasının 100-dən 50-si və ocaq qalanmayanda 100-dən 4-ü yaman hava olur.

_______________

 

Əhəng adamın gözünə düşəndə onu su ilə yumaq yaxşı deyil, ona binaən ki, sudan əhəng bərkiyib ziyadə azar edər. Yaxşıdır ki, onu qənd suyu ilə yuyasan.

_______________

                                                                     

Çox əla neft cövhəri ilə ki, ona benzin deyirlər, hər bir qism parçadan ləkə çıxarırlar. Parij və qeyri şəhərlərdə belə ləkə çıxardan sənətkarların mənzilində özbaşına yanğı əmələ gəldiyinə hükəmalar imtahan edib deyirlər: neft ilə sürtülmüş parça quruyandan sonra onu sürtəndə ondan çaxmaq daşından şərarə çıxan kimi od çıxır və bu şərarə neftə dəyəndə özbaşına yanğı əmələ gəlir.

 

TƏZƏ XƏBƏRLƏR

 

450 il bundan sabiq Osmanlı türkləri Avropaya daxil olub Rum dövlətinin Qəstəntiniyyə şəhərini zəbt edib ona İslambul, yəni islam şəhəri ad qoyub, ətrafı vaqe olan xaçpərəst vilayətlərini həm zəbt ediblər. Bir neçə il bundan sabiq zikr olan vilayətlərin bəzi ki, olsunlar Serb və Qaradağ, yəni Əşqudrə və Əflan və Bağdan əyalətləri Osmanlı dövləti ilə cəng edib onun zirdəstindən çıxıb, indi ancaq dövləti-Osmaniyyəyə müəyyən olan xərc verirlər, amma ümurati-daxiliyyələri özləri ilədir.

Bu halda ki, Bosnə və Qerdseqovinə əhli Osmanlı dövləti ilə cəng edirlər, onların həm muradı oldur ki, zikr olan əyalətlər kimi olsunlar. Zikr olan əyalətlərdən Serb və Qaradağ əhli Bosnəyə kömək etməkdən muradları oldur ki, Osmanlıya heç xərc verməsinlər.

Çünki Serb və Qaradağ əhli Bosnəyə kömək etməyi məlumdur və keçən həftə tel gəlmişdi ki, Osmanlı dövləti Sürb və Qaradağı zəbt etmək istəyir, ona binaən danışıq var ki, Avropa dövlətləri o cəngə qarışacaqlar. Amma indi tel gəlib ki, Osmanlı əsgəri ol əyalətlərin sərhəddini keçməyib və keçmək istəmir.

________________

 

“Russki invalid” qəzeti yazır ki, Kokan xanlığını ki, indi ona Fərğan oblastı deyirlər, sərhəddi budur: şimal və məşriq tərəfi Sildərya çayı, məğribi Semireçni oblastı, cənubu Qaşqar hökuməti və Zərəfşan okruğudur. Onun uzunu 800 və eni 150 ağacdır. 960 min nüfusu, yəni xalqı var. Keçmişdə xan onlardan 2 milyon 500 min manat təhmilat yığırmış.

________________

 

Misirin Qarna şəhərindən aprelin 4-dən tel gəlib ki, Həbəş ilə cəng qurtarıb, sülh danışığı olur. Ona binaən sərəsgəri-Misir gəmi ilə İsgəndəriyyə şəhərinə getdi.

_______________

 

Aprelin 3-də Odessa şəhərinin 8-ci mirovoy sudyası polisə bir kənd əhli öz öküzünü döymək barəsində verdiyi ərizəyə mülahizə edib ol kənd əhlinə 10 manat cərimə kəsib.

_______________

 

Peterburqda əsgərlər üçün buğdanı suya salıb sonra maşın ilə əzib, xəmir edib ondan çörək bişirirlər. Bu imtahanı indi edillər və deyirlər ki, belə bişmiş çörək tez qurumur.

_______________

 

Rusiya zakonuna binaən küçələrdə dilənçilik etmək qadağandır. İndiyəcən Peterburqda 24 icma bina olunub ki, dilənçilərdən ötrü əlahiddə mənzillər bina edib onlara kömək etsinlər. Ol icmaların calislərində hər ildə 118 min manat cəm olur.

_______________

 

“Qolos” qəzetinin idarəsi indiyəcən Bosnə əhli üçün 37 min manat cəm edib.

_______________

 

Amerikanın Nyu-York şəhərində bir Stüart adlı şəxs vəfat edib. Yazırlar ki, ol şəxs İngilisdə 25 yaşınacan elm oxuyub, sonrada Amerikada 50 il çox doğruluq ilə ticarət edib, 80 milyon manat qazanmış imiş.

________________

 

“Tiflisski vestnik” qəzeti yazır ki, Tiflisdə bir erməni 15-cən sazandar cəm edib onları Amerikanın Filadelfi şəhərinə ki, orada bu il yayda əcaibati-dünya cəm olacaq aparır.

________________



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info