Qonaq Kitabı
14 aprel Rusiya, sənə 1876

14 aprel  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 DAXİLİYYƏ

 

Mənim dostum...mənə yazır ki, haçan elmi-əbdan bəhsindən əl çəkəcəksiniz və o bəhsin qəzetdə işi nədir? Ondan əlavə yazır ki, ol qədər qəzetdə elmi təhsil etmək xüsusundan yazırsınız ki, qorxuram bu ənqərib zamanda xalqın qəzet oxumaqdan rəğbəti kəsilsin.

Əvvələn, elmi-əbdan bəhsindən çoxdan əl çəkmişik və indi çap olunan cənaban Heydəri və Əhsənül-Qəvaidin məktublarının mətləbləri başqa mətləblərdir.

Saniyən, elmi-əbdan hədisi 1293-cü ildir ki, xalqın ipini əllərində saxlayan şəxslərə məlumdur. Amma onlar bəzi səbəblərə binaən buçağacan nə ki ol hədisi xalqa bəyan etməyiblər, amma özləri də onun dalıncan olmayıb müsəlman millətini sərkərdan qoyublar.

Çünki qəzetin muradı xalqın gözünü açmaqdır, ona binaən peyğəmbər əleyhüssəlamın 1293 il əməl olunmayan qövlünü xalqa bəyan eləmək qəzetə vacibdir.

Salisən, təzə dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nik-bədindən xəbərdar olub onun əlacının dalıncan olsun.

Amma bizim xalqın işlərinə baxanda bir əməli-kamil görmək olmur ki, millət təəssübü çəkən qardaşlar ona fəxr etsin. Libasdan tutmuş bəzi yeməli şeylərəcən xaricə dövlətlərindən gətirdirik. Pəs heç olsun ki, yoxsulluğumuzdan danışanda onun səbəbi elmsiz qalmağımız olduğun bəyan etməyək?

Ey qardaşlar, rəva deyil ki, sizin qəzetiniz də, bircə qəzetiniz ki, “Əkinçi” olsun, sizə Əlif-Leyla nağılı desin.

Bu halda müsəlman milləti tufana düşmüş gəmi təkidir ki, hər ləpə onların bir hissəsini aparıb qərq edir. Belədə çox həmiyyətsizlik istər ki, qardaşlarımızın qərq olmağına baxa-baxa inək irəlidən yediyi çörəyi gövşəyən kimi Rüstəm Zalın nağılını oxuyub keçmişdə olanların qüvvətinə fəxr edək və öz qərq olmağımıza əlac etməyək.

Pəs, dostum, doğru deyiblər ki, əlhəqq mürrün(doğru söz acı olur). Amma bizə hökm olub ki: qülil-həqq və löv kanə mürrün (deyin sözün doğrusunu acı da olsa)!

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Maldarlıq edən şəxslərə məlumdur ki, qoyun-quzuda bir gicəltmə naxoşluğu olur ki, onlar bir yerdə fırranıb yıxılıb fövt olurlar. Bu naxoşluğun səbəbi bir qurtdur ki, itin bağırsaqlarının içində zindəganlıq edər. Onun tuli bir neçə arşın və bədəni barama qurdunun bədəni kimi bənd-bənddir. Hər bir bənd yetişəndə onun bədənindən ayrılıb itin nəcisilə çıxır ki, o bənd qabağ toxumuna bənzər. O bir bəndin içində bir neçə min toxum var: bənd hava dəyməkdən çatdayanda toxumları külək aparıb dağıdır. Onların bəzi otlar üstünə düşür və otlar ilə belə onları qoyunlar yeyirlər. Qoyunun mədəsində toxumdan bir kiçik qurd çıxır ki, bağırsağı deşib qan damarına girib qan ilə belə gedib qoyunun beyninə yetişib, orada barama qurdu kimi özünə ətdən barama qayırır. Barama mürur ilə yekələnib genə qoyunun beyninə azar edib, özünü fırlandırıb tələf edir.

Bu naxoş qoyun beynini it yesə onun mədəsində barama çatdayıb ondan uzun qurd əmələ gəlir ki, bağırsağın içinə yapışıb zikr olan qayda ilə 5 – 10 il toxumlayır və onun toxumları bəndlərin içində nəcis ilə çıxır

Pəs zikr olan qurd itin və qoyunun bədənində zindəganlıq edir. İtdən qoyuna və qoyundan itə düşməsə, əmələ gəlməz. Ona binaən ol naxoşluq olan yerdə gərək itlərin nəcisinə baxmaq və hansının nəcisində qabağ toxumu kimi qurdun toxumu olsa, onu sürüdən uzaq etmək və ol naxoşluqdan ölən qoyunun başını yandırıb tələf etmək ki, itlər onu yeyib naxoşlamasın.

Gicəltmə naxoşluğu nəmişlik yerdə çox olur.

Naxoşlayan qoyunu sağaltmağa əlac yoxdur. Çünki it qoyunu naxoş edir və özü onun başını yeməkdən naxoşlayır və bu naxoşluq Avropa vilayətlərində elə şiddət edir ki, fövt olan quzu və qoyunun 100-dən 70-i ol naxoşluqdan tələf olur, ona binaən danışıq var ki, itə qoyunun başını vermək bilmərrə qadağan olacaq və gicəltmədən ölən qoyunun başını itə verənə əlahiddə cərimə qoyulacaq.

Əsgər Gorani

 

MƏKTUBAT

 

9-c u  f ə s i l. Ülumi-sənaət böyük dəstgah və vəsi` büsatdır ki, cəmi ümurati-səltənət, ticarət, ziraət və qeyr ona möhtacdır və bu əməl iki qisimdir: əl ilə qayrılan və maşın ilə əmələ gələn.

Əl ilə qayrılan şeylərdən çəndan karsazlıq olmaz, ümdə maşındır. Məsələn, gümüş pullar maşından çıxanda bir qism, bir tövr, bir qayda olur, amma əl ilə sikkə olanda biri böyük, biri kiçik, biri uzun, müxtəlif tərkiblər ilə çıxır, necə ki, görürük. Pəs lazımdır maşınlar bina edib işləri maşına salmaq. Maşınsız bizim Yəzd, Həmədan, Brucerd çitləri olur, hər biri 4 – 5 arşın, biri qumaş, biri bədqumaş, biri enli, biri ensiz. Əcəb budur ki, 5 arşın deyilən 4 nim, 4 deyilən 3 nim ya 3 gəlir. O ustadi-kamil onun başın yarım arşın qumaş və baqisin bədqumaş edib deyir ki, gərək başı və rukari yaxşı olsun ki, müştəri yaxşı görüb alsın və başında yazır:

 

Məkün peşeyi-xud bəcüz rasti,

Əgər rasti karət arasti[1]

 

Mərcan usta, toy belə olanda yas necə olacaq? Sözüvə baxım ya buzova baxım? Nə yaxşı olurdu ki, insan öz əməlinin eybinə bərxurd olub onun çarəsin edəydi!

Xub, ustacan, sənin qayırdığın bir top çitdir, qiyməti 1 qram ya 20 qəpik. Onun qəddində və qumaşında xalqı aldatmasan, guya işin keçməz. Nə üçün baxmırsan ki, Avropa məmləkətlərində mahud, hərir parça qayırırlar. Arşını 3 – 10 manata qədər, başı-dibi bir və qəddi yarıdan ziyadə gəlir ki, kəm gəlməz. Aya onun bu məharəti yoxdur ya tədəyyünü artıqdır? Heç biri deyil. Onlar elm yüzilə işlərini mülahizə edirlər ki, tərəqqi və pişrəft tapsın,onlar da sən kimi olseydilər, sən kimi biqabiliyyət qalardılar. Əcəba ki, bizim camaat heç bir əməllərinə tərəqqi vermək fikrində deyil, bəlkə tənəzzül verməkdə səy edir. Lakin xalq öz məaşi-əbdanlarına tərəqqi verməyə anənfəanən millət, dövlətləri zəif olur.

Heyhat ki, sərgərdan qalmışıq, nə üçün ki, tüfuliyyətdə pirəzənlər bizlərə bir para nağıl deyiblər və hər dəm deyiblər: bala insanın alnında yaxşı-yaman, izzət-zillətdən hər nə yazılıb o olacaqdır. Bu söz bizim başımıza girib. Ondan bizi mollaya qoyublar, bizə Hafiz kitabını,

 

Mey dü salə və məhbub çəhardəh salə[2] -

 

-       dərsini oxudublar. Şüəra bizləri belə dəlalət edib. Üləmalarımız daim dünyanı məzəmmət ediblər. Münəccimlərimiz deyib sitarəniz hər nə göstərə onu görəcəksiniz. Dərviş deyir gərək əhli-kəsvət olasan, ta ülumi-kimya və qeyrisinə biduni-təhsil kəşf olsun. Lihaza elmdən bizəbər olub öz təkalifimizi anlamayıb mütəhəyyir qalmışıq.

Pəs millət, dövlət qeyrəti çəkən qardaşlar gərək xəyalat və qəvaidi-mövhuməni kənara qoyub başarıq və qüvvə sahibləri əsbab, alati-tərəqqiyyat və məktəbxanalar bina edib maşın və ustadlar gətirib və ətraflı qaideyi-ülum ilə tərbiyət etsinlər, ta kəm-kəm baxəbər olub öz məaşi-əbdadına lazım olan işləri əmələ gətirsinlər. Axır, insaf, təfəkkür yaxşıdır: Laməhalə bunu mülahizə etmək ki, haçanacan sair millətlərə möhtac olaq, bizim Quran və kitablarımız xarici kağızlarında yazılsın və bizim ətfal və cavanlar bikar, bielm bitərbiyət olub əksəri əcamirü ovbaşlar ilə papağın kəc qoyub küçələrdə yar-yar oxuyub gəzsinlər?

Aman bu qism əcamirü ovbaşdan ki, xalqın yamanı onlardılar! Özləri cəhənnəm, bir müsəlmanın övladın qoymazlar ki, adam olsun.

 

Baqisi gələn fəsil.

Əhsənül-Qəvaid

_______________

 

D ə r b ə n d d ə n . Dünyada hər bir şəhərin özünə münasib sənətkarlığı var savayı Dərbənd. Bizim əhl həmişə boyaq dalınca olduğuna ancaq buyuruq verməyə adət edib. Boyaq dadistədini həmişəlik hesab edib, elm və sənət təhsil eləməyiblər.

Bizim şəhərdə nə qədər dülgər və xarrat varsa, tamam İran əhli, ermənidirlər ki, yaxşı pul qazanırlar.

Xəyyat bizim əhldən 1 – 2 nəfərdir ki, çuxa, şalvarlardan alahı libas tikmirlər, amma palto, kürk və qeyri libasları tikənlər erməni, rusdurlar ki, yaxşı pul alıllar.

Qərəz, çəkməçi, saatsaz, zərgər, ahəngər və əqləbənd tamam qeyri vilayət əhlidirlər. Bu sənətlərdən əlavə 30 – 40 nəfər həmşərilər rəngsazlıq edirlər.

Müxtəsər kəlam, bizim şəhərin kəmbəxt xəlaiqi bu qədər sənətləri əldən verib özləri məəttəl və sərgərdan qalıblar və əgər indi ol sənətlər bu darlıq vaxtda əlimizdə olseydi, az iş deyil idi.

Amma çifayda, sənətkarlıq nəfindən və elmindən bixəbər olmaqlarına binaən, genə məhəl qoymurlar və camaatdan həm heç kimin xatirinə gəlmir ki, bu gündən sonra insan hər bir sənət üçün elmə möhtacdır.

Bari gələcək vaxt üçün məktəbxanalar səyində olub, elm səbəbilə uşaqların sənətkarlığa və işlərə həris eləsinlər ki, özləri çəkən zillətləri uşaqları çəkməsin.

Belədə bir sənət məktəbxanası bizim şəhərdə olsa yaxşı olmazmı?

Əlimədəd Abdulla oğlu

 

 

ELM  XƏBƏRLƏRİ

 

Kənd və kiçik şəhər əhlinin ömrü böyük şəhərlərdə sakin olanların ömründən uzun olur. Ona binaən ki, kənd əhli təmiz havada və günün işığında, amma böyük şəhərlərdə izdiham kəsrət olduğuna onların əhli natəmiz havada və çırağ, şam ya qeyri yandırılan şeylərin işığında güzəran edirlər.

Germaniyanın Leypsiq şəhərində sakin olanların və ol şəhərin evlərinin hesabına gedib belə məlum ediblər ki, ol şəhərdə olan otaqları 3 yerə hissə etsək ki, 1-ci hissədə hər bir otaqda 1 – 2 və 2-ci hissədə 2 – 3 və 3-cü hisəddə 3 ya dəxi ziyadə adam sakin olur, ol vaxt 1871 ci il sənə 1-ci hissədə hər 1000 adamdan 23 və 2-ci hissədə 1000-dən 33 adam və 3-cü hissədə 1000-dən 40 adam vəfat edib. 1872-ci sənədə 1-cidə 1000-dən 18 və 2-cidə 1000-dən 23 və 3-cü hissədə 1000-dən 30 adam vəfat edib.

________________

 

Firəngistanda 10 illik müddətində vəfat edən kəslərin hesabına gedib biliblər: 25 – 30-can yaşı olan kişilərdən hər ildə vəfat edib: evli kişilərdən 1000-dən 6, evsiz, yəni subaylardan 1000-dən 10 və dul kişilərdən 1000-dən 22 adam. 30-dan 35-cən yaşı olan kişilərdən: evli 1000-dən 7, evsiz 1000-dən 11, dul 1000-dən 19 şəxs vəfat edib.

Xülasə, 20 yaşdan ziyadə olan kişilərdən kəbinli övrəti olan az vəfat edir, amma ol yaşda olan subay kişilər artıq və dul kişilər dəxi artıq vəfat edir, yəni ol yaşda kişilərin ömrünü kəbin uzun edir. Amma 20 yaşından az kişilərin kəbinli övrəti olanda onlardan hər il 1000-dən 50 şəxs vəfat edir, yəni 20 yaşınacan olan kəbin kişinin ömrünü qısa edir, amma 20 yaşından ziyadə olan kişilərinkin uzun edir. Həmçinin övrətlərin də ömrü kəbində uzun olur, əgər kəbin 20 yaşından sonra  olmuş ola. Amma 20-dən az olsa onların da ömrünü qısa edir.

________________

 

Firəngistanda təcrübə olunub ki, vəba naxoşluğu misgər və qəleyçi və qeyri mis işlədən kəslərə dəymir. Məsələn, Parij şəhərində 1819-cu sənədə misgər silki bina olunub. Ol zamandan bəri zikr olan şəhərə bir neçə dəfə vəba naxoşluğu düşüb, amma məzkur silkdən heç bir adam ol naxoşluqdan vəfat etməyib.

Miyatinto şəhərinin ətrafında ki, mis mədənləri vaqedir, heç vəba naxoşluğu görünmür.

 

TƏZƏ XƏBƏRLƏR

 

Qəzetlərdə yazırlar ki, Bağdad tərəfə taun naxoşluğu düşüb. Ona binaən Bakı quberniyasına kağız gəlib ki, sərhesab olsun. Bu xəbərin doğru olmağı yəqin deyil və əgər yəqin də olsa, ümidvarıq ki, Avropa əhli ol naxoşluğa əlac olmadığını bilir ikən onu əmələ gələn yerindən çıxmağa qoymaya.

_______________

 

Osmanlı dövləti Andraşi yazan sülhnaməni qəbul edəndən sonra Bosni və Qerdseqovinə xaçpərəstləri ona razı olmadığına Avropa dövlətləri ol xaçpərəstlərə məsləhət edirdilər ki, razı olsunlar. İndiyəcən ol danışıq var idi. Lakin təzə gələn tellərdən belə bəyan olunur ki, onlar zikr olan sülhə razı olmayıb istəyirlər ki, Osmanlıdan bilmərrə ayrılıb, əlahiddə hökumət bina etsinlər. Ona binaən təzədən 15 minəcən əsgər cəm edib Osmanlı ilə cəng başlayıblar.

________________

 

Fərqan xanlığına ki, Rus onu zəbt edəndən sonra adını Fərqan oblastı qoyub, poşt aparırlar.

________________

 

“Russki invalid” qəzeti yazır ki, Osmanlı dövləti Rus dövlətinin dost olmağını yəqin edib, sərhəddə olan əsgərini Bosniyə xaçpərəstlərilə cəng etməyə göndərib. İndi tamam sərhəddə 6 batalyon qalıb.

_______________

 

3 il bundan əqdəm İngilisdə bir bina icma olunub ki, hər bir şəhərdə qızlardan ötrü məktəbxana açsın. İndiyəcən 9 məktəbxana bina edib. Ol camaatın hər ildə öz calislərindən 90 min manat cəm olunur.

_______________

 

İngilis dövlətinin adamı ki, Misrin xəzanə işinə mülahizə etməyə getmiş idi, xədivin izni ilə bəyan edib ki, Misrin hər ildə xərci mədaxilindən 15 milyon manat ziyadədir. Ona səbəb oldur ki, təhmilat xalqın üstə qalır və əgər təhmilat tamam cəm ola, xərc və mədaxil bərabər olur.

________________

 

Moskva gimnaziyalarının birisindən 3 şagird ki, hər biri 15 yaşındadır, qaçıb Bosniyə gediblər ki, Osmanlı ilə cəng etsinlər.

_______________

 

Rus dövləti Qafqazda və Türküstanda əla pambıq əkdirməkdən ötrü o pambığı becərməyi öyrənməyə Amerikaya bir neçə adam göndərmiş imiş ki, indi onlar qayıdıb Moskvaya gəliblər.

________________

 

Tehranda “Peterburqski vedomosti” qəzetinə yazırlar ki, bu il “Lepatri” ismində bir qəzet firəng dilində 2 həftədə bir çap olunur idi, amma indi deyirlər ki, onu çap etmək qadağan olub.

_________________

 

İrkutski gimnaziyasının şagirdləri 2 gün çay içməyiblər ki, onun pulunu Bosni və Qerdseqovinə əhlinə göndərsinlər.

_________________

 

Avropada bir dövlətli yəhudi var imiş, adı Rodşild. İndi onun övladı hər bir məmləkətdə sakindir. Keçən ay Parij Rodşildinin qızı Vyana Rodşildinin oğluna gedib. Qızın atası qızına 4 milyon manat verib.

_________________

 

İstanbuldan yazırlar ki, həzrət soltanın hərəmində bir xacə vəfat edib, 102 sinndə, 88 il sabiq ol xacə soltan Süleymanın hərəmində olub.

_________________

 

Keçən il Rusiyanın tamojnalarından 64 milyon manat yığılıb.

_________________

 

İngilisin xəzanə vəzirinin danışığından məlumdur ki, bu il dövlətin 450 milyon manat mədaxili, 455 milyon manat xərci olacaq. Kəsrə doldurmaqdan ötrü gərək təhmilat artsın.

_________________

 

Peterburqda vaqe olan “Slavyan milləti” adlı icma indiyəcən Qerdseqovinə və Bosni əhli üçün 243 min manat xalqdan cəm edib onlara göndərib.

_________________

 

Türküstan qəzetində rusların Kokan şəhərinə daxil olmağın belə bəyan edirlər: cəng bilmərrə olmayıb. Şəhərin əhli küçələrə çıxıb rus əsgərinə tamaşa edib “allahdan bu imiş” deyibən, əlahəzrət padşahi-imperaturi-Rusun ömrünə dua ediblər.

_________________

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info