Qonaq Kitabı
15 mart Rusiya, sənə 1876

15 mart  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

3-cü nömrə ilə belə təzə dadistəd qərardadının müxtəsər məzmununu göndərdik. Amma hər tərəfdən bizə yazırlar ki, onlar ilə ol məzmuna müvafiq rəftar olunmur. Məsələn, deyirlər ki, amildən şəhər pulu istəyirlər.

Çünki hər bir qanunda ismən demək olmaz ki, filan şey belə olsun, ona binaən qanuna əməl edən kəslər hər biri öz qüvvəsinə müvafiq onu anlayıb iş görürlər. Bizim Badkubə quberniyasında ol qanunu nə tövr anlayıblar, yazıb bəyan etmişik və əgər qeyri yerlərdə onu qeyri tövr anlayıb isələr, bizdə taxsır yoxdur.

 

 

DAXİLİYYƏ

 

İstanbul şəhərində Məhəmməd Tahir İrani fars dilində “Əxtər” adlı bir qəzet çıxardır ki, onun elamnaməsini aşağıdan çap elədirik:

“Əxtər” dər İstanbul dər xanvalidə dər mərtəeyi-məxsuseyi-xud təb və müntəşir mişəvəd. Bəcüz əz-ruzhayi-cümə və yekşənbə hər ruz birun miayəd. Əzəxbari-yövmiyyeyi-İslanbul və sair məmaliki-Osmaniyə xəbərhayi-Firəngistan və Hindistan və məmaliki-məhruseyi-İran və digər məmaliki-Şərqiyyə minəvisəd. Və niz əxbari-dövləti və politiki və ülum və fünun və ədəbiyyat və bəz ümuri-ticarəti və sərrafiyə və həvadisi-nafiə və ümumiyyəra came mibaşəd. Kəsani ki, talibi-in qazet başənd, mitəvanənd bəvəkil və ajenti in kari-alişan iftixarül Hacağa (Hacı Rəhim) taciri-irani sakini-darüssüruri-Tiflis dər-sarayi Xələtov xəbər bedəhəd. Və qiyməti salyaneyi-onra bəqərari-tərifeyi-zeyl rəsanidə və qəbahayi-məxsusi-onra ki, bəmöhr və imzayi-idarə dər-nəzdi- xeyrül-hac müşarileyh əmanətəst dəryaft darənd. Və müstəqimən həftə behəftə nüsxəhaye-“Əxtər”ra əzpostxaneyi-rus ki, baidarəhayi-ma müqavilə və qərardad darəd təhvil bəgirəd bəonki puli-post və qeyrə bədəhəd. Və qeyrə əzin həm əgər kəsi bəxahəd, yeksər bətəvəssüti-post bəmüdiri-“Əxtər” benəvised və qazet bəxahəd baz həftə behəftə bərayi-u fürustadə mişəvəd. Dər-bəz məmaliki-Qafqaziyyə həm bəd əzin vəkilha müəyyən xahəd şüd ki, əsamiyi-onhara həm dər sani ittila xahid dad.

T ə r i f ə . Qiyməti-salyaneyi-“Əxtər”dər-məmaliki-Rusiyyə əsl qiyməti salyaneyi-on yazdəh manat və nimpuli-əskinas. İcrəti-posti-yeksalə həşt manat və nim gəzlək. Cəmən bəinzimami-icrəti-post mişəvəd. Dər-ərzi-Sali bərayi 252 nüsxə bist ədəd manat kağəzi.

Sahibi-ixtiyari-“Əxtər” Məhəmməd Tahir.

 

Əgərçi İstanbul şəhərində müsəlmanlar üçün çox qəzet çap olunur, amma onlar Osmanlı dilində olduğuna bizim üçün elə ləzzət eləməz, lakin “Əxtər” qəzeti fars dilində çap olunduğuna və fars dili bizim vilayətlərdə çox işləndiyinə ümidvarığ ki, onu bizim tərəflərə gətirdən çox ola. Əgər qeyr məmləkətlərin sakinləri “Əxtər” qəzetin gətirtmək istəyələr, onlara məsləhət edirik ki, onu bir baş İstanbuldan gətirtsinlər.

ƏKİN VƏ ZİRAƏT XƏBƏRLƏRİ

 

Siçan insana zərər edən heyvandır. Onun 4 qabaq dişləri çox tez uzandığına siçan gərək onları sürtüb gödəltsin ki, onlar uzanıb onun ağzını tutmasınlar. Ona binaən onun zikr olan dişləri uzanan zaman hər bir şey ona rast gəlsə onu çeynəmək ilə dişlərini gödəldib itiləyirlər. Bu səbəblərə xalq ona kəsəyən deyir. Siçan ildə 4-5 dəfə və hər səfər 8-dən 13-cən doğur və onun balaları bir neçə aydan sonra özləri də doğurlar. Belə olan surətdə onun düşməni çox isə də, ziyadə artıban indi tamam dünyanı tutub.

Siçan yerin hər bir tərəfində ola bilir. Onun üçün dağ ya düz, soyuq ya isti tərəf birdir. Hər yerdə siçan insana mehmandır. Bizim evlərimiz və ambarlarımız onun üzünə açıqdır. Xülasə, siçan insanın dalınca öz kölgəsi gedən kimi gedib. İndi hətta cəzirələrdə həm ona mehman olubdur. Siçanın zərəri bizim ambarlarımızda nə qədər ziyadə olsa, elə məlum etməz. Ona binaən ki, ambarı olan kəs tavanalı olduğuna onun zərərini görməz. Amma vay kənd əhlinin halına ki, onların əkininə siçan düşə! Həzar müsibət ilə əkinçi taxılı yetirib, onun bəhrəsini gözləyən zaman siçan onun əməyini zay edib, taxılı tələf edib, onu gözüyaşlı qoyur. Və əgər bir il belə taxılı tələf olmaq ilə ondan xilas olseydi, xoşbəxt olur idi. Amma siçan taxılı yeyən zaman ondan özünə qış üçün azuqə saxlayıb ilbəil artıb dəxi ziyadə zərər edər. Bu səbəblərə binaən bir yerə siçan düşəndə onu qırıb tələf etmək gərək. Siçanı belə tələf etmək olur:

Əvvələn, siçan düşən yerə qoyun, mal sürülərini çıxardıb ol yeri taptadmaq ilə. Çünki günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. Amma lazımdır ki, mal çox olsun, onlar gəzəndə sıx, yəni bir-birinə yavıq gəzsinlər ki, dəməkləri tamam deşiklərini tutsunlar. Zikr olan qayda ilə 4 – 5 gün ol yeri tapdadanda siçan tələf olur.

Saniyən siçan bərk yerdə məskən edir ki, onun dəməyinin qırıqları uçub onu incitməsin. Ona binaən payızın axırında belə yeri dərin şuxm edəndə ol yer narınladığına siçan çıxıb qeyr yerə gedir. Və əgər getməsə də, belə narın yerə yağış və qar suyu ziyadə daxil olduğuna siçan nəmişlikdən tələf olur.

Salisən, əkin yerində quyu qazmaq ilə ki, onu dərini bir arşın və qıraqları dik ola, belə quyunu hər 30 – 40 arşında birisini qazıb, onun qıraqlarını daş ilə döyüb bərkidmək gərək. Ya quyuların əvəzində zikr olan  qayda ilə ol yerə iki şirli qalğalar, yəni bəstilər basdırmaq ilə ki, onların da dərini bir arşınacan və ağzı yerin üzü ilə bərabər ola. Zikr olan qalğalara və quyulara bir az piy ya qeyri iyi siçana xoş gələn şey qoyulsa, dəxi yaxşıdır. Onlara düşən siçanlar bir-birilə dava edib, bir-birini yediklərinə həftədə bir gedib onlardan sümükləri çıxardıb təmizləmək gərək.

Rabiən, siçan dəməyinin deşiklərini bərk torpaqlayıb bir deşikdən dəməyi tüstü ilə doldurub onları tələf etmək olur. Bir kasa kimi dəmir ya mis qabın bir böyrünə bir kiçik görük və o biri tərəfinə bir düdük möhkəm edib düdüyü deşiyə salıb kasanın içində əsgi ya qeyri şeylər və bir az kükürd yandırıb körüyü basanda yanan şeylərin tüstüsü dəməyə daxil olur, sonra ol deşiyi də tutanda siçanlar boğulub tələf olurlar və əgər sabahısı günü bir neçə deşik açılmış isə, məlum olur ki, bəzi siçan sağ qalıb. Ona binaən onları da zikr olan qayda ilə boğmaq gərək. Habelə siçanları suya basdırıb tələf etmək olur.

Xamisə, bəzi heyvanat, məsələn, quşlardan yapalaq, bayquş, süd əmən heyvanatdan pişik, tülkü və kirpi siçanı yeyib tələf elədiyinə, Avropa kəndlərində onları siçan düşən yerdə saxlayırlar. Məsələn, yapalaq üçün ağac başında yuva qururlar. Deyirlər ki, hər yapalaq bir oturuma 40 siçan yeyir.

Zikr olan qaydalardan savayı siçanları mərgəmüş və ya qeyr zəhərlər ilə zəhərləyib tələf etmək olur. Amma sərhesab olmaq gərək ki, qeyr heyvanat zəhərlənməsin və bir də qarğaduzunu bişirib, un kimi əzib ərimiş piyə qarışdırıb, siçan deşiklərinə salıb, bir qabda su qoyanda siçanlar onu yeyib, su içəndə qarğaduzu onların mədəsində daşa dönüb onları həlak edir.

 

MƏKTUBAT

 

Badkubəli molla cənabları elmi-əbdan sualına mətləbi-salisi belə bəyan buyurublar: nəf və zərər edən şeylər və lazım olan əmrlər ya insanın öz təcrübəsilə olur və ya həkimi-haziq ila-axir.

Əvvələn, bu məqbuledən belə məlumdur ki, cənab ağa məhz tibb elmin mənzur buyurublar ki, təcrübə ilə müalicəni xilaf və həkimi-haziq rəyinin mütabeətin cavab və xoşbəxtlik hesab edirlər. Haşa ki, məhz murad bu elm olmuş ola ki, belə surətdə laməhalə üləmanın tibb elmindən filcümlə vaqif olmaqları lazım olurdu.

Saniyən, ayati-Quran və əhadisi-qüdsi əlfazin kəlli-münnasə əla qədəri üqulihim[1] babətindən məqamına görə məna olmasa və bir müddəi irad tutsa ki, sizin ayat və əhadisin ləfzi mənaları bir-birinin ziddi və xilafıdır, nə cavab verməl olur? Pəs lazım gəlir ki, əlfazın məna və muradın anlayıb bəyan eləmək.

Salisən, təcrübə və nəf və zərər edən şeylər biduni-əql payeyi-nöqsandadır və əql bidunu-elm və cəvahir kimidir ki, pak və təraş olmamış heç bir qədrü qiymət onunçün müəyyən deyil, ona binaən adabi-elmə baliğ olmayan əqldən bir səmər, bir vəzə gəlməz. Pəs nəf və zərər edən şeyləri elmi-əbdan hikmətin anlamamış bilmək qeyr mümkündür.

Rabiən, biz müsəlman tayfasının bədbəxtliyinə bundan ziyadə nə dəlil ki, qədim zamanda hikmətdən xəbərdar olan padşahlar öz dövlətlərinə tərəqqi verməkdən ötrü bəzi təvaif qeyr mətbuəyə karxana və maşın və bunlara münasib əməlləri dürüst eləməyə mən` eləyir idilər ki, onlar öz məhsulatın götürüb, ol padşahın öz dövlətində olan karxanalara satıb və haman malın təmiz olmuşun iki başa kirayə verib dala qaytarsınlar. Amma bizlər öz ixtiyarımız ilə o əmrləri bina eləməkdən uzaq qaçırıq.

Kücast əhli- dili ta künəd dəlaləti-xeyir –

Ki ma bədust nəbordim rəh, behiç təriq[2].

Baqisi yazılacaq

Heydəri

 

___________________

 

7 c i  f ə s i l . Əvvələn cəmi məratibi-kəmalata yetişməyin dəlili əql yolu, elm körpüsü, doğruluqdur. Ərz hər çe talib küni şəb və ruz əvvəl rəhi-elm və sidq amuz[3].

Salisən, kəmal ibarətdir o elmi-əməldən ki, onun millət, dövlət üçün bir faydası ola. Hər elmin faydasına qədər mərtəbeyi-kəmali mülahizə olunur, xah qövlü, xah feli və söz kəmalın kilididir. Kəlmeyi-daniş və hikmət daneyi-cəvahirdən mərğub və qiymətlidir.

Rübai:

Hikmətin kəlməsinin qiymətini gər bilələr,

Min ilin gövhəridir, hər birinin qiyməti var.

Sözlərin canına lütf ilə əgər fikr edələr,

Hər sözün bir canı yox, bəlkə onun min canı var.

 

Çün nəzmdə bir növ məlahət olduğuna əhli-daniş deyiblər əşşer fil-kəlam kəlmilhi fit təam[4] nəinki batil və bihudə sözlərdən kitablar yazıla və çap olunub ətfal və cühhal əlinə düşə, hər laübali adam pər-puç sözləri bir-birinə toxuyub birin mədh, birin həcv, şərab və əmrədləri vəsf etmək ilə adın sahib-kəmal və həkim qoyub minaət xərcə versin, haşa və kəlla belə adam sahib-kəmal olmaz, bəlkə müin və ləşkəri-şeytan olub xalqı gümrah edər. Yaxşı olurdu bu əşar əvəzinə bez toxuyub bir növ əhli-elm və kəmal hesab oleydilər, ya pinəduzluq öyrənib bir qardaşın başmağı yırtılanda pinə edəydilər. Bu mətləbdə söz çoxdur. Bu fəsil əşşüəra hüm elğavun[5] ayəsinə iktifa edək.

Qərəz, ümdeyi-kəmalat ülumi-səltənət və əmri-nəhydir ki, millət, dövlətin ümuratının ümdə pişrəft və rövnəqi bu iki növ ülum ilədir. Habelə ümdə əhli-kəmal bu iki qism ülumun alim və amilləridirlər ki, xalqı dolandırmaq zimamı bunlar ilədir. Gərək bunlar hər birisi öz elminə müqərrər olan ümuratı qanun və qəvaidi-ədalət ilə möhkəm və müntəzim edə və o birinin əməlinə ixtilal etməyə ki, bədən zəif olduqca ruh qüvvətdən düşər. Lazımdır ruh və bədən məən ola, ta vücud salim və qəvi ola. Hərçənd ruh və bədən əlahiddə deyilir, amma həqiqətdə birdirlər. Pəs həzrətin bu kəlami-möcüznizamında iki növ əql və iki növ elm buyurmağından belə məfhum olur ki, millət üçün iki növ hakim lazımdır: biri məaşi-əbdana lazım olan ümurata rövnəq və sərəncam versin, biri dini-məada lazım olan üluma rövnəq versin və illa əql bir şeydir, həmçininelm bir şeydir. Belə ki, sabiqən əql üçün neçə məsəl ərz oldu, biri su idi, necə ki, hər qism nəbatata sərf edələr onu öz xasiyyətində həddi-kəmala yetirir. Habelə əqli hər bir elmə sərf edələr ona həddi kəmala yetirir, necə ki, su bir şeydir məhəlli-sərfinə binaən adlanır, məsələn, bağın ya bostanın suyu, ya dəyirmanın suyu qis əla haza[6], pəs əqli-məaş və əqli-məad həm bu qəbildir və elm genə bir şeydir. Elmin mənası bilməkdir. Hər əməli öyrənməkdə təhsil olmuş ola onilə adlanır. Məsələn, elmi-rəyasət və ticarət və sənaət və ziraət və qis əla haza. Elmi-əbdan və ədyan, amma əqli-məaş müqəddəm buyurmağın dəlili vazöhdir ki, əvvəl məaş gərək fərahəm ola ki, məaş yol və körpü və məzrəədir məad üçün, həmçinin əbdani-alət və mərkəbdir ədyan üçün. Dinin səbatı bədən ilədir. Din biduni-bədəni-məad, biduni-məaş surətpəzir olmaz.

Gələn fəsil məniyi- dövlətdə ərz olacaq.

Əhsənül- Qəvaid                  

TƏZƏ  XƏBƏR

 

Əlahəzrət Fərhad Mirzə Mötəmədüddövlə Məkkə ziyarətindən qayıdıb sabah İrana gedəcək.

_______________

 

Cənab Sərdarın dəftərxanasından qubernatorlara yazırlar ki, Məkkəyə gedən müsəlmanlara məlum eləsinlər öz pasportlarını Osmanlı konsuluna pişnəhad etməmiş sərhəddən keçsinlər ki, onlara Osmanlı dövləti təzə qaydaya binaən mane olur. Bu ayın 2-də “Pravitelstvenni vestnik” qəzetində yazılıb ki, padşahi-imperator hökm edib Kokan xanlığını Rusiyaya tabe hesab edib, onu Fərğan oblastı adlasınlar və general Skoblev oraya hakim təyin olunub.

İndi Rusiyanın sərhəddi Qaşqay dövlətinə yetişib.

_______________

 

Qəzetlərdə yazırlar ki, ingilis Əfqanıstanı ki, Hindistan ilə İranın sərhəddində vaqedir, əldə saxlamaqdan ötrü oranın hakimi Şirəliyə məvacib verir imiş. Amma cənab Şirəli bir ingilis kitabından bilir ki, ingilisin muradı onun Herat şəhərini zəbt etməkdir. Ona binaən indi ingilisə düşmən olubdur.

_______________

 

 

Misir ilə Həbəş dövlətini cəngi hələ qurtarmayıb. Yazırlar ki, bu yavıq zamanda Misir əsgərləri həbəşlərə qalib olublar.

_______________

 

Təzə çap olunan Rusiyanın pambıqdan qayrılan mallarını satmaqdan danışan kitab deyir: Rusiyanın pambıq malı ilbəil az satılır. Ona səbəb oldur ki, dəmir yolları artdığına Avropa dövlətlərinin malı bizim mal satmağa mane olur. Bu səbəbə bir neçə ildir ki, fabrika sahibləri öz mallarını Çin və Japon dövlətlərinə göndərirlər. Amma indi Avropa malı orada həm onlara mane olur.

Bu halda zikr olan rus malları yaxşı satılır Türküstanda, Kokanda, Buxarada, Qaşqarda, Dəşti-Qırğızda. Ona binaən ki, orada atəş gəmiləri və dəmiryol işləmədiyinə qeyr tayfaların malı ona mane ola bilmir.

________________

 

“Moskovski vedomosti” qəzeti yazır ki, dövlət məsləhətxanasında məşvərət var taxsırkarları Sibirə göndərməsinlər

Deyirlər hər vilayətdə bir dustaqxana bina olunacaq ki, taxsırkarları orada saxlasınlar.

________________

 

Rus qəzetlərində yazırlar ki, martın axırında vəliəhdi-İran Peterburqa gəlib, sonra Avropa səyahətinə gedəcək.

_______________

 

“Uralski vedomosti” qəzeti yazır ki, Ural kazaklarından 87 adam dövlət qərar edən əsgər tutmaq qanununa əməl etmədiklərinə onları tutub Türküstanda dövlət tərəfindən müəyyən olan yerlərə sakin olmağa göndəriblər.

_______________

 

Peterburqdan tel var ki, Rusiyanın Hacıtərxan, Samar və Tambov quberniyala-rından çox adam xahiş edir ki, dövlət Türkistanda verdiyi yerlərdə gedib sakin olsunlar.

_______________

 

1876-cı sənədə Rusiya dəmiryollarının tuli 17000 verst olub. Ol yolların hər versti bir ilin müddətində 8000 manat mədaxil gətirib.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 

 



[1] Hərəni öz ağlına görə danışdırın.

[2] Biz dostluğa heç cürə yol tapa bilmədiyimiz halda, hanı elə bir qayğıkeş adam ki, xeyir işlərə yol göstərə

[3] Gecə-gündüz nə istəyirsənsə əvvəl elm və düzlük yolunu öyrən.

[4] Kəlamda şeir, xörəkdə duz kimidir.

[5] Ancaq yolunu azmış adamlar şairlərin ardınca gedərlər.

[6] Buna binaən müqayisə et.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info